Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

LEV ZUVELUN (HÜSEYN NURİ)

LEV ZUVELUN (HÜSEYN NURİ)

Şanlı 21 Azər hərəkatının ən gözəl xüsusiyyətlərindən biri də onda təkcə azərbaycanlılar deyil, bir çox başqa millət nümayəndələrinin iştirak etməsidir.Biz bu xüsusiyyəti həm nəhzətin (hərəkatın) gedişində, həm nəhzətin sonrakı quruculuq işlərində, həm də şahənşah ordusunun hərəkat üzərinə xaincəsinə hücumu zamanı şəhid olan mərd mübarizlərin milli tərkibində görürük. Təsadüfi deyildir ki, şəhid olan mübarizlər içərisində qardaş fars,, kürd, assuri, yəhudi və başqa xalqların ən yaxşı oğulllarının adlarına rast gəlirik.Millətcə yəhudi olan Lev Zuvelunun

(Hüseyn Nurinin) də şərəfli adı 21 Azər nəhzətinin iştirskçıları sırasında özünəməxsus şərəfli yer qazanmışdır.

1299 - cu şəmsi ilində (1920) anadan olmuş Lev Fələstin şəhərində yaşamış və orada kaşisazlıq karxanasında işləmişdir.O, İran təəbəsi olduğu üçün 1318 - ci ildə (1939) İrana gəlmiş , az sonra Tehran şəhərində azadlıq hərəkatına qoşulduğu üçün Rza xan polisi tərəfindən siyasətçi kimi həbs edilmişdi.1319 - cu ildə (1940) " Qəsr Qacar"zindanında Rza xan istibdadının və polisin özbaşınalığına qarşı doktor Əraninin başçılığı ilə yüz nəfər siyasi məhbusun beş günlük aclıq etirazında Lev də öz yoldaşları ilə birlikdə iştirak etdi.Lakin nə zindan, nə şallaq, nə aclıq, nə əzab və işgəncələr, nə də milli təhqir Zuvelunun möhkəm iradəsini sarsıda bilmədi.Bütün bunlar onun daha da bərkiyib möhkəmlənməsi üçün təcrübə, " Qəsr Qacar" zindanı isə onun inqilabi həyatı üçün ilk mübarizə məktəbi oldu.Rza xan polisinə, zindan daxilində hökm sürən terrora qarşı mübarizələrdə Lev də öz məslək yoldaşları ilə birlikdə iştirak edirdi.Məhz polis ona görə həbsə salaraq, ona iqtisadi təzyiq göstərmək və hətta şallaq vurmaqla mübarizədən əl götürməyə məcbur etmək istəyirdi.İnadcıl mübariz Lev Zuvelunu məsləkdaşları nə qədər çox əzizləyir, ona nə qədər çox hörmət edirdilərsə, polis də bir o qədər ona qarşı təzyiqi artırırdı onu hətta başqa millətə mənsub olduğu üçün təhqir edirdi.

1321 - ci ildə (1942) Rza xan diktatorluğunun süqutu nəticəsində azadlıq hərəkatının yüksəlməsilə əlaqədar olaraq zindanların qapısı açıldı.Siyasi məhbuslar sırasında o da zindandan azad oldu.Zuvelun elə ilk gündən Hizbe Tudə İranın rəhbərliyi altında İran xalqlarının inqilabi hərəkatına qoşuldu.O, bir müddət Tehranda, sonra Mazandaran, Şahi və Qəzvində Hizbe Tudə İran təşkilatlarında fəal surətdə çalışmışdır.Həmin bu müddət içərisində Zuvelun polisdən gizlənmək məqsədilə öz həqiqi adını dəyişərək Hüseyn Nuri qoymuşdu.

Zuvelun 1324- cü ildə (1945) Təbrizə gələrək Hizbe Tudə İranın Azərbaycan təşkilatında təbliğat və təşkilat işlərində fəaliyyət göstərmişdir.1325 - ci ildən (1946) o, Azərbaycan Demokrat Firqəsinin üzvü olmuş,sonra da Azərbaycan Milli konqresinə nümayəndə seçilmişdir.Zuvelun 21 Azər hərəkatında, Azərbaycan siyasi hərəkatı ələ almaq işində yaxından iştirak etmişdir. Azərbaycan Milli Hökuməti Lev Zuvelunun hərəkatda fəal iştirakını, xalq işinə sədaqətini nəzərə alaraq, onu xalq silahlı dəstələrinin əfsəri ( zabiti) kimi qəbul etmişdir.

Milli Məclis tərəfindən sultanlıq dərəcəsi ilə təltif olunan Zuvelun Xalq Qoşunları sırasında siyasi təlimatçı vəzifəsində çalışmışdır.O, az sonra Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi tərəfindən ADF - nin Xoy təşkilatının təşkilat şöbə müdirliyinə təyin olunmuşdur.

Zuvelun fədakar, qorxmaz, səmimi, təvazökar, eyni zamanda tələbkar, imanlı və bacarıqlı təşkilatçı idi.O, 1325 - ci ilin (1946) dekabr ayında şah cəlladları tərəfindən Xoy şəhərində faciəli surətdə öldürülmüşdür.

Milliyyətcə yəhudi olan Lev Zuvelun bütün öz şüurlu həyatını, bilik və bacarığını, İran xalqlarının azadlıq işinə həsr etmişdir.O, Azərbaycan xalqının azadlığı və səadəti uğrunda həyatını hətta qurban vermişdir. Azərbaycan xalqı öz səmimi dostu, səltənət rejiminin barışmaz düşməni Lev Zuvelunun

(Hüseyn Nurinin) adı xalqlar dostluğu tarixində həmişə hörmətlə yad ediləcəkdir.

 

Müəllifi Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzv

Go Back

Comment