Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Blog posts : "Məqalələr"

ŞƏHİD MƏHƏMMƏDHƏSƏN RƏZZAQİ


ŞƏHİD MƏHƏMMƏDHƏSƏN RƏZZAQİ

Xalqımızın azafşdlığı, vətənimizin istiqlalı uğrunda imperializmə, səltənət dəstgahına qarşı aparılan mübarizə tariximiz xalqın mərd oğullarının fədakarlıq və qəhrəmanlıqları ilə zəngindir.Bu mərd insanların bir çoxu vətən və xalq uğrunda vuruşlarda ölümü böyük bir qəhrəmanlıqla , açıq gözlə qarşılamış, zalımlara əyilməmiş və beləliklə, xalq işinə və mərama sədaqət yolunda ən gözəl nümunələr göstərmişlər.Onların əziz xatirələri dönməzlik və mübarizl…

Ətraflı

Şəhid Ənuşirvan İbrahiminin xatirəsinə

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədr müavini

Şəhid Ənuşirvan İbrahiminin xatirəsinə

Yoldaşlar, biz getdik, Yolumuzu siz davam edin!

1987-ci il sentyabrın 13-i günorta vaxtı idi. Uşaqlar süfrə qurmuşdular. Onlar stol arxasında oturmaq istəyərkən, kameranın qapısı açıldı. Ənuşirvanı səslədilər. Bir anlıqa urəklər sıxılıb və dodaqlarda gülüşlər qurudu. Onun vədəsi dolmuşdu. Ona günorta yeməyini  yeməyə belə icazə vermədilər. Ənuşirvan ayağa qalxmışdı. İlk…

Ətraflı

21 AZƏR ŞƏHİDİ ƏZİM BOLƏNDİ

21 AZƏR ŞƏHİDİ ƏZİM BOLƏNDİ

İran xalqlarının azadlıq və səadəti uğrunda həyatını qurban verən minlərlə mübarizlər sırasında Əzim Boləndinin də fəaliyyəti unudulmaz və xatirəsi əzizdir.

Əzim Boləndi Ərdəbil vilayətinin Ağmiyan kəndində əkinçiliklə məşğul olan zəhmətkeş ailədə 1292 - ci ildə (1913) anadan olmuşdur. Ərbab, mübaşir və dövlət məmurlarının zülmü nəticəsində öz vətənini tərk edən bu ailə 1302 - ci ildə (1923) yenidən Ərdəbilə qayıtmışdır.Bu …

Ətraflı

VƏTƏNİN ŞƏRƏFLİ OĞLUNA

 

 

 

 

 

 

 

 

VƏTƏNİN ŞƏRƏFLİ OĞLUNA

(Firidun İbrahiminin xatirəsinə)

Dostum sənin xatirən əbədi munisimdir,

Səni düşündükcə mən, səni andıqca hər an,

İntiqam, iztirab, kin, alov alır könlümü!

Qanım dolur elə bil, çırpınır qəlbim haman.

Səninlə biz bir yolun, bir məramın dostuyuq,

Bir suyun, bir torpağın yaratdığı bir insan.

Hər zaman qəlbimiz də, andımız da bir olmuş

Bir əqidə sa…

Ətraflı

FİRQƏMİZ İŞƏ BAŞLADI

FİRQƏMİZ İŞƏ BAŞLADI

İranda 20-ci əsrin görkəmli siyasətçisi Seyid Cəfər Pişəvəri 12 şəhrivər müraciətnamə və ya 12 Şəhrivər bəyanatının nəşri ilə bağlı “Firqəmiz işə başladı!” başlıqlı məqalə yazıb və 1324-cü il çəhrivərin 14-də “Azərbaycan” qəzetinin ilk nömrəsində dərc etmişdir. Bu məqalə 12 Şəhrivər müraciətnaməsinin təhlilində böyük mövqeyə malikdir. Ona görə də 12 Şəhrivərin nəşrinin 77-ci il dönümü üçün bu yazını Azərbaycan Demokrat Firqəsi saytının oxucularına təqdim ediri…

