Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Vətən oğlu Neçə ilin ayrılığından sonra görüşdüyümüz vaxtlara təsadüf edir.

1/12/2017

 

 

Keçən keçdi, ürək coşdu, alışdı.

Gələcəkdən danış, yaz, vətən oğlu.

Uzaq qardaş yaxınlaşıb, danışdı,

Qələmə al, qoy yaransın

Qələmindən söz, vətən oğlu

 

Biz salam göndərdik sağ vətəndaşa,

Yağıyla döyüşən igid qardaşa.

Xəzan payız keçdi, qış çatdı başa,

Bahar nəfəsilə yaz, vətən oğlu.

 

Uca dağlarbaşı daim-qar olar,

Birlikdə düşməni əyib hər zaman.

Ayrılığ olmasın amandır, aman,

əyrini kəsəcək, düz, vətən oğlu.

 

Mərdlərin tarixdə deyilib, adı.

Ürək bir, dilək bir budur, muradı

Yurdumuz Koroğlu, Babək sorağlı,

Namərddən əlini üz, vətən oğlu. 

 

İncəlib uzaq yol çox yaxınlaşıb,

Qızılgül, qərənfil, açıb, dolaşıb,

Yazılan təriflər gəlib, yetişib

Xaini rişədən qaz, vətən oğlu.

 

Astara körpüsün şairlər keçdi,

Türklər, talışlar deyib danışdı.

Xəzərə, çaylara, yola söz qoşdu,

Kefləri sağ gördüm yaz, vətən oğlu.

 

Vətəndir qəlbimin sevgisi, muradı,

Savalan dağlıyam, Heydər övladı,

Bilin ki, o mənəm vətənə bağlı,

Səyyadam Piləçaylı, Qız yurdlu, dağlı.

Go Back

Comment