Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azadlıq Layihəsi) onuncu hissə

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azadlıq Layihəsi)

onuncu hissə

dr. Məhəmmədhüseyn Yəhyai

Pişəvərinin vaxtsız ölümü firqə üzvləri arasında ümidsizliyi və məyusluğu artırdı, cənuba geri dönərək mübarizələrini davam etdirmək üçün firqəni yenidən qurmaq habelə fədailəri hərbi baxımdan təlimatlandırmaq istəyənlər, bu faciəvi hadisədən məyus olaraq, onun ardınca başqa həqiqətləri kəşf etdilər. Onlar başa düşdülər ki, Azərbaycan Kommunist Partiyasının rəhbərliyi daha çox Moskova hakimiyyətinin təlimatlarına əməl edirdilər, yəni Moskova Sovet ərazisində Azərbaycan Demokrat Partiyası üzvlərinin hərbi fəaliyyətlərini davam etdirməyi istəmir. Nəticədə bu fəaliyyətlərə və əməliyyatlara hərbi təlim başlamadan əvvəl son qoyuldu. Bu əsnada firqə daxili mübahisələrin böyüməsi onun yenidən təşkilatlanmasının uzun sürməsinə səbəb oldu. Bu isə çoxlu imiqrasiya böhranı ilə bağlı idi. Bir sıra firqə üzvləri, xüsusilə də Təbrizdə milli hökumət tərəfindən seçilən və bursdan istifadə edərək Azərbaycan Sosialist Respublikasının təhsil mərkəzlərinə göndərilən hərbi tələbələr vətənlərinə qayıtmağı tələb etdilər. Azərbaycanın hərbi və təhlükəsizlik rəsmiləri bu tələbə qarşı çıxdılar. Onlardan sığınacaq üçün Sovet İttifaqına müraciət etmələri və şəraitin yaxşılaşacağına qədər gözləmələri istənildi. Nəticədə, Sovet hakimiyyətinin bu görüş və tələbinə qarşı çıxan kiçik bir qrup gizli şəkildə sərhədi özbaşına keçib İrana girməyə çalışdı. Onların bəziləri öz məqsələrinə nail oldu və bəziləri isə İran sərhədçiləri tərəfindən tutuldu. O cümlədən uzun illər İran rejiminin həbsxanalarında yatan və dəfələrlə casusluqda günahlandırılan bir kürd siyasi aktivisti olan Qəni Bülurian da var idi. Gənc Tələbələrdən başqa bir qrup isə ailələrinə qovumaq üçün etiraza qalxaraq, küçə nümayişləri təşkil etdilər. İranın Bakıdakı konsulluğuna qədər bu etirazlar davam etdi. Lakin konsulluq məmurları heç vaxt onların geri dönməsi üçün Sovet yaxud Azərbaycan rəsmiləri ilə danışıq aparmamış və onları qəbul etmək istəməmişlər. Bəlkə də onların İrana keçmələri ölkənin daxili sabitliyini pozmaq üçün təhlükə hesab edilirdi. Lakin təcrübəli firqə üzvləri və Azərbaycan hakimiyyət orqanlarının onları bu işdən çəkindirmək səyləri nəticə vermədi. Bu üzdən də onlardan bir qrupunu “Qazaxıstana” göndərdilər və ya başqa sözlə sürgün etdilər. Zaman keçdikcə onların bəziləri müxtəlif yollarla İrana qayıtdılar, bəziləri isə Qazaxıstanda məskunlaşıb və ailə quraraq orada yaşamalı oldular. (Bəziləri elmi mərkəzlərdə, bəziləri isə ədəbi fəaliyyətdə yüksək dərəcələrə yetişərək Qazaxıstanın tanınmış elmi şəxsiyyətlərindən oldular.)