Ətraflı

QOŞAÇAYIN QƏHRƏMAN OĞLU ƏLİ MÜTİ

QOŞAÇAYIN QƏHRƏMAN OĞLU ƏLİ MÜTİ

Xalqımızın azadlıq və istiqlalı uğrunda illər boyu davam edən hərəkatı bir çox fədakar mübarizlərin də yetişib bərkiməsinə şərait yaratmışdır.Bu hərəkat genişlənib dərinləşdikcə mübariz istedadlsrın daha çox üzə çıxmasına səbəb olmuşdur.Belə istedadlardan biri də Əli Mütidir.O, vaxtilə Hizbe Tudə İranın və Azərbaycan Demokrat Firqəsinin sıralarında diqqətəlayiq mübarizə məktəbi keçmiş və nəhayət, xalq amalı uğrunda öz canını da qurban vermişdir.…

Ətraflı

Azadlıq yolunun fədaisi Qulaməli İsmayılzadə

Azadlıq yolunun fədaisi Qulaməli İsmayılzadə

Milli Demokratik hərəkatın qələbəsi uğrunda mərdliklə mübarizə aparan fədailərdən biri də Qulaməli İsmayılzadədir.İsmayılzadə Qulaməli 1301 - ci il şəmsi ilində (1922) Dizcərud mahalındakı İrvan kəndində muzdur kəndli ailəsində anadan olmuşdur.Onun uşaqlıq dövrü çox ağır keçmiş, nökərçilik etdiyi xanın qapısında həmişə döyülüb təhqir olunmuşdur.Hələ kiçik yaşlarından zülm və istismara , təhqir və yoxsulluğa məruz qalmış Qulaməli 1322 - ci…

Ətraflı

MARAGANIN MƏŞHUR MƏŞRUTƏÇİSİ MİRZƏ HƏSƏN ŞÜKUHİ

MARAGANIN MƏŞHUR MƏŞRUTƏÇİSİ

MİRZƏ HƏSƏN ŞÜKUHİ

Mirzə Həsən Şükuhi Azərbaycanın azadixah və məşrutənin əhəmiyyətli dəstəkçilərindən biri idi.

Bu böyük insan öz səlahiyyəti çərçivəsində Azərbaycan və İran mədəniyyətinə dəyərli xidmətlər etmişdir və həyatını xalqın təhsil və maarifləndirilməsi, müstəmləkiçilik əleyhinə mübarizəyə həsr etmişdir.

Mirzə Həsən, Mirzə Mehdinin oğlu, atasının mağazasında bəzzazi …

Ətraflı

21 AZƏR ŞƏHİDİ MƏHƏMMƏDAĞA MƏZLUMİ

21 AZƏR ŞƏHİDİ MƏHƏMMƏDAĞA MƏZLUMİ

1325 - ci ildə (1946) İran Silahlı Qüvvələri Azərbaycana xaincəsinə basqını zamanı faciəli surətdə qətlə yetirilən fədailərdən biri də Məhəmmədağa Məzlumidir.

Məzlumi Məşrutə hərəkatı dövründən başlayaraq azadlıq hərəkatına qoşulmuş, "İctimaiyyun - Amiyyun" təşkilatına ( sosial demokrat firqəsinə) , nəhayət, İran kommunist firqəsinə üzv olmuş və firqənin Ərdəbil təşkilatında gizli surətdə fəaliyyət göstərmişdir.…

Ətraflı

UNUDULMAZ MÜBARİZ - CƏLİL RASTANİ


UNUDULMAZ MÜBARİZ - CƏLİL RASTANİ

İran xalqlarının imperializm və irtica əleyhinə milli azadlıq hərəkatı mübarizə tariximizin ən mühüm, iftixarlı və həyəcanlı səhifələrini təşkil edir.Bu yolda İran xalqlarının, o cümlədən Azərbaycan xalqının da ən sədaqətli və qorxmaz oğulları öz canlarını qurban verməkdən belə imtina etməmişlər və indi də etmirlər.Onlar İran xalqlarının azadlığı uğrunda vuruşmuşlar və mübarizələr tarixinə öz qanları ilə qızıl səhifələr yazmışlar.Buna görə də azadlıq uğ…

