Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Daxili Xəbərlər

ŞƏHİD QARDAŞLAR

ŞƏHİD QARDAŞLAR

"Gələcək zəhmət təri tökən, işin çoxluğundan əlləri qabar bağlamış insanlarındır.Həmin qabarlı əllər bütün zindanların və işgəncə yerlərinin qapılarını açacaq, bütün cəllad və zülmkarları məhv edəcəkdir.Gün gələcəkdir ki, bütün İran xalqını öz hüquqlarından məhrum edənlər, 

onların mədəniyyət və milli qürurlarını tapdalayanlar və öz ciblərini və kisələrini qızılla doldurmaq xatirinə zəhmətkeş insanları istismar edənlər xalq qarşısında törətdikləri xəyanət və cinayət əməllərinə görə cavab verməyə məcbur olacaqdır."

FİRUDİN İBRAHİMİ   

 

Azərbaycan Milli Hökumətinin Baş Prokuroru

(21 noyab…

Ətraflı

ŞƏHİD FƏDAİ BƏHRAM NABİ

ŞƏHİD FƏDAİ BƏHRAM NABİ

Azərbaycan xalqı əsrlər boyu istilaçılara, zülm və istismara qarşı mübarizə aparmışdır.Bu mübarizələrin yüksək zirvələri olan üsyan və inqilabların hər biri öz dövrünə görə kütlələrin iştirakı və təşəkkül nöqteyi- nəzərindən müəyyən xüsusiyyətlərə malik olmuşdur. Keçmiş hərəkatın davamı və tamamlayıcısı olan 21 Azər nəhzətinin(hərəkatının) xüsusiyyətlərindən biri də təşkilin yüksəkliyi və bu hərəka

tda geniş xalq kütlələrinin iştirakıdır.O zaman torpaqsızlığa, haqsızlığa, bütün təbəqələri məhrumiyyətlərə və milli təhqirə qarşı ayağa qalxan xalq öz qüvvələrini Azərbaycan Demokrat Firqəsinin bayrağı altında birləşdirərək mütəş…

Ətraflı

İran Tudə Partiyasının yaranmasının 80 illiyi ilə bağlı

İran Tudə Partiyasının yaranmasının 80 illiyi ilə bağlı

keçirilən mərasimdə Azərbaycan Demokrat Firqəsi Mərkəzi

Komitəsinin sədri Adilə Çernik Bülənd yoldaşın çıxışı

 

          Əziz yoldaşlar, ilk növbədə məni İran Tudə Partiyasının 80 illiyi ilə əlaqədar tədbirə  dəvət etdiyiniz üçün öz təşəkkürümü bildirir, Sizə cansağlığı, müqəddəs hədəfinizdə uğurlar və qələbə arzulayıram.

Yeri gəlmişkən İran Tudə Partiyasının 80 illiyi münasibətilə bütün işçilərə, zəhmətkeşlərə, milli-mütərəqqi, azadlıqsevər qüvvələrə, xüsusən də İran Tudə Partiyasının üzv və tərəfdarlarına ürəkdən təbrik etmək istəyirəm. İran Tudə Partiyasının mütərəqqi və humanist…

Ətraflı

Azərbaycan Milli Hökumətin şəhid fədaisi Məmmədəli Ramitin

Azərbaycan Milli Hökumətin şəhid fədaisi

Məmmədəli Ramitin

Azərbaycan xalqının görkəmli fədai oğlu Məmmədəli Ramitin 1908 - ci ildə  (h.ş.1286) Sərabda kəndli ailəsində anadan olmuşdur.Təhsil illərində ərbabların kəndlilərə zülm etdiyini gördükdən sonra gənc ikən məmurlara qarşı çıxmış və azadlıq hərəkatına qoşulmuşdur.1941 -ci ildə ( 1320 ) xanlara, jandarmalara qarşı Sərab mahalında geniş kəndli hərəkatında fəal surətdə iştirak edir. Kəndlilər içərisində təbliğat işi aparmaq, onlara öz hüquqla - rını izah etmək, maliklərə və jandarmlara qarşı mübarizəyə çağırmaq üstündə Məmmədəli Ramitin dəfələrlə polis və jandarm idarələrinə çağrılır, hədə - qorxudan sonra iltizam alınıb buraxılır.…

Ətraflı

ƏBÜLFƏZL HÜSEYNİ


ƏBÜLFƏZL HÜSEYNİ

(1925 - 1987)

Əbülfəzl Əmiraslan oğlu Hüseyni 1925 - ci ildə Təbrizdə anadan olmuşdur.O, ilk və orta təhsilini doğma şəhərində almışdır.

Ə.Hüseyni İkinci Dünya müharibəsi dövründə İranda azadlıq hərəkatının yaxından iştirakçısı olmuşdur.O, Cənubi Azərbaycanda partizan dəstəsinə başçılıq etmişdir.Azərbaycan Milli Hökumətinin yaranması və möhkəmləndirilmə - sində fədakarcasına çalışmışdır.Azərbaycan Milli Hökumətinin süqutundan, şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə 1946 - cı ilin sonlarında Şimali Azərbaycana mühacirət etmişdir.

Ə.Hüseyni əvvəlcə Bakı Tibb texnikumunun stomotologiya ixtisasını biti…

Ətraflı

XALQ ŞAİRİ - İBRAHİM ZAKİR


 

XALQ ŞAİRİ - İBRAHİM ZAKİR

1320 - 1325 - ci illərin (miladi 1941 - 1946 - cı illər) Azərbaycanı ədəbiyyatında görkəmli yeri vardır.Bu illərdə dilimizi bağlayan zəncirlər qırılıb açılır, şairlərimiz, yazıçılarımız yazıb - yaratmağa başlayırlar.Bu illərin yazıçı və şairlərinin yazı və şeirlərində bir böyük xüsusiyyət də var, o da bu yazıların, şeirlərin ziddi - faşist olmasıdır.Bu ziddi - faşist əsərləri yaradanların arasında ərdəbilli İbrahim Zakir adında Azərbaycanın milli bir şairi də yetişmişdir.

İbrahim Əzim oğlu Pur Əzim Zakir 1891- ci ildə Ərdəbilin üç kilometrliyində yerləşən Şeyx Kəlxoran kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur.Bədii…

Ətraflı

ƏBDÜLHÜSEYN Ə HMƏDİ

ƏBDÜLHÜSEYN Ə HMƏDİ

Əbdülhüseyn Şeyx Əhməd oğlu Makuda məşrutəçi bir ailədə anadan olmuşdur.Atası

Məşrutə hərəkatı zamanı tutuqlanıb və edam olunur.Şeyx Əhməd edam olanda demişdir:

" Şeyx Əhməd ölər, lakin azadlıq ölməz.!"

Əbdülhüseyn azadlıq sevən biri olaraq illər boyu Maku, Xoy və Təbrizdə diktator Rza xan və imperialistlərə qarşı mübarizə aparır,1311 - ci ildə (miladi 1932 - ci il) Təbrizdə tutularaq Tehrana aparılır və 9 il "Qəsr - Qacar"zindanında saxlanılır.