Pişəvərinin ölümündın sonra Firqə rəhbərləri məsuliyyət hissi ilə yaranmış vəziyyəti dərk edərək firqə təşkilatını yenidən bərpa etməyə çalışdılar. 1947-ci il dekabrın 1-də "Azərbaycan" qəzetinin nəşri yenidən başlandı. Demək olar ki, o günün şərtlərinə görə bu iş çox vacib və həlledici bir məsələ idi. Ancaq Azərbaycan qəzetinin məqalələri, radio proqramları Azərbaycan Kommunist Partiyası və DTK rəsmiləri tərəfindən ciddi şəkildə nəzarət olunurdu. Yazıçılar və diktorlar fəaliyyətlərində sərbəst deyildilər. (Azərbaycan tarixindən fraqmentlər və M.H.Yəhyayein Mir Tağı Musəvi ilə söhbəti, s. 356)

Baxmayaraq ki, Firqə üzvləri və mühacirlər Sovet rəsmiləri tərəfindən qəbul edilən bəzi xəbərləri əldə etməyi bacarırdılar. Eyni zamanda, Azərbaycanın iqtisadi, sosial və siyasi  şəraitini daha çox və daha yaxşı anlayırdılar. Bu öyrəndikləri bəzən onların Azərbaycanda və digər Sovet Respublikalarında uzunmüddətli yaşamalarına yol açdığını göstərirdi. Azərbaycan qəzetinın nəşri ilə yanaşı, firqə radiostansiya həm türkcə, həm də farsca yayımını davam etdirdi.Tükcə verilişi Çeşmazər, farca proqramı isə Hatəmi aparırdı. Sonralar kürd dilində də veriliş ona əlavə olundu. Bu proqrama Gəlavij diktorluq edirdi. Firqə radiosunun fəaliyyəti və Azərbaycan qəzetinin yenidən nəşr edilməsi İran rejimi, xüsusilə onun Bakıdakı konsulluğunun sərt reaksiyası ilə qarşılaşdı. Onların yayımının qarşısını almaq üçün Sovet Xarici İşlər Nazirliyinə etiraz məktublarıın yazılması davam etdi. Mühcirlər iqtisadi, sosial və tibbi problemlərini həll etmək üçün bir təşkilatın yaranmasına ehtiyac duyulurdu. Mühacirlər arasında olan ilk günlərdəki mübahisələr və həyəcanlar bitmək üzrə idi. Zaman ötdükcə onların yerini səbr və dözüm tutmaqda idi. , Firqə üzvləri və başqaları gələcəkdə taleylərini həll etmək üçün necə təşkilatlanacaqlarını və o ölkənin ictimai faydalarından bəhrələnməyi düşünürdülər. . Dağıdıcı İkinci Dünya Müharibəsinin bitməsindən sonra Sovetlər Birliyinin də o dəhşətli müharibənin törətdiyi fəsatları aradan qaldımaq, xalqın rifahını artırmaq üçün daxili imkanlar və mənbələrdən istifadə etməli idi. Ona görə də gənc qüvvəyə böyük ehtiyaci var idi. Firqə güvvələrinin əksəriyyətini təşkil edən istedadli gənclər tezliklə işə cəlb edildilər. Universitet diplomu olanlar elmi dərəcələrini artırmaq üçün təhsillərini davam etdirməyi, digər az savadlı insanlar isə