Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Şeri usta Cavad Əqiliyə ittihaf edirəm

2/07/2017

Daşçı Cavad

İlhamım qanadlı quş olub yenə
Haggın dargahından doldu qəlbimə
Dedi ,ey şahsoltan yaz ki, bir əsər
Dastan tək dillərdə söylənsin əzbər
Sənət dargahından incilər yarat
Yatmış govharkanı yuxudan oyat.
Müxtəsər söhbət aç Daşçı Cavaddan
Əsirlər geçsə də çıxmasın yaddan.
Bu usta əlində xırda diləklər
Daş divar ustündə düzürdü mərmər
Onun vətənidi şəhri Həmədan 
Bakıda tapmıshdi özünə məskən
Dövranlar dolanıb keçdikcə zaman
Tavanlar döşəyib salırdı eyvan
Həm divar üzündə naxış vururdu
Həm də pilləkanlər quraşdırırdı
Sevirdi sənətin qəlbdən, ürəkdən
Yorulmaq bilməzdi işdən əməkdən
Bir-bir pillələri çıxhdıqca başa
Könül duyğuların hopurdu başa
Gah daşı kəsirdi, gah da deşirdi
Gah da qırağını yonub, eşirdi
Çaqqa-çaq saldıqca çəkicin səsi
Daha da artırdı eşqi, həvəsi
Adicə daşları döndərib zərə
Usta yaradırdı gözəl mənzərə
Qurub, yaratdığı hər saray, bina
Yenidan güc ,güvvət verirdi ona
Var idi əlində daima işi
Na yayı boş keçir,nə də ki qışı
Hələ qurtarmamış hovuz, hasarı
Başqa iş gözlərdi bu sənətkarı
Amma ki, var idi onda xasiyyət
Daima saxlardı özünə hörmət
Birinin işini vurmamış başa
Heç yerdə çəkici çalmazdı daşa
Bundan qazanmışdı inam,etibar
Şagirdi Cəfərlə birgə barabər.
Beləcə şəhərlər, kəndlər salırdı
Halal zəhmətindən o zövq alırdı.
Çox gözəl yol idi ustanın yolu
Bol idi çörəyi, var idi pulu
Keçirdi rahatca gün-güzəranı
Artırdı şəhərdə şöhrəti, şanı
Dastan tək dillərə düşmüşdü adı
Hamı tanıyırdı usta Cavadı.

ŞAHSOLTAN ŞIRVANLI

Go Back

Comments for this post have been disabled.