Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Blog posts : "Məqalələr"

QOŞAÇAYIN QƏHRƏMAN OĞLU ƏLİ MÜTİ

QOŞAÇAYIN QƏHRƏMAN OĞLU ƏLİ MÜTİ

Xalqımızın azadlıq və istiqlalı uğrunda illər boyu davam edən hərəkatı bir çox fədakar mübarizlərin də yetişib bərkiməsinə şərait yaratmışdır.Bu hərəkat genişlənib dərinləşdikcə mübariz istedadlsrın daha çox üzə çıxmasına səbəb olmuşdur.Belə istedadlardan biri də Əli Mütidir.O, vaxtilə Hizbe Tudə İranın və Azərbaycan Demokrat Firqəsinin sıralarında diqqətəlayiq mübarizə məktəbi keçmiş və nəhayət, xalq amalı uğrunda öz canını da qurban vermişdir.…

Ətraflı

Azadlıq yolunun fədaisi Qulaməli İsmayılzadə

Azadlıq yolunun fədaisi Qulaməli İsmayılzadə

Milli Demokratik hərəkatın qələbəsi uğrunda mərdliklə mübarizə aparan fədailərdən biri də Qulaməli İsmayılzadədir.İsmayılzadə Qulaməli 1301 - ci il şəmsi ilində (1922) Dizcərud mahalındakı İrvan kəndində muzdur kəndli ailəsində anadan olmuşdur.Onun uşaqlıq dövrü çox ağır keçmiş, nökərçilik etdiyi xanın qapısında həmişə döyülüb təhqir olunmuşdur.Hələ kiçik yaşlarından zülm və istismara , təhqir və yoxsulluğa məruz qalmış Qulaməli 1322 - ci…

Ətraflı

MARAGANIN MƏŞHUR MƏŞRUTƏÇİSİ MİRZƏ HƏSƏN ŞÜKUHİ

MARAGANIN MƏŞHUR MƏŞRUTƏÇİSİ

MİRZƏ HƏSƏN ŞÜKUHİ

Mirzə Həsən Şükuhi Azərbaycanın azadixah və məşrutənin əhəmiyyətli dəstəkçilərindən biri idi.

Bu böyük insan öz səlahiyyəti çərçivəsində Azərbaycan və İran mədəniyyətinə dəyərli xidmətlər etmişdir və həyatını xalqın təhsil və maarifləndirilməsi, müstəmləkiçilik əleyhinə mübarizəyə həsr etmişdir.

Mirzə Həsən, Mirzə Mehdinin oğlu, atasının mağazasında bəzzazi …

Ətraflı

21 AZƏR ŞƏHİDİ MƏHƏMMƏDAĞA MƏZLUMİ

21 AZƏR ŞƏHİDİ MƏHƏMMƏDAĞA MƏZLUMİ

1325 - ci ildə (1946) İran Silahlı Qüvvələri Azərbaycana xaincəsinə basqını zamanı faciəli surətdə qətlə yetirilən fədailərdən biri də Məhəmmədağa Məzlumidir.

Məzlumi Məşrutə hərəkatı dövründən başlayaraq azadlıq hərəkatına qoşulmuş, "İctimaiyyun - Amiyyun" təşkilatına ( sosial demokrat firqəsinə) , nəhayət, İran kommunist firqəsinə üzv olmuş və firqənin Ərdəbil təşkilatında gizli surətdə fəaliyyət göstərmişdir.…

Ətraflı

UNUDULMAZ MÜBARİZ - CƏLİL RASTANİ


UNUDULMAZ MÜBARİZ - CƏLİL RASTANİ

İran xalqlarının imperializm və irtica əleyhinə milli azadlıq hərəkatı mübarizə tariximizin ən mühüm, iftixarlı və həyəcanlı səhifələrini təşkil edir.Bu yolda İran xalqlarının, o cümlədən Azərbaycan xalqının da ən sədaqətli və qorxmaz oğulları öz canlarını qurban verməkdən belə imtina etməmişlər və indi də etmirlər.Onlar İran xalqlarının azadlığı uğrunda vuruşmuşlar və mübarizələr tarixinə öz qanları ilə qızıl səhifələr yazmışlar.Buna görə də azadlıq uğ…

