Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Şəxsiyyətin yeni kefiyyətlərlə yenidən təşəkkülü barədə bir-iki söz

15/03/2016

Mövzunun şərhindən əvvəl şəxsiyyətin təşəkkülü ilə bağlı “öyüd-nəsihətlər” və “tərbiyəvi nümunə” barədə bir – iki söz demək istəyirəm.

“Öyüd və nəsihətlər” uzun müddətli həyat təcrübələrindən hasil olmuş müdrik deyimlərdir. Ancaq tərbiyəvi vasitə kimi öyüd və nəsihətlərin hərəkət verici təsir gücü, demək olar ki, kifayətləndici deyil. Öyüd və nəsihətlərlə daha çox ahıl insanlar maraqlanırlar. Köhnəliyi sevməyən müasir gənclərimizi öyüd və nəsihətləri dinləmək yox, yaşadıqları dövrün köhnə təfəkkür tərzi və köhnə idarəçilik üsulu ilə barışmayan görkəmli şəxsiyyətlərin üsyankar yenilik ideyaları, əməlləri və seçdikləri mübarizə yolu daha çox maraqlandırır. Diqqəti çəkən daha mühüm məqam budur ki, köhnə həyat yorğunluğuna və ümidsizliyə dözməyən gənclər şəxsiyyət kefiyyətləri ilə fərqlənən ictimai xadimlərə dərin rəğbət və ehtiram hissi duyurlar. Gənclərin şüuruna və rəftarına, məhz şəxsiyyət kefiyyətləri ilə fərqlənən sevdikləri insanın ideya və əməllərinin təsir gücü və aşılanma ehtimalı böyükdür. Onlar qabaqcıl ictimaiyyət tərəfindən bəyənilən şəxsiyyət kefiyyətlərinə yiyələnməyi yeganə nicat yolu hesab edirlər. Həyata keçirilməsini əlverişli və mümkün saydıqları bu cür ideya, ruhən dayaq olaraq, onlarda iradə və əməl niyyətini qat-qat gücləndirir. Ümid dərgahına sönməz inam və baxışlarda həyatiliyə doğru dönüş yaranır.

Gənclərin şəxsiyyəti onların sevdikləri şəxsiyyət nümunələrinin təsiri əsasında yeni ideya və yeni kefiyyətlətlə yenidən təşəkkül tapır. Bax! Budur saf əqidə və inam uğrunda vuruşan şəxsiyyətlərin həyat yolunu dönə-dönə xatırlatmağın əməli faydası.

Tərbiyəvi nümunə kimi nəzərə alınan ictimai xadimlərin özləri də, sevilən simaların şəxsiyyət kefiyyətlərindən təsirlənmişlər. Ayrı-ayrı zaman daxilində bu silsilə təsirlənmə prosesinin davam etməsi ilə yeni kefiyyətlərlə yiyələnmiş mübariz insanlar ərsəyə gəlir. Bu prosesin davam etməsi xəstə mühitin sağaldılması zərurətindən irəli gəlir. Sözü gedən zərurətin həyata keçməsinə təkan verən, əlbəttə, inkişaf amili olaraq, daim yenilik axtarışında olan insan təbiətidir.

İnsanın yeni kefiyyətlərlə yeniləşməsi- bu, əslində, şüurda baş verən təkamül prosesinin təzahürüdür. Təkamül prosesinin sonu yoxdur. Təkamül prosesi ilə nəticələnən tərbiyəvi silsilə nümunələrinin hərkətverici təsir gücü nəsildən-nəslə daha artacaq və əhatə dairəsi daha da genişlənəcəkdir.

Şəxsiyyət kefiyyətləri ilə fərqlənən görkəmli simaları vaxtaşırı yad etmək və onların xidmətlərini dəyərləndirmək öhdəmizdə olan vicdan borcudur. Doğru söz və həqiqət eşqi ilə yaşayan bu fədakar insanları, inadlı mübarizədən irəli gələn nə məhrumiyyətlər, nə də imtiyazlar əqidə və baxışlarından döndərə bilməmişdir. Adlarını şərəfləndirən, özlərini də əbədiləşdirən məhz bu fövqəladə bəşəri xüsusiyyətlərdir.

Gənclərdə şücaət və vətənsevərlik duyğularının tərbiyəsi və güclənditilməsi baxımından şəxsiyyət nümunələrinin əhəmiyyəti nəzərə alınmaləıdır.

Hörmətlə: Əsəd Rza Yəqubi

15.01.2016

Go Back

Comment