texniki ixtisasa yiyələnməyi düşünürdülər. Savadsızlar təhsil mərkəzlərində oxuyurdular və ümumiyyətlə kənd mənşəli insanlar  kolxozlara daxil olaraq üzüm bağlarında və digər kənd təsərrüfatı sahələrində çalışırlar. Və uzun müddətdə nisbi rifaha nail olurdular. Bu baxımdan, firqə mühacirlərin işlərini təşkil etmək üçün Səməd Vurğun küçəsində bir qərargah açdı. Mühacirlərin bütün problemləri o qərargahda həll olurdu. Firqə üzvləri habelə liderləri təşkilatlanmaq üçün Mərkəzi Komitənin, yerli komitələrin və özəklərin ofisini təşkil etmişdilər. 26 noyabr 1947-ci ildə firqə sədrini seçmək üçün cənab Padiqan, Pənahian, Milanian, Cəlili, Biriya, Kavian Qiyami, İlhami, Danişian, Azər və Cahanşahlu-nun iştirakı ilə bir toplantı keçirildi. Bu qrup hərbiçi və firqə siyasətçilərindən ibarət idi. Onların bəziləri yüksək dərəcəli hərbçi və bəziləri isə Pişəvərinin rəhbərlik etdiyi milli hökumətdə iştirak etmiş şəxslər idi. Bu iclasda Sadiq Padeqan, digər iştirakçıların səs verməsi ilə Azərbaycan Demokrat Firqəsinin sədri seçildi. Cahanşahlu və Azər təbliğat şöbəsində fəaliyyət etməyi öz üzərlərinə götürdülər. Gizli rəqabət və fikir ayrılıqları şöbələrdə ya partiya komitələrində  başqa şəxslərin seçilməsinin gələcəyə həvalə edilməsinə səbəb oldu. Bu da üzvlər arasında anlaşılmazlığın və fikir ayrılığının dərinliyini göstərirdi. Məğlubiyyət və geri çəkilmə hələ də onlar arasında sual doğururdu. bu yer dəyişdirmə və mühacirət problemləri onları daha da təhrik edirdi. Bəziləri gizli şəkildə təxribat aparırdı, bəziləri də gizli şəkildə olanlara qoşuldu. Bəziləri isə əyanı şəkildə çığır-bağır salaraq mənasız davranışlarına davam edirdilər. İlk günlərdən Biriya müxtəlif yollarla öz narazılığını bildirirdi. Mərkəzi Komitədə(Azərbaycan Radio və Qəzetində) firqə təbliğatına rəhbərlik etsə də, hay-küyə başladı... ümumiyyətlə zəif xarakterli bir adam idi. Bəzən eqoist və bəlkə də psixotik idi. O, Bakıda çox yaxşı mövqeyə sahib idi. Şeir yazırdı, ədəbi məclislərə gəl-get edir və hörmət görürdü. Ancaq disiplin və nizam-intizama tabe olan deyildi, özbaşına qəribə içlər görürdü. , Dindar kimi davranaraq, əlinə bir kəşkül alıb küçələrdə gəzirdi. Bəzən  də süfizmə yuvarlanırdı. İrana qayıtmaq üçün bir neçə dəfə İran konsulluğuna da müraciət etdi və nəticədə Sibirdən baş çıxardı və iyirminci Konqresə qədər orada məhbus həyatı yaşadı. (Həmin əsərdə, s. 366) .