1320 - ci ildə (m.1941) Rza xan hökuməti çökdükdən sonra zindandan qurtulur. Əbdülhüseyn Əhmədi fəhlə təşkilatının üzvlərindən idi.Çalışırdı ki, bu təşkilatı siyasi düşüncəyə qarşı silahlandı…

Ətraflı

AZADLIQ YOLUNUN MÜBARİZLƏRİ HƏSƏN İMRANİ

AZADLIQ YOLUNUN MÜBARİZLƏRİ

HƏSƏN İMRANİ

(1900 - 1972)

İmrani Həsən Bağır oğlu 1900 - cu ildə Təbriz şəhərində tacir ailəsində anadan olmuşdur.Atası Məşədi Bağır Təbriz - Qafqaz - Türkiyə arasında ticarətlə məşğul idi.Qafqaza səfəri zamanı İrəvan şəhərinin təbiəti onun xoşuna gəldiyi üçün orada bir bağ və mülk almış,sonralar isə ailəsilə birlikdə İrəvana köçmüşdür.

Həsən İmrani təhsilini İrəvanda almışdır.O da İrəvan - Tiflis arasında ticarətlə məşğul olur. İrəvanda Sovet hökuməti qurulduqdan sonra da 1927 - ci ilədək ticarəti davam etdirir.1927 - ci ildən həm ticarətlə məşğul olur, həm də İran təbəəsi olduğu üçün təqib edilir.Ona görə də 1927 - ci ildə Naxçıvana köç…

Ətraflı

ƏLİRZA NABDİL OXTAY


ƏLİRZA NABDİL OXTAY

(1944 -1971)

Poetik əsərlərini Oxtay təxəllüsü ilə qələmə alan Əlirza Nabdil 1944 - cü ildə Təbriz şəhərində ortabab bir ailədə anadan olmuşdur.Onun uşaqlıq və gənclik illəriTəbrizdə keçmişdir.Sonra Tehran Universitetinin hüquq fakültəsini bitirmiş, lakin ixtisası üzrə çalışmaq imkanı verilmədiyindən, Xoy şəhərində müəllimlik etmişdir.O, xalqın azadlıq və istiqlaliyyəti uğrunda mübarizlərdən biridir.Xoyda müəllim işlədiyi illərdə o,Cənubi Azərbaycanın mütərəqqi fikirli, tərəqqipərvər ziyalılarından olan yazıçı - müəllim Səməd Behrəngi ilə tanış olur və tanışlıq onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.Şeirlərini" Oxtay" təxəllüsü ilə yazan Ə.Nabdilin belə bir təxəllüs götürməsi təsadüfi deyil.…

Ətraflı

Qazilik Qəhrəmanlıq Salnaməsidir

Qazilik Qəhrəmanlıq Salnaməsidir

Vətənimiz Azərbaycanın cənnət guşəsi olan Qağabaq məntəqəsi 1989-cu ildən vəhşi erməni silalı qüvvələri tərəfindən hücüma məruz qaldı. Orada yaşayan erməni soylu Azərbaycan vətəndaşları ifratçı milliyyətçı partiyası olan Daşnakswtun partiyası tərəfindən təhriki və habelə Erməni dövlətinin yardımı ilə bu məntəqədə yaşayan azərbaycanlıların soyqırımna başladı. Xoçalı şəhərinində yaşayan xalqımız həqiqətən o qaniçənlər tərəfindən qətli-am edildi. Bu tarixdən başlayaraq xarici düşmənlərin və separtçı qüvvələrin təhriki ilə iki xalq-erməni və azərbaycanlılar arasında münağışə qızışaraq silahlı toqquşmaya səbəb  oldu. Get-gedə bu münaişə qızışaraq Ermənistan və Azərbaycan dövlətləri arasında müharibəyə …

Ətraflı

21 Azər qəhrəmanları İSRAFİL QADİRİ

21 Azər qəhrəmanları

İSRAFİL QADİRİ

İsrafil Qadiri 1295 - nci şəmsi ilində ( milady 1916 - cı il ) Xoşginab kəndində kəndli ailəsində anadan olmuşdur.O, bir müddət kənd mollası yanında oxuduqdan sonra ailənin təsərrüfat işlərilə məşğul olmuş, nəhayət, işləmək üçün Təbrizə köçmüşdür.

Rza xan diktatorluğunun yıxılması ilə azadlıq hərəkatı bütün ölkə miqyasında genişlənir. 20 ilə yaxın bir müddət içərisində demokratik azadlıqlardan məhrum edilmiş zəhmətkeşlər tapdalanmış hüquqlar uğrunda öz qüvvələrini təşkilat halında birləşdirib səfərbər etməyə çalışırlar.Bu zaman Təbriz şəhərində yaranan Azərbaycan zəhmətkeşlər təşkilatının məsul üzvlərindən olan İsrafil fəhlələri, kəndliləri həmin təş…

Ətraflı

QAFLANTİ MURADƏLİ QUREYŞİ (1312;1933 - 1392;2013)


QAFLANTİ MURADƏLİ QUREYŞİ

(1312;1933 - 1392;2013)

Qaflanti 1312 - ci ilin yazında(xordad ayının 1-də (1933,22 may) Miyananın Çaroymaq mahalınınHeydərabad kəndində(Qaflanti) yoxsul bir ailədə anadan olmişdur.Rza xanın Azərbaycanda irəli sürdüyü şovinist və çirkin siyasətinə görə, fəaliyyətinin uşaqlıq çağları, Azərbaycan xalqı - nın ən çətin günlərinə tuş gəlir.

Yeddi yaşında kəndlərindəki Mirzə Məmmədin məktəbinə göndərilir.1321 - ci ildə (1942) məktəbi buraxıb, ailəsinin məişətini təmin etmək üçün atası ilə birlikdə işləməyə məcbur olur.

1324 - 1325 - ci illərdə (1945 - 1946) illərdə Azərbaycanda qurulan Milli Hökumət, Qaflanti - nin ailəs…

Ətraflı

ŞƏHİD ƏNUŞİRƏVAN İBRAHİMİ


 

İRANDA 20 - Cİ ƏSRDƏ MİLLİ AZADLIQ HƏRƏKATININ FƏAL İŞTİRAKÇISI, ŞƏHİD ƏNUŞİRƏVAN İBRAHİMİ

(1926 - 1987)

Azadlıq hərəkatının görkəmli nümayəndələrin - dən olan Ənuşirəvan Qəni oğlu İbrahimi 12 may

1926 - cı ildə Astara şəhərində anadan olmuş -

dur.Atasını inqilabi fəaliyyətinə görə Nəhavəndə sürgün edirlər.Ona görə də Ənuşirəvan ibtidai təhsilini Astarada almış, orta təhsilini isə atasının sürğündə olduğu Nəhavənddə davam etdirmişdir. Cənubi Azərbaycanda 21 Azər hərəkatı qalib gəldikdən sonra Azərbaycan Milli Hökuməti qurulur. Ənuşirəvan İbrahimi də Təbrizə gələrək burada polis məktəbində təhsil almağa başlayır. Düşmənə qarşı mübarizə aparmaq üçün qardaşı Firudin İbrahimi…

