Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Məqalələr

PİŞƏVƏRİ SİZİNLƏ DANIŞIR


PİŞƏVƏRİ SİZİNLƏ DANIŞIR

(Azərbaycan Demokrat Firqəsinin təşkilatçısı və banisi S C.Pişəvərinin sözlərindən)

"Biz tam mənasilə təşkilat yolu ilə işi qabağa aparmağa müvəffəq olmuşuq. Bu yolda düşünüb tərtib verdiyimiz xalq iclaslarının bu köməyini qeyd etməliyik.Mitinqlər və onlarda toplanan imzalar sübut etdi ki, xalqın ürəyi bizimlədir.İstədiyimiz vaxt ümum millət ayağa qalxıb bizim ardımızca gələcəkdir."

("Azərbaycan" ruznaməsi, nömrə 110, yekşənbə 7 bəhmən 1324 - cü il.)

" Sadə bir surətdə öz evimizi istədiyimiz kmi idarə etmək istəyirik.Buna isə istismar dünyası təhəmmül etmək istəmir.Nə etməli, millətimiz qərinələr boyu təhəmmül etdiyi zülm, əsarət və hərc…

Ətraflı

Səttar xanın heykəlinin qoyulması

 

Səttar xanın heykəlinin qoyulması

Azərbaycan Məclisi Millisinin Səttarxan, Bağırxanın mücəssəmələrinin nəsb edilməsi və müstəbid Rzaxanın mücəssəməsinin götürülməsi haqqında 6 nömrəli qərarı:

1- İran xalqının azadlığını ortadan aparıb Azərbaycanı bərbad hala salan və mənhus Rzaxanın mücəssəməsini Gülüstan bağından götürüb onun yerində Səttarxan Sərdari - millinin mücəssəməsi nəsb edilsin və Gülüstan bağı sərdarın adı ilə adlandırılsın.

2- Azərbaycan məşrutə tələblərinin və mücahidlərin məhkum tarixi səngərlərindən olan Ərk qalasının yanında Bağırxan Salari - millinin mücəssəməsi nəsb edilsin.

Bu qanun Azər ayının 30 - da 1324 -…

Ətraflı

Böyük vətənpərvər, alovlu mübariz Xosrov Ruzbeh


Böyük vətənpərvər, alovlu mübariz

Xosrov Ruzbeh

Ordubeheşt ayının 21 - də Tehran yaylım atəşinin səsiylə yuxudan ayıldı.Alçaq cinayət və xəyanətlərlə dolu olan İran irticasının qara kitabına yenə də yeni bir tünd ləkə əlavə edildi.Amerika imperialistlərinin göstərişi əsasında İran irticasının əliylə fars xalqının görkəmli oğlu, Hizbe Tudeye İranın Mərkəzi Komitəsinin üzvü, sülh, azadlıq və xalqlar dostluğunun mətanətli əsgəri - böyük vətənpərvər Xosrov Ruzbeh edam edildi.

Bütün varlığını İran xalqlarının azadlıq və səadətinə həsr edən alovlu inqilabçı və mərd mübariz Xosrov Ruzbeh şərəfli bir həyat yolu keçmişdir.O, 1294 - cü ildə Məlayer şəhərində qulluqçu ailə…

Ətraflı

21 AZƏR HƏRƏKATININ ŞƏHİDİ DANİL YUŞİA

21 AZƏR HƏRƏKATININ ŞƏHİDİ DANİL YUŞİA

Çoxmillətli vətənimizin karxanalarında işləyən kargərlər, tarlalarda çalışan fars ya azərbaycanlı, gilək ya bəluc, assurilərdən, yəhudilərdən, kürdlərdən və s. millətlərdən asılı olmayaraq əsasən bir dərəcədə istismar olunurlar. Bunlardan hər biri istismara, torpaqsızlığa, zülmə və məhrumiyyətlərə qarşı etiraz etdikdə hakim təbəqənin bütün cəbr vasitələri tam kəskinliklə onlara qarşı çevrilir.Azadlıq və demokratik hüquqlar uğrunda, milli hüquq yolunda atılan hır bir addım , sadəcə olaraq maddi vəziyyətin yaxşılaşdırılması və işlə təmin olmaq üçün fəaliyyət itaətdən boyun qaçırmaq, mövcud quruluşa qarşı cinayət hesab edilərək amansız surətdə terror və təqib edilir. Zəhmətkeşləri istisma…

Ətraflı

görkəmli ziyalısı Firidun İbrahiminin mübarizəli ömür yolundan bəhs olunub

 görkəmli ziyalısı Firidun İbrahiminin mübarizəli ömür yolundan bəhs olunub

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Mədəniyyət” kanalında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Verilişdə XX əsr tarixinin görkəmli ziyalısı, hüquqşünas, 1945-1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru olmuş Firidun İbrahiminin mübarizəli ömür yolundan bəhs olunub.

Akademik Rafael Hüseynov qeyd edib ki, Xalq yazıçısı Mirzə İbrahimovun qələmə aldığı “Gələcək gün” romanının qəhrəmanı Firudin İbrahimi olmuşdur. Vurğulanıb ki, istiqlal tariximizin ən parlaq ulduzlarından olan Firidun İbrahiminin adı Azərb…

Ətraflı

ŞEYX MƏHƏMMƏD XİYABANİNİN ABİDƏSİNİN AÇILIŞI MÜNASİBƏTİLƏ

ŞEYX MƏHƏMMƏD XİYABANİNİN ABİDƏSİNİN

AÇILIŞI MÜNASİBƏTİLƏ

Şeyx Məhəmməd Xiyabani kimi şəxsiyyətlər meydana çıxmaqla xalqın fikrinin və milliyətinin meydana çıxmasını təmin edir.Azərbaycan əgər iftixar edirsə, azərbaycanlılar özləri o iftixaratı təmin edirlər.Sərdari Milli Səttarxan, Bağırxan və Şeyx Məhəmməd Xiyabaninin məşrutə barəsində götürdükləri qədəmlər heç bir vaxt yaddan çıxa bilməz.Hər vaxt Azərbaycanın və Təbrizin adı zikr olunur, onların iftixarlı adı da araya gəlir.Xalq Azərbaycan adına, onlara da etiramla baxır. Biz gərək onların asarın əbədiləşdirək.Xüsusən Şeyx Məhəmməd Xiyabaninin asarı çox qiymətlidir.Səttarxan Sərdari Milli əgər silah gücü ilə Azərbaycanın adını ucaldıb, Şeyxin alimanə nitqlərinin bu …

Ətraflı

SÜLEYMAN MÖHSÜN İSKƏNDƏRİ

SÜLEYMAN MÖHSÜN İSKƏNDƏRİ

Azadlıq hərəkatının qocaman xadimi Süleyman mirzə 1877 - ci ildə Təbrizdə ziyalı ailəsində anadan olmuşdur.O, qədim və müasir üsulda təhsil almış, şəxsi mütaliə vasitəsilə öz biliyini zənginləşdirmiş və bir müddət Tehranın " Şərəf" mədrəsəsində tədrislə məşğul olmuşdur.İstibdad və imperializm zülmünün şahidi olan Şüleyman mirzə xalqın məhrumiyyitlərini ürəkdən hiss etmiş və onun nicat yolunu da axtarmışdır.