Ətraflı

ŞƏHİD OLMUŞ ATA VƏ OĞUL


ŞƏHİD OLMUŞ ATA VƏ OĞUL

Azadlıq və istiqlal uğrunda canını qurban verənlər haqqında sənədləri gözdən keçirdikdə bir çox azərbaycanlı ailələrin heç olmasa bir üzvünün itirdiyini, bəzən bir ailənin iki üzvünün şəhid olduğunu, bəzən də bütün ailənin məhv edildiyini, yaxud neçə qardaşın bir yerdə, ata - oğulun bir səngərdə şəhid olduğunu görürük. Belə ailələrdən biri də İbrahim Əli oğlu Gərməduzinin ailəsidir.Bu ailədə azadlıq və istiqlal uğrunda ata və oğul bir yerdə şəhid olmuşlar.…

Ətraflı

AZADLIQ YOLUNUN MÜBARİZİ ƏLİ SOĞAİ


AZADLIQ YOLUNUN MÜBARİZİ ƏLİ SOĞAİ

1326 - cı ilin Azər ayında (1947) İran ordusu Azərbaycana xaincəsinə basqın edərkən on minlərlə ən yaxşı oğullarımız məhkəməsiz, sorğu - sualsız edam edilmişdir.Şah və onun hakimi heyəti edam olunanlardan bir neçəsi üçün məhkəmə təşkil etməklə bu cinayətlərin bir qədərini xalqdan gizlətmək fikrinə düşsələr də, əslində həmin məhkəmələr özü də onların cinayətkarlıqlarını daha dərin ifşa edən bir vasitəyə çevrilmişdir.Sərləşkər Humayuninin (Hulasu …

Ətraflı

ŞƏHİD ƏTAULLA ZƏNDİYAN

ŞƏHİD ƏTAULLA ZƏNDİYAN

Doğma vətənimizin istiqlalı və yeni nəslin xoşbəxt gələcəyi naminə mətin addımlarla ölümü istiqbal edən, azadlıq hərəkatına və xalqlar dostluğuna ömrünün son dəqiqələrinə qədər sadiq olan şəhid Ətaulla Zəndiyan da mübarizə tariximizdə dan ulduzu tək parlayan mərd mübarizlər sırasında özünə məxsus mövqeyə malikdir.

Ətaulla Zəndiyan 1291 - ci il şəmsi ilində(1912) İsfahanın yoxsul ailələrinin birində anadan olmuşd…

Ətraflı

AZADLIQ HƏRƏKATININ GÖRKƏMLİ XADİMİ NURULLA YEKANİ

AZADLIQ HƏRƏKATININ GÖRKƏMLİ XADİMİ

NURULLA YEKANİ

(1878 -1947)

Öz cəsarət və mərdliyi ilə məşhur olan qocaman inqilabçı Nurulla Yekani 1257-ci şəmsi ilində ( miladi 1878) Mərənd məntəqəsinin Yekanat mahalında anadan olmuşdur.Hələ əsrimizin ilk illərində İran xalqlarının istibdada, zülmə və istismara qarşı başladıqları Məşrutə hərəkatı açıq fikirli və mütərəqqi ideyalarla yaşayan Nurulla Yekaninin diqqətini cəlb etmişdi.Məşrutə hərəkatı başlanan kimi Yekani də Heydər Əmioğlu…

Ətraflı

Azərbaycan Milli Hökumətinin Baş Prokuroru Firidun İbrahiminin məqalələrindən seçmələr

Azərbaycan Milli Hökumətinin Baş Prokuroru Firidun İbrahiminin məqalələrindən seçmələr

"Ölkənin siyasi quruluşunda və dövlət aparatında, hətta kiçik dəyişikliklər belə əmələ gəlməmişdir.Köhnə quruluş olduğu kimi saxlanılmışdır.Hətta bəzi yerlərdə daha kəskinləşmişdir Hakim təbəqə zəhmətkeş xalqın tələbi ilə maraqlanmır.Onlar zəhmətkeşlərin tələbat və ehtiyaclarını ödəmək əvəzinə ağır cəza tədbirlərinə əl atırlar."…