Mərkəzi Komitə növbəti yığıncağına qədər gündəlik olaraq dörd hədəf təyin etdi.

1)    “Azərbaycan” qəzetinin nəşri və firqəin Səsi radiosunu yayımı vasitəsi ilə Azərbaycanda və İranın bütün bölgələrində ümidsizliklə mübarizə aparmaq. Mühacirətdə olan müddət ərzində də onu davam etdirmək.

2)    – Firqa sıralarını gücləndirmək və onun fəaliyyətini geniş təbliğat etməyi davam etmək.

  • İrandakı mütərəqqi partiyaların fəaliyyəti firqə vasitəsilə  gücləndirilməli. İran və Azərbaycanda mürtəcelərin və imperializm siyasi funksiyalarını ifşa etmək.

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi 12  fevral 1948-ci il tarixli iclasında Kürd mənşəli olan Rahim Qazi və Əli Gəlaviji mərkəzi komitənin üzvülüyünə seçılməsinə qərar verdi. Ondan sonra onların kürd dilində məqalələri Azərbaycan Qəzetində dərc olundu və  firqə radiosunda yayımlandı. Bu arada, həmin il martın 8-də Bakıda Məhəmməd Cəlilinin sədrliyi ilə mühacirlərin vəziyyətini araşdırmaq üçün bir komissiya çağırıldı və orada firqə üzvləri ilə bağlı dəqiq statistik məlumatların əldə edilməsi üçün 5.000 ədəd üzvlük vəsiqəsinin çap edilməsi məsələsi təklif irəli və mülahizələr. S104)( Əmirəli Lahrudi. Yadda qalanlar və mülahizələr s 104. Zamanla əksəriyyəti gənc zabitlərdən ibarət olan İranın Tudə Partiyası üzvlərinin bir qismi könüllü olaraq, digərlər qismi isə partiyanın istəyi ilə 21 Azər hərəkatında firqə sıralarına qatılan üzvlərlə, firqə və rəhbər üzvləri arasındakı fikir ayrılığı artaraq dərinləşməyə başladı. Bəziləri firqə rəhbərliyinin onlara qarşı ayrıseçkilik etdiyinə inanırdılar. Halbuki reallıq başqa bir şey idi. Türkdilli və Azərbaycan mədəniyyətinə çox bələd olan firqə üzvləri tez bir zamanda ictimaiyyətin vəziyyətini asanlıqla mənimsəyərək özlərini o şəraitlə uyğunlaşdırlar. Bəlkə də qısa bir müddətdə bəzi firqə üzvləri elmi, sənaye, kənd təsərrüfati və onlara aid orqanlarında önəmli bir mövqeyə yiyələndilər. Bundan əlavə bəzi firqə üzvləri uzun illər Rusiyada yaşayıb və Rus dilini bildikləri üçün imtiyaz sayırdı. Lakin ailələrindən uzaq düşmüş və uğursuz bir taleyə qapılmış bu gənclər üçün ayrı-seçkilik hissləri ağrılı idi. Bəlkə də bəzi hallarda bu bəhanələr və etirazlar mövcud şəraitdən doğulurdu.

Firqə gənclərin həyatını və təhsilini təşkil etmək məqsədilə ildə 400 nəfər seçib elmi mərkəzlərə göndərmək üçün  "Siyasi Pənahəndələr" adlı bir təşkilat yaratdı. Dövlət imtiyazlarından istifadə edilərək imtahansız  onların bəziləri universitetlərə, bəziləri texniki kolleclərə, bəziləri müəllim hazırlığı universitetlərinə daxil oldular. İllər sonra onlardan bir neçəsi daha yüksək elmi dərəcələrə yiyələnərək Bakı Elmlər Akademiyasında məşhur alim oldular. Bir qrup isə dövlət idarələrində rəhbər vəzifələrə çatdı. Bu arada digər bir qrup siyasi təhsil almaq üçün partiya məktəbinə daxil oldular. partiya məktəbində fəlsəfə, iqtisadiyyat, materializm, dialektika və s. Tədris olunurdu.

Firqə sədri Sadiq Padiqan, 25 yanvar 1950-ci il tarixli bir toplantıda "Əbdülsəməd Kambəxş"in Azərbaycan Demokrat Firqəsi ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Onun firqə və mərkəzi Komitədə iştirakı, Tudə partiyası tərəfdarlarını, xüsusilə də hərbçiləri məmnun etdi. Bu hadisə gələcəkdə firqə fəaliyyətində baş verə biləcək siyasi oyunlarda İran Tudə partıyasına əlverişli şərait yaradırdı.

Qırmızı Şahzadə adlandırılan Əbdülsəməd Kambəxş (1971-1898) Ədli-Qacar ​​ şahzadələrindən biri idi və Oktyabr İnqilabının baş verməsi ərəfəsində hərbi təhsil üçün Rusiyaya (14 yaşında) göndərildi. O, Rusiyada Bolşevik inqilabında iştirak etmiş və Oktyabr inqilabının ideologiyası ilə yaxından tanış olmuşdur. Kambəxş rus və türk dillərini mükəmməl bilirmiş. O,  hərbi məktəbin birinci tələbəsi olmuşdur. Mətəbin birinci dövrünü bitirdikdən sonra  İrana qayıtmiş, lakin bu dəfə təyyarə mühəndisliyi təhsili almaq üçün hökumət tərəfindən yenidən Sovet İttifaqına göndərmişdir. İrana qayıtdıqdan sonra zabit rütbəsi ilə Ordu Mexanika Məktəbinin komandiri olmuş. Ancaq sosialist fikirləri onu İran Kommunist Partiyasını qurmaq üçün həmfikirlərinə yaxınlaşdırır və nəhayət, Əlliüçlər qrupun bir üzvü kimi tanınaraq 1938-ci ilində tutulur və həbs edilir. Həbsdən çıxdıqdan sonra, İranın Tudə Partiyasına qoşulur. O, Milli Şura Məclisinin 14-cü dövrü. Qəzvin əhalisini təmsil etmək üçün seçilmiş və İran Tudə Partiyasının 8 üzvlü fraksiyasından biri kimi Parlamentdə nümyəndə olmuş, ancaq Azərbaycan hərəkatı və partiya fəaliyyətləri səbəbiylə ordunun ikinci sütunu və "Hacı Əli Rəzmara" nın şəxsiyyəti tərəfindən təqib olundu və 1325-ci ilin dekabrında ölkəni tərk etmək məcburiyyətində qaldı. bir neçə il sonra firqəyə yaxınlaşdı. 