Ətraflı

ŞƏHİD OLMUŞ ATA VƏ OĞUL


ŞƏHİD OLMUŞ ATA VƏ OĞUL

Azadlıq və istiqlal uğrunda canını qurban verənlər haqqında sənədləri gözdən keçirdikdə bir çox azərbaycanlı ailələrin heç olmasa bir üzvünün itirdiyini, bəzən bir ailənin iki üzvünün şəhid olduğunu, bəzən də bütün ailənin məhv edildiyini, yaxud neçə qardaşın bir yerdə, ata - oğulun bir səngərdə şəhid olduğunu görürük. Belə ailələrdən biri də İbrahim Əli oğlu Gərməduzinin ailəsidir.Bu ailədə azadlıq və istiqlal uğrunda ata və oğul bir yerdə şəhid olmuşlar.…

Ətraflı

AZADLIQ YOLUNUN MÜBARİZİ ƏLİ SOĞAİ


AZADLIQ YOLUNUN MÜBARİZİ ƏLİ SOĞAİ

1326 - cı ilin Azər ayında (1947) İran ordusu Azərbaycana xaincəsinə basqın edərkən on minlərlə ən yaxşı oğullarımız məhkəməsiz, sorğu - sualsız edam edilmişdir.Şah və onun hakimi heyəti edam olunanlardan bir neçəsi üçün məhkəmə təşkil etməklə bu cinayətlərin bir qədərini xalqdan gizlətmək fikrinə düşsələr də, əslində həmin məhkəmələr özü də onların cinayətkarlıqlarını daha dərin ifşa edən bir vasitəyə çevrilmişdir.Sərləşkər Humayuninin (Hulasu …

Ətraflı

ŞƏHİD ƏTAULLA ZƏNDİYAN

ŞƏHİD ƏTAULLA ZƏNDİYAN

Doğma vətənimizin istiqlalı və yeni nəslin xoşbəxt gələcəyi naminə mətin addımlarla ölümü istiqbal edən, azadlıq hərəkatına və xalqlar dostluğuna ömrünün son dəqiqələrinə qədər sadiq olan şəhid Ətaulla Zəndiyan da mübarizə tariximizdə dan ulduzu tək parlayan mərd mübarizlər sırasında özünə məxsus mövqeyə malikdir.

Ətaulla Zəndiyan 1291 - ci il şəmsi ilində(1912) İsfahanın yoxsul ailələrinin birində anadan olmuşd…

Ətraflı

AZADLIQ HƏRƏKATININ GÖRKƏMLİ XADİMİ NURULLA YEKANİ

AZADLIQ HƏRƏKATININ GÖRKƏMLİ XADİMİ

NURULLA YEKANİ

(1878 -1947)

Öz cəsarət və mərdliyi ilə məşhur olan qocaman inqilabçı Nurulla Yekani 1257-ci şəmsi ilində ( miladi 1878) Mərənd məntəqəsinin Yekanat mahalında anadan olmuşdur.Hələ əsrimizin ilk illərində İran xalqlarının istibdada, zülmə və istismara qarşı başladıqları Məşrutə hərəkatı açıq fikirli və mütərəqqi ideyalarla yaşayan Nurulla Yekaninin diqqətini cəlb etmişdi.Məşrutə hərəkatı başlanan kimi Yekani də Heydər Əmioğlu…

Ətraflı

Azərbaycan Milli Hökumətinin Baş Prokuroru Firidun İbrahiminin məqalələrindən seçmələr

Azərbaycan Milli Hökumətinin Baş Prokuroru Firidun İbrahiminin məqalələrindən seçmələr

"Ölkənin siyasi quruluşunda və dövlət aparatında, hətta kiçik dəyişikliklər belə əmələ gəlməmişdir.Köhnə quruluş olduğu kimi saxlanılmışdır.Hətta bəzi yerlərdə daha kəskinləşmişdir Hakim təbəqə zəhmətkeş xalqın tələbi ilə maraqlanmır.Onlar zəhmətkeşlərin tələbat və ehtiyaclarını ödəmək əvəzinə ağır cəza tədbirlərinə əl atırlar."…