XIX əsrin axırlarından etibarən mütləqiyyət üsuluna və imperializm nüfuzuna qarşı yüksəlməkdə olan xalq hərəkatı Süleyman mirzəni də öz cərgələrinə çəkib aparmışdır. Onun ictimai fikirlərinin mütərəqqi istiqamətdə formalaşmasın…

Ətraflı

ŞEYX MƏHƏMMƏD XİYABANİ

ŞEYX MƏHƏMMƏD XİYABANİ

Ş.M.Xiyabani 1258 - ci ildə (1879 miladi)

Təbriz yaxınlığında olan Xamnə qəsəbəsində orta tacir ailəsində anadan olmuşdur.Şeyx Məhəmməd gənclik dövründə dini təhsil almış, atasının ticarət işlərinə kömək göstərmiş, Rusiyaya səfər etmiş və nəhayət, ictimai,fəlsəfi elmlər sahəsində geniş mütaliə ilə məşğul olmuşdur.İstibdad və imperializm zülmünü öz gözləri ilə görən, xalq kütlələrinə yaxın olan, onların ictimai və iqtisadi çətinliklərini, dərdlərini, hüquqsuzluqlarını ürək ağrısı ilə hiss edən Xiyabani də XX əsrin əvvəllərində yüksələn xalq hərəkatına qoşulur.O, Səttarxan və Bağırxanın başçılıq etdikləri hərəkatda həm əlində silah döyüş meydanlarında, həm də küçə nümayişlərində, minbər və tribinalarda, məcl…

Ətraflı

DOKTOR TAĞI ƏRANİ


DOKTOR TAĞI ƏRANİ

Tağı Əbülfət oğlu Ərani 1281 - ci ilin şəhrivər ayının 14 - də (1902 miladi, 5 sentyabr) Təbriz şəhərində dövlət qulluqçusu ailəsində anadan olmuşdur.O, Təbrizin " Loğmaniyyə" mədrəsəsində oxuduğu vaxt Məşrutə nəhzətinin şahidi lmuş, 1295 - ci ildə atası ilə birlikdə Tehrana gedərək " Şərəf" mədrəsəsində və Tibb daneşkədəsində təhsilini davam etdirmiş, nəhayət, 1301 - ci ildə təhsilini təkmilləşdirmək məqsədi ilə Almana göndərilmişdir.

Ölkədə ictimai zülm və imperializm zülmünə qarşı xalq hərəkatı Əraninin də diqqətini cəlb etmişdir.Rusiyada Sosialist inqilabının ilhamverici təsirilə məmləkətin şimal - qərbindən şimal - şərqinə qədər uz…

Ətraflı

FİRQƏ VƏ DÖVLƏTİN ƏSAS MƏSƏLƏLƏRİ HAQQINDA MƏRKƏZİ KOMİTƏNİN ÜMUMİ İCLASINDA

FİRQƏ VƏ DÖVLƏTİN ƏSAS MƏSƏLƏLƏRİ HAQQINDA MƏRKƏZİ KOMİTƏNİN ÜMUMİ İCLASINDA

Mərkəzi Komitənin keçmiş ümumi iclası nə şərait altında toplanmışdı?

Mərkəzi Komitənin keçən ümumi iclası ağır bir vəziyyətdə təşkil olunmuşdu. O vaxt kəndlilər və firqə şöbələri jandarm cəlladları vasitəsilə böyük təzyiq və fişarlara məruz qalmış idi. Gündə yüzlərcə kəndli jandarm zülmündən fərar edib firqə komitəsinə pənah gətirir, oradan imdad və kömək tələb edirdilər. Zindanlar, cürbəcür bəhanələr üzrə toqif edilən kəndlilər ilə doldurulmuşdu. Balaxərə bütün dövlət dəstgahı bizim milli hərəkatımızı boğmaq üçün ayağa qalxmışdı. Tehran hökuməti firqə təşkilatını mənhəl etmək, firqəmizin rəhbərlərini öldürüb meydandan …

Ətraflı

21 AZƏR ŞƏHİDİ İBRAHİM VƏTƏNXAH

21 AZƏR ŞƏHİDİ İBRAHİM VƏTƏNXAH

Xalqımızın azadlıq və səadəti uğrunda şəhid olan qəhrəmanlarımızdan biri də Vətənxah İbrahim Adıgözəl oğludur.Vətənxah İbrahim Adıgözəl oğlu 1279 - cu şəmsi ilində (m.1900) Biləsuvarda kəndli ailəsində (Muğanda olan talış Mikayıllı tayfasındandır) anadan olmuşdur.

İbrahim ilk təhsilini kənd mollasından almış, lakin oxumaq işini davam etdirməyə imkanı olmamışdır.O, hələ çox kiçik ikən atası vəfat etmişdir.İbrahim ailəsini dolandırmaq məqsədilə əkinçilik və sonralar isə kəsbkarlıqla məşğul olmuşdur.O kəsbkarlıq işi ilə əlaqədar olaraq kəndləri və əyaləti gəzir, geniş xalq kütlələrinin, o cümlədən kəndlilərin ağır həyatı ilə tanış olur.O, dövlət məmurların…

Ətraflı

21 AZƏR ŞƏHİDİ MİRZAĞA TOHİDİ


 

21 AZƏR ŞƏHİDİ MİRZAĞA TOHİDİ

Çox isti keçən yay ayları idi.Azərbaycanın bir çox məntəqələrində olduğu kimi, Əcəbşirdə də bağçılığın qızğın iş mövsümi başlamışdı.1322 - ci ilin (1943) yayı kəskin siyasi fəaliyyət mövsümi kimi də fərqlənirdi. Seyid Ziyaəddin Təbatəbai, Əli Dəşti, Emami və sairə bu kimi mürtəcelərin tərəfdarları ilə mütərəqqi qüvvələr arasındakı kəskin ideoloji mübarizə qızğın mübahisələrə, hətta bəzən qızğın münaqişələrə də səbəb olurdu. Arada milli və sairə adlı irtica hizblərin Əcəbşirdəki mollalar, ərbablar və jandarm qüvvələri tərəfindən müdafiə olunmaları bu münaqişələri daha da mürəkkəbləşdirir və çətinləşdirirdi.Bütün bunlara baxmayaraq Hizbe -Tudeye İranın hələ 1321 - ci ildən (1942) təşkil tapmış…

Ətraflı

DÖZÜLMƏZ CİNAYƏT...!

DÖZÜLMƏZ CİNAYƏT...!

Cinayət...! Oxucularımız, əlbəttə, təəccüb edəcəklər. Dözülməz cinayət...! Bu cinayət nədən ibarətdir, cani kimdir və kimə nisbət cinayət edib?

Bəşəriyyət aləminin inkişafı və insan mədəniyyətinin əsrlər boyu tərəqqisi nəticəsində bəşər cəmiyyətində bir para qəti və hətmi üsullar vücuda gəlmişdir ki, əvam demişkən sünni və şiə bu üsullara qaildir.