Kambaxşın Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsində iştirak etməsi firqə daxilində partiya(Tudə partiyasi nəzərdə tutulur) tərəfdarları fraksiyasının güclənməsinə səbəb olur, bu da öz növbəsində yaxın illərdə partiyanın və firqənin birləşməsinə yol açır. Digər tərəfdən isə firqə üzvləri arasında  illərlə davam edən qarşıdurma və gərginlikdən sonra yaranmış nisbi sakitliyin pozulmasına səbəb olur. Tudə partiya tərəfdarları, mövqelərini möhkəmləndirmək üçün hər fürsətdə şikayətlənir və etiraz edirdilər. 1954-cü ildə Kambəxş qəfildən bir qrup kadrları və partiya məktəbinin tələbələrini ətrafına toplayaraq yığıncağın açılışını öz sözləri ilə elan edir. Nəhayət, deyir: "Mərkəzi Komitədə dəyişiklik baş veriləcək- Qulam Yahya Danishian firqə sədri və Əbdülsəməd Kambəxş isə sədr müavini seçiləcək. Bu sözlər yığıncaq iştirakçılarını təəccübləndirir. Padiqan, Cahanşahlu, Kavian kimi tanınmış firqə rəhbərləri və digərləri Mərkəzi Komitədən çıxarılır. Görünür, Kambəxş firqə kadrları tərəfindən bu seçimin qəbul olunmayacağını və Mərkəzi Komitə gərginliyin artmasına səbəb olacaqını bilirmiş. Nəticədə etirazlar başlayır və başqa bir qərar verilənə qədər davam edir. Bu gərginliyi azaltmaq üçün Danişian, Cahanşahlu və Milanian partiya ali mətəbində  təhsillərini davam etdirmək üçün Moskvaya və Kambaxş isə Moskva Sosial Elmlər Akademiyasına ezam olunurlar.Firqədə bu göznlənilməz yer dəyişmələr kimsəyə aydın olmamış və hələ də qaranlıq qalır.  Sanki Danişianı bir müddət firqə və Bakıdan uzaqlaşdırmaq məqsədi güdürmüş.

Ardı var.

****************************

Haşiyə yazı:

Biriya (Məhəmməd Bağırzadə, 1894-cü ildə Təbrizdə anadan olub) Ehsasatlı və şeyda bir şair olaraq enişli-yoxuşlu həyat sürmüşdür. O, təhsilini davam etdirmək üçün Sovet İttifaqına gedir və 1941-ci il sentyabrın 25-dən sonra vətəninə qayidir. O, Azərbaycan və onun dilinin, mədəniyyətinin, tarixinin vurğunu idi. İlk dəfə İran Tudə Partiyası ilə əməkdaşlıq etdi  və ehsas dolu şeirləri ilə işçiləri və zəhmətkeşləri özünə cəlb etdi. Biriya başqa yoldaşlarının iş birliyi ilə "Azərbaycan Həmkarlar İttifaqı Mərkəzi Şurası"nı təşkil etdi. İran Tudə Partiyanın Tehrandan gələn təmsilçilərinə: "Fəhlələrlə türkcə danışın”-deyirdi. O, bir dəfə Azərbaycandan olan və Fars dilində danışan və mühazirə oxuyan Xəlil Məlikiyə öz etirazını bildirdi. 1945-ci ildə Parisdəki “Beynəlxalq Əmək Konfransı”nda həmkarlar ittifaqı adından iştirak etdi. Azərbaycan Demokrat Firqəsi   yarandıqda ona qoşulur və şairlik qabiliyyətlərindən istifadə edərək  ədəbi məclislərdə onu tərənnüm edir. O,firqənin yaranmasına çox sevinirdi, çünki ana dilində şeir yazdığını və türk dilli nəşrlərində yayımlayırdı.

