Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

İRƏC MİRZƏ


İRƏC MİRZƏ

Cəlalülməmalik ləqəbi daşıyan İrəc Mirzə, Qulamhüseyn Mirzə oğlu 1291 h.q.(1874 m.)

ilində Təbrizdə anadan olmuşdur.O, kiçik yaşlarından iki görkəmli şəxsin - Arifi - İsfahani ləqəbi ağa Məhəmmədtaqinın və Mirzə Nəsrullah Bahar Şirvaninin xidmətində təhsil alır.Bu iki məşhur ustaddan ümumi təhsillə yanaşı, fransız dilini də mükəmməl öyrənir.İrəc Mirzə ədəbi yaradıcılıqla yanaşı bir sıra dövlət vəzifələrində işləyir.Nəhayət, o, 1343 - cü h.q. ilinin Şəban ayınım 28 - də 1304 - cü h.ş. ilində İsfənd ayının 22 - də (1925 m.) xəstəlikdən vəfat edir.

DƏRS OXUMAQ HƏVƏSİ

Şükür olsun o tanrı xidmətinə

Oxumaq şövqü bəxş edib o, mənə.

Gözümə nur verib baxam kitaba,

Ordakı hər cürə sual - cavaba.

Var başımda bu şövqilə rəğbət,

Ürəyimdə müəllimə hörmət.

Atama sağlıq eləyibdir əta,

Sağ qala, ta mənim həyanım ola.

Anamı mehriban edib yaradan,

Ki mənə pərvəriş verə hər an.

Çalışır valideynlərim hər gün,

Məni dünyada bəxtəvər görsün.

Vurğunam mən bu dərs ilə məşqə,

Düşmüşəm bir belə gözəl eşqə.

Dərslərim ta ki, natəmam oldu,

Oynamaq da mənə haram oldu,

Boş işi saymaram həyatda şərəf,

Vaxtımı etmərəm inan ki, tələf.

                                                   İRƏC MİRZƏ

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment