Mən Firidun İbrahimi adını, soyadını daşıyıram Şərəfli irs
Mən, əmim Firidun İbrahiminin adını, soyadını daşıyıram. Bu ismi mənə atam - haqq, ədalət uğrunda mübariz, Ənuşirəvan Qəni oğlu verib. Gözümü dünyaya açandan evimizdə zəngin kitabxana, qalaq-qalaq qəzetlər, jurnallar görmüşəm. Atam ağlım kəsəndən babamdan - Qəni kişidən də danışıb, amma əmim barədə söhbətləri bitib - tükənməyib. Onda bilmişəm ki, xalqımızın şərəf salnaməsini yaradanlar sırasında olan bir nəslə mənsubam…