Dünyada olan bütün mədəni millətlərin təsdiq etdikləri üsullardan biri də milliyyət azadlığı prinsipidir.Məsələn, beynəlmiləl hüququn məcmuələrində dərc olunub, dünyanın ən əzəmətli demokrat dövlətləri tərəfindən təsdiq edilmiş Atlantik mənşuurunda hər xalqın müqəddaratı öz tərəfindən təyin edilmə…

Ətraflı

Azadlıq yolunun mübarizi şəhid Rəhim Səməd oğlu


Azadlıq yolunun mübarizi şəhid Rəhim Səməd oğlu

Ölkənin hər tərəfində olduğu kimi Ərdəbilin Kəhrəlan (Kəlxoran) kəndində kəndlilər ilin yarısından çoxunu küçələrdə, evlərdə, çöldə ağac kölgəsində oturub söhbət etməklə keçirirdilər.Burada da sənaye, texnik, tərəqqi və mədəniyyət ocaqları yox idi.Gerilik, işsizlik və yoxsulluq bu kəndin də başlıca cəhətlərindən idi.Ona görə də kəndlilər öz aralarında söhbət edərkən məxsusən bu məsələlərə toxunardılar.İstər - istəməz bu fəlakətlərin səbəbi də qismən ortaya çıxardı. Torpaqsızlıq, maliyyat və bəhrənin ağırlığı, maliklərin, dövlət məmurlarının ardı - arası kəsilməyən tələbatı kəndlilərin əksəriyyətini narahat edən təhmilat idi.Söhbət bu yerlərə çatanda Rəhim daha ətraflı danışardı.Tor…

Ətraflı

HƏQİQİ SİYASİ İŞÇİLƏR TƏRBİYƏ EDİLMƏLİ

HƏQİQİ SİYASİ İŞÇİLƏR TƏRBİYƏ EDİLMƏLİ

Firqə böyük bir siyasi təşkilatdır, o, bir dəstə savadsız və məlumatsız adamların yığıncağından ibarət ola bilməz Siyasi bir təşkilatın payası ehsasat üstündə durursa, o təşkilat uzun müddət davam edib böyük siyasi işlərin yükünə dözməz.Ehsasat və ani mənafelər dəyişib təğyir tapar, onların sayəsində toplanan cəmiyyətlərdə naçar yorulub ortadan getməyə məcbur olar.Əsaslı bir firqə düşüncə, anlaq və siyasi məlumat üstündə qurulmalı, üzvlərin birliyinə dayanmalıdır.

Minlərlə məlumatsız və siyasi biliksiz adamları bir neçə faydalı şüarlar ilə yığmaq mümkündür, lakun onları uzun müddət saxlamaq o vaxt mümk…

Ətraflı

Azadlıq yolunun mübarizi - FORUĞ NURİ


Azadlıq yolunun mübarizi - FORUĞ NURİ

Uti kəndi Əhər yaxınlığında yerləşən yaşayış məntəqələrindən biridir.Qaradağın bir çox kəndləri kimi burada da irtica ilə azadixah qüvvələr arasında tez - tez toqquşmalar baş verirdi.Kəndin kənar küçələrindən birində olan Foruğ Nurinin evi isə azadixahların, feodal özbaşınalığı və jandarm cinayətkarlığından təngə - zara gəlmişlərinin bir hissəsinin toplaşıb məsləhətləşdiyi bir yer idi. Foruğ Nuri oğlu vətənini və xalqını ürəkdən sevən, inqilabi ruhda yaşayan mübariz bir adam idi.O, istər bu kənddə, istərsə başqa kəndlərdə bəylərin, mübaşirlərin və jandarmaların törətdikləri cinayətlər haqqında izahat işləri aparır, kəndliləri ədalətsizliyə qarşı mübarizəyə, bu mübarizədə başqa azadixah qüvvələrl…

Ətraflı

21 AZƏR ŞƏHİDİ HEYDƏR AFAQİ


21 AZƏR ŞƏHİDİ HEYDƏR AFAQİ

İran xalqlarının azadlıq və istiqlalı uğrunda mərdliklə mübarizə aparan, öz canını, hətta, bu yolda qurban verənlərdən biri də Heydər Afaqidir.Heydər 1290 - cı ildə Dizcrud mahalının Şişəvan kəndində kəndli ailəsində anadan olmuş (1911), 6 il molla məktəbində oxumuş, 12 yaşında isə atası vəfat etmişdir.Bu hadisə ilə əlaqədar olaraq Heydər məktəbi tərk edib hələ gənc yaşlarında nökərçilik və biçinçilikə ailəsinə kömək etməyə məcbur olmuşdur. Gənc Heydərin, ümumiyyətlə, kəndlilərin əməyinin bəhrəsini mənimsəyən maliklərin, onların nümayəndə və mübaşirlərinin özbaşınalıqlarına dözməyib müqavimət göstərən Heydər dəfələrlə döyülür, təhqirə məruz qalır. Beləliklə, onun da ürəyində mülkədarlara və onları…

Ətraflı

21 AZƏR ŞƏHİDİ HƏSƏN ZƏRBƏLİ OĞLU


21 AZƏR ŞƏHİDİ HƏSƏN ZƏRBƏLİ OĞLU

Həsən Zərbəli oğlu 1271 - ci ildə (1892) Muğanda kəndli ailəsində anadan olmuşdur.O, molla məktəbində təhsil aldıqdan sonra hələ kiçik yaşlarından əkinçiliklə məşğul olur.Atası vəfat etdikdən sonra isə ailənin bütün ağırlığı onun boynuna düşür.Həsən sonralar Biləsuvara köçür və nəhayət, iş və çörək dalınca başqa şəhərlərə də getməli olur.Ölkənin ayrı - ayrı şəhər və kəndlərində fəhləlik və muzdurluq edərək işlədiyi zaman zəhmətkeşlərin mövcud müstəbid rejim əleyhinə apardıqları mübarizə ilə yaxından tanış olur.Bir çoxları kimi o da məhrumiyyətlərə və zülmə qarşı mübarizə aparanların sırasına qoşulur. 1322 - ci ildə (1943) xalq hərəkatının şiddətləndiyi bir dövrdə Biləsuvarda olan Həsən z…

Ətraflı

21 AZƏR ŞƏHİDİ SƏİDXAN TALIŞMİKAYILLI

 

21 AZƏR ŞƏHİDİ SƏİDXAN TALIŞMİKAYILLI

Səidxan Talışmikayılli Şahsevən tayfasındandır.O, 1291 - ci şəmsi ilində (1912) Muğanda anadan olmuşdur.Uşaqlıq dövründən başlayaraq Səidxan da ata və qardaşları ilə birlikdə maldarlıqla, bəzən də əkinçiliklə məşğulolur.Səidxanın ata və qardaşları Muğanda yaşadıqları dövrlərdə dövlətin, xanların, bəylərin təhmil etdikləri ağır vergilərə, cürbəcür ədalətsizliklərə dözmür, öz ana yurdlarını tərk etməyə məcbur olurlar.Səidxan bir müddətdən sonra ailəsi ilə birlikdə yenidən öz doğma elinə qayıdır.Muğan mahalının Poladlı kəndində yaşayır və yenə də əkinçiliklə məşğul olur.Rza xan istibdadı dövründə Səidxan yerli bəylərin və jandarm məmurlarının xalqa etdikləri zülmə və özünün başına gəl…