Ətraflı

ŞEYX MƏHƏMMƏD XİYABANİ


MƏŞRUTƏ İNQİLABININ DAVAMÇISI VƏ ÖZ İDEYALARI UĞRUNDA MÜBARİZƏ APARAN

ŞEYX MƏHƏMMƏD XİYABANİ

Azərbaycan tarixinin qızıl səhifələrində hər biri insan cəmiyyətinin təkamülü yolunda özünə - məxsus və layiqli rol ifa edən böyük insanların adı həkk olunmuşdur.Tarixin bu böyük şəxsiyyətləri bəşər həyatının bütün sahələrində-

istər siyasi, istər mədəni, istərsə də ictimai sahələrində çox gözəl müsbət təsirlər qoymuş,

xariqələr yaratmışdır.Azərbaycan öz qədim tarixində, müxtəlif keşməkeşli, həyəcanlı hadisələrin çarpazlaşdığı məntəqədə yerləşdiyindən, çox mühüm və təqdirəlayiq əhə-

miyyətə malik olmuşdur.

Ətraflı

FOLKLORŞÜNAS ALİM MƏHƏMMƏDƏLİ FƏRZANƏ (QÖVSİ)

FOLKLORŞÜNAS ALİM MƏHƏMMƏDƏLİ FƏRZANƏ

(QÖVSİ)

Məhəmmədəli Əkbər oğlu Fərzanə 1923 - cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olmuşdur.Atası Təbrizin köklü nəslindən, anası isə Qaradağda yaşayan Çobanilər tayfasından olub.M.Fərzanənin atası 1905 - 1911 - ci illəri əhatə edən Məşrutə inqilabının iştirakçılarından idi.İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb.1942 - ci ildə Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini davam etdirmişdir. Onun anası savadsız olsa da , gözəl el ədəbiyyatı bilicisi idi.9 uşağın ilki olan Məhəmmədəli Fərzanənin anasının ona və qardaşına söylədikləri onun düşüncəsində dərin iz qoyur.Təhsilini başa vurduqdan sonra Təbriz kitabxanasında əmək fəaliyyətinə baş…

Ətraflı

21 AZƏR ŞƏHİDİ HƏSƏN ZƏHİRİ

21 AZƏR ŞƏHİDİ HƏSƏN ZƏHİRİ

Azərbaycan xalqının görkəmli oğlu Həsən Zəhiri 1921 - ci ildə (1300) Xoy şəhərində anadan olmuşdur.O, ibtidai təhsilini doğma şəhərində almış, orta təhsilini Təbriz şəhərində Firdovsi məktəbində başa çatdırmışdır.H.Zahiri bir il  ali mühəndislik məktəbində oxuduqdan sonra , 1941 - ci ildə (1320) Tehranın hərbi zabitlik məktəbinə daxil olmuş və iki il sonra məktəbi topçu leytenant rütbəsi ilə bitirmişdir.Təhsil dövründə həmişə birincilik qazanan Həsən Zəhirinin zəkası, hərbi fənlər və adi biliklərlə deyil , eyni zamanda ictimai vəziyyətlə də maraqlanırdı.O, hələ təhsil alarkən İran xalqlarının dözülməz vəziyyəti, xüsusilə Azərbaycan xalqının ictimai, iqtisadi və siyasi məhrumiyyətləri haqqında düş…

Ətraflı

ŞAHSEVƏN QIZI SƏRİYYƏ


 

ŞAHSEVƏN QIZI SƏRİYYƏ

(1269;1890 - 1325;1946)

"Azərbaycan oğulları mənim intiqamımı alacaq -lar.Azadlıq ağacı şəhidlərin qanı ilə suvarıldıqda daha çox bar verəcəkdir."

Səriyyə Şahsevən qızı

Azərbaycan Milli Hökuməti dönəmində qəhrəmanlıq mücəssəməsinə çevrilən Şahsevən qızı Səriyyə 1325 - ci ildə (1946)  qəddar Məhəmməd Rza şah Pəhləvi rejiminə qarşı Ərdəbil və Müzəffərinin 15 km - də, Savalan dağının ətrafında yerləşən Sumərin kəndində 25 gün qəhrəmancasına vuruşmuş, düşmənə təslim olmurdu.Düşmən onun qarşısına Quran gətirir və and içirlər ki, təslim olduqdan sonra bağışlanacaqdır. Bir az keçdikdən sonra Qurana basılmış əllər Sumərin fədailərinin və Şahsevən ellərinin igid qızı Səriyyənin …

Ətraflı

AZƏRBAYCAN MLLİ HÖKUMƏTİNİN GENERALI QULAM YƏHYA DANİŞYAN

AZƏRBAYCAN MLLİ HÖKUMƏTİNİN GENERALI

QULAM YƏHYA DANİŞYAN

(1906, Sərab - 1989 Bakı)

☆1286 - 1365☆

Azərbaycan Milli Hökumətinin qəhrəman fədaisi Danişyan Qulam Yəhya oğlu 1906 - cı ildə Sərab mahalının Əskərabad(Əsgəvar) kəndində yoxsul kəndli ailədində anadan olmuşdur.Ailədə özü ilə bərabər iki qardaşı və bir bacısı olmuşdur.Ağır vəziyyətdə yaşayan ailənin başçısı Bakıya, oradan da Rusiyaya işləməyə getmiş və qardaşları orada vəfat etmişdir..Atası yenidən Bakıya qayıtmış və neft mədənlərində fəhlə işləmişdir.Qulam Yəhya da 1918 - ci ildə anası ilə birlikdə Şimali Azərbaycana gələrək, Bakının Sabunçu qəsəbəsində yaşamış və 1920 - ci ildə zavodda çilingər şagirdi, daha sonra çilingər işləmiş, axşamlar təhsil alm…

Ətraflı

QURBANƏLİ(QULU) SÜBHİ NURİ -

QURBANƏLİ(QULU) SÜBHİ NURİ

BABƏK KİMİ ÖLÜM VƏ CƏLLADA XOR BAXAN FƏDAİ FƏHLƏ

☆☆☆☆☆

(1286,1907 - 1326, 1947)

Babək iyirmi il igidcəsinə xalq mübarizəsini xəlifəyə qarşı etdikdən sonra, xain kimsənin əli ilə tutuldu, Bağdad şəhərinə xəlifənin yanına aparıldı.Xəlifə bir neçə sorğu cavabında Babəkdən eşitdiyi sarsıdıcı cavabdan hirslənərək, cəllada əmr etdi onun bir qolunu kəssin.Babək kəsik qolundan fışıltı ilə axan qanını üzünə sürtdü.

Xəlifə şaşqınlıqla soruşdu:  - Bu nə işdi?!

