Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azadlıq eşqi ilə yanan ürək

6/11/2015

Azərbaycan sənin qəlbin nə qədər vüqarlı və genişdir. Dünya yaranandan bu günə kimi Azərbaycan da zülmə, ədalətsizliyə qarşı mübarizələr olmuş həqiqəti deməyə özündə cəsarət tapan vətən oğulları meydana gəlmişdir. Babək, Səttarxan Sərdari Milli, Şeyx Məhəmməd Xiyabani, Cəngəlilər hərəkatının başçısı Kiçik Xan böyük fitri istedada malik olan Heydər Əmioğlu C Bərqi Xorasan üsyanının başçısı Məhəmməd Təqi Xan Püsyan və ən nəhayət özünün bütün varlığı ilə vətəni İrana xüsusəndə Cənubi Azərbaycana və onun yenilməz mübariz oğlanlarına ümidgah kimi baxan S.C. Pişəvəri zamanının yetirdiyindən biri kimi tarixin səhifəsinə qızıl xətlərlə yazılmışdır. S.C.Pişəvərini tarix özü yetirmişdir. Onun keşməkeşli yolları İran Azərbaycanında yaşayan qəlbi həmişə vətən xalqın azadlığı yolunda döyünən sədaqətli varisləri və Azərbaycan xalqının mübariz oğlu 1945-ci ildə əldə etdiyi ADF qurucusu məhz S.C.Pişəvərinin adı ilə bağlıdır. Bu yazıda qələmə aldığım və özünə məxsus yeri olan 1945-ci ilin 12 Şəhrivər günüdə (3 sentyabr) ADF-nin görkəmli vətənpərvər S.C. Pişəvərinin yaratdığı firqənin həsrəti ilə alışıb yanan Cabanümidvar İsa İbrahim oğludur. Bu mərd mübariz insan haqqında nə qədər xoş söz desək, yazsaq yenə də azdır. Cabanümidvar İsa İbrahim oğlu Azərbaycanın yetirdiyi fədai başçılarından biri idi. O, Azərbaycan xalqına həmişə bağlı olmuş, onların bu günü sabahı üçün yeni yollar axtarmağa səyini bir an belə azaltmamışdır. Ərdəbil şəhərinin ucqar kəndlərinin birində kəndli ailəsində dünyaya gəlmişdir. Atasının bir arzusu var idi. Oğlunun təlim tərbiyəsi ilə ciddi məşğul olsun və onun təhsil almasına səy göstərsin. Bu belədə olmuşdur. İsa məktəb yaşına çatanda atası onu məktəbə qoymuş, təhsili ilə mütəmadi məşğul olmuşdur. Tale elə gətirmişdir ki, İsa təhsil aldığı məktəbdə ən nümunəvi şagird hesab olunurdu. Atası İbrahim kişi oğlunda belə bir istedadın olmasına çox sevinirdi. O, orta məktəbi əla qiymətlə bitirir və əsgərliyə çağrılır. O, əsgərlikdə olan vaxt özünün savad bacarığı və hərbi texnikaya bağlı olduğunu görən zabitlər onu hərbi təhsil almağa yönəldirlər. İsa bütün bilik və bacarığını oxumaqda görür. Mükəmməl olaraq hərbi biliyə yiyələnərək zabit rütbəsinə yiyələnir. Qoşun bölməsinin polkovniki onu hərbidə saxlamalı olur. Bütün varlığı ilə vətəninə bağlı olan İsa fürsət axtarır ki, onun vətəni Azərbaycanda inqilabi mübarizə qələbə çalsın və oda bu inqilabi mübarizədən kənarda qalmasın. Yuxarıda dediyim kimi 1945 ci ilin şəhrivər ayının 12-də (3 sentyabr) ADF Təbriz şəhərində S.C. Pişəvərinin rəhbərliyi ilə qələbə çalır və firqənin sədri vəzifəsinə S.C. Pişəvəri seçilir. Bu xoş xəbər İran ordusunda qulluq edən İsanı özünə çox cəlb edir. Tez və qısa bir vaxtda İsa özünün inanılmış yoldaşları ilə birlikdə İran qoşunundan ayrılaraq ADF üzvülüyünə qəbul olunurlar. İsanın sevinci yerə göyə sığmır. İsa tezliklə özünün bütün bilik və bacarığını fədailərə öyrətməyə çox iş görür. O, Ərdəbil şəhərinin alınmasında özünü əsl fədai kimi göstərmişdir. Təkcə Ərdəbildə yox, Astara Zəncan, Sarab, Miyana, Əhər və digər şəhər və kəndlərin düşmən qüvvəsindən təmizləməsi işinə şərəflə etmişdir. İsa ikinci dəfə sevinci 1945-ci ilin 21 Azər hərəkatının qələbəsi olmuşdur. Bu hadisə 1945 ilin dekabr ayının 12 də Təbriz şəhərində qğləbə qazanmışdır. Bu tarixi qələbədən ruhlanan İsa özündə daha çox inam yaratmağa nail olmuşdur. O, Azərbaycanın bütün çətin yerlərində döyüşlərdə olmuş, yadda qalan hadisələrlə zənginləşdirmişdir. O ailəli idi 2 oğul bir qız atası idi. 1946-cı ildə zülmkar şah qoşunları və hiyləgər xarici qüvvələrin iştirakı ilə 21 Azər hərəkatı 1946-cı ilin dekabr ayının 12-də geri oturduldu. Bu vaxt cəbhənin ən çətin yerlərində döyüşgən İsa Sovet Azərbaycanına mühacirət etmişdir. O həyat yoldaşı və uşaqlarını düşmən əlindən qurtarmağa imkan tapmamışdı. Mühacirət günlərində ona yaşamaq üçün Əli Bayramlı rayonunda icazə verilmişdir. O, ömrünün axırına kimi yeni ailə həyatı qurmadı. Pak əqidəli firqəçi idi. Heç bir kəslə işi olmazdı.

Hamı onun dərin hörmətini saxlayırdı. Təktənha yaşadı. Hizbin və ADF üzvü idi. 21 Azər medalı ilə təltif olunmuşdur. Onun Bakı şəhərində etibarlı dostu var idi. Onu son anlarda Bakıya gətirdi. İsa 1998-ci ildə Bakıda dostunun yanında vəfat etmişdir. Bakıda dəfn olunub ruhu şad olsun.

Quluzadə. V.R 03 iyun 2015 ci il

Go Back

Comments for this post have been disabled.