Ətraflı

İRƏC MİRZƏ


İRƏC MİRZƏ

Cəlalülməmalik ləqəbi daşıyan İrəc Mirzə, Qulamhüseyn Mirzə oğlu 1291 h.q.(1874 m.)

ilində Təbrizdə anadan olmuşdur.O, kiçik yaşlarından iki görkəmli şəxsin - Arifi - İsfahani ləqəbi ağa Məhəmmədtaqinın və Mirzə Nəsrullah Bahar Şirvaninin xidmətində təhsil alır.Bu iki məşhur ustaddan ümumi təhsillə yanaşı, fransız dilini də mükəmməl öyrənir.İrəc Mirzə ədəbi yaradıcılıqla yanaşı bir sıra dövlət vəzifələrində işləyir.Nəhayət, o, 1343 - cü h.q. ilinin Şəban a…

Ətraflı

21 AZƏR ŞƏHİDİ HÜSEYN TƏRAŞİ

21 AZƏR ŞƏHİDİ HÜSEYN TƏRAŞİ

Hüseyn Təraşi Ağamalı oğlu Ərdəbil şəhərinin Hüseyniyyə məhəlləsində zəhmətkeş bir ailədə anadan olmuşdur.Minlərlə digər şəhər zəhmətkeşləri kimi Ağamalı kişi də yaşayış şəraitinin ağırlığı üzündən oğlu Hüseyni oxutdura bilməyir.Ailənin ağır həyat şərsitinə kömək etsin deyə Hüseyn balaca yaşlarından səlmani yanında şagird olmağa məcbur oldu.O, bu dükanda işlərkən Ərdəbilin ətraf kəndlərindən şəhərə axışıb gələnlərdən bir iş tapmaq üçün özlərini oda - …

Ətraflı

Azadlıq yolunun mübarizi Hüseyn Qafari

Azadlıq yolunun mübarizi Hüseyn Qafari

Qafari Hüseyn 1299 - cu şəmsi ilində (1920) aşağı rütbəli dövlət işçisi ailəsində Məlayir şəhərində anadan olmuşdur.İbtidai məktəbi həmin şəhərdə qurtardıqdan sonra orta təhsil almaq üçün Kirmanşah şəhərinə gəlir.O, burada dəbirestane nizama ( hərbi orta məktəbə) daxil olur və 1319 - cu ildə (1940) həmin məktəbi bitirərək Tehranda daneşkədəyə ( hərbi zabitlik daneşkədəsinə) göndərilir.Onun təhsilinin ikinci ilində Rza xan diktatorluğu süqut edir.B…

Ətraflı

GENERAL QULAM YƏHYA DANEŞYAN

GENERAL QULAM YƏHYA DANEŞYAN

- Bizi Bakıya istədilər.Mən və S.C Pişəvəri yol uzunu belə fikirləşdik ki, yəqin ki, yenidən fədai hərəkatı ilə bizi Bakıya dəvət edirlər.Əgər belə olmasaydı onda məni yox, Pişəvəri ilə Badiqanı dəvət edərdilər. Çünki təşkilati işlərə o baxırdı.Ona görə də Bakıya təcili dəvət olunmağımız, hamının, o, cümlədən mənim də böyük sevincimə səbəb olmuşdu.

Bizi MK - da qəbul etdilər.Orada bir sır…

Ətraflı

LEV ZUVELUN (HÜSEYN NURİ)

LEV ZUVELUN (HÜSEYN NURİ)

Şanlı 21 Azər hərəkatının ən gözəl xüsusiyyətlərindən biri də onda təkcə azərbaycanlılar deyil, bir çox başqa millət nümayəndələrinin iştirak etməsidir.Biz bu xüsusiyyəti həm nəhzətin (hərəkatın) gedişində, həm nəhzətin sonrakı quruculuq işlərində, həm də şahənşah ordusunun hərəkat üzərinə xaincəsinə hücumu zamanı şəhid olan mərd mübarizlərin milli tərkibində görürük. Təsadüfi deyildir ki, şəhid olan mübarizlər içərisində qardaş fars,, kürd, assuri, yəhudi və b…

Ətraflı

20 blog posts