Ətraflı

ŞƏHİD MƏHƏMMƏDHƏSƏN RƏZZAQİ


ŞƏHİD MƏHƏMMƏDHƏSƏN RƏZZAQİ

Xalqımızın azafşdlığı, vətənimizin istiqlalı uğrunda imperializmə, səltənət dəstgahına qarşı aparılan mübarizə tariximiz xalqın mərd oğullarının fədakarlıq və qəhrəmanlıqları ilə zəngindir.Bu mərd insanların bir çoxu vətən və xalq uğrunda vuruşlarda ölümü böyük bir qəhrəmanlıqla , açıq gözlə qarşılamış, zalımlara əyilməmiş və beləliklə, xalq işinə və mərama sədaqət yolunda ən gözəl nümunələr göstərmişlər.Onların əziz xatirələri dönməzlik və mübarizlik simvolu kimi xalqın ürəyində yaşayır.Geniş kütlələr içərisində onların mübarizələri və həyatın son anlarındakı mübarizəyə çağıran sözləri haqqında xatirə və hekayətlər dildən - dilə gəzir.Beıə fədakar yoldaşlardan biri də Məhəmmədhəsən Rəzzaqidir.…

Ətraflı

Şəhid Ənuşirvan İbrahiminin xatirəsinə

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədr müavini

Şəhid Ənuşirvan İbrahiminin xatirəsinə

Yoldaşlar, biz getdik, Yolumuzu siz davam edin!

1987-ci il sentyabrın 13-i günorta vaxtı idi. Uşaqlar süfrə qurmuşdular. Onlar stol arxasında oturmaq istəyərkən, kameranın qapısı açıldı. Ənuşirvanı səslədilər. Bir anlıqa urəklər sıxılıb və dodaqlarda gülüşlər qurudu. Onun vədəsi dolmuşdu. Ona günorta yeməyini  yeməyə belə icazə vermədilər. Ənuşirvan ayağa qalxmışdı. İlk növbədə kameraya ağır və  acı bir sükut çökdü, sonra məhbusların üzləri göz yaşları bürüdü. Ənuşirvanı güllələməyə aparırdılar. Gözlər onun ağzına dikilmişdi. O, bir söz deməli idi. Ənuşirvan qısa çıxış edərək belə söylədi: “Yoldaşlar, biz getdik, y…

Ətraflı

21 AZƏR ŞƏHİDİ ƏZİM BOLƏNDİ

21 AZƏR ŞƏHİDİ ƏZİM BOLƏNDİ

İran xalqlarının azadlıq və səadəti uğrunda həyatını qurban verən minlərlə mübarizlər sırasında Əzim Boləndinin də fəaliyyəti unudulmaz və xatirəsi əzizdir.

Əzim Boləndi Ərdəbil vilayətinin Ağmiyan kəndində əkinçiliklə məşğul olan zəhmətkeş ailədə 1292 - ci ildə (1913) anadan olmuşdur. Ərbab, mübaşir və dövlət məmurlarının zülmü nəticəsində öz vətənini tərk edən bu ailə 1302 - ci ildə (1923) yenidən Ərdəbilə qayıtmışdır.Bu zamandan etibarən Əzim Ərdəbil şəhərinin Sədi mədrədəsinə daxil olmuş və 1312 - ci ildə (1933) mədrəsənin 6 -cı klasını müvəffəqiyyətlə qurtara bilmişdir.Bu dövrdə onun nizam və vəzifə xidmətinə cəlb edilməsi, yenə də təhsildən ayrılmasına səbəb olmuşdur.Ə…

Ətraflı

VƏTƏNİN ŞƏRƏFLİ OĞLUNA

 

 

 

 

 

 

 

 

VƏTƏNİN ŞƏRƏFLİ OĞLUNA

(Firidun İbrahiminin xatirəsinə)

Dostum sənin xatirən əbədi munisimdir,

Səni düşündükcə mən, səni andıqca hər an,

İntiqam, iztirab, kin, alov alır könlümü!

Qanım dolur elə bil, çırpınır qəlbim haman.

Səninlə biz bir yolun, bir məramın dostuyuq,

Bir suyun, bir torpağın yaratdığı bir insan.

Hər zaman qəlbimiz də, andımız da bir olmuş

Bir əqidə sahibi, bir düşüncə, bir iman.

Sənin müqəddəs arzun, azadəlik, səadət

Bəxş etmək idi, dostum, bizim doğma ellərə,

İşıqlansın deyirdin bu səhralar, bu yerlər,

İndi də bu ölkədən günəş doğsun hər yerə.

D…

Ətraflı

FİRQƏMİZ İŞƏ BAŞLADI

FİRQƏMİZ İŞƏ BAŞLADI

İranda 20-ci əsrin görkəmli siyasətçisi Seyid Cəfər Pişəvəri 12 şəhrivər müraciətnamə və ya 12 Şəhrivər bəyanatının nəşri ilə bağlı “Firqəmiz işə başladı!” başlıqlı məqalə yazıb və 1324-cü il çəhrivərin 14-də “Azərbaycan” qəzetinin ilk nömrəsində dərc etmişdir. Bu məqalə 12 Şəhrivər müraciətnaməsinin təhlilində böyük mövqeyə malikdir. Ona görə də 12 Şəhrivərin nəşrinin 77-ci il dönümü üçün bu yazını Azərbaycan Demokrat Firqəsi saytının oxucularına təqdim edirik.

FİRQƏMİZ İŞƏ BAŞLADI

Düşənbə günü firqəmizin müraciətnaməsi1 intişar tapdı. Bu müraciətnamə xalqımız tərəfindən geniş təvəccеһ və böyük …

Ətraflı

QOŞAÇAYIN QƏHRƏMAN OĞLU ƏLİ MÜTİ

QOŞAÇAYIN QƏHRƏMAN OĞLU ƏLİ MÜTİ

Xalqımızın azadlıq və istiqlalı uğrunda illər boyu davam edən hərəkatı bir çox fədakar mübarizlərin də yetişib bərkiməsinə şərait yaratmışdır.Bu hərəkat genişlənib dərinləşdikcə mübariz istedadlsrın daha çox üzə çıxmasına səbəb olmuşdur.Belə istedadlardan biri də Əli Mütidir.O, vaxtilə Hizbe Tudə İranın və Azərbaycan Demokrat Firqəsinin sıralarında diqqətəlayiq mübarizə məktəbi keçmiş və nəhayət, xalq amalı uğrunda öz canını da qurban vermişdir.

