Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azadlıq Layihəsi) onbirinci hissə

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azadlıq Layihəsi)

onbirinci hissə

Dr: Məhəmmədhüseyn Yəhyai

Firqə üzvləri habelə ev sahibi (Sovet Azərbaycanı mühacirlərə ev sahibliyi edirdi) arasında gedən intiraqlar, gileygüzarlar, gərginliklər, bəzən də yersiz ittihamlar zaman ötdükcə azalıb və nisbi sabitlik yarandı. İstedadlı Azərbaycanlı mühacirlər mədəniyyət və dil birliyindən istifadə edərək şeir və ədəbiyyat yaradıçılığı başladılar. Bu üzdən də  Azərbaycan şair və ədibləri arasında özlərinə mövqe qazandılar. Onlar arasında Balaş Azəroğlu, Mədinə Gülgün, Həkimə Bluri, Söhrab Tahir, İsmayıl Cəfərpur Səlması və s. Kimi görkəmli ictimai xadimlər meydana çıxdı. Onların  arasından onlarla gözəl nəsr yazıçısı və jurnalistlər ədəbi aləmə qədəm qoydular. Bunlardan başqa yüzlərlərlə mühacir sənaye və kənd təsərrüfatı mərkəzlərində işlə məşğul oldular.  Bu arada firqə rəhbərlərindən Qulam Yəhya, Cahanşahlu, Milanian təşkilatı bərpa etdikdən sonra Ali Partiya Mətəbində təhsil almaq üçün Moskova şəhərinə ezam olundular.

Azərbaycan Demokrat Firqəsi və Milli Hökümət mərkəzi hökümətin vəşicəsinə hücumu nəticəsində məğlub olmasına baxmyaraq,  o dövrün ictimaiyyətində böyük siyasi dəyişiklərə səbəb oldu. Bir tərəfdən daxili irtica və onun xarici tərəfdarlarını qorxuya saldı, digər tərəfdən "Məhəmməd Müsədddiq"in milli hökumətinin qurulmasına və neftin milliləşdirilməsinə zəmin yaratmaq üçün milli-demokratik qüvvələri səfərbər etdi. Lakin qorxu, vədlərə sadiq qalmamaq, bu qrupların və milli partiyaların düşüncə və fəaliyyətindəki qeyri-sabitlik bu hərəkatı, bu böyük ictimai - siyasi dəyişikliyi məğlub edərək “28 Mordad” (19 Avqust 1953-cü il” çevrilişi  ilə ölkədə çiçəklənməkdə olan demokratiyaya son qoyuldu. “28 Mordad” çevrilişindən sonra yenidən mütərəqqi qüvvələrə şidətli hücumlar başlandı. Həmkarlar ittifaqları, mütərəqqi təşkilatlar və siyasi şəxslər təqibə məruz qaldı.  Hərbi məhkəmələr hakim irticaçıların və çevriliş hazırlayanların tələblərinə cavab olaraq hərbçiləri, mütərəqqi şəxsləri qətl etməyə başladılar. İran Tudə Partiyasının hərbi qolunun bir qrup zabitlərini edam etməklə o təşkilatın kökünü kəsib və təxrib etməyi qarşılarına məqsəd qoydular. İran Tudə Partıyasının hərbi qolu 1944-cü ilin əvvəlində Əbdülsəməd Kambəxş, Polkovnik Siyamək və Xosrov Ruzbeh vasitəsi ilə yaranmışdır. O təşkilatın bir çox üzvlərini zabit gölleclərindəki təhsil alan gənclər arasından cəlb etmişdilər. Bəzən partiyanın "Hərbi Təşkilat" adlandırılan hərbi qol qısa müddətdə müxtəlif hərbi rütbələrdən yüzlərlə istedadlı və bacarıqlı zabitləri üzvlüyə qəbul etdi. Onların bəziləri Marksizm ədəbiyyatı ilə tanış idilər. Bəziləri də Sol baxışlı insanlar idi. Məşhədin 8-ci qarnizonunun zabitlərin bir qrupu(onları "İdealist Üsyançılar" da adlandıra bilərik) bir tərəfdən ölkəyə hakim olan dərin iqtisadi və sosial böhranı və digər tərəfdən qeyri-sabit hökumətlərin tez-tez dəyişməsi ümummilli bir hərəkata zəmin yarandığını düşünərək, silahlı mübarizəyə başladıqda xalqın onlara qoşulacağına və həm də Qızıl ordunun şah ordusuna mane olacaqına inanırdılar. Nəticədə, 15 Avqust 1945-ci il tarixdə İran Tudə Partiyasına meylli olan bir qrup zabit (Əbdülrza Azər, Əli Əkbər İskəndani, Purhormozan, Qulamhüseyn Begdili, Xosrov Ruzbeh, Təfrişian, Ehsani, Nacəfi, Şəfai, Nədimi, və b. ) Günbad Kavous bölgəsindən "Xorasan Zabitləri Üsyanı" adlı silahlı mübarizəyə başladı. Partizan müharibəsinə inanan və anti-faşist mübarizənin lideri marşal “Tito”dan ilham alan Mayor Eskandani bu hərbi əməliyyata rəhbərlik edirdi.O, deyirdi: “Qiyamın başlamasıyla partiya, qiyamımızı dəstəkləməyə məcbur olacaq.” İskəndani, hərəkət etmək üçün vaxtın yetişdiyinə və ən qısa müddətdə tədbir görülməyə inanırdı. (Təfrişian, Xorasan Zabitlərinin Üsyanı, 1988, s. 53) İran Tudə Partiyası, partiyanın rəyi olmadan həyata keçirilən bu əməliyyatı özbaşına bir hərəkat adlandırdı. Çünki az bir  qüvvə ilə bu hərəkatın yatırılacağı əzəldən bəlli idi və belə də oldu. (Sənədlər və Baxışlar, s. 352).