Yenilməz qəhrəman Babək dedi ki, qan axdıqca üz saralar, düşmən elə bilər ki, Babəkin rəngi qorxudan qaçıb, üzümü qanımla qızartdım ki, biləsiz ki, Babək …

Ətraflı

Görkəmli Ziyalı Həsən Riyazi (İldırım) vəfat etdi

Görkəmli Ziyalı Həsən Riyazi (İldırım) vəfat etdi

1400-cü il avqust ayının 19- da görkəmli ziyalı, şair jurnalist və onkoloq Həsən Riyazı(ildırım) 63 ya.ında Covid-19 epidemya virusuna yuluxma səbəbindən Tehrandakı bir xəstəxanada hayatla əbədi vədalaşmışdır. Bu acı xəbər Azərbaycan Demokrat Firqəsi olaraq bizi də dərindən sarsıtdı.

O, Tehrandakı Azərbaycan Ədəbi Dərnəklərinin qurucularından biri idi və xərçəng xəstələrinə yoluxan yoxsul insanlara kömək edirdi. Heç vaxt bu barədə adının çəkilməsini istəmirdi.

Həsən Riyazi 1337-ci(1958) il bəhmən ayında Sarab mahalının Camal abad qəsəbə sində bir kəndli ailə də dənyaya göz açdı. Əbtdaey təhsilini Heris və M…

Ətraflı

MƏMMƏDƏLİ MÜSƏDDİQ

MƏMMƏDƏLİ MÜSƏDDİQ

(1922 - 1997)

Məmmədəli Hüseyn oğlu Müsəddiq 1922 - ci ilin mart ayının 21 - də Cənubi Azərbaycanın Gərməri vilayətinin Yengicə kəndində( Bərvanə Yengicəsi) anadan olmuşdur.O, ilk təhsilini əvvəl dini mədrəsədə, sonradan isə Yengicədə dövlət məktəbində almışdır.Ailəsi Miyana şəhərinə köçdükdən sonra təhsilini orada davam etdirmişdir.10 yaşına qədər M.Müsəddiq kənddə, ondan sonra 24 yaşına qədər Miyana şəhərində yaşamışdır.Ailənin üçüncü övladı olan Məmmədəli hələ kiçik yaşlarından öz böyük marağı ilə qardaşlarından fərqlənirdi.Böyük qardaşı Həsənin faciəli şəkildə dünyasını dəyişməsi ailəyə ağır təsir göstərdi. Onların ikinci övladları Zülfüqar daha çox İranın başqa yerlərində işlədiyindən evdə çox vaxt o…

Ətraflı

Cavanşir Bəhmani: Dinc həyat bizim əsas dəyərimizdir.

Cavanşir Bəhmani:

Dinc həyat bizim əsas dəyərimizdir.

"Oh, necə bir tipajdır!", -  tanış olduğum nəqliyyat şöbəsinin möhtəşəm sürücüsünə baxaraq "İvan Vasilyeviç peşəsini dəyişir" filmindəki rejissor Yakinin ifadəsi yadıma düşdü. Biz əhəmiyyətli səbəb münasibətilə görüşürük: zavod işçimiz Cavanşir Bəhməni  əfqan-döyüşçüsüdür və "Avtozavodçu" qazetinin növbəti qəhrəmandır. Görüşümüz Sovet İttifaqı qoşunlarının məhdud  kontingentinin Əfqanıstandan çıxarılmasının növbəti ildönümünə  həsr olunmuşdur.

Taleyinin kəskin dönüşləri

Qəhrəmanın namizədliyi, nə qədər bürokratik səslənsə də, MAZ əsgər-beynəlmiləlçilərin ilkin şəbəkəsin…

Ətraflı

ƏJDƏR BALDARİ


ƏJDƏR BALDARİ

Əjdər Baldari 1281 - ci şəmsi ilində (1902) Sərab şəhərində anadan olmuşdur.Şəhrivər hadisəsindən əvvəl Əjdər işləmək üçün öz mübarizə dostu Qulamrza Cavidanla birlikdə Tehrana getmişdi.Əjdər Baldari orada Tehran zəhmətkeşlərinin həyatı ilə yaxından tanış olur. Onların istismara və ədalətsizliyə qarşı mübarizələrində də iştirak edir.1320 - ci ildə  (1941) Rza xan diktatorluğunun yıxılması ilə İran xalqlarının faşizm və daxili irtica əleyhinə hərəkatı canlanmağa başladığı dövrdə Əjdər Baldari də Tehrandan Səraba qayıdaraq öz mübarizəsini davam etdirir.Əjdər o zaman ilk dəfə təşkil tapan "Zəhmətkeşlər təşkilatı"na üzv olmaqla başqa azadixahlarla çiyin - çiyinə mütəşəkkil mübarizə sıralarına daxil olur.Zəhmətkeşlərin …

Ətraflı

ŞƏHİD HƏSƏN QASİMİ

ŞƏHİD HƏSƏN QASİMİ

İran ordusunun pozulmuş mühitini tərk edib Azərbaycan Xalq Qoşunlarında xidmər edən mütərəqqi fikirli, azadixah zabitlərdən (əfsərlərdən) biri də Həsən Qasimi idi.

1290 - ncı şəmsi ilində ( 1911 - ci il, miladi) Tehranda anadan olmuş Qasimi ibtidai təhsilini "Şərəf" mədrəsəsində almışdı.O, təhsilini davam etdirmək üçün Tehranın hərbi orta məktəbini bitirir və 1315 - ci ildə (1936) hərbi əfsərlik(zabitlik) məktəbini qurtardıqdan sonra İran ordusunun müxtəlif sahələrində xidmətlə məşğul olur.

Haqq və ədalət tərəfdarı olan Həsən Qasimi xidmət etdiyi hərbi hissələrdə əsgərlərin hüququnu müdafiə edirdi.O, hətta bəzi nadan və özbaşına fərmandeh…

Ətraflı

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN FƏDAİ ZABİTİ ƏBÜLHƏSƏN RƏHMANİ

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN FƏDAİ

ZABİTİ ƏBÜLHƏSƏN RƏHMANİ

(1910 - 1987)

Əbülhəsən Rəhmani 1910 - cu ildə Təbrizdə anadan olmuşdur.Atası Əli Rəhmani, "Zərqam Homayun" ləqəbi ilə Səttarxan hərəkatının fəal iştirakçılarından biri olmuşdur.

Əbülhəsən Rəhmani orta məktəbi Təbriz şəhərində bitirmişdir. 1927 - ci ildə İran Kommunist Partiyasının üzvü olmuşdur.1928 - ci ildə Moskva Dövlət Universitetinə daxil olmuş və 1931 - ci ildə həmin univesiteti bitirmişdir.

1931 - ci ildə İrana qayıdıb və həbs olunur.Bir neçə aydan sonra azad olur və orduya göndərilir.Əfsərlik ( zabitlik) məktəbini bitirəndən sonra İran ordusunda xidmət edir.

