Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Blog posts : "Məqalələr"

ŞƏHİD SƏRHƏNG - ƏKBƏR HƏBƏŞİ

ŞƏHİD SƏRHƏNG - ƏKBƏR HƏBƏŞİ

1324 - 1345 - ci illərdə (1945 - 1946) Azərbaycan hərəkatı bir də ona görə həqqiqi xalq hərəkatı adlanır ki, burada təkcə kəndlilər, fəhlələr, aşağı rütbəli dövlət məmurları, əsnaf, kiçik maliklər deyil, hətta milli burjua nümayəndələri də iştirak etmişlər.Azərbaycanın məşhur tacirlərindən Hacı Məhəmmədhüseyn Həbəşinin oğlu sərhəng (polkovnik) Həbəşinin Azərbaycanın Xalq Qoşunları sırasında xidmət etməsi bu cəhətdən diqqətəlayiqdir.…

Ətraflı

AZADLIQ YOLUNUN QOCAMAN FƏDAİSİ ŞAHMAR SƏMƏDİ


AZADLIQ YOLUNUN QOCAMAN FƏDAİSİ

ŞAHMAR SƏMƏDİ

Şahmar Səmədi Səməd oğlu 1265 - ci ildə

(1886) Ərdəbil vilayətinin Ağabağır kəndində zəhmətkeş kəndli ailəsində anadan olmuşdur. Şahmar doğma kəndində bir qədər köhnə üsulda oxumuş, sonra isə əkinçilik və kənd muzdurluğu ilə məşğul olmuşdur.Bir çox Azərbaycan kəndliləri kimi Şahmar da ictimai, iqtisadi və siyasi məhrumiyyətlər nəticəsində mövcud quruluşdan, xüsusilə kənd həyatının hər bir sahəsinə mənfi təsir edən İran ərbab - rəi…

Ətraflı

Muxtariyyət məsələsi və əncüməni əyaləti

Muxtariyyət məsələsi və əncüməni əyaləti

Tehranın dad - fəryadı yersizdir.Bu dad - fəryad İran millətinin deyil, məmləkətin əsarətindən sui- istifadə edənlərindir ki, hovçuluqla, bizim başladığımız milli işi əsərsiz qoymaq istəyirlər. Demokratik bir ölkədə əhzab və əqaid azaddır.

Əhzab öz fikir və əqidələrini istədikləri kimi yazıb intişar verə bilərlər.Bu günə qədər vətənimizin Federativ və ya Xodmuxtar əyalətlərindən təşkil edilməsi məsələsi…

Ətraflı

ŞƏHİD MİR KAZIM ƏLƏMİ

 

ŞƏHİD MİR KAZIM ƏLƏMİ

(1899 - 1947)

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN MƏRƏND VİLAYƏT KOMİTƏSİNİN SƏDRİ, MİYANDAB ŞƏHƏRİNİN FƏRMANDEHİ

Mir Kazım Ələmi 1278 - ci şəmsi ilində (milady 1899 - cu il) Mərəndin Yuxarı Dizə kəndində əkinçi ailəsində anadan olmuşdur.Mirkazım kənd həyatı ilə yaxından tanış idi.O, hələ gənc ikən, quldur feodalların, jandarm və sair dövlət məmurlarının rəhmsiz istismar, zülm və təzyiqinə məruz qalmış, Azərbaycan kəndlilərinin d…

Ətraflı

QƏHRƏMAN XANIM - XAVƏR QƏHRƏMANİ

QƏHRƏMAN XANIM - XAVƏR QƏHRƏMANİ

"Uşaqlıq illərimi Güney Azərbaycanın ən gözəl dilbər guşələrindən biri olan Qaradağ məhalında keçirmişəm.İlk kövrək qədəmlərim gözəl Qaradağın əlvan çiçəkli çəmənlərində, qartal dimdikli qayalarında, barlı - bəhrəli bağlarında, qoynu qalın meşəli, zirvəli dağlarında, ayna kimi parlaq yarpız ətirli buz bulaqlarında bərkiyib"- deyə Xavər xanım Qəhrəmani həqiqətən adına yaraşan bir qəhrəman idi.…

Ətraflı

AZADLIQ YOLUNUN MÜBARİZLƏRİ VƏLİ GƏNCE MEHR


AZADLIQ YOLUNUN MÜBARİZLƏRİ

VƏLİ GƏNCE MEHR

(1898 - 1946)

Urmu şəhərinin kərpic kürələri.Mən bu kürələri heç görməmişdim.Hətta 20 il bundan əvvəl belə.Çünki, 20 il bundan əvvəl mən Urmu şəhərinə tamamilə başqa bir iş üçün ezam olunmuşdum.Lakin indi 20 ildən sonra kərpic kürələrində tənha dolanır, onun yerləşdiyi məntəqədə gəzişirdim.Nəhayət, kürələrin dərinliyində yerləşən enli bir divarın dibində sıra ilə düzülmüş baş daşlarını tapdım.Qollarımı sinəmdə çarpazlayıb sükut et…

Ətraflı

QULAMHÜSEYN SAEDİ

QULAMHÜSEYN SAEDİ

(1936 - 1985)