Əli Müti Miyandab mahalının Şili kəndində yoxsul kəndli ailəsində anadan olmuş, Miyandab şəhərində orta təhsil aldıqdan sonra 1320- ci şəmsi ilindən (1941) etibarən Miyandab teleq…

Ətraflı

Azadlıq yolunun fədaisi Qulaməli İsmayılzadə

Azadlıq yolunun fədaisi Qulaməli İsmayılzadə

Milli Demokratik hərəkatın qələbəsi uğrunda mərdliklə mübarizə aparan fədailərdən biri də Qulaməli İsmayılzadədir.İsmayılzadə Qulaməli 1301 - ci il şəmsi ilində (1922) Dizcərud mahalındakı İrvan kəndində muzdur kəndli ailəsində anadan olmuşdur.Onun uşaqlıq dövrü çox ağır keçmiş, nökərçilik etdiyi xanın qapısında həmişə döyülüb təhqir olunmuşdur.Hələ kiçik yaşlarından zülm və istismara , təhqir və yoxsulluğa məruz qalmış Qulaməli 1322 - ci ildə ( miladi1943) Hizbe Tudə İranın sırslarına daxil olmişdur. İsmayılzadə hizbə ( partiyaya) daxil olduqdan sonra onun ən fəal üzvlərindən birinə çevrilir.O, həmişə belə deyirdi:" Mən hizbin sərbazıyam.Təşkilata lazım olan ən çətin tapşırıqları xa…

Ətraflı

MARAGANIN MƏŞHUR MƏŞRUTƏÇİSİ MİRZƏ HƏSƏN ŞÜKUHİ

MARAGANIN MƏŞHUR MƏŞRUTƏÇİSİ

MİRZƏ HƏSƏN ŞÜKUHİ

Mirzə Həsən Şükuhi Azərbaycanın azadixah və məşrutənin əhəmiyyətli dəstəkçilərindən biri idi.

Bu böyük insan öz səlahiyyəti çərçivəsində Azərbaycan və İran mədəniyyətinə dəyərli xidmətlər etmişdir və həyatını xalqın təhsil və maarifləndirilməsi, müstəmləkiçilik əleyhinə mübarizəyə həsr etmişdir.

Mirzə Həsən, Mirzə Mehdinin oğlu, atasının mağazasında bəzzazi işi ilə məşğul olub, lakin bu onun siyasət və ətrafında baş verən hadisələrdən baxımsızlığına səbəb olmayıb.

Mirzə Həsən Şükuhi 1862 - ci ildə Marağada anadan olub.O bir pedaqoq, şair, səyyah idi və öz şəxsi pulu il…

Ətraflı

21 AZƏR ŞƏHİDİ MƏHƏMMƏDAĞA MƏZLUMİ

21 AZƏR ŞƏHİDİ MƏHƏMMƏDAĞA MƏZLUMİ

1325 - ci ildə (1946) İran Silahlı Qüvvələri Azərbaycana xaincəsinə basqını zamanı faciəli surətdə qətlə yetirilən fədailərdən biri də Məhəmmədağa Məzlumidir.

Məzlumi Məşrutə hərəkatı dövründən başlayaraq azadlıq hərəkatına qoşulmuş, "İctimaiyyun - Amiyyun" təşkilatına ( sosial demokrat firqəsinə) , nəhayət, İran kommunist firqəsinə üzv olmuş və firqənin Ərdəbil təşkilatında gizli surətdə fəaliyyət göstərmişdir.

Geniş həyat təcrübəsinə malik olan Məhəmmədağa Məzlumi kütlələrlə işləməyi, kəndlilər arasında təbliğat - təşviqat işləri aparmağı çox yaxşı bacarırdı.O, gizli işi açıq mübarizə ilə əlaqələndirməkdə də ço…

Ətraflı

UNUDULMAZ MÜBARİZ - CƏLİL RASTANİ


UNUDULMAZ MÜBARİZ - CƏLİL RASTANİ

İran xalqlarının imperializm və irtica əleyhinə milli azadlıq hərəkatı mübarizə tariximizin ən mühüm, iftixarlı və həyəcanlı səhifələrini təşkil edir.Bu yolda İran xalqlarının, o cümlədən Azərbaycan xalqının da ən sədaqətli və qorxmaz oğulları öz canlarını qurban verməkdən belə imtina etməmişlər və indi də etmirlər.Onlar İran xalqlarının azadlığı uğrunda vuruşmuşlar və mübarizələr tarixinə öz qanları ilə qızıl səhifələr yazmışlar.Buna görə də azadlıq uğrunda şəhid olanlar xalq tərəfindən heç zaman unudulmur və bu yolda canlarından keçmiş, xalqına və firqəsinə sadiq qalmış şəxslər axtarılıb tapılır və adları əbədiləşdirilir.…

Ətraflı

ŞƏHİD OLMUŞ ATA VƏ OĞUL


ŞƏHİD OLMUŞ ATA VƏ OĞUL

Azadlıq və istiqlal uğrunda canını qurban verənlər haqqında sənədləri gözdən keçirdikdə bir çox azərbaycanlı ailələrin heç olmasa bir üzvünün itirdiyini, bəzən bir ailənin iki üzvünün şəhid olduğunu, bəzən də bütün ailənin məhv edildiyini, yaxud neçə qardaşın bir yerdə, ata - oğulun bir səngərdə şəhid olduğunu görürük. Belə ailələrdən biri də İbrahim Əli oğlu Gərməduzinin ailəsidir.Bu ailədə azadlıq və istiqlal uğrunda ata və oğul bir yerdə şəhid olmuşlar.

Məşhədi 1275 - ci şəmsi ilində (1896) Gərməduz mahalının Motaəlli kəndində İbrahim kişinin əkinçi ailəsində anadan olmuşdur.O, cavan yaşlarına qədər məktəb üzü görmədən i…

Ətraflı

AZADLIQ YOLUNUN MÜBARİZİ ƏLİ SOĞAİ


AZADLIQ YOLUNUN MÜBARİZİ ƏLİ SOĞAİ

1326 - cı ilin Azər ayında (1947) İran ordusu Azərbaycana xaincəsinə basqın edərkən on minlərlə ən yaxşı oğullarımız məhkəməsiz, sorğu - sualsız edam edilmişdir.Şah və onun hakimi heyəti edam olunanlardan bir neçəsi üçün məhkəmə təşkil etməklə bu cinayətlərin bir qədərini xalqdan gizlətmək fikrinə düşsələr də, əslində həmin məhkəmələr özü də onların cinayətkarlıqlarını daha dərin ifşa edən bir vasitəyə çevrilmişdir.Sərləşkər Humayuninin (Hulasu - Marağa - Təbriz istiqamətində Azərbaycana hücum edən 4 - cü ləşkərin fərmandehidir) təşkil etdiyi məhkəmələrdən biri bunun üçün nümunədir.O, Ayrımı məhkəmə rəisi, nayib sərhəng Əbdülhüseyn Keşavərzi bir neçə nəfəri də qazi təyin etdikdən sonra onla…

Ətraflı

ŞƏHİD ƏTAULLA ZƏNDİYAN

ŞƏHİD ƏTAULLA ZƏNDİYAN

Doğma vətənimizin istiqlalı və yeni nəslin xoşbəxt gələcəyi naminə mətin addımlarla ölümü istiqbal edən, azadlıq hərəkatına və xalqlar dostluğuna ömrünün son dəqiqələrinə qədər sadiq olan şəhid Ətaulla Zəndiyan da mübarizə tariximizdə dan ulduzu tək parlayan mərd mübarizlər sırasında özünə məxsus mövqeyə malikdir.