19…

Ətraflı

SÖHRAB TAHİR

SÖHRAB TAHİR

(1926 - 2016)

Müasir Azərbaycan demokratik poeziyasının görkəmli nümayəndələrindən biri də Söhrab Tahirdir.O, yaradıcılığa 50 - ci illərdə başlamışdır.Azərbaycan ədəbiyyatında istedadlı şair, publisist və nasir kimi tanınır.

Söhrab Tahir (Tahiri) Əbülfəz oğlu 1926 - cı il mayın 27 - də Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuşdur.Əbülfəz kişi ata - baba sənəti dəmirçiliklə ailəsini dolandırırdı. Əbülfəz kişi inqilaba qoşulur və əməkçi kütlələrin azadlığı uğrunda mübarizə aparır.Ona görə də müstəbid Rza xan tərəfindən həbs edilib Ərdəbilə, oradan da Kirmanşaha sürgünə göndərilir.Bu dövrdə Astarada hazırlıq sinfində təhsil alan kiçik yaşlı Söhrab da ailəsi ilə Kirmanşaha gedi…

Ətraflı

QULAMRZA DƏBİRNİYA

QULAMRZA DƏBİRNİYA

Qulamrza Dəbirniya Tehranın hərbi əfsərlik (zabitlik) məktəbini qurtararkən məmləkətin azadlıq və istiqlalını müdafiə etdiyinə and içmişdi və bu niyyətlə də əfsər olmuşdu.Lakin Rza xan diktatorluğunun yıxılması ilə bütün ölkədə azadlıq hərəkatının yüksəlməsi şahənşahlıq qoşunu daxilində də böyük intibaha və dəyişikliklərə səbəb oldu.Bu intibahda Qulamrza Dəbirniyanın da niyyəti mahiyyətcə dəyişdi və o, Hizde Tudə İranın bayrağı altında İran xalqlarının azadlıq və istiqlalının həqiqi müdafiəçisi kimi hərəkata qoşuldu.

Qulamrza Dəbirniya 1298 - ci şəmsi ilində (1919 miladi) Tehranda anadan olmuş və "Şərəf" mədrəsəsində oxuy…

Ətraflı

HÖKUMƏ BİLLURİ

HÖKUMƏ BİLLURİ

(1926 -2000)

Cənubi Azərbaycanda müasir demokratik poeziyanın yaranması və inkişafında görkəmli xidmətləri olan şairlərdən biri də Hökumə (Həkimə) Billuridir.Hökumə İbrahim qızı Billuri 1926 - cı il martın 3 - də İranın Zəncan şəhərində dəmirçi ailəsində anadan olmuşdur.O, orta təhsilini 1933 - 1943 - cü illərdə Zəncanda "Azəri" məktəbində almış və həmin məktəbi bitirdikdən sonra orada müəllimlik etmişdir.Qızlar məktəbində oxuduğu illərdə mütaliəyə həvəs göstərmiş, şeir yazmağa, öz arzu və istəyini sənət dili ilə ifadə etməyə çalışmışdır. Hökumə Billuri ilk şeirlərini farsca yazmışdır.

1941 - ci ildə Sovet Ordusu…

Ətraflı

AZADLIQ HƏRƏKATININ GÖRKƏMLİ XADİMİ NURULLA YEKANİ


AZADLIQ HƏRƏKATININ GÖRKƏMLİ XADİMİ

NURULLA YEKANİ

(1878 -1947)

Öz cəsarət və mərdliyi ilə məşhur olan qocaman inqilabçı Nurulla Yekani 1358 -ci şəmsi ilində ( miladi 1878) Mərənd məntəqəsinin Yekanat mahalında anadan olmuşdur.Hələ əsrimizin ilk illərində İran xalqlarının istibdada, zülmə və istismara qarşı başladıqları Məşrutə hərəkatı açıq fikirli və mütərəqqi ideyalarla yaşayan Nurulla Yekaninin diqqətini cəlb etmişdi.Məşrutə hərəkatı başlanan kimi Yekani də Heydər Əmioğlu, Məhəmməd Təği Şərifzadə, Səid Səlmasi və digər azadixahlar kimi mücahidlər sırasında öz iftixarlı yerini tutdu.O, Məşrutə hərəkatının görkəmli fədai başçısı kimi bütün vəzifələri ləyaqətlə yerinə yetirdiyi üçün, Təbriz inqilabının Azərbaycanda geniş…

Ətraflı

BALAŞ AZƏROĞLU ABİZADƏ (1921 - 2011)

BALAŞ AZƏROĞLU ABİZADƏ

(1921 - 2011)

Azərbaycanın Xalq şairi Balaş Azəroğlu Cənubi Azərbaycanda müasir demokratik ədəbiyyatın yaranması və inkişafı sahəsində misilsiz xidmətləri ilə diqqəti cəlb edir.Onun poetik yaradıcılığında Cənubi Azərbaycan fəhlə və kəndlilərinin inqilabi mübarizəsi, ağır həyatı, vüsal həsrəti, arzu - istəyi, sabaha dərin inamı, digər tərəfdən Sovet Azərbaycanında xalqın bəxtiyar həyatı, sülh, əmin - əmanlıq uğrunda mübarizəsi əlvan boyalarla təsvir olunmuşdur.

Balaş Allahbaxış oğlu Abizadə 1921 - ci ildə Bakıda anadan olmuş, orta təhsilini də burada almışdır.Balaş Azəroğlunun bədii ədəbiyyata coşğun həvəsi orta məktəbdə oxuyarkən oyan…

Ətraflı

21 Azər hərəkatının sərhəng (polkovnik) fədaisi ƏLİ ŞƏMİDƏ

21 Azər hərəkatının sərhəng (polkovnik) fədaisi

ƏLİ ŞƏMİDƏ

ƏIi İsmayıl oğlu Şəmidə 1915 - ci ildə Ənzəli şəhərində ( Pəhləvi ) fəhlə ailəsində anadan olmuşdur.Milliyyətcə azərbaycanlıdır.1931 - ci ilin əvvəlində İran Xalq Partiyasının gizli təşkilatının üzvü olub, həmin ilin axırlarından həbsə alınıb 10 il həbs cəzasına məhkum olunmuşdur.Üç il Rəşt zindanında, 7 il isə Tehran həbsxanasında qalmışdır.Həbsdən azad olduqdan sonra ömürlük İsfahan şəhərinə sürgün olunmuşdur.

