Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Demokrat Firqəsi 21 Azər hərəkatının təşkilatçısıdır

29/01/2016

Azərbaycan Xalqının inqilabi mübarizə tarixində, özünə parlaq səhifə açan şanlı 21 Azər hərəkatı S.C.Pişəvəri və ADF rəhbərliyi altında, kiçik bir dövr üçün da olsa, Azərbaycanı “Azadıstana” çevirdi.

ADF yarandığı ilk gündən böyük nüfuz qazandı. İki ay ərzində Azərbaycanın demək olar hər yerində fəaliyyətə başladı. İran Xalq(Tudə) Partiyasının Azərbaycanda olan yerli təşkılatı Demokrat Firqənin sıralarına qoşuldu. Bununla da Azərbaycanın bütün sosial qurumları və ictimai sinif və təbəqələri Demokrat Firqəsinin rəhbərliyi altında birləşdilər və 21 Azər hərəkatının tarixi qələbəsinə nail oldular. Beləliklə Azərbaycan tarixində ilk dəfə olaraq milli məsələ gündəliyə çıxdı. Lakin Pişəvəri uzaqgörən şəxsiyyət idi və onun rəhbərligi ilə, milli istək və arzuların həyata keçirilməsi separatizmlə heç bir əlaqəsi yox idi.

21 Azər qələbəsi 1945-ci ilin Dekabr ayının 12-də, ADF-nin yaranması cəmi 100 günə keçən qün, Təbriz şəhərində tam həyata keçirildi. Azərbaycan xalqı əsrlərdən bəri istək və arzularından irəli gələn qələbəni qazandı. Bu qələbə tarixi bir zərurətdən meydana gəldi. Bu Pişəvəri ruhunun şücaəti ilə baqli idi.

21 Azər hərəkatı əsl kəndli hərəkatı idi. Azərbaycan əhalisinin 80% kəndlərdən ibarət idi. Onlar zülmə daha çox məruz qalanlardan idi. Rza şah diktaturası yıxıldıqdan sonra zülmkarlara qarşı çıxış etmək imkanı əldə edən Azərbaycan kəndliləri yeni yaranmış ayrı ayrı mütərəqqi təşkilatlar ətrafında birləşdilər. Kəndlilər və həmən təşkilatlar sonra öz insanlıq hüquqları uğrunda mübarizəni daha da təsirli davam edtirmək üçün Azərbaycan Demokrat Firqəsinə qoşulub, onun rəhbərliyi altında birləşib və 21 Azər hərəkatının başlıca hərəkətverici qüvvəsi oldular.

21 Azər hərəkatı qısa vaxt ərzində bütün İran və Azərbaycanı bürüdü. Silahlı usyan kəndlərdən başladı. Əvvəlcə jandarma postları tərki silah olundu. Sonra isə şəhərlər və əyalətlər və nəhayət Təbriz şəhəri 1945-ci il dekabrın 12- də heç bir qan tökülmədən qeyd-şərtsiz olaraq alındı. Təbriz şəhərində həmən günü axşamdan səhərə kimi atəşfəşanlıq oldu. Bu hərəkat İranda baş vermiş digər inqilabi hərəkatlardan fərqləndirən başqa bir xüsusiyyəti ondan ibarətdir ki, ona mütərəqqi ideyaya malik olan mütəşəkkil Azərbaycan Demokrat Firqəsi rəhbərlik edirdi.

Hezbi Tudeyi İranın əyalət təşkilatı ADF ilə birləşdi və az bir vaxt ərzində ADF çox böyük siyasi bir təşkilata çevrildi. Firqə özünün birinci qurultayını keçirdi. Məramnamə və nizamnaməni qəbul etdi. Azərbaycan xalqının gələcəyi, onun İran daxilində tutacağı mövqeyi müəyyənləşdirildi. 21 Azər hərəkatı ölkəmizdə baş verən bütün hərəkatlardan fərqli olaraq hakimiyyəti ələ aldıqdan sonra bilavasitə

sosial – iqtisadi problemləri ön plana çəkdi və misli görünməmiş arzular Azərbaycanda həyata keçirməyə müvəffəq oldu.