"İrəc İskəndəri" də xatirələrində deyir: “Mərkəzi Komitə üzvləri və Polkovnik Azər əməliyyata çağıran "Bəhram Daniş"in cavabına qarşı çıxdılar. (İskəndəri, Siyasi Xatirələr, Əli Dehbaşi, Tehran, 1989, s. 490) Ancaq Bəhram Daneş qiyama o qədər inanırdı ki, dostlarına və yoldaşlarına “ Kambəxşlə görüşdüm və o, bu əməliyyatla razıdır.”-dedi(Şəfahi, Xorasan Zabitlərinin Üsyanı və 37 il Sovet İttifaqında yaşamaq, 1986, s. 70)

Əməliyyat Qoçan istiqamətində hərəkətlə başlandı. (21 zabit, 6 əsgər, iki yük maşını və yolda 6 başqa zabit Qorqanda onlara qoşuldu.)

Qiyam xəbərləri Tehrana çatdı. Ordunun komandiri general Ərfə idi. O, qiyamı yatırmağa göstəriş verdi. Qiyamçıların hər biri (ölü və ya diri) ələ keçirən adam üçün 10 min rial mükafat təyin etdi. Yol boyu partiyanın Qonbəd və Qorqan əyalət komitəsi onları müdafiyə etməyib və canlarını qorumaq üçün heç bir təhlükəsizlik tədbirləri görməyi düşünmədi. Yol boyu silah və digər hərbi texnika ilə silahlanmış jandarma, onlara (qiyamçı zabitlərə) hücum etdi, nəticədə İskəndani və başqa bir neçə şəxs öldürüldü. Bəziləri döyüşdən qaçaraq gizləndilər. Bu qiyam mordad ayının 29-da yatırıldı. Ancaq ordudakı zabitlərin təqibi davam etdi.

