Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

20 mindən çox miqrant Bosniya-Xorvatiya sərhədinə toplaşıb

20 mindən çox miqrant Bosniya-Xorvatiya sərhədinə toplaşıb

Bosniya-Xorvatiya sərhədində toplaşan 20 mindən çox miqrant Mərkəzi Avropaya keçməyə çalışırlar

Bu haqda Avstriyanın Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən yerli “Kronen Zeitung” qəzeti bildirib.

İdarənin məlumatına görə, miqrantların 95 faizi kişilərdir və onların bir çoxu bıçaqlarla silahlıdır. Miqranların əksəriyyəti Pakistan, İran, Əlcəzair və Mərakeş sakinləridir. Onların arasında Suriyalı yoxdur.

Qeyd edək ki, Şimali Afrika və Yaxın Şərqdən Avropaya miqrantların kütləvi axını 2015-ci ildə başlanıb. Qaçqınların əksəriyyətini – 1,5 milyondan çoxunu Almaniya qəbul edib. Bəzi ölkələr və siyasətçilər kvotanı və qaçqınların qəbulunun ixtisarı dəstəkləyirlər/Publika.az.

pia.az

Go Back

Comment