Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Qayıtdım

28/02/2016

Qayıtdım

Kağız üzərində cəm olmuşdu el,
Qocalı, cavanlı, qızlı gəlinli.
Otuz il əvvəlki çəkilkən şəkil,
Bu gün həm doğmadı həm də sevimli.

Əl boyda şəklin düşüb izinə,
Ərsəyə çatdığım elə qayıtdım.
Atamın yurdunda ocaq yerinə,
Çağlayan, kükrəyən selə qayıtdım.

Gəldi göz önümə qəlbin ilhamı.
Yadıma saldıqca toyu bayramı,
O vaxta vədəyə ilə qayıtdım.

Ataş bulağında dayandım bir az
Qışdı, geyinmişdi hər tərəf bəyaz.
Bar bəhər eşqiylə tələssədə yaz
Hökmünü vermirdi çilə qayıtdım.

Xaraba yurdları dolandıqca mən
Bir haray, çağırış qopdu sinəmdən
Ətir istəsəm də güldən çiçəkdən
Təbiət yatmışdı hələ qayıtdım

Düşmüşdü şaxtalı qışın cənginə
O dağlar dumanda çiskindi yenə
Talada nir körpə cüyür səsinə
Kövrəldim, çıxmadım tilə qayıtdım.

Yaşılbaş sonalar min cürə nazda
Üzürdü sakitcə şaxta ayazda
Dəstədən ayrılan bir neçə qaz da,
Düşmüşdü Sarıdaş gölə qayıtdım.

Nə vaxtı həsrətəm doğma elimə,
Bir günüm vətənsiz gəlməz eynimə
Sahibəm qəm yükü olan könlümə
Qüssədən bağladım şələ qayıtdım.

İmani Sahib

 

Bayrağımız                                                                                                                                                          

Bayrağımız ucalığın yüksəkliyin rəmzidi
Qürurumuz qələbəmiz əyilməzlik əzmidi
Qoy ucalsın yüksəklərə dalğalansın daima
Fərəh versin, qürur versin milətimə orduma
Müstəqillik bayrağını qaldırmışıq bir daha
Yenilməsin ucalıqdan diləyim var Allaha
Qoy yaşadır bayrağımda türkçülüyün timsalın
Yaşıl rəngi yer üzündə şüarıdı islamın
Qan qırmızı müasirlik mənasını daşıyır,
Səkkiz guşə ullduz ayla qəlbimizdə yaşayır.
Vətən oğlu şer daima candan əziz tut onu
Yağı düçmən əlbir olub dayansa da qəsdinə
Elə sevək qoruyaq ki, toz düşmıəsin üstünə
Vətən bizim canımızdı, bayraq səcdəgahımız.
Bayraq ulu müqəddəsdi, unutmayaq heç zaman.
Zəfər çalmaz vətəninə bayrağına xor baxan.

 

Ağlayırdı                                                                                                                    

Bir gecə yuxuma gəldi Kəlbəcər
Dərələr yas tutub duz ağlayırdı
Miskin görünmürdü uca zirvələr
Qərib cığırlarda iz ağlayırdı.

Elə saz almışdı nurlu çöhrələr
Üzləri tutmuşdu üzürntü qəhər
Matəm içindəydi kəhkəşan ellər
Ürəklər kövrəlib göz ağlayırdı

Növrağı çönmüşdü şən məclislərin
Nağıllı dastanlı deyişmələrin
Nə qədər mötəbər ulu şairin
Donub dodağında söz ağlayırdı.

Yaralı köksündə çal-çarpaz dağı
Qürbətə düşmüşdü şəmsiz oylağı
Tərsinə tutmuşdu əlində yağı
Daşlara çırpılan saz ağlayırdı.

Sahib qəmli gördü uca dağları
Naxırlı sürülü gen yayalaqları
Qalıb intizarla Kəlbəcər sazı,
Sürünüb göynəyən diz ağlayırdı.

İmani Sahib

 

Yetdim                                                                                                                                                    

Dərəni təpəni, yalı yamacı
Xəyalımda gəzdim olsa da acı
Ürəyimdə vətən, yurd ehtiyacı
Yurdumu yuvamı görməyə getdim.

Düşdükcə orda ötən ömrümü.
Çiçəkli çəmənlər çəkdi könlümü
Bənövşə qarışıq novruz gülünü.
Nərgizlə bir yerdə dərməyə getdim.

Elə harayladı Qırxqız dağları
Qəlbimi sızlatdı buz bulaqları.
Yüz arım yol aldı Qar-qara sarı
Dərdimi sirrimi bölməyə getdim.

Sönsə də yurdların nurlu çırağı.
Hələ qaynamırdı ataş bulağı
Susuz səhralarda təşnə sayağı.
Diz qoyub gözümdən içməyə getdim

Muncuğa dönmüşdü şeh yarpaq üstə
Quşlar ötüşürdü dəstə bə dəstə
Oturub bir bədöy kəhərin üstə
Çiçəkli düzlərdə sürməyə getdim

Gəldi göz önümə xırman samanlıq.
Döndum uşaqlığa sanki bir anlıq
Gizlənpaç oyunu, qara tikanlıq
Şənlənib, oynayıb, gülməyə getdim.

Yaz gəlib al əlvan geysə də bahar
Hələ qüzeylərdə görünürdü qar.
Bəyaz köpüyüylə axanda qar-qar,
Çırmanıb selini keçməyə getdim.

Sahibəm oğluyam mən Qarabağın
Yolunda qurbanam hər bir oylağın.
İndi yad əlində qalan torpağın
Axan göz yaşımı silməyə getdim.

İmani Sahib

Go Back

Comments for this post have been disabled.