Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Kərimov Səyyad Ağami oğlunun 85-ci təvəllüd gününü təbrik edirik!

9/06/2017

Səyyad Kərimov (Dasi) 85 il

Kərimov Səyyad Ağami oğlunun 85-ci təvəllüd gününü təbrik edirik

Yoldaş Səyyad Kərimov zəhmətkeş və inqilabçi bir atanın oğludur. Səyyadın atası Ağami Dasi Əbdülkərim oğlu 1900-cu il Ərdəbil  vilayətin Hüşnə kəndində əkinçi ailəsində anadan olmuşdur. Məşrutə inqilabından sonraki İranda iqtisadi çətinliklər, və eyni halda  Bakıda neft sənayei inkişafı ilə əlaqədar, Ağaminin ailəsidə çoxsaili İranlilər kimi işləmək üçün Bakı səmtinə getməli oldular. Beləliklə, Ağami Bakıda həm neft sənayesində ustalaşdı və həmdə o zaman Bakıda fəhlə və zəhmətkeşlər arasında cərəyan da olan mütərəqqi və inqilabçi fikirlər və hərəkatlarla tanış oldu. Elə həmin illərdə Səyyəd 1933-ci ildə anadan olur.

1937-38-ci illərde, ikinci dünya müharibəsinin ərəfəsində, Sovet İtifaqı öz sərhadlərini möhkəmləşdirən vaxt, vətəndaşlıqı almayan İranlilar arasında Ağami ailəsidə  vətənə, İrana, doğma Hüşnə kəndinə qayıtmalı olurlar.

1941-ci ildən sonra, İranda azadlıq və zəhmətkeşlərin hüqüqları uqrunda hərəkatlar alovlananda, Ağami Hizbi Tudənin üzvü olur, vətənpərvər oğulları toplayıb və Ərdəbil şəhər təşkilati ilə əlaqə saxlayır.

1945-ci ildə Azərbaycanda açıq mübarizə başlananda, Dasi Ağami tanınmış təşkilatçı kimi bütün həyatını Şanlı 21 Azər hərəkatına sərf etmişdir. O, Piləçay kəndlərində cavanları toplayıb Azərbaycan Demokrat Firqəsinin sıralarına cəlb etdi, və Ərdəbil şəhər komitəsi Ağamini Piləçay komitəsi sədr vəzifəsinə seçdi və ona  medal verildi.  

Həmin dövrdə, 12 yaşlı Səyyad  atasının və ətrafında olan Azərbaycan və ADF-nin inqilabı hərəkatın şahıdı olub və  Cavanalar Təşkilatın fəaliyyətinə cəlb olunur.

1946-cı il Şah qoşunu Amerika və İngilisin köməyi ilə Azərbaycan Milli Hökumətinə hucum edib Azərbaycanda qan dəryası yola salanda, məcburi olaraq, Səyyad öz ailəsi ilə vətəni tərk edib yenidən Sovetlər İttifaqına keçməli olurlar.    

Bir qissa vaxtdan sonra, nəhayət Səyyadın ailəsi Şəki şəhərində məskunlaşırlar. Səyyad Şəkidə təhsil alıb işləməklə bərabər, Azərbaycan Demokrat Firqəsi  Cavanlar Təşkilatın Şəki şöbəsində öz fəaliyyətini davam edir və həmin təşkilada  başçılıq etmək də ona etibar edilir.

1962-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Sənaye, maşın və aparatlar” üzrə fakultəsini bitirərək mühəndislik dərəcəsinə çatır. Uzun illər Yüngül Sənaye Nazirliyinin müxtəlif fabriklərində çalışır. Sex rəisi vəzifəsinə qədər yüksəlir. İşlədiyi müddətdə sənayenin müxtəlif sahələrində yeni ixtiralar və istehsalın xeyrinə səmərələşdirici təkliflər irəli sürür. Bu ixtiralarına görə dəfələrlə Nazirliyin və Partiyanın fəxri fərmanları ilə təltif edilir.

Səyyad, istehsalatdan bir Əmək Veteranı kimi ayrılır.

Kərimov (Dasi) Səyyad Ağami oğlu Azərbaycan Yazıçılar Birliyinin üzvüdür və  Bir neçə kitabın müəllifidir.   

 

 

Go Back

Comments for this post have been disabled.