Ardaşest Avanisyan deyir: “Bu qiyamda sağ qalanları gizlətməyə və firqə fədailərini yetişdirmək üçün münasib vaxtda Azərbaycana göndərməyə qərar verildi" (Avansyan, Siyasi Xatirələr Əli Dehbaşi, 2008, s. 270), Ardaşest Avansyan deyir. Qiyam sona yetdikdən sonra Xosrov Ruzbeh gizlin yaşamağa məcbur oldu. O, bu dövrdə “Kor İtaət” adlı kitabını yazdı. Bu qiyam kütləvi planlaşdırılmadığı və dəstəklənmədiyi üçün məğlubiyyətə uğradı. Lakin İran Tudə Partiyası üzərində basqı daha da şiddətləndi. Basqaaltı nəşriyyələrlə birlikdə İran Tudə Partıyasının orqanı olan ”Rəhbər” qəzetiin nəşri qadağan olundu. Müxtəlif rütbələrdə olan bəzi partiyaçı zabitlər həbs edilib və ya ordudan çıxarıldı. Onun ardınca sağ qalan bəzi zabitlər firqəyə hərbi kadr hazırlamaq üçün Azərbaycana gələrək Azərbaycan Demokrat Partiyasına qoşuldu. Azərbaycanda Milli Hökumət  məğlubiyyətə uğradıqda onlardın bəziləri rejim məhkəmələrində edam cəzasına məhkum edilib və  bəziləri isə mühacirət etməyə məcbur oldular. Hərbi hücum nəticəsində Azərbaycan Demokrat Firqəsi məğlub olduqdan sonra İran Tudə Partiyası üzərində təzyiq və  nəzarət daha da gücləndi. Tehrandakı hakim irtica fəhlə mərkəzlərini,xüsusilə də neft şirkəninin işçilərini kontrol altında saxlamağa çalışdı. Rejimin mürtəce məmurları fəhlələrin habelə zəhmətkeşlərin partiya tərəfindən təlim və birləşmələrinin qarşısını almaq üçün onları təhdid etd. Lakin Partiyanın sinfi mübarizə və təhlili zəhmətkeşlərin mənafeyinə ona rəğbətini artırır və onlar arasında olan əlaqəni daha da sıxlaşdırırdı. Bu səbəbdən də partiyaya qarşı mürtəcelər tərəfindən hiyləgərcəsinə tədbirin görülməsi düşünüldü. Bir tərəfdən, süni şəkildə partiya və işçi hərəkatının fəaliyyətini böyütməklə irticanın ürəyindəki qorxu hissini artırdı, digər tərəfdən də düşündüyü nümayişnaməni icra etməyə başladı. Bu istiqamətdə İran ictimaiyyətində önəmli və geniş mövqe qazanmış İran Tudə Partiysının fəaliyyətini qunusuz elan etmək üçün bir bəhanə kimi şahın terrorunu ortaya atdı. Jurnalistika sahəsində tanınmamış "Nasir Fəxrarai" adlı bir şəxs  tərəfindən 4 fevral 1948-ci ildə Tehran Universiteti Hüquq Fakültəsi binasının pilləkanlarında "Məhəmməd Rza Şah"a qarşı odlu sılahdan atəş açıldı. Deyilənlərə görə Terror hadisəsi öncəsi gecə Fəxrarai adına “İslam Bayrağ” qəzetinin jurnalistika kartı ordunun təhlükəsizlik orqanının ikinci şöbəsi tərəfindən hazırlanmışdır. Hər halda terrorçü iki metir məsafə ilə Şaha tərəf 5 güllə atır. Şah azca yaralanır. Baxmayaraq ki, şah və bəzi şəxslər terrorçünün sağ ələ keçirilməsini uca səslə hayqırırlar, lakin bəzi hərbiçilər güllə yağışı ilə onu yerindəcə qətlə yeririrlər. Elə görünür ki, hadisənin necə baş verməsinin aşkar olasını kimlərsə istəməmişlər. Onun ardında “Kaşani”ni mürtəce adlandırıb və “İslam Bayrağı” qəzeti ilə  əlaqədə olduğu üçün sürgünə göndərirlər. Onunla yanaşı, İran Tudə Pardıyası da ittihm olunur. Ölkədə hərbi hökumətin elan olunması ilə General "Əhməd Xosrəvani" hərbi komandan kimi təqdim edilir. Hərbi hökumət tərəfindən Partiyanın fəaliyyəti qadağan edildikdən sorna onun rəhbərləridən(Təbəri, Kiyanuri, Yəzdi, Codət, Nuşin, Əlmuti, Nobəxt) həbs olunur və Keşavərz  gizlənir, ardınca mütərəqqi və partiya qəzetləri, bağlanır. Partiya klubları işğal və partiya əmlakı müsadirə edilir. Konstitusiyada dəyişikliklər edilərək, şaha Milli Məclisi ləğv etmək imtiyazı verilir.