Ətaulla Zəndiyan 1291 - ci il şəmsi ilində(1912) İsfahanın yoxsul ailələrinin birində anadan olmuşdur.Ailə həyatının iqtisadi çətinliklərinə və mürtəce rejim tərəfindən yaranmış olan bir sıra süni maneələrə baxmayaraq, özünün səyi və zəkasıyla oxuyub savadlana bilir.Lakin bir tərəfdən ailə həyatının dözülməz maddi şəraiti və başqa cəhətdən məktəb …

Ətraflı

AZADLIQ HƏRƏKATININ GÖRKƏMLİ XADİMİ NURULLA YEKANİ

AZADLIQ HƏRƏKATININ GÖRKƏMLİ XADİMİ

NURULLA YEKANİ

(1878 -1947)

Öz cəsarət və mərdliyi ilə məşhur olan qocaman inqilabçı Nurulla Yekani 1257-ci şəmsi ilində ( miladi 1878) Mərənd məntəqəsinin Yekanat mahalında anadan olmuşdur.Hələ əsrimizin ilk illərində İran xalqlarının istibdada, zülmə və istismara qarşı başladıqları Məşrutə hərəkatı açıq fikirli və mütərəqqi ideyalarla yaşayan Nurulla Yekaninin diqqətini cəlb etmişdi.Məşrutə hərəkatı başlanan kimi Yekani də Heydər Əmioğlu, Məhəmməd Təği Şərifzadə, Səid Səlmasi və digər azadixahlar kimi mücahidlər sırasında öz iftixarlı yerini tutdu.O, Məşrutə hərəkatının görkəmli fədai başçısı kimi bütün vəzifələri ləyaqətlə yerinə yetirdiyi üçün, Təbriz inqilabının Azərbaycanda geni…

Ətraflı

Azərbaycan Milli Hökumətinin Baş Prokuroru Firidun İbrahiminin məqalələrindən seçmələr

Azərbaycan Milli Hökumətinin Baş Prokuroru Firidun İbrahiminin məqalələrindən seçmələr

"Ölkənin siyasi quruluşunda və dövlət aparatında, hətta kiçik dəyişikliklər belə əmələ gəlməmişdir.Köhnə quruluş olduğu kimi saxlanılmışdır.Hətta bəzi yerlərdə daha kəskinləşmişdir Hakim təbəqə zəhmətkeş xalqın tələbi ilə maraqlanmır.Onlar zəhmətkeşlərin tələbat və ehtiyaclarını ödəmək əvəzinə ağır cəza tədbirlərinə əl atırlar."

"Ajir" qəzeti, Tehran 19 aprel 1944 - cü il.

"Bizim hərəkatımız milli bir hərəkatdır.Bu elə bir hərəkatdır ki, Azərbaycan xalqının bütün təbəqələri onda iştirak edirlər və onlar tutduqları yoldan son məqsədlərinə çatmayınca geri qayıtma…

Ətraflı

İRƏC MİRZƏ


İRƏC MİRZƏ

Cəlalülməmalik ləqəbi daşıyan İrəc Mirzə, Qulamhüseyn Mirzə oğlu 1291 h.q.(1874 m.)

ilində Təbrizdə anadan olmuşdur.O, kiçik yaşlarından iki görkəmli şəxsin - Arifi - İsfahani ləqəbi ağa Məhəmmədtaqinın və Mirzə Nəsrullah Bahar Şirvaninin xidmətində təhsil alır.Bu iki məşhur ustaddan ümumi təhsillə yanaşı, fransız dilini də mükəmməl öyrənir.İrəc Mirzə ədəbi yaradıcılıqla yanaşı bir sıra dövlət vəzifələrində işləyir.Nəhayət, o, 1343 - cü h.q. ilinin Şəban ayınım 28 - də 1304 - cü h.ş. ilində İsfənd ayının 22 - də (1925 m.) xəstəlikdən vəfat edir.

DƏRS OXUMAQ HƏVƏSİ

Şükür olsun o tanrı xidmətinə

Oxumaq şöv…

Ətraflı

21 AZƏR ŞƏHİDİ HÜSEYN TƏRAŞİ

21 AZƏR ŞƏHİDİ HÜSEYN TƏRAŞİ

Hüseyn Təraşi Ağamalı oğlu Ərdəbil şəhərinin Hüseyniyyə məhəlləsində zəhmətkeş bir ailədə anadan olmuşdur.Minlərlə digər şəhər zəhmətkeşləri kimi Ağamalı kişi də yaşayış şəraitinin ağırlığı üzündən oğlu Hüseyni oxutdura bilməyir.Ailənin ağır həyat şərsitinə kömək etsin deyə Hüseyn balaca yaşlarından səlmani yanında şagird olmağa məcbur oldu.O, bu dükanda işlərkən Ərdəbilin ətraf kəndlərindən şəhərə axışıb gələnlərdən bir iş tapmaq üçün özlərini oda - gözə vurmasının , şəhər zəhmətkeşlərinin ağır vəziyyətinin dövlət məmurları və xüsusilə ajanların camaata divan tutmasının şahidi olur.Gənc Hüseyn bu ictimai fəlakətlərin kökünü araşdırıb tapılmasında, onda xanlara, bəylərə, xüsusilə quduz dövlət məm…

Ətraflı

Azadlıq yolunun mübarizi Hüseyn Qafari

Azadlıq yolunun mübarizi Hüseyn Qafari

Qafari Hüseyn 1299 - cu şəmsi ilində (1920) aşağı rütbəli dövlət işçisi ailəsində Məlayir şəhərində anadan olmuşdur.İbtidai məktəbi həmin şəhərdə qurtardıqdan sonra orta təhsil almaq üçün Kirmanşah şəhərinə gəlir.O, burada dəbirestane nizama ( hərbi orta məktəbə) daxil olur və 1319 - cu ildə (1940) həmin məktəbi bitirərək Tehranda daneşkədəyə ( hərbi zabitlik daneşkədəsinə) göndərilir.Onun təhsilinin ikinci ilində Rza xan diktatorluğu süqut edir.Bütün ölkə miqyasında azadlıq hərəkatı güclənir və bu hərəkat ordu hissələrinə, o cümlədən hərbi zabitlik daneşkədəsində öz təsirini göstərir.Burada kor - korana inzibati əsası laxlayır.Azad surətdə düşünmək, azad fikir söyləmək üçün nisbətən imkan əl…

Ətraflı

GENERAL QULAM YƏHYA DANEŞYAN

GENERAL QULAM YƏHYA DANEŞYAN

- Bizi Bakıya istədilər.Mən və S.C Pişəvəri yol uzunu belə fikirləşdik ki, yəqin ki, yenidən fədai hərəkatı ilə bizi Bakıya dəvət edirlər.Əgər belə olmasaydı onda məni yox, Pişəvəri ilə Badiqanı dəvət edərdilər. Çünki təşkilati işlərə o baxırdı.Ona görə də Bakıya təcili dəvət olunmağımız, hamının, o, cümlədən mənim də böyük sevincimə səbəb olmuşdu.