O, Pişəvarinin rəhbərliyi ilə Azərbaycan Milli Hökuməti qurulduqda Mədəniyyət Nazirliyinə seçildi. Bir il müddətdə kütləni savadlandırmaq, türk dilinin inkişafı və ədəbi-bədii fəaliyyətlərdə yorulmadan çalışdı. Pişəvaridən sonra Müzəffər Firuz ilə Pişəvəri arasındakı razılaşmanı dinc şəkildə həyata keçirə bilməsi üçün firqənin sədri oldu, ancaq Tehran hökumətinin əmri ilə ordunun vəhşicəsinə hücumu nəticəsində yaralanaraq Sovet xəstəxanasına aparıldı. O da bir çoxları kimi o günki Sovet  Azərbaycanına sığındı. Mühacirətin ilk illərində firqə ilə əməkdaşlıq etdi və Mərkəzi Komitəyə üzv oldu (Azərbaycan qəzeti və firqə radiosunda təbliğatın məsulu oldu.). Bir müddətdən sonra narazılıq etməyə başladı. Saqqal qoyaraq təsbih ələ alıb və Quran, mərsiyə oxumağa başladı. Həyat yoldaşı və oğlu “Faiq”dən uzaq düşməsi onu çox incidirdi. Vətənə qayıtmaq üçün bir-iki dəfə İranın Bakldakı konsulluğa müraciət etdi. Amma konsulluqdan bir cavab ala bilmədi. (Bəlkə də o vaxt İrana qayıtsaydı, ölüm hökmünə məhkum olardı) 1947-ci ildə sentyabrın 13-də Sovet Təhlükəsizlik məmurları tərəfindən tutulub Sibirə sürgün edildi. Sovet İttifaqı Kommunist Partiyasının 20-ci quurltayından sonra Azərbaycan Sovet Sosialist Respublikasının Kommunist Partiyasının baş katibi “Heydər Əliyev” və “Mir Rəhim Vilai” Sibirə gedib  onu Bakıya gətirirlər. O, Bakıda incəsənət adamları, şairlər və keçmiş firqə yoldaşları tərəfindən qarşılanır. Lakin bir müddət sonra yenidən narazılığa başlayır və Bakı küçələrində hədəfsiz dolanır. Bu dövrdə onun şeir yazması və ya ədəbi fəaliyyəti  aydın deyildir. Yalnız 1320-1324-cü illərdə yazdığı şeirlədən "Ürək Sözleri" adlı şeirlər toplusu "Məhəmməd Səid Ordubadi"nin yazdığı giriş sözü ilə Bakıda nəşr edilmişdir. 1981-ci ildə həmin əsər görkəmli Azərbaycan yazıçısı "Yəhya Şeyda"nın müqədiməsi ilə İranda yenidən nəşr olundu və daha sonra 1997-ci ildə "Həmid Mollazadə" tərəfindən o əsərdən bəzi şeirləri çıxarılıb dini şeirlərlə əvəz edilərək yenidən nəşr olundu.