İran Tudə Partiyası öz fəaliyyətini gizli şəkildə həyata keçirir və bu dövrdə partiyanın hərbi qolu güclənir. Xosrov Ruzbeh gizləndiyi yerdə “Kor İtaət” adlı kitabını yazır. Bu kitab ordudakı gənc zabitlərin ruhiyyələrində güçlü təsir buraxır. Xorasanda zabitlər qiyamının, Azərbaycan və Kürdüstanda demokrat firqəsinin məğlubiyyət təcrübəsi onlara daha ehtiyatlı davranmağı öyrədir. Çünki orduun təhlükəsizlik orqanının ikinci şöbəsi, gənc zabitlərin bütün hərəkətlərini, fəaliyyətlərini izləyir və  ən kiçik şübhə etdikdə onları ordu sıralarından çıxarır. Bu səbəbdən, gizli iş və fəaliyyətlərlə birlikdə partiya üzvlüyünə qəbul daha diqqətlə aparılır və hərbi personal sayı artmağa davam edir.

" Rəzmara " və xüsusilə də "Müsəddiq" hökuməti dövründə partiyanın zabit qolu nisbətən böyüyərək genişləndi. Demək olar ki, 19 avqust 1953-cü ildə, rejim tərəfindən aşkar olduqdan əvvəl, onun sayı təxminən 500 nəfər idi. Əlbəttə bu 500 nəfərin hamısı zabit deyildi və onların mühum vəzifələri yox idi. “Partiyanın Tehranda 600 zabit olduğunu və 19 avqust(28 mordad çevrilişində heç bir tədbir görmədiyini” deyənlərin sözləri həqiqətə uyğun deyildir. Sənədlər və Baxışlar, s. 352),

İranın hərbi komandanlığı tərəfindən çap olunan “İranda Kommunizm Hərəkatı və Qara Kitab" adlı əsərdə İran Tudə Partiyasının hərbi qolu barədə verilən statistikaya  əsasən 429 üzv həbs olunub və 40-50-si isə xaricə mühacirət etmişdir. Partiya hərbi qolun aşkar olması partiya üçün ağır və düzlməz bir zərbə idi.  Partiya, bu təşkilat  nöqsanlarının səbəbini təcrübəsizlik, faşist rejimin funksiyası barədə kifayət qədər məlumatın olmamasında görür. Əlbəttə bu nöqsanlara üzvlərin nikbinlik və sadəliyini də artırmaq olar.