Ətraflı

İRƏC MİRZƏ


İRƏC MİRZƏ

Cəlalülməmalik ləqəbi daşıyan İrəc Mirzə, Qulamhüseyn Mirzə oğlu 1291 h.q.(1874 m.)

ilində Təbrizdə anadan olmuşdur.O, kiçik yaşlarından iki görkəmli şəxsin - Arifi - İsfahani ləqəbi ağa Məhəmmədtaqinın və Mirzə Nəsrullah Bahar Şirvaninin xidmətində təhsil alır.Bu iki məşhur ustaddan ümumi təhsillə yanaşı, fransız dilini də mükəmməl öyrənir.İrəc Mirzə ədəbi yaradıcılıqla yanaşı bir sıra dövlət vəzifələrində işləyir.Nəhayət, o, 1343 - cü h.q. ilinin Şəban a…

Ətraflı

21 AZƏR ŞƏHİDİ HÜSEYN TƏRAŞİ

21 AZƏR ŞƏHİDİ HÜSEYN TƏRAŞİ

Hüseyn Təraşi Ağamalı oğlu Ərdəbil şəhərinin Hüseyniyyə məhəlləsində zəhmətkeş bir ailədə anadan olmuşdur.Minlərlə digər şəhər zəhmətkeşləri kimi Ağamalı kişi də yaşayış şəraitinin ağırlığı üzündən oğlu Hüseyni oxutdura bilməyir.Ailənin ağır həyat şərsitinə kömək etsin deyə Hüseyn balaca yaşlarından səlmani yanında şagird olmağa məcbur oldu.O, bu dükanda işlərkən Ərdəbilin ətraf kəndlərindən şəhərə axışıb gələnlərdən bir iş tapmaq üçün özlərini oda - …

Ətraflı

Azadlıq yolunun mübarizi Hüseyn Qafari

Azadlıq yolunun mübarizi Hüseyn Qafari

Qafari Hüseyn 1299 - cu şəmsi ilində (1920) aşağı rütbəli dövlət işçisi ailəsində Məlayir şəhərində anadan olmuşdur.İbtidai məktəbi həmin şəhərdə qurtardıqdan sonra orta təhsil almaq üçün Kirmanşah şəhərinə gəlir.O, burada dəbirestane nizama ( hərbi orta məktəbə) daxil olur və 1319 - cu ildə (1940) həmin məktəbi bitirərək Tehranda daneşkədəyə ( hərbi zabitlik daneşkədəsinə) göndərilir.Onun təhsilinin ikinci ilində Rza xan diktatorluğu süqut edir.B…

Ətraflı

GENERAL QULAM YƏHYA DANEŞYAN

GENERAL QULAM YƏHYA DANEŞYAN

- Bizi Bakıya istədilər.Mən və S.C Pişəvəri yol uzunu belə fikirləşdik ki, yəqin ki, yenidən fədai hərəkatı ilə bizi Bakıya dəvət edirlər.Əgər belə olmasaydı onda məni yox, Pişəvəri ilə Badiqanı dəvət edərdilər. Çünki təşkilati işlərə o baxırdı.Ona görə də Bakıya təcili dəvət olunmağımız, hamının, o, cümlədən mənim də böyük sevincimə səbəb olmuşdu.

Bizi MK - da qəbul etdilər.Orada bir sır…

Ətraflı

LEV ZUVELUN (HÜSEYN NURİ)

LEV ZUVELUN (HÜSEYN NURİ)

Şanlı 21 Azər hərəkatının ən gözəl xüsusiyyətlərindən biri də onda təkcə azərbaycanlılar deyil, bir çox başqa millət nümayəndələrinin iştirak etməsidir.Biz bu xüsusiyyəti həm nəhzətin (hərəkatın) gedişində, həm nəhzətin sonrakı quruculuq işlərində, həm də şahənşah ordusunun hərəkat üzərinə xaincəsinə hücumu zamanı şəhid olan mərd mübarizlərin milli tərkibində görürük. Təsadüfi deyildir ki, şəhid olan mübarizlər içərisində qardaş fars,, kürd, assuri, yəhudi və b…