Bizi MK - da qəbul etdilər.Orada bir sıra mövzularda söhbət oldu.M C.Bağırov əlində allergiya əmələ gəldiyindən əlini bintlə sarımışdı.O dedi ki, həkimlərin dediyinə görə, əsəb pozğunluğundan baş verir.O dedi ki, həyatımda ikinci dəfədir ki, əlim belə olur. Birinci dəfə oğlumun Böyük Vətən…

Ətraflı

LEV ZUVELUN (HÜSEYN NURİ)

LEV ZUVELUN (HÜSEYN NURİ)

Şanlı 21 Azər hərəkatının ən gözəl xüsusiyyətlərindən biri də onda təkcə azərbaycanlılar deyil, bir çox başqa millət nümayəndələrinin iştirak etməsidir.Biz bu xüsusiyyəti həm nəhzətin (hərəkatın) gedişində, həm nəhzətin sonrakı quruculuq işlərində, həm də şahənşah ordusunun hərəkat üzərinə xaincəsinə hücumu zamanı şəhid olan mərd mübarizlərin milli tərkibində görürük. Təsadüfi deyildir ki, şəhid olan mübarizlər içərisində qardaş fars,, kürd, assuri, yəhudi və başqa xalqların ən yaxşı oğulllarının adlarına rast gəlirik.Millətcə yəhudi olan Lev Zuvelunun

(Hüseyn Nurinin) də şərəfli adı 21 Azər nəhzətinin iştirsk…

Ətraflı

ŞƏHİD SƏRHƏNG - ƏKBƏR HƏBƏŞİ

ŞƏHİD SƏRHƏNG - ƏKBƏR HƏBƏŞİ

1324 - 1345 - ci illərdə (1945 - 1946) Azərbaycan hərəkatı bir də ona görə həqqiqi xalq hərəkatı adlanır ki, burada təkcə kəndlilər, fəhlələr, aşağı rütbəli dövlət məmurları, əsnaf, kiçik maliklər deyil, hətta milli burjua nümayəndələri də iştirak etmişlər.Azərbaycanın məşhur tacirlərindən Hacı Məhəmmədhüseyn Həbəşinin oğlu sərhəng (polkovnik) Həbəşinin Azərbaycanın Xalq Qoşunları sırasında xidmət etməsi bu cəhətdən diqqətəlayiqdir.

Əkbər Həbəşi Tehranın hərbi zabitlik məktəbinin piyada hissəsini qurtsrmış,İran ordusunun müxtəlif hərbi hissələrində xidmət etmiş təcrübəli, bacarıqlı zabitlərindən biri idi.…

Ətraflı

AZADLIQ YOLUNUN QOCAMAN FƏDAİSİ ŞAHMAR SƏMƏDİ


AZADLIQ YOLUNUN QOCAMAN FƏDAİSİ

ŞAHMAR SƏMƏDİ

Şahmar Səmədi Səməd oğlu 1265 - ci ildə

(1886) Ərdəbil vilayətinin Ağabağır kəndində zəhmətkeş kəndli ailəsində anadan olmuşdur. Şahmar doğma kəndində bir qədər köhnə üsulda oxumuş, sonra isə əkinçilik və kənd muzdurluğu ilə məşğul olmuşdur.Bir çox Azərbaycan kəndliləri kimi Şahmar da ictimai, iqtisadi və siyasi məhrumiyyətlər nəticəsində mövcud quruluşdan, xüsusilə kənd həyatının hər bir sahəsinə mənfi təsir edən İran ərbab - rəiyyətlik münasibətindən narazı olmuş və nəhayət, ömrü boyu həmin quruluşa qarşı mübarizə aparmışdır.Şahmar Səmədi hələ cavan ikən kənd həyatından uzaqlaşaraq sənaye şəhərlərinə işləməyə gedir.Kargərlik…

Ətraflı

Muxtariyyət məsələsi və əncüməni əyaləti

Muxtariyyət məsələsi və əncüməni əyaləti

Tehranın dad - fəryadı yersizdir.Bu dad - fəryad İran millətinin deyil, məmləkətin əsarətindən sui- istifadə edənlərindir ki, hovçuluqla, bizim başladığımız milli işi əsərsiz qoymaq istəyirlər. Demokratik bir ölkədə əhzab və əqaid azaddır.

Əhzab öz fikir və əqidələrini istədikləri kimi yazıb intişar verə bilərlər.Bu günə qədər vətənimizin Federativ və ya Xodmuxtar əyalətlərindən təşkil edilməsi məsələsinin öz məramnamələrində yazan cəmiyyətlər az olmamışdır.Hətta Seyid Ziyanın Şəairi - milli adı altında yazıb intişar verdiyi elamiyyədə açıqdan- açığa İranın müttəhid dövlətlər halına salınması irəli sürülmüşdü.Bu gün bizim əyalət əncüməni vasitəsi i…

Ətraflı

ŞƏHİD MİR KAZIM ƏLƏMİ

 

ŞƏHİD MİR KAZIM ƏLƏMİ

(1899 - 1947)

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN MƏRƏND VİLAYƏT KOMİTƏSİNİN SƏDRİ, MİYANDAB ŞƏHƏRİNİN FƏRMANDEHİ

Mir Kazım Ələmi 1278 - ci şəmsi ilində (milady 1899 - cu il) Mərəndin Yuxarı Dizə kəndində əkinçi ailəsində anadan olmuşdur.Mirkazım kənd həyatı ilə yaxından tanış idi.O, hələ gənc ikən, quldur feodalların, jandarm və sair dövlət məmurlarının rəhmsiz istismar, zülm və təzyiqinə məruz qalmış, Azərbaycan kəndlilərinin dözülməz vəziyyətinin şahidi olmuşdur.Bu vəziyyətin özündən doğan mübarizə Mir Kazımı da cəlb edərək, onu bu yolda bişirib bərkitmiş , qorxmaz və tədbirli bir azadixah kimi kütləvi xalq hərəkatına təhvil vermişdir.Mir Kazım ömrünün çox hissəsini zülm …

Ətraflı

QƏHRƏMAN XANIM - XAVƏR QƏHRƏMANİ

QƏHRƏMAN XANIM - XAVƏR QƏHRƏMANİ

"Uşaqlıq illərimi Güney Azərbaycanın ən gözəl dilbər guşələrindən biri olan Qaradağ məhalında keçirmişəm.İlk kövrək qədəmlərim gözəl Qaradağın əlvan çiçəkli çəmənlərində, qartal dimdikli qayalarında, barlı - bəhrəli bağlarında, qoynu qalın meşəli, zirvəli dağlarında, ayna kimi parlaq yarpız ətirli buz bulaqlarında bərkiyib"- deyə Xavər xanım Qəhrəmani həqiqətən adına yaraşan bir qəhrəman idi.