Sürgündə olarkən müxtəlif idarə müəssisələrdə işləmiş, , eyni zamanda İsfahan "Rusbaf" toxuculuq fabrikində çalışmışdır.İsfahanda yaşayarkən bir neçə dəfə yenə də qısamüddətl…

Ətraflı

21 AZƏR HƏRƏKATININ ŞƏHİDİ YƏHYA ŞEYXİ

21 AZƏR HƏRƏKATININ ŞƏHİDİ

YƏHYA ŞEYXİ

Yəhya Həbib oğlu Şeyxi 1300 - nci şəmsi ilində (1921 - ci il miladi) Ərdəbil şəhərində yoxsul bir ailədə anadan olmuşdur.O, hələ uşaq ikən atası ölür, ailənin yaşayış vəziyyətinin çətinləşməsi - nə baxmayaraq Ərdəbildə ibtidai təhsil ala bilir

və öz doğma şəhərində orta məktəb olmadığı üçün Tehrana getmək məcburiyyətində qalır.Lakin Tehran şəhərində də bir sıra maddi və ictimai məhrumiyyətlər, düzgün olmayan maarif quruluşu ona təhsilini davam etdirmək imkanı vermir. Şeyxi sərbazlıq (əsgərlik) xidmətinə cəlb olunduğu üçün gürühbanlıq (gizir) məktəbinə, sonra isə setvani (leytenant) zabitlik məktəbinə daxil olur.…

Ətraflı

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azadlıq Layihəsi) onikinci hissə

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azadlıq Layihəsi)

onikinci hissə

Dr: Məhəmmədhüseyn Yəhyai

Siyasi təhsil almaq üçün firqə başçılarından bir qrupunun Moskovaya ezam olunması ilə(əlbəttə sonralar da qrub şəklində bu göndərmələr davam etdi) təşkilatın rəhbərliyində dəyişikliklər oldu. Əvvəlki rəhbərlərin yerinə “Mir Qasım Çeşmazər”, “Mir Rəhim Vilai”və “Rəhim Qazi” seçildilər. Onlar ilk fürsətdə əvvəlki rəhbərlərin təşkilatda rollarını azaltmaq üçün Bakıda firqənin birinci konfransını çağırmağa təşəbbüs etdilər. Təşkilatda nümayəndələrin seçilmə prossesi aşağıdan yuxarıya idi. Beləki hər özək öz nümayədəsini seçib və etibarnamə ilə birlikdə konfransa göndərirdi.  Firqən ilk konfransını 195…

Ətraflı

SEYİD YUSİF MÜRTƏZƏVİ

SEYİD YUSİF MÜRTƏZƏVİ

(1916 -1946)

Seyid Yusif Mürtəzəvi 1916 - cı ildə Bəndər -  Ənzəli şəhərində azərbaycanlı ailəsində anadan olmuşdur.Orta təhsilini Ənzəli şəhərində bitirmiş, Tehranda isə Ali hərbi məktəbə daxil olmuş, 1937 - ci ildə oranı bitirmişdir.1945 - ci ilə qədər İranın piyada qoşun bölmələrində zabit kimi xidmət etmişdir.

Qoşunda cərəyan edən fəsad, xüsusilə qoşunun hərbi texnikasının Amerika müstəşar- larının ixtiyarına verilməsi Mürtəzəvidə şah rejiminə qarşı nifrət yaratmışdır.O, şah qoşununun Amerikapərəst rəhbərlərinin , həm də İran qoşununda özlərini bütün ixtiyar sahibi kimi hesab edən Amerikanın hərbi müstəşarlarına qarşı apardığı mübarizə ilə əlaqədar …

Ətraflı

Azərbaycan Milli Hökumətinin sərhəngi (polkovniki) ƏLİ NƏVAİ (1915 - 1983)

Azərbaycan Milli Hökumətinin sərhəngi

(polkovniki) ƏLİ NƏVAİ (1915 - 1983)

Azərbaycan Milli Hökumətinin sərhəngi, Ərdəbil vilayəti Xalq Qoşunlarının başçısı Əli Nəvai 1915 - ci ildə Tehran şəhərində anadan olmuşdur.Atası Məhəmmədqasım Hadı oğlu dövlət qulluqçusu olmuşdur.Anası isə evdar qadın olmuşdur.1919 - cu ildən 1926 - cı ilədək ibtidai məktəbi və 1934 - cü ildə orta hərbi məktəbi bitirmişdir.İran qoşun hissələrində 1936 - cı ildən 1942 - cı ilədək işləmişdir.Qoşunda axırıncı vəzifəsi komandir olmuşdur.1942 - ci ilin iyul ayından etibarən İran ordusundan boyun qaçırdığına görə 1943 - cü ildə hərbi məhkəmədə birinci dəfə 6 ay həbsə məhkum edilib və ikinci məhkəmədə bəraət almışdır.Əli Nəvai bəraətdən sonra Zəngan ( Zə…

Ətraflı

MƏŞRUTƏ HƏRƏKATININ BAYRAQDARI HÜSEYN XAN BAĞBAN

MƏŞRUTƏ HƏRƏKATININ BAYRAQDARI

HÜSEYN XAN BAĞBAN

Hüseyn xan Bağban 1250 - ci şəmsi ilində  (miladi 1871 - ci il) Təbrizin 12 km.yaxınlığında yerləşən Sədrud qəsəbəsində Kərbəlayi Məhəmmədəlinin ailəsində anadan olmuşdur.Kərbəlayi Məhəmmədəli ailəsi ilə birlikdə Təbrizə köçür və "Liləva" məhəlləsində yaşayır (Bu məhəlləyə xalq arasında"Hacı Mirzə ağa Fərşçi" məhəlləsi də deyilirdi).

Məşrutə inqilabına qədər Təbrizdə bağbanlıqla məşğul olan Kərbəlayi Hüseyn xan xalq içərisindən çıxmış görkəmli mücahid başçılarından biridir.Onda zülm və əsarətə qarşı qəzəb hissinin oyanmasında ölkənin ağır vəziyyətinin, həmvətənlərinin məhrumiyyətləri - nin, Təbriz azadixahlar…

Ətraflı

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN ŞƏHİD GENERALI MİRZƏ RƏBİ KƏBİRİ

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN ŞƏHİD

GENERALI MİRZƏ RƏBİ KƏBİRİ

Azərbaycan xalqının görkəmli dövlət xadimi Mirzə Rəbi Hacı Mir İsaq oğlu Kəbiri 1268 - ci şəmsi ilində (miladi 1889 - cu ildə) Marağa şəhərində mütərəqqi mülkədar - ruhani ailəsində anadan olmuşdur.O, Marağada ailə daxilində xüsusi müəllim vasitəsilə oxumuş, nəhayət, Təbriz və Tehran şəhərlərində öz təhsilini təkmilləşdirmişdir.Lakin, o bununla kifayətlənməyərək şəxsi mütaliə yolu ilə də həmişə özünün bilik və bacarığının dairəsini genişləndirməyə çalışmışdır.Ona görə də Mirzə Rəbi Kəbirinin şəxsi kitabxanasında yüzlərlə qədim elmi, tarixi və ədəbi kitablara rast gəlmək mümkün olurdu. Bu kitabxanada mütərəqqi fikir carçısı olan mətbuat da az deyildi.Bun…

Ətraflı

HƏBİB SAHİR( ÜLKƏR)

HƏBİB SAHİR( ÜLKƏR)

(1903 - 1988)

Cənubi Azərbaycanın görkəmli şairi Mir Həbib Sahir (Ülkər) 1903 - cü ildə Təbriz şəhərində anadan olmuşdur.Babası Miyananın Tərk kəndindən Təbrizə köçmüşdür.Atası Mir Qəvam Sahir Məşrutə zamanı, Həbib Sahir 5 yaşında olanda, oğurlanıb və öldürülmüşdür.Həbib Sahirin həyatı son dərəcə uğursuz olmuşdur. Uşaqlıq və gənclik illəri Təbrizin Sürxab məhəlləsində keçmiş Həbib Sahir ilk təhsilini mollaxanada almışdır.