Bu qələbə də xarici amilin rolundan danışarkən, bəzi məqamları qeyd etmək lazımdı. 1941-1945 illərdə İkinci Dünya Müharibəsi faşizm qüvvələri ilə antifaşizm qüvvələri arasında baş vermişdi. O zaman, Rza şah diktator rejimi faşist Alman rejiminə meyl göstərdiyi səbəbdən Antifaşizm Mutəfiq Dovlətlərin silahli qüvvələri ilə birlikdə Sovet ordusu da İrana qeyd-şərtsiz daxil olmuşdular. Bu bir həqiqətdir ki İran xalqlarının inqilabçılari başqa antifaşizm qüvvələri ilə fəqli olarağ, Sovet dovlətini mütərəqi qüvvə sayırdılar və ondan yardım gözləyirdilər. Amma ancağ bu səbəbdən xarici amili Azərbaycan Demokrat Firqəsi və 21 Azər hərəkatının əsas dayağı kimi qiymətləndirmək olmaz. Bunu inkar etmək olmaz ki, Azərbaycanda baş vermiş bütün inqilab Azərbaycan xalqının öz əhalisinin, kəndlilərin, fəhlələrin, ziyalıların, qadınlar və cavanların əməli və öz mübariz oğlu S.C.Pişəvərinin adı ilə bağlıdır. İkinci Dünya müharibəsinin sonunda ABŞ hakim dairələri dünyanı fəlakətə sürükləyən Atom bombasını əldə edib Yapon da dinc əhalinin üstünə tullatdi, onun nüfuz dairələri özünə lənət qazandi. İkinci dünya müharibəsi qutarandan sonra Sovet qoşunları İrandan çıxdı.

ADF-nin təsisi və 21Azər hərəkatın qələbəsi hamısı İkinci Dünya Müharibəsinin böyuk qələbəsin dən sonra baş verir. Sovet qoşunları İrandan çıxandan sonra, 21 Azər hərəkatı öz qüvvələri ilə Azərbaycanda 8 ay quruculuq, elm, təhsil, mədəniyyət, maarif, səhiyyə sahələrində

xalqın xeyrinə İslahatlar davam etdi. Bütün kəndlərdə, qəsəbələrdə və şəhərlərdə ilk dəfə olaraq ana dilində məktəblər təşkil olundu. Ali təhsil sistemi açıldı. Filarmoniya yarandı. Şairlər birliyi, siyasi məktəblər həyata keçirildi. Bütün bu işlərin qısa bir vaxtda həyata keçirilməsi S.C. Pişəvərinin adı ilə bağlıdır. Tikinti və digər sənaye sahələri inkişaf etdirməyə başladı. Azərbaycanın hər yerində bütün sərhəd məntəqələrində olan sahələr fədai birləşmələrinin əlində idi. Zəncan əyalətində fədailərimiz daha böyük naliyyətlərə malik idilər. 30 min nəfər fədai birləşmələri 40 min nəfər Qızıl baş ordu qüvvələrinin xüsusəndə hər şeyi dərindən bilən, onun strategiyası və texnikasını dərindən duyub bilən S.C. Pişəvəri və General Kavian, General Qulam Yəhya, Kəbiri və digər cəbhə xətlərində vuruşan Generallar eyni zamanda canlarını vətən yolunda fəda edən fədai dəstələri şücaətlə hərəkət edir, öz qüvvələri ilə düşməni dizə çökdürürdülər. Bütün bunların hamısı Azərbaycan fədailərinin və Qızıl baş ordusunun təntənəsi idi.