Qulamhüseyn Ələsgər oğlu Saedi 1936 - cı il yanvarın 14 - də Təbriz şəhərində anadan olmuşdur.İlk və orta təhsilini Təbrizin " Bədr" və "Mənsur" məktəblərində başa vuran Saedinin təhsil aldığı vaxtlarda ilk hekayələri "Daneşamuz" həftəlik dərgisində,"Yıxılmayanlar" romanı isə " Kəbutəre solh"dərgisində nəşr olunub. İctimai - siyasi fəaliyyətinə görə şah rejimi tərəfindən həbs edilir.Bir neçə aylıq istintaqdan sonra fəaliyyətində qanuna zidd heç bir şey…

Ətraflı

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi) iyirminci hissə

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi)

iyirminci hissə

Dr: Məhəmmədhüseyn Yəhyai

Günəş ilinin 40-cı onilliyi, əsasən 28 avqust dövlət çevrilişi və hərbi qüvvələrin siyasi-iqtisadi işlərə müdaxiləsi nəticəsində yaranan tənəzzül dövründən sonra, ciddi sosial gərginliklə başladı. Böhrandan çıxmaq üçün iqtisadi və sosial islahatlar qaçılmaz idi. İslahatların həyata keçirilməsi ilə sosial-iqtisadi struktur sürətlə dəyişdi…

Ətraflı

TƏBRİZDƏ AZƏRBAYCAN MİLLİ MƏCLİSİ

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİ

(1945 - 1946)

TƏBRİZDƏ AZƏRBAYCAN MİLLİ MƏCLİSİ

VƏ ONUN FƏALİYYƏTİ

1324 - cü il.(1945)

Azərbaycan xalqı milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə nəticəsindı 1945 - ci il dekabrın 12 - də (21 Azər 1324 - cü il) Təbriz şəhərində milli məclisi təsis etdi.Milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə Rza şah hökumətinin süquta uğraması ilə daha geniş, daha uğurlu şəkil aldı.Azərbaycan Demokrat Firqəsi müstəqil bir dövlət kimi…

Ətraflı

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN FƏDAİSİ ŞEYX POLAD ƏHMƏDİ

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN

FƏDAİSİ ŞEYX POLAD ƏHMƏDİ

Şeyx Polad Əhməd oğlu Əhmədi 1265 - ci şəmsi ilində (1886) Meşkinin Lahrud kəndində kəndli ailəsində anadan olmuşdur.O, anadan olduğu kənddə, lap kiçik yaşlarında əkinçiliklə məşğul ikən bir müddət də qədim üsulda təhsil almışdır.1300 - cü ildə Şeyx Məhəmməd Xiyabani hərəkatı genişləndiyi zaman Əhmədi də bu hərəkatda fəal surətdə iştirak edir.O, Meşkin kəndlilərini maliklərə və dövlət məmurlarına qarşı mübarizəyə çağı…

Ətraflı

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi) on doqquzucu hissə

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi)

on doqquzucu hissə

Məhəmmədhüseyn Yəhyai

Günəş ilinin 4-cü onilliyində ölkənin iqtisadi inkişafı, artan neft gəlirləri ilə birlikdə ictimai strukturda əsaslı dəyişikliklərə səbəb oldu. Şəhərləşmə günü-gündə artmağa başladı. Demək olar ki, ucqar əyalətlərin iqtisadiyyatda iştirakı və bazarın genişlənməsi, ölkənin ümummilli gəlirininyüksəlməsinə gətirib çıxadı. Gənc kütlələr yeni qurulan fabrik və müəssisələrdə iş…

Ətraflı

ŞƏHİD ƏYYUB KƏLƏNTƏRİ (1911 -1960)


ŞƏHİD ƏYYUB KƏLƏNTƏRİ

(1911 -1960)

İran xalqlarının azadlıq hərəkatı tarixini vərəqlədikcə bir çox bacarıqlı və fədakar mübarizə rast gəlirik.Bu simalardan biri də şəhid Əyyub Kələntəridir.

Əyyub Kələntəri İbrahim oğlu 1290 - cı ildə (1911) Təbriz şəhərində nüfuzlu bir ailədə anadan olmuşdur.Onun atası İbrahim Şərəfüldövlə Azərbaycan vətənpərəstlərindən biri olmuş və uzun müddət Təbrizdə hakim vəzifəsində işləmişdir.Əyyub Kələntərinin qardaşları t…

Ətraflı

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi) on səkkizinci hissə


 Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi)

on səkkizinci hissə

Dr: Məhəmmədhüseyn Yəhyai

İran Tudə Partiyası ilə Azərbaycan Demokrat Partiyası arasında birlik böhranı hələ bitmədən

Partiya digər böhranlarla üzləşdi. Xüsusilə dünya kommunist hərəkatında nəzəri cəhətdən fikir ayrılıqlarından yaranan böhranı göstərmək olar. Demək olar ki, Çin Xalq Respublikası rəhləri ilə Sovet İttifaqı rəhbərləri arasında yaranan fikir ayrılığı partiya…

Ətraflı

AZƏRBAYCANIM

 

 

 

 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCANIM

Haraya getsəm də gözüm səndədir,

Şeirimin axarı, sözüm səndədir,

Gedəsi olarsam, izim səndədir,

Əzəli, əbədi yurdum, məkanım,

Behiştim, cənnətim Azərbaycanım!