Həmin illəri xatırlayaraq şair yazır:"O zaman qibləyə sarı bir məsciddə bir molla məktəb qurmuşdu...hələ altı yaşıma çatmamışdım ki, anam məni o məktəbə aparıb.Axund, Həbibin əti sənin, sümükləri bizim" - dedi və …

Ətraflı

21AZƏR HƏRƏKATININ FƏDAİ ŞAİRİ MƏHƏMMƏD BAĞIR NİKNAM

21AZƏR HƏRƏKATININ FƏDAİ ŞAİRİ

MƏHƏMMƏD BAĞIR NİKNAM

(1921 -1946)

Mübariz fəhlə - şair 1921 - ci ildə (şəmsi ili 1300- cü il) Təbrizdə dəmirçi ailəsində dünyaya gəlmişdir.O, 5 - 6 yaşlarında yetim qalmış və dayısının himayəsində yaşayaraq kibrit karxanasında işləməklə keçinmişdir.Niknam yaxın yoldaşı Mahmuddan yazıb - oxumağı öyrənmiş, sonra böyüklərə məxsus məktəbdə molla yanında və nəhayət "Nizami" mədrəsəsin-

də təhsilini artırmışdı.

Məhəmməd Bağır Niknam şeir yaradıcılığına əsgərlikdə olduğu zaman başlamışdır.Səltənət rejiminin törətdiyi zülm və ədalətsizliklərin, mövcud quruluşun ziddiyyətlərin düyün nöqtəsi olan Rza xan sərbazlarının boğuc…

Ətraflı

CƏFƏR MƏHƏMMƏDZADƏ (KAŞEF)


CƏFƏR MƏHƏMMƏDZADƏ (KAŞEF)

Cəfər Məhəmmədzadə 1272 - ci şəmsi ilində  (miladi 1892 - ci il) Mamağanda kəndli ailəsində anadan olmuşdur.O, gənc yaşlarında Tiflisdə işlədiyi illərdə gecə məktəbində oxumuş, 1296 - 1297 - ci illərdə (1917 - 1918) həmin şəhərdə nəşr olan"Vətən", "Qızıl şəfəq"," məcəl - Iələrində və "Yeni fikir" ruznaməsində öz şeirləri ilə çıxış etmişdir.O, öz vətəninə qayıtdıqdan sonra zülmkar İran şahlarının, xain məmurların haqsızlıqlarına qarşı azadixah bir şair kimi alovlu şeirləri ilə etiraz səsi qaldıraraq vətənin azadlığı və istiqlalı uğrunda mübarizə aparmışdır.

1320 - ci il (miladi 1941 - ci il) şəhrivər…

Ətraflı

CABBAR ƏSGƏRZADƏ BAĞÇEBAN

CABBAR ƏSGƏRZADƏ BAĞÇEBAN

(1885 -1966)

Bağçeban ləqəbi ilə məşhur olan Mirzə Cabbar

Əsgərzadə(Aciz) 1885 - ci ildə İrəvan şəhərində

anadan olmuşdur.İlk təhsilini mollaxanada almışdır.Atası İrəvanda qənnadlıq və memarlıq -

Ia məşğul olmuşdur.Ömrünün baharını təlim və tərbiyə işlərinə sərf edən Bağçeban nəinki Azərbaycanda, bütün Qafqazda və İranda məşhur olmuşdur.O, bir müddət C.Məmmədquluzadənin müdirliyi ilə nəşr olunan məşhur "Molla Nəsrəddin" məcmuəsində satirik şeirlər yazır, sonralar isə İrəvan şəhərində "Lək - lək" (1914 -cü ildə) adlı satirik məcmuə nəşr etdirdi.

Birinci dünya müharibəsi illərində İrəvanı tərk edə…

Ətraflı

MİLLİ HÖKUMƏTİN BAŞ PROKURORU, ŞƏHİD FİRİDUN İBRAHİMİ

MİLLİ HÖKUMƏTİN BAŞ PROKURORU, ŞƏHİD

FİRİDUN İBRAHİMİ

"Bütün həyatımız boyunca düzlük və şərəf ilə yaşamışıq.Nədən dar ağacı altında pozğun görünməliyik."

Firidun İbrahimi

("Danışır Azərbaycan" kitabından )

Firidun İbrahimi 1918 - ci ildə (1297) Astara şəhərində ziyalı bir ailədə anadan olmuşdur.O, ibtidai təhsilini Astarada almışdır.Firidunun atası Mirzə Qəni 1929 - cu ildə (1308) siyasi ittihamla həbsə alınmış, bir neçə il zindanda qaldıqdan sonra Nəhavəndə sürgün olunmuş -

dur.Firidun atasının himayəsi altında Astarada doqquzuncu sinfi bitirdikdən sonra Ənzəliyə gedib 10 - cu sinfi orada bitirmişdir.Sonra Təbrizə gəlib 12 - ci sinfi Firdovs…

Ətraflı

"SALARE MİLLİ" - BAĞIRXAN

"SALARE MİLLİ" - BAĞIRXAN

Hacı Rza Bənnanın oğlu Bağır 1861 - ci ildə Təbrizin qədimi " Xiyaban " məhəlləsində anadan olmuşdur.Bu gözəl və pak insan bəzi səbəblər üzündən məktəbə getməmişdir.Lakin hərbi sahədə gözə çarpan istedadı və hüşyarlığı onu tez məşhurlaşdırdı.Belə ki, o kəndxudalığa qədər yüksəlmiş və bir müddətdən sonra Qacarların idarəetmə sisteminə daxil olmuşdur.

Amma ruhiyyə və əqidəsi bu hökumətin prinsipləri ilə fərqli olduğundan o, öz vəzifəsin- dən istefa etmişdi.Az keçmədi ki, Bağırxan Məşrutiyyət inqilabının mübariz qəhrəmanlarına qoşuldu.Onun bu inqilabda mühüm şəxsə çevrilməsinin və qəhrəman kimi şöhrət tapmasının səbəbi hərbi sahədə, Təbrizin…

Ətraflı

MƏSRUTƏ İNQİLABI VƏ SƏTTARXAN

MƏSRUTƏ İNQİLABI VƏ SƏTTARXAN

20 - ci əsrin birinci yarısında xalqımız tarixə Məşrutə inqilabı, Ş.M.Xiyabani hərəkatı və 21 Azər hərəkatı adı ilə üç böyük qəhrəmanlıq dastanı yazmışdır.Bir - birinin ardı və tamamlayıcısı olab bu hərəkatların hər biri özlüyündə xalqın azadlığı və demokratik hüquqlarının müəyyən hissəsini irtica və imperializmin əlindən almış və gələcək hərəkat üçün ideoloji zəmin yaratmışdır.Məşrutə inqilabının bir hissəsi olan Səttarxanın başçılığı altında Təbriz hərəkatı da bu cəhətdən diqqətə layiqdir.