Bir il hakimiyyətdə olan Azərbaycan Milli Hökümət dövründə Azərbaycan kəndlisi ağ günə çıxdı. Bu azadlıq bizə çox baha başa gəldi. İran şahı Azərbaycana yenidən xəyanət etdi. O, azad seçki adı altında 100 minlərlə hər cürə silah növləri ilə təchiz olunmuş İran ordusu ilə dörd bir tərəfdən hücuma keçdilər. Azərbaycan xalqının sönməz günəşi olan Pişəvəri aldadılaraq dosta dost xəyanətinin qurbanı oldu. Azərbaycanda qan su yerinə axdı. Bütün Azərbaycan oda qalandı. Vəfalı Səriyyə xanım özünün dəstəsi ilə son nəfəsinə qədər vuruşaraq canlarını inqilaba fəda etdilər. şəhidlik zirvəsinə yüksəldilər. Təbrizdə, Miyanada, Ərdəbildə, Zəncanda, Sarabda, Astara və digər şəhərlərdə, qəsəbə və kəndlərdə fəlakətə məruz qalan Azərbaycan fədailəri bir an olsun belə silahı yerə qoymadılar. Şah cəlladları təkcə Nəmin kəndində 18 nəfərin başın kəsərək kəndin küçəsində sıraya düzərək xalqa nümayiş etdirdilər. Germi şəhərində Şeyxin başını kəsərək tikə-tikə doğradılar. Ərdəbil şəhərində insanların xüsusəndə fədailərin və onların əzizlərinin kürəklərinə qaynar samavar bağladılar. At arabasına qoşdular. Atın quyruğuna bağladılar. Zəncanda Müqəddəmi Heydərin oğlu Aslanı dar ağacından asaraq onun cənazəsini üç gün atasına verdmədilər. Zəncan şəhərinin Axundu işə qarışdıqdan sonra Müqəddəmi Heydərin oğlu atasına verildi. Mütərəqqi və azad fikirli fədailər öz andlarına sadiq qalaraq vuruşa hər an hazır olduqlarını bəyan etdilər. Lakin kütləvi qırğına nahaq qan tökülməsinə yol verilmədən bütün Azərbaycanın sərhəd məntəqələrində, kənd və şəhərlərində əldə silah tutan fədai və fədai birləşmələri dəstələrinin heç bir qan tökülmədən yaxın məntəqələrində olan fədai və onların ailə və uşaqları 1946-cı ilin boranlı, şaxtalı, küləkli bir gündə Sovet Azərbaycanına mühacirət etdilər. Qan qardaşlarımız olan Azərbaycan sovet höküməti qısa bir vaxtda mühacirət etmiş yoldaşlarımızı evlə, işlə təhsillə təmin etdilər. Orta təhsil sistemi, texniki peşə məktəbləri , texnikom və ali məktəblərə göndərilən mühacir və onların uşaqları bu imtihandan alnı açıq çıxdılar. Ali təhsil alan alimlərimiz yetişdi. Yoldaşlarımız rayonlarda böyük xariqələr yaratdılar. Bütün sahələrdə şərəflə işləyərək əmək nailiyyəti qazandılar. 3 nəfər sosialist qəhrəmanı çoxlu orden və medallara sahib oldular. Təkcə Şamaxı şəhərinin 6 saylı sovxozun üzümçülük sahəsində 2 nəfər sosialist qəhrəmanı adına layiq oldular xariqələr yaratdılar.

Artıq 70 il dir ki, biz qan qaradaşlarımızla bir yerdə yaşayıb yaradırıq. Artıq biz qan qohumuyuq. Biz Azərbaycan xalqını, onun prezidenti Cənab İlham Əliyev cənablarını daxili və xarici siyasətini müdafiyə edir, ona cansağlığı arzulayırıq. Bizim ən ağrılı-acılı yerimiz olan Dağlıq Qarabağ məsələsidir. Qəlbimizdə ikinci yaradır. 1988-1990-cı illər ərzində Şəkidə, Şamaxıda, Şirvanda, ,Gəncədə, Zakatalada, Mingəçevirdə, Yevlaxda və Azərbaycanın əksər rayonlarında yaşayan fədai oğullarına şəhid balaları bizə baş ucalığı gətirir. Hər bir mühacir oğullarına vətəni qorumaq arzusu reallığa çevrilməlidir.

Yaşasın 21 Azər hərəkatının 70 illiyi. Bu yubiley ilində hər bir fədai başçılarına, onların ailə üzvlərinə dərin hörmət və arzularımızı bildiririk. 21 Azər hərəkatı əbədi və yenilməzdi. 70 illik bayramın mübarək Azərbaycan.

dekabr 2015

Go Back

Comments for this post have been disabled.