1979-cu ildə baş vermiş İran inqilabdan sonra Biriya Təbrizə qayıtmaq fikrinə düşür  və pasport almaq üçün konsulluğa müraciət edir, lakin bu dəfə də mənfi cavabla qarşılaşdıqda pasportsuz İrana getməyə qərar verir. 1980-ci ildə sərhəddi keçərək vətən torpağına ayaq basır. Lakin heç vaxt orada xoş  gün görmür. O, Təbrizdə ağrılı bir həyat keçirəcəyini bilmirdi, çünki Azərbaycanla bağlı yeni rejim əvvəlki rejimin atdığı addımlarla addımlayırdı. Yəni Azərbaycanla, xüsusən də firqəyə nifrət və düşmənçilikdən vaz keçməyərək  o siyasəti davam etdirdi.

Əsəd Seyf “Biriya, Rədd Edilmiş” başlığı altında Biriyanın sürdüyü ağrılı-acılı ömürü barədə qısa bir yazı yazmış və "Tribuna" da nəşr etmişdir. Burada o yazının bəzi hissələri xatırlatmaq yerinə düşər.

Əsəd Seyf yazır: “Biyanı ilk dəfə 1981-ci ildə bir dostunun evində gördüm, əlbəttə onu əvvəllər Təbrizdə görmüşdüm, qalın-uzun saqqalı, incəlmiş bir bədən quruluşu və əlindəki təsbeh onu daha çox din xadiminə bənzədirdi, həmişə dua oxuyurdu. Bir oyun oynadığını yaxud bir tamaşada rol ifa və bizi ələ saldığını düşünürdüm, bəlkə də illərlə çəkidiyi əziyyət və yerdəyişmələri onun simasında soyuq baxışa və gülüşün olmamasına səbəb olurdu, amma bir qədər sonra onun zarafatcıl və şeir dilində danışan adam olduğunu gördüm. O, sözlərinin davamına "Əvvəldən müsəlman  olduğunu və həyatında heç vaxt kommunist olmadığını, müsəlman olduğu üçün Sovet İttifaqında həbs edildiyini, sürgünə göndərildiyini”- söylədi. O, çıxışında dəfələrlə Pişəvəriyə sevgisini və hörmətini dilə gətirdi, Bir il ərzində Azərbaycan Milli Hökumətin nailiyyətlərindən, o cümlədən mədəniyyət mərkəzlərinin yaranması(şeir, teatr, musiqi), universitetlər, savadlanma məktəbləri və s, misli görünməmiş tədbirlərdən söz açdı. 

Əsəd Seyf yazının davamında yazır: “Ertəsi gün Biaria'nı Ərdəbilə gedən avtobusda gördüm, yanında oturdum, salam verdim, məni tanımadığı kimi yanaşaraq, soyuq davrandı. Söhbəti açmaq üçün dünən gecə görüşümüzə işarə etdim, o başını tovlayaraq  gülümsədi. Ancaq söznü  Allah və Peyğəmbərlə bitirdi. Daha sonra onu bir neçə dəfə Təbriz küçələrində görməyimə baxmayaraq, aramızda bir söhbət olmadı. Uzun müddətdən sonra İran Tudə Partiyasına edilən hücumda onun da tutularaq Təbriz zindanına aparıldığını eşitdim. o vaxt ölkəni tərk etmişdim və yaxın dostum "Qulu Ərdəbili" Biriya ilə birlikdə həbsdə olmuş. Ondan Biriya haqqında mənə yazmasını istədim.

