Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Ana dili

6/11/2015

Bəşər cəmiyyətində yaşayan hər bir xalqın sayından asılı olmayaraq özünün ana dili ana laylası qədər özünə əzizdir. Övlad dünyaya gətirən hər bir ana ilk gündən ona südü verməklə öz dülündə təzə, tər-təravərli bayatılar, zümzüməli nəğmələri ilə onun körpə qəlbini oxşayaraq, birinci növbədə ona hər şeydən əziz olan ana kəlməsini körpə balasının qulağına söyləyir. Ana bütün qayğılarını unudaraq ilk əvvəl gündən öz körpə fidanına çox qayıkeşliklə ana dilinin ünsüyətini ona anlatmağa səyini bir an belə unutmur. Ana hər gün, hər saat, hər dəqiqə çalışır ki, onun körpə balası tez bir zamanda dil açıb ilk kəlməsi olan əziz ana sözünü dilinə gətirsin. Ana üçün bundan əziz nə ola bilər. Ananın fərəhi yerə göyə sığışmır. Öz istəklisinin dilinin şirin şəkər olması üçün Azəri dilində nəğmələr oxumağa çalışır.

Vətənimiz İranda yaşayan müxtəlif millətlərin azlığından çoxluğundan asılı olmayaraq hər birinin özünə məxsus ana dili ana aylası, məktəbi vardır. Say etibarı ilə əlaqədar olaraq ikinci yerdə gedən Azərbaycan xalqının nə ana dili, nədə ki, onun Azəri dilində bir dənə də olsun təhsil ocağı, məktəbi yoxdur. Bu faciyədir. Necə ola bilir ki, çox azlıq təşkil edən ermənilərin öz əlifbaları və özlərinin ana dilində məktəbləri ilə yanaşı ana dilində danışıqları vardır. Bu sözlərin sayını artırmaqda olar. Ancaq bir məsələni gündəmə gətirməklə tam aydınlığı ilə qeyd etməliyik ki, böyük dil qabiliyyətinə, məzmununu, mənalı nəğmələri ilə hamını heyran qoyan şer-sənət dünyasında xaruqələr yaradan Azərbaycan ədiblərinin bir dənə də olsun özlərinin ana dilində kitabları belə nəşr olmamışdır.

Yazılan kitabların hamısı fars dilində həşr olunur. Heç bir təhsilə malik olmayan Azərbaycan kəndlisi necə bilsin ki, bunlar nə deməkdir. Əgər hər bir xalqın özünün ana dilində dili, təhsili, məktəbi olarsa o, xalqda vətənində və dünyada baş verən hadisələrdən xəbərdar olar. Azərbaycan xalqı tarixin yetirməsi ilahi qüvvənin bir aynasıdır. İnsan yer üzünün əşrəfidir. O, yazır-yaradır, kəşflər edir və bəşəriyyətin yolunun açıq olması üçün çx böyük xarüqələri ilə yanaşı özlərinin ana dilində yazıb yaratmağa nail olurlar. Ana dili sevgi, eşq, məhəbbət, vətənə sədaqət deməkdir. O, xalqın ki, ana dili yoxdur ona nə məhəbbət olacaq nə vuran əli, nə də ki, düşünən beyni. Ana dilində təhsil alan hər bir Azərbaycanı ilk əvvəl özünün dərk etmək qabiliyyətinə malik olmaqla yanaşı vətənin bu günü, sabahı və gələcəyi naminə bütün arzularını, doğru-düzgün xəyallarını özünün ana dilində fezyiyab etməsi, qaynar həyat deməkdir.

Çox təssüflər olsun ki, vətənimiz İranda hakim təbəqə olan farsların heç bir məntiqə sığışmayan alt-üst edən fikirlərin babamız şah İsmayıl Xətai dövlətinin yaratmış olduğu Azəri dili, ana dili dövlət dili elan olundu. Görkəmli dövlət xadimi, gözəl ədib şerləri vuruş meydanında bir nəğməyə bir qəhrəmanlığa bir qələbəyə səsləyirdi. Babamız şah İsmayıl Xətai hakimiyətindən sonra yenidən Azərbaycanın ana dilinə qıfıl vuruldu. 1945-ci ildə 21 Azər hərəkatı zaman Azərbaycan xalqı yenidən ana dili dövlət dili elan olundu. Azərbaycanın bütün kəndlərində, qəsəbələrində, şəhərlərində ana dilində məktəblər yaradıldı. Azərbaycanı uşaqlar öz ana dilində təhsil almağa müvəffəq oldular.

Hakimiyyətdə olan İranın dövlət başçıları Azərbaycan xalqının ana dilində azadlıq verməli məktəblər Azərbaycan dilində təhsil almalıdırlar. İranın Prezidenti Həsən Ruhani cənabları bu məsələdə çox dərindən düşünüb ana dilini Azərbaycan dili kimi qəbul olunmasına düzgün addım atmalıdır. Bunu ondan zaman tələb edir.

Əzizim ana dilim,
Sevgidir ana dilim.
Əyilməyən vuqarım,
Əyilməz ana dilim,
Yer üzündən heç vədə,
Silinməz ana dilim. 

Quluzadə V.R 03.04.2015

Go Back

Comments for this post have been disabled.