Doğmadan doğmasan, ey ana yurdum,

Yolunda başımla, canımla durdum.

Sinəndə əbədi bir yuva qurdum,

Dolanım başına, bir də dolanım.

Mənim ömrüm, günüm Azərbaycanım!

Nə qədər…

Ətraflı

21 AZƏR FƏDAİSİ ƏLİ ƏKBƏR SABİRİ

21 AZƏR FƏDAİSİ ƏLİ ƏKBƏR SABİRİ

(1894 - 1946)

"Mən ölümə baş əymirəm, ölüm mənə təslim olur."

ƏLİ ƏKBƏR SABİRİ

İllər ötsə də vətən və xalq azadlığı uğrunda canlarını qurban vermiş igidlərin xatirəsi unudulmur. Zaman keçdikcə onlar daha da şöhrətlənir və qəhrəmanlıq rəmzinə çevrilirlər.Haqqında söhbət açdığımız mərd mübarizin də həyat dastanı belə bir proloqla başlanır:" Mən yaşayıram xalqım və vətənim üçün, öləcəyəm xalqım və vətənim üçün!" Doğrudan …

Ətraflı

ŞƏHİD FƏDAİ İBRAHİM VƏTƏNXAH

ŞƏHİD FƏDAİ İBRAHİM VƏTƏNXAH

(1900 - 1946)

Xalqımızın azadlıq və səadəti uğrunda şəhid olan qəhrəmanlarımızdan biri də Vətənxah İbrahim Adıgözəl oğludur.Vətənxah İbrahim Adıgözəl oğlu 1279 - cu şəmsi ilində (1900) Biləsuvarda kəndli ailəsində anadan olmuşdur.İbrahim ilk təhsilini kənd mollasından almış, lakin oxumaq istəyini davam etdirməyə imkanı olmamışdır.O, hələ çox kiçik ikən atası vəfat etmişdir.İbrahim ailəsini dolandırmaq məqsədilə əvvəllər əkinçilik və sonralar isə ka…

Ətraflı

MƏHƏMMƏDƏMİN AZADVƏTƏN İSMAYIL İQBAL

"ŞƏHİDLƏRİN QANI İLƏ SUVARILAN AZADLIQ AGACI GƏLƏCƏKDƏ DAHA ÇOX BAR VERƏCƏKDİR."

MƏHƏMMƏDƏMİN AZADVƏTƏN İSMAYIL İQBAL

(1913 - 1946)

İsmayıl İqbal 1292 - ci şəmsi ilində (1913) Xoy şəhərində anadan olmuşdur.İsmayıl uşaq ikən mədrəsəyə getməyə başlasa da ictimai,iqtisadi məhrumiyyətlər onun da dərs oxumasına mane olur.O, hələ gənc ikən böyük bir ailəni maddi yaşayış vəsaitlə təmin etmək üçün işləməyə başlayır.İsmayıl həyata göz açar - açmaz onun min cürə çətin…

Ətraflı

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi) on yeddici hissə)

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi)

on yeddici hissə

Dr: Məhəmmədhüseyn Yəyai

Baxmayaraq ki, VII Geniş plenumdan sonra İran Tudə Partiyasının Azərbaycan Demokrat Firqəsi ilə birləşməsi layihəsi hər iki təşkilat tərəfindən həyata keçirilərək, mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün səylər göstərilirdi. Lakin hələ də bu birliyə qarşı çıxan ünsürlər və şəxslər parçalayıcı rollarını davam etdirirdilər. Onlar hər fürsətdə Azərbaycan Demokr…

Ətraflı

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi) on altıncı hissə

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi)

on altıncı hissə

Dr: Məhəmmədhüseyn Yəyai

İran Tudə Partiyasının Moskvada keçirilən yeddinci geniş plenumunun keçirilməsindən illər öncə İran Tudə Partiyası Mərkəzi Komitəsi tərəfindən Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə çoxlu məktublar yazılıbdır Bu məktublarda partiya ilə firqənin birliyin zəruriliyi vurğulanmışdır. O məktublarda hətta Azərbaycanda, Azərbaycan Demokrat Firqəsinin mövcud…

Ətraflı

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi) on beşinci hissə)

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi)

on beşinci hissə

Dr: Məhəmmədhüseyn Yəyai

1332-ci ildə 28 mordad çevrilişi ilə İranın siyasət, iqtisadiyyat və qərb, xüsusən də Amerika ilə xarici əlaqələrində yeni dövr başladı. ABŞ-ın İrana qarşı gizli fəaliyyətləri, siyasi və iqtisadi müdaxilələri özünü daha qabarıq şəkildə göstərdi. Fəzlulla Zahidi çevrilişin ilk günündən öz hərbi hökumətini təşkil etdi. Zahidinin siyasət və iqtisadiyyatdan heç bir məlumatı…

Ətraflı

20 blog posts