28 Mordad (19 Avqust” dövlət çevrilişindən sonra partiyanın mərkəzi komitəsinin bəzi üzvləri partiyanın yenidən qurulmasını habelə fəaliyyətlərini davam etdirməyə çalışıb və onu inkişaf etdirmək üçün bir müddət gizli şəraitdə ölkə daxilində qaldılar. Lakin günü-gündən artan təzyiq canlarını qorumaq üçün onları siyasi mühacirətə getməyə məcbur edti. Bu üzdən ölkəni tərk etməklə xaricdə faşist iran rejimi ilə mübarizə etməyə qərar verdilər. İran Tudə Partiyasının bir sıra üzvləri Sovet İttifaqına getdilər. Onlar mühacirət dövründə, illər öncə böyük ölkəyə köç etmiş olan Azərbaycan Demokrat Partiyası üzvləri ilə qaşı-qarşıya gəldilər. Xüsusilə də ADF üzvləri Azərbaycan Sosialist Respublikası ictimaiyyətində özlərinə yaxşı bir mövqe qazanmışdılar. Çünki onların bəziləri elmi, sənaye və təhsil mərkəzlərinə daxil olmuşdular. Əlbəttə bunların bir çoxu kənd mənşəli olduğundan və firqə ideologiyasına sadiq qalaraq kolxozlarda və savxozlarda işə qəbul edilib və yaşayışlarını davam etdirdilər.  Lakin  Tudə partiya üzvləri, əsasən ictimaiyyətin orta və ya yuxarı sosial və iqtisadi təbəqəsinə mənsub olmaqla yanaşı, əksəriyyəti  ali təhsilli gənclər idi və hətta bəziləri Qərbdə təhsil almışdılar. Bu səbəbdən də firavanlıq içində yaşayıb böyüyənlər üçün mühacirət şəraiti əlverişli deyildi. Beləliklə, mühacirətin ilk günlərindən onlar(partiya üzvləri) narazılıqlar və şikayət etməyə başladılar. Halbuki, onlar firqə üzvilərinin əksinə  böyük şəhərlərdə yerləşdirilib və yaşamaları üçün yaxşı şərait yaradılmışdı. Sovet İttifaqı da artıq bir qədər müharibə iqtisadiyyatı şəraitindən uzaqlaşmışdı. Narazılıq və bəhanələr daha çox gənc zabitlər arasında yayılmışdır. Bəlkə də onlar özlərini firqə üzvləri ilə müqayisə edikləri üçün narazılığı daha da artırdı. Halbuki, firqə üzvlərinin sayı onlardan on qat çox olduğu və ilk günlərdən o dövrün şərtlərində (müharibə iqtisadiyyatı) Sovet İttifaqında işə və fəaliyyətə cəlb olunmuşdular. Bu səbəbdən üzvlük haqqı ödəmək və firqənin ideallarına sədaqət olduqları üçün bir sıra fəal kadrlara sahib idilər. Həmçinin firqənin  maddi vəziyyəti yaxşı idi "Azərbaycan" qəzeti nəşr olundu. Partiya rəhbərləri mühacirlər arasındakı gərginliyi azaltmaq və böhranlarını idarə etmək üçün təşkilati dəyişikliyə ehtiyac duydular.  Bu məsələnin  həlli də Azərbaycan  Demokratik Partiyası ilə birləşmək idi. Çünki partiya liderlərinin bəziləri Azərbaycan Demokratik firqəsinə qurulduğu gündən bəri uzun bir tarixə sahib olduqları dostluq, rəqabət, qısqanclıq və bəzən düşmənçiliklərindən qaynaqlandı.Bu arada Sovet İttifaqı, İran, Türkiyə və Pakistanın, Qərb dövlətləri habelə Amerikanın iştirakıyla yaradılan "NATO" ittifaqının bölgədəki davamı olan "Sento" paktı ilə İranın yaxından fəaliyyət etməsindən  narahat idi. Ona görə də İranla siyasi və iqtisadi əlaqələrini genişləndirməyi düşünürdü. Lakin İranın siyasi və iqtisadi məsulları hər bir müzakirə və dialoqda Azərbaycan Demokrat Firqəsinin fəaliyyətinin qarşısının alınması məsələsini qaldırırdı və bu da  İran rejiminin Azərbaycanda firqənin xalq kütlələri ruhi bağlılığından qorxduğunu göstərirdi. Bu üzdən də Sovet hakimiyyəti, fərqili sosial baza əsasında qurulan və proqramlarında qeyd edilən hər iki siyasi təşkilatın birləşməsini istəyirdi.

Ardı var

 

Go Back

Comment