Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azadlıq Layihəsi) birinci hissə

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azadlıq Layihəsi)

birinci hissə  

Azərbaycanın ən yüksək dağlıq bölgələrində özünü göstərən payızın son günlərindəki şiddətli və bəzən nəfəs donduran soyuq, Azərbaycanın azadlıq və zülmdən qurtulmaq üçün 21 Azərdə xalqın ayağa qalxdığı böyük qiyamını xatırladır. Bu qiyamda Azərbaycan bir parça olaraq istibdadın, xainlərin, mürtəcelərin zülm və talançılığından yaxa qurtarmaq üçün ayağa qalxıb, özünü xilas etdi. Bu yolda özünü əvvəlki inqlabçı hərəkatların varisi hesab edən Azərbaycan demokrat firqəsi  ziyalılar, sənətkarlar və siyasətçilər tərəfindən təşkil oldu. Əlbəttə ADF-nin yaranmasına hələ məşrutə, Xiyabanı və başqa müxtəlif ictimai hərəkatlar vasitəsi ilə illər öncə zəmin hazırlanmışdı,   ancaq Rzaxan hakimiyyəti vasitəsi ilə qarşısı alınmışdı. Rza şah diktaturası devrildikdən sonra onun təşkilinə yol açıldı. Amma  bu dəfə də həmin istibdadın varisləri mərkəzdə iqtisadı- siyasi xarici hamiləri ilə birlikdə iqtisadi-siyasi qüdrəti yenidən əldə etməklə bu inqilabı hərəkatın qarşısını almağa çalışdılar. Rza şahın hakimiyyətdən getməsi ilə Azərbaycan xalqının ruhiyyəsində sevinc hissi yarandı. Azərbaycanda sürətlə siyasi, mədəni və ictimai hərəkatlar yaranmağa başladı. Xalq öz ana dili ilə günün mövzusunu təhlil etməklə yanaşı, siyasi və mədəni cəmiyyətləri yaratmağa başladı. Mərkəzi hökümət tərəfindən xalqın bu hərəkatının qarşısının alınmasına səy göstərildi. Lakin bu müxtəlif ictimai-siyasi hərəkatla sarsılmadan bütün çətinliklərə sinə gərərək öz fəaliyyətlərini davam etdirdilər. Bu dövrdə müxtəlif demokratik birliklər, təşkilatlar və cəmiyyətlər quruldu. Azərbaycan Demokrat Firqəsi də onların içindən çıxaraq Azərbaycan xalqı tərəfindən alqışlandı. 

Əvvəlcə Tehranda sonra isə tez bir zamanda Təbrizdə İran Tudə Partiyasının əyalət komitəsi təşkil olundu. Qafqaz bölgəsindən gələnlər (mühacirlər) bu komitəyə qoşuldular. Onlar neft mədənlərində işləyəndə Rusiya Sosial Demokratların təşkilatçılıq təcrübələrini öyrənmişdilər. Azərbaycan Əyalət Komitəsinin yaranması nəticəsində bir-birinin ardınca müxtəlif şəhərlərdə partiyanın şöbə  və özəkləri açıldı.

Əyalət Komitəsi fəhlə birliklərini təşkil etməkdə müvəfəqiyyət əldə etmişdilər. Lakin sosial qurluşuna görə Azərbaycan əhalisnin yüzdə səksəndən çoxunu təşkil edən kəndlilərlə birləşmək çətinlik törədirdi. Bu dövrdə “Zəhmətkeşlər Təşkilatı” adlı başqa bir cəmiyyət də yarandı. Bu cəmiyyətin üzvlərinin əksəriyyətini  mühacirlər təşkil edirdi. Yerli camaat da onlara qoşuldu. Qısa bir müddət ərzində bu cəmiyyətin üzvlərinin sayı 10 mindən çox oldu. O, öz klublarını açdı.  Bu təşkilat ictimaiyyətin aşağı təbəqələrindən daha çox insanı cəlb etməyə çalışdı. Kütlələrin istəkləri olan ana dilində danışıb və şüarlar səsləndirmək (zülmdən qurtulmaq, mülkədar və jandarmın zülmünə son qoymaq, xain məmurların və rüşvətxorların qovulması Və ...) siyasətini irəli sürməklə ictimaiyyətdə nüfuz qazandı. Lakin bu təşkilatın açıq siyasət yürütməsi səbəb oldu ki, mərkəzi hökumətin bir qrup amilləri onun sıralarına nüfuz etsin. Beləliklə də onlar bu təşkilatı əsas məqsədindən uzaqlaşdırıb və onun ardan getməsinə şərait yaratdılar.