Xavərin yaşayış yeri Aslanduz idi.Onun gənclik illərində Azərbaycsn Demokrat Firqəsinin günəşi parlayıb yurdumuzu işıqlandırdı. Xavər xanım bir çox azadə insanlar kimi Azərbaycan Demokrat Firqəsinin təbliğatçısı kimi kəndləri, obaları dol…

Ətraflı

AZADLIQ YOLUNUN MÜBARİZLƏRİ VƏLİ GƏNCE MEHR


AZADLIQ YOLUNUN MÜBARİZLƏRİ

VƏLİ GƏNCE MEHR

(1898 - 1946)

Urmu şəhərinin kərpic kürələri.Mən bu kürələri heç görməmişdim.Hətta 20 il bundan əvvəl belə.Çünki, 20 il bundan əvvəl mən Urmu şəhərinə tamamilə başqa bir iş üçün ezam olunmuşdum.Lakin indi 20 ildən sonra kərpic kürələrində tənha dolanır, onun yerləşdiyi məntəqədə gəzişirdim.Nəhayət, kürələrin dərinliyində yerləşən enli bir divarın dibində sıra ilə düzülmüş baş daşlarını tapdım.Qollarımı sinəmdə çarpazlayıb sükut etdim. Xalqımızın xoşbəxtliyi və ölkələrimizin istiqlalı uğrunda canlarından keçmiş olan bu qəhrəmanların qardaşlıq məzarı qarşısında başımı ehtiramla əydim.Sonra irəli keçib baş daşlarını nəzərdən keçirdim.Daşları bir - birindən fərqləndirən heç bir ə…

Ətraflı

QULAMHÜSEYN SAEDİ

QULAMHÜSEYN SAEDİ

(1936 - 1985)

Qulamhüseyn Ələsgər oğlu Saedi 1936 - cı il yanvarın 14 - də Təbriz şəhərində anadan olmuşdur.İlk və orta təhsilini Təbrizin " Bədr" və "Mənsur" məktəblərində başa vuran Saedinin təhsil aldığı vaxtlarda ilk hekayələri "Daneşamuz" həftəlik dərgisində,"Yıxılmayanlar" romanı isə " Kəbutəre solh"dərgisində nəşr olunub. İctimai - siyasi fəaliyyətinə görə şah rejimi tərəfindən həbs edilir.Bir neçə aylıq istintaqdan sonra fəaliyyətində qanuna zidd heç bir şey tapmadıqlarından onu həbsdən azad etmək məcburiyyətində qalırlar.

20 yaşında Təbriz Universitetinin Tibb fakültəsinə qəbul olunan Qulamhüseyn Saedi təhsil aldığı müddətdə …

Ətraflı

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi) iyirminci hissə

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi)

iyirminci hissə

Dr: Məhəmmədhüseyn Yəhyai

Günəş ilinin 40-cı onilliyi, əsasən 28 avqust dövlət çevrilişi və hərbi qüvvələrin siyasi-iqtisadi işlərə müdaxiləsi nəticəsində yaranan tənəzzül dövründən sonra, ciddi sosial gərginliklə başladı. Böhrandan çıxmaq üçün iqtisadi və sosial islahatlar qaçılmaz idi. İslahatların həyata keçirilməsi ilə sosial-iqtisadi struktur sürətlə dəyişdi  və bu da cəmiyyətin sosial dəyişikliyə hazır olduğunu göstərirdi. Bir neçə mərhələdə aparılan torpaq islahatının həyata keçirilməsi ilə kənd yerlərindən çoxlu sayda işçi iri şəhərlərə axışdı. Şəhərlərin əhalisi sürətl…

Ətraflı

TƏBRİZDƏ AZƏRBAYCAN MİLLİ MƏCLİSİ

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİ

(1945 - 1946)

TƏBRİZDƏ AZƏRBAYCAN MİLLİ MƏCLİSİ

VƏ ONUN FƏALİYYƏTİ

1324 - cü il.(1945)

Azərbaycan xalqı milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə nəticəsindı 1945 - ci il dekabrın 12 - də (21 Azər 1324 - cü il) Təbriz şəhərində milli məclisi təsis etdi.Milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə Rza şah hökumətinin süquta uğraması ilə daha geniş, daha uğurlu şəkil aldı.Azərbaycan Demokrat Firqəsi müstəqil bir dövlət kimi deyil, Azərbaycsn xalqına İran daxilində milli muxtariyyət verilməsi tələbini irəli sürdü.Bu şüar dövrün vəziyyəti ilə bağlı olaraq tənzimləndi.Azadlıq və demokratiya uğrunda mübarizə prosesində milli məclisin yaradılması məsələsi ortaya yeni bir mö…

Ətraflı

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN FƏDAİSİ ŞEYX POLAD ƏHMƏDİ

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN

FƏDAİSİ ŞEYX POLAD ƏHMƏDİ

Şeyx Polad Əhməd oğlu Əhmədi 1265 - ci şəmsi ilində (1886) Meşkinin Lahrud kəndində kəndli ailəsində anadan olmuşdur.O, anadan olduğu kənddə, lap kiçik yaşlarında əkinçiliklə məşğul ikən bir müddət də qədim üsulda təhsil almışdır.1300 - cü ildə Şeyx Məhəmməd Xiyabani hərəkatı genişləndiyi zaman Əhmədi də bu hərəkatda fəal surətdə iştirak edir.O, Meşkin kəndlilərini maliklərə və dövlət məmurlarına qarşı mübarizəyə çağırır və bir neçə dəfə Lahrud kəndinin maliki Əmir Tumanın adamlarını, kəndlilərin düşməni olan ağaları və mübaşirləri kənddən qovur.O, ərbab - rəiyyətlik münasibətinin ədalətsizliyini, kəndlilərin zəhmət və hüququna maliklər tərəfindən hörmət edilməsi…

Ətraflı

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi) on doqquzucu hissə

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi)

on doqquzucu hissə

Məhəmmədhüseyn Yəhyai

Günəş ilinin 4-cü onilliyində ölkənin iqtisadi inkişafı, artan neft gəlirləri ilə birlikdə ictimai strukturda əsaslı dəyişikliklərə səbəb oldu. Şəhərləşmə günü-gündə artmağa başladı. Demək olar ki, ucqar əyalətlərin iqtisadiyyatda iştirakı və bazarın genişlənməsi, ölkənin ümummilli gəlirininyüksəlməsinə gətirib çıxadı. Gənc kütlələr yeni qurulan fabrik və müəssisələrdə iş axtarmaq üçün böyük şəhərlərə, xüsusən də Tehrana axın edirdilər. Onların əhəmiyyətli bir qismi şəraiti az olan şəhərlərin kənarlarında məskunlaşdı. Ətraf əyalətlərdə yeni hərbi kazarmaların, təhlükəsizlik təşkilatlarının qurulması ilə bürokratiya v…

Ətraflı