Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

İranlı Mühacirlər Cəmiyyətinin Zaqataladakı "dəyirmi masa"sının rəyi:

17/10/2017

İranlı Mühacirlər Cəmiyyətinin Zaqataladakı "dəyirmi masa"sının rəyi: 

Mühacirətin dünyəvi Azərbaycan modeli olan İMC nümunəsindən hər bir ölkə faydalana bilər

"İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyi ötən cümə günü Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində İranlı Mühacirlər Cəmiyyəti mühacirətin dünyəvi Azərbaycan modeli mövzusunda növbəti "dəyirmi masa"sını keçirib. Tədbirdə həmin bölgədə və eləcə də Qax və Balakən rayonlarında məskunlaşan iranlı mühacirlər, onların ailə üzvləri, həmçinin müxtəlif qurumların təmsilçiləri iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və ora tər gül-çiçəklər düzülüb. 

"Dəyirmi masa"nı giriş sözü ilə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov açıb. O, mövzuya şəxsi müşahidələrinə, çoxillik təcrübəsinə, bilgilərinə istinadən bələdçiliyini deyərək vurğulayıb ki, müzakirəyə çıxarılan məsələ həqiqətən aktualdır, günlə səsləşəndir. İcra başçısı vaxtı ilə inşaatçı kimi fəaliyyət göstərdiyi bölgələrdə iranlı mühacirlərin quruculuğ işlərində, digər sahələrdə öncüllər sırasında olduqlarını, bu gün də ənənələrinə sadiq qaldıqlarını dilə gətirib. Əlavə edib ki, onlara hər bir sahədə qayğı yenə rayon rəhbərliyinin diqqət mərkəzindədir. 

 "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi" layihəsi çərçivəsində maliyələşdirilən  tədbirdə səslənən bu fikirlər əslində son 70 ildə mühacirlərin kompakt halda məskunlaşdıqları bütün 32 şəhər və bölgəyə aid olduğunu vurğulayıb. İcra başçısı Mübariz Əhmədovun iranlı mühacirlərə, onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıya görə "İranlı Mühacirlər Cəmiyyəti" İB-nin xüsusi diplomuna layiq görüldüyünü bildirib. Sonra isə fəxri mükafatı sahibinə təqdim edib. 

R.Hüseynzadə söyləyib ki, "bizim Zaqatalada da tədbirimizdən əvvəl Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət etməyimiz məntiqi sayılmalıdır. Ekspertlər dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə təşkilatın müqayisəyə gəlməz uğurlarından söhbət açacaqlar. Mən isə əlavə etmək istərdim ki, məhz Ulu Öndərin hakimiyyətə qayıdışı İMC-nin ləğvini və zoraki yolla inzibati binasının tamamilə zəbtini istəyənlərin niyyətlərini puça çıxardı". 

R.Hüseynzadə Ulu Öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən layiqincə davamının hər bir mühacir ailəsində sabaha inamını artırdığını deyib.

Lyihənin ekspertləri İranlı Mühacirlər Cəmiyyəti sədrinin birinci müavini, istefada olan polkovnik Firudin İbrahimli  və " İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi"nin sədri Zeynalabdin Abbasovun çıxışlarında İMC-ni  mühacirətin dünyəvi Azərbaycan modeli kimi formalaşdıran məqamlar təqdim olundu. İlk növbədə diqqət ev, iş, təhsil, səhiyyə, mədəniyyət, ədəbiyyat, idman, Azərbaycan naminə hər cür şücaətə hazırlıq və digər sahələrdəki diqqətə layiq uğurlar, konkret faktlarla, misallarla əsaslandırıldı. Bütün bunların insan şərəfinə, ləyaqətinə, qayğılarına diqqətin Azərbaycan kimi tolerant ölkədə mümkünlüyünü dilə gətirdilər.

 "20 Yanvar" Cəmiyyətinin sədr müavini, ehtiyatda olan mayor Nizami Rzaşüvarinin çıxışı iranlı mühacirlərin Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması yolunda və erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi şücaətlərə həsr edildi.

İMC-nin Zaqatala regional təşkilatının sədri Nadir Hünərvəri qurumun əhatə etdiyi üç bölgədəki fəaliyyətinin mənzərəsini yaratdı. Cəmiyyətin sədr müavini Murtuza Nizamoğlu İrandan ötən əsrin 80-cı illərində Azərbaycana mühacirət etdiyini vurğulayaraq həmin dövr Avropaya təşrif aparan həmvətənləri ilə nisbətdə müqayisə apardı: "yoldaşlarım Azərbaycanda qısa müddətdə ev, təhsil, işlə təmin edildilər. Digər ölkədəkilərlə söhbətlərdə isə onların necə ciddi çətinliklərlə üzbəüz qalmaları ürəkaçan hal deyildi". 

Həkim Ərşad Qüdrətoğlunun, "Zaqatala" qəzetinin redaktoru İbrahim İbrahimovun, Turizm İnformasiya Mərkəzinin direktoru Tərlan Əhmədovun, jurnalist Elmira Mehdiyevanın, müəllim Məcid Yusifov (Mehrani) və başqalarının çıxışlarında qeyd olundu ki, əgər hər gün Aralıq dənizində sulara qərq olan mühacirlərin  faciələrinə biganə qalan, sərhədlərini onların üzünə bağlayan, məskunlaşanları isə qovulma çağırışlarını qulaq ardına vuran ölkələrin rəhbərləri, Azərbaycana qarşı insan hüquqları müstəvisində əsassız təzyiqləri artırmaq istəyən  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təmsilçiləri Azərbaycana qarşı belə faktlardan xəbərdar olsaydılar onda yanlış münasibətlərindən mütləq xəcalət çəkərdilər. Ona görə də layihənin davamlılığının məqsədəuyğunluğu rəyinə gəlindi. 

Sonda 12 nəfərə müxtəlif sahələrdə fərqləndiklərinə görə "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin diplomları təqdim olundu.

 

 

Go Back

Comment