1979-cu il inqilabından sonra Biryanın şeirlər kitabı, üz qabığında fotoşəkili ilə nəşr olundu, lakin heç bir siyasi və ya bədii fəaliyyəti olmadı. Biriyanın Tudə Partiyasına bağlı olmamağına baxmayaraq, onu Tudə partiyasi ilə əlaqədar həbs etdilər. Ərdəbilli Qulu yazır: 1983-cü ilin sentyabrında Biriya Təbriz həbsxanasına gətirildi və təkkameralı hücrəyə salındı. Hücrənin qapıısı bir qədər açıq qoyurdular. O, bəzən İnqilab Keşikçiləri ilə söhbət edir, şeir oxuyurdu və namazı kəsilmirdi. Qocaldığına görə havalandırmada oturmaq üçün həyətin küncünə bir kreslo qoyurdular, lakin həmişə onu alçaltdıraraq Sovet casusu adlandırıb və döyürdülər. Uzun saçlarını və saqqallarını qırxdılar, Məmurlar fiziki və psixoloji təzyiq altında ona casus olduğunu etiraf etməyə çalışdılar. O, daima inkar edirdi. Ondan “Niyə İrana qəldiyini”- soruşduqada, cavabında “Bura vətənimdir, Həyat yoldaşım və övladım buradadır, ömrünün son günlərini vətənimdə keçirmək və burada ölmək istəyirəm.”- deyirdi.  Dəfələrlə edam olunmaqla təhdid edildi. Bir dəfə onun İnqilab Keşikçilərinə zarafatla xitab etdiyinin şahidi oldum: O deyrdi: "Əlbəttə, burada edam olunmağa layiq olan bəzi insanlar vardır.” ( məqsədi  İnqilab Keşikçiləri idi). İnqilab Keşikçilərinin yumruqları və təpikləri altında qışqırıqlarını dəfələrlə eşitdim və yumruqlarla üzünün qızardığını gördüm.

Ümumiyyətlə soyuqqanlı adam idi, bəzən bizə ruhiyyə verirdi, bir müddət onunla eyni kamerada oldum, gündə beş-altı saat namaz qılırdı, bir dəfə 70 rəkət qıldığını saydım. Bədəni sağlam idi, ağzında dişlər yox idi, amma yeməyi yaxşı yeyirdi. Fəxrlə deyirdi: " Mühacirlər arasında işləməyən təkadam idim, 21 il həbsdə və sürgündə qaldım, amma bir gün Sovet hökuməti üçün işləmədim, Onun-bunun evində və ya məscidlərdə yaşadım, insanlar üçün Namaz qılıb Quran oxuyurdum,onlar mənə yardım edirdilər, əvvəldən müsəlman idim, üç dəfə İran pasportu almağa təşəbbüs etdim, amma vermədilər, pasportsuz vətənə gəldim, düşünürdüm ki, İslam nqilabından sonra vəziyyət dəyişəcək, lakin belə olmadı,...” Əlbəttə qorxa-qorxa rejimi tənqid edirdi.

Həmişə şeir oxuyurdu, danışığı şeir idi, onları yazmağa kağız və qələm yox idi. Son bir ildə təkkameralı hücrədə qaldığım müddətcə, o da həbsdə idi. Ona vəhşicəsinə fiziki və mənəvi işgəncə verildiyi üçün xəstələnib və nəhayət xəstəxanaya aparıldı. Sanki yaşamağa davam edə bilməyəcəyini anlayaraq həbsxanadan kənarda ölməyini üstün gördülər.

Birlikdə olduğumuz bir il ərzində onun görüşünə kimsə gəlmədi. Deyirdi ki, Sovet İttifaqından qayıtdıqdan sonra həyat yoldaşıma baş çəkməyə getdim, qapını döydüm, kim olduğumu soruşdu? Səmimi qəlbdən dedim, mənəm Biriya, qayıtdım, qapını aç. O, cavab verdi: Xeyr, get, dedim, niyə? Dedi ki, "32 ildir yoxluğuna dözdüm, gəlmədin, indi sən döz." Qapını açmadı. Haqlı olduğunu gördüm, O, haqlı idi, qayıtdım. Mən ona heç bir yaxşılıq etməmişdim. Onun yanında üzü qara və şərməndə idim. O,  Mollalara ürəkdən bədbin idi və onları pis adam sayırdı, hətta Sovet Asiya respublikalarının mollalarını da firildaqçı adlandırırdı.

Biriya əzab və məşəqqətli bir ömür sürdü., dostları onu tək qoydular. Adı firqədən və Hizbdən  silindi. Həbs və sürgündən sonra İrana qayıtdı, orada da bir məkanı olmadı. Ölümü səssizlik və xəbərsizliklə baş verdi. Kimsə onu anmadı və ​​xatırlamadı, Bu düyğülü və ehsaslı şairin ömrü sona yetdi...

 

Go Back

Comment