Müzəffərəddin şah illər boyu məşrutəçiləri əzdikdən sonra mücahidlərin 5 maddəli təklif-

Ətraflı

HAŞIM TƏRLAN ( MİRƏLİ MİRƏLİZADƏ)

HAŞIM TƏRLAN ( MİRƏLİ MİRƏLİZADƏ)

(1923 - 2014)

Haşlm Tərlan 1923 - cü ildə Bakı yaxınlığında yerləşən bir kənddə Cənubdan Arazın o tayından köçmüş bir ailədə anadan olmuş, ilk təhsilini burada almışdır.O, kiçik yaşlarından şeir yazmağa başlamışdır.

Haşım Tərlanın ailəsi Cənubi Azərbaycandan olduğu üçün 1938 - ci ildə onları İrana köçür - müşlər.Ailəsi Sərab şəhərinin yaxınlığında, ata - baba yurdları olan Zəngilabad kəndində məskən salırlar.

İkinci Dünya müharibəsi dövründə Haşım Tərlan kəndi tərk edərək Tehrana köçür.Orada bir müddət nəccar (xarrat) işləyir, sonra köynəktikmə karxanasında ( fabrikində) işə daxil olur.Daha sonralar Piruzi məhə…

Ətraflı

AZADLIQ FƏDAİSİ RƏHİM İMRANİ

AZADLIQ FƏDAİSİ RƏHİM İMRANİ

Rəhim İmrani 1923 - cü ildə (1302) Təbrizdə kasıb bir çörəkçi ailəsində anadan olmuşdur.O, ailə vəziyyətinin ağırlığı ilə əlaqədar olaraq çox kiçik yaşlarından xalça fabrikində işləməyə başlayır.Fabrikdə işləməklə bərabər o min cür çətinlik və maneələrə baxmayaraq öz savadsız-

Iığını ləğv etmək üçün gecələr axşam məktəbi- nə gedir, axşam məktəbini müvəffəqiyyətlə bitirir, ancaq orta məktəbi qurtara bilmir. Yenidən bir müddət xalça fabrikində işləməyə məcbur olur.O, bu fabrikdə toxucu fəhlələrin ağır vəziyyətini və dözülməz surətdə istismar edilmələrini öz həyatında daha yaxından hiss edir.…

Ətraflı

ŞƏHİD ƏBDÜLSƏMƏD İMRANİ

ŞƏHİD ƏBDÜLSƏMƏD İMRANİ

(1885 - 1947)

Əbdülsəməd Mövlamverdi oğlu İmrani 1885 - ci ildə Qaradağ vilayətinin Əhər şəhərində sənətkar- boyaqçı və xalçaçı ailəsində anadan olmuşdur.Hələ gənc ikən siyasi, ictimai fəaliyyətə başlayan Əbdülsəməd Səttarxan hərəkatında fədai yüzbaşısı olmuş, məşhur istibdad nökəri Rəhimxan Çələbiyanlıya qarşı Qaradağ mücahidləri ilə birlikdə müvəffəqiy -

yətlə vuruşmuşdur.Sonra Şeyx Məhəmməd Xiyabaninin rəhbərlik etdiyi Demokrat Firqəsinin üzvü , bu hərəkatın fəal iştirakçılarında biri olmuşdur.Ə.İmrani Əhər şəhərində təşkil olunmuş yığıncaqlarda Qaradağ feodallarının dövlət məmurlarının özbaşınalıqlarını ifşa etdiklərləri üçü…

Ətraflı

BACADAN BAXAN ŞAİR - ƏLİ FİTRƏT

BACADAN BAXAN ŞAİR - ƏLİ FİTRƏT

Azərbaycanın mübariz şairlərindən biri olan Əli Məhəmməd oğlu Fitrət 1890 - cı ilin baharında

(Günəş ili 1269) Cənubi Azərbaycanda, Təbriz şəhərinin Dəvəçi məhəlləsində ruhani ailəsində dünyaya gəlmişdir.İbtidai təhsilini mollaxanada almışdır.Atası molla Məhəmməd alim və ədəbiyyatşünas bir şəxs idi. O, oğlununun dərsləri ilə özü məşğul olmuşdur.Atası vəfat etdikdən sonra Əli 15 - 16 yaşlarında dərsi tərk edərək çapxanaya gedir, 10 il orada işləyir.Bu ərəfələrdə şeir yazmağa başlayır, ilk növbədə nohə yaxır.

Şair çapxananı tərk etdikdən sonra , nəzmiyyə idarəsində işləyir, nəhayət 1303 - cü ildə (1924)…

Ətraflı

"VƏTƏN YOLUNDA" QƏZETİ

"VƏTƏN YOLUNDA" QƏZETİ

İkinci Dünya müharibəsi illərində Təbrizdə birinci olaraq, Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunmuş Qızıl Ordu qəzeti.İlk nömrəsi 1941 - ci il oktyabr ayının 11 - də günaşırı olaraq nəşr edilirdi.Qəzetin çap olunmasının birinci mərhələsi 1942 - ci il aprelin 13 - ə qədər davam etmişdir.Bu ərəfəyə qədər qəzetin 89 nömrəsi çıxmışdır.

İki illik fasilədən sonra 1944 - cü il aprel ayının 10 - dan qəzetin ikinci mərhələsinin nəşri başlanmışdır.Bu mərhələ 1946 - cı ilin mayın 1-ə qədər davam etmiş və həmin müddət ərzində (1941 -1946) qəzetin 406 nömrəsi nəşr olunmuşdur.

Qəzetin səhifələrində Məhəmməd Biriya,Mir Me…

Ətraflı

AZADLIQ YOLUNUN GƏNC MÜBARİZİ ALLAHVERDİ ƏRĞƏVANİ

AZADLIQ YOLUNUN GƏNC MÜBARİZİ

ALLAHVERDİ ƏRĞƏVANİ

Allahverdi Ərğəvani 1302 - ci günəş ilində (miladi 1923 - cü il) anadan olmuşdur.Bir müddət dərs oxuduqdan sonra, işləmək zərurəti

onun təhsilinin davam etdirilməsinə mane olur.Lakin, bu işləmək özü də Allahverdi Ərğəvaninin istədiyi kimi davam etmir.O, istədiyi peşəni azad surətdə seçə bilmir, öz istedadın - dan lazımi qədər istifadə etmək ona müəssər olmur.Bunlardan əlavə nisbətən uzun müddətli sabit bir iş tapıb işləmək bütün cavanlar kimi onun üçün də həll edilməz çətinlik şəkli alır.

1320 - ci ildə (1941- ci il, miladi) Rza xan diktatorluğunun yıxılması ilə azadlıq hərəkatı genişlənir.Məmləkəti…

Ətraflı