Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Xarici Xəbərlər

İranlı Mühacirlər Cəmiyyəti

22/09/2017

İranlı Mühacirlər Cəmiyyəti – mühacirətin dünyəvi Azərbaycan modeli kimi

Təşkilat  bu mövzuda “dəyirmi masa”lara Gəncədən başlayıb

İMC-nin “Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində reallaşdırılması nəzərdə tutulan “İranlı Mühacirlər Cəmiyyəti-mühacirətin dünyəvi Azərbaycan modeli” mövzusunda ilk “dəyirmi masa”sı dünən Gəncədə düzənlənib. Tədbirə qədim şəhərdə və Gəncəbasarda yaşayan iranlı mühacirlər və övladları, eləcə də burada fəaliyyət göstərən müxtəlif qurumların təmsilçiləri qatılıblar. Öncə onlar Ulu Öndərimiz Heydər Əliyevin şəhərin baş meydanındakı abidəsini ziyarət ediblər və ora gül-çiçək düzüblər.…

Ətraflı

“21 Azər” - 70 diplomu təsis edildi

20/02/2015

İlk diplom şəhidlər ailəsinə təqdim olunacaq

“Xocalı petesiyası”na qoşulan İranlı Mühacirlər Cəmiyyətinin üzvləri bu soyqırımın 25 illiyi ilə bağlı bir sıra tədbirlər həyata keçirəcəklər. Fevralın 21-də baş tutacaq tədbirə şəhid İmanilər ailəsinin üzvləri dəvət olunacaq, onların şərəfli həyat yolundan söhbət açılacaqdır. Cəmiyyət üzvlərinin, tanınmış alim, tədqiqatçı, publisist və media mənsublarının iştirak edəcəkləri görüşdə bu nəslin bioqrafiyasına nəzər salınarkən ilk növbədə “21 Azər” ideyaları uğrunda necə könüllü surətdə şəhadətə getmələri xatırlanacaq. 1947–ci ildə Xocalıda məskunlaşan fədai Ağayar kişinin, gəlini Sona xanımın nüfuz sahibi olmalarından, övladları Malikin həmin müdhiş gecədə yüzlərin xilası bahasına başa gə…

Ətraflı