Ətraflı

ŞƏHİD SƏRHƏNG - ƏKBƏR HƏBƏŞİ

ŞƏHİD SƏRHƏNG - ƏKBƏR HƏBƏŞİ

1324 - 1345 - ci illərdə (1945 - 1946) Azərbaycan hərəkatı bir də ona görə həqqiqi xalq hərəkatı adlanır ki, burada təkcə kəndlilər, fəhlələr, aşağı rütbəli dövlət məmurları, əsnaf, kiçik maliklər deyil, hətta milli burjua nümayəndələri də iştirak etmişlər.Azərbaycanın məşhur tacirlərindən Hacı Məhəmmədhüseyn Həbəşinin oğlu sərhəng (polkovnik) Həbəşinin Azərbaycanın Xalq Qoşunları sırasında xidmət etməsi bu cəhətdən diqqətəlayiqdir.…

Ətraflı

AZADLIQ YOLUNUN QOCAMAN FƏDAİSİ ŞAHMAR SƏMƏDİ


AZADLIQ YOLUNUN QOCAMAN FƏDAİSİ

ŞAHMAR SƏMƏDİ

Şahmar Səmədi Səməd oğlu 1265 - ci ildə

(1886) Ərdəbil vilayətinin Ağabağır kəndində zəhmətkeş kəndli ailəsində anadan olmuşdur. Şahmar doğma kəndində bir qədər köhnə üsulda oxumuş, sonra isə əkinçilik və kənd muzdurluğu ilə məşğul olmuşdur.Bir çox Azərbaycan kəndliləri kimi Şahmar da ictimai, iqtisadi və siyasi məhrumiyyətlər nəticəsində mövcud quruluşdan, xüsusilə kənd həyatının hər bir sahəsinə mənfi təsir edən İran ərbab - rəi…

Ətraflı

Muxtariyyət məsələsi və əncüməni əyaləti

Muxtariyyət məsələsi və əncüməni əyaləti

Tehranın dad - fəryadı yersizdir.Bu dad - fəryad İran millətinin deyil, məmləkətin əsarətindən sui- istifadə edənlərindir ki, hovçuluqla, bizim başladığımız milli işi əsərsiz qoymaq istəyirlər. Demokratik bir ölkədə əhzab və əqaid azaddır.

Əhzab öz fikir və əqidələrini istədikləri kimi yazıb intişar verə bilərlər.Bu günə qədər vətənimizin Federativ və ya Xodmuxtar əyalətlərindən təşkil edilməsi məsələsi…

Ətraflı

ŞƏHİD MİR KAZIM ƏLƏMİ

 

ŞƏHİD MİR KAZIM ƏLƏMİ

(1899 - 1947)

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN MƏRƏND VİLAYƏT KOMİTƏSİNİN SƏDRİ, MİYANDAB ŞƏHƏRİNİN FƏRMANDEHİ

Mir Kazım Ələmi 1278 - ci şəmsi ilində (milady 1899 - cu il) Mərəndin Yuxarı Dizə kəndində əkinçi ailəsində anadan olmuşdur.Mirkazım kənd həyatı ilə yaxından tanış idi.O, hələ gənc ikən, quldur feodalların, jandarm və sair dövlət məmurlarının rəhmsiz istismar, zülm və təzyiqinə məruz qalmış, Azərbaycan kəndlilərinin d…

Ətraflı

QƏHRƏMAN XANIM - XAVƏR QƏHRƏMANİ

QƏHRƏMAN XANIM - XAVƏR QƏHRƏMANİ

"Uşaqlıq illərimi Güney Azərbaycanın ən gözəl dilbər guşələrindən biri olan Qaradağ məhalında keçirmişəm.İlk kövrək qədəmlərim gözəl Qaradağın əlvan çiçəkli çəmənlərində, qartal dimdikli qayalarında, barlı - bəhrəli bağlarında, qoynu qalın meşəli, zirvəli dağlarında, ayna kimi parlaq yarpız ətirli buz bulaqlarında bərkiyib"- deyə Xavər xanım Qəhrəmani həqiqətən adına yaraşan bir qəhrəman idi.…

Ətraflı

20 blog posts