Azərbaycanda "Azərbaycan Cəmiyyəti" adlı başqa bir təşkilat da fəaliyyət göstərirdi. Bu təşkilatda orta, bəzən də zümrələrin mühafizəkar qanadından  olan təcrübəli və ağıllı insanlar daha çox siyasi fəaliyyətlə məşğul olurdular. Bu Cəmiyyət hər zaman Tehran irticaçıları barədə xəbərdarlıq edir və ona qarşı mübarizə aparırdı. Bu cəmiyyətin “Azərbaycan” adlı iki dildə (fars-türk) qəzeti nəşr olurdu. Bir qəzet bir qrup şair və yazıçıları bir araya gətirmişdi.. Qəzetin türk dilində nəşr edilməsi səbəb olmuşdu ki, bəzən kimsə  yüksək səslə onu oxuyub və insanlar o adamın ətrafına toplaşaraq onu diqqətlə dinləsinlər.  Bu insanların ana dilində necə yazıb-oxumalarına həsrət olduqlarını göstərdi. Azərbaycan xalqının bu qəzetə marağının  artmasını görən Tehran mürtəcelərini dərindən əsəbləşdirdi. Ona görə də  Tehran höküməti daxili və xarici agentləri ilə birlikdə əvvəlcə müxtəlif yollarla qəzetin nəşrinə (yayımının qarşısını alır) qarşı çıxdı,  sonra isə əhalinin içində və ətrafında siyasi qruplar yaranaraq gizli və açıq şəkildə mübarizə aparırdı.

Azərbaycandakı cəmiyyətlər mərkəzin təzyiqi altında fəaliyyətlərinə davam edərkən Hitler faşizminin tərəfdarları yalançı təbliğatlarını genişləndirdilər. Hitler qüvvələrinin tezliklə Sovet İttifaqını məğlub edəcəyi və sosializmə son qoyacağı şüarları ilə ictimaiyyət arasında çıxış edirdilər.. Nəticədə bəziləri bu saxta təbliğatın təsiri altında Almanıyaya və Hitlerə üz tutaraq "İrani-Bidar"( Ayıq İran) təşkilatını qurdular. Onlar Hitlerin düşüncəsi ilə “Ariyaizmi” yeniləşdirib və özlərinin ortaq nöqtələri hesab edirdilər. Bu qrup müxtəlif yollarla həm gizli, həm də açıq şəkildə sosialistlərə və Sovet dövlətinə qarşı müxalifət edənləri dəstəkləyirdi. Lakin Azərbaycanda olan vəziyyət onlara öz fikir və təşkilatlarını genişləndirməyə imkan vermirdi.. Onların “Fəryad” adlı bir qəzeti var idi. Elə nəzərə gəlir ki, onlar Almanıya tərəfindən dəstəklənirdilər. Bu səbəbdən  də  onlar almanlıların ən kiçik qələbəsini eşidərkən sevinərək küçələrə axışır və sonra isə geri çəkildilər. Bu təşkilatın qarşısında demokratik meylli siyasətçilərdən ibarət "Antifaşist Cəmiyyəti" quruldu. O, “Yumuruq” adlı qəzet nəşr edirdi. Bu təşkilat Azərbaycanın müxtəlif şəhərlərində geniş fəaliyyət göstərir  və mitinqlər təşkil edirdi. Bu cəmiyyət İran Tudə Partiyası ilə əməkdaşlıq edirdi. Eyni vaxtda “Kanuni Demokrasi” cəmiyyəti də yaratdı. Bu cəmiyyətin sıralarında orta təbəqəyə mənsub ziyalılar var idi. Buna baxmayaraq ki, Kanuni Demokrasi Hizbin mərkəzi ilə həmrəy deyildilər və aralarında bəzi müxalifətlər var idi, zaman keçdikcə hizbə qovuşdular.

Bu dəfə "Azadlıq Cəbhəsi"  təşkil oldu. Mətbuat rəhbərlərinin əksəriyyəti, Azərbaycanın tanınmış şəxsləri (Mirzə Əli Şəbestəri, Cabbar Bağçeban) iştirak edirdilər. “Azadlıq Cəbhəsi”-nin jurnalı "Dil" adlandı. Azadlıq Cəbhəsi bu jurnal vasitəsi ilə  irticaçılara və mərkəzçilərə qarşı  hücum edirdi. Bu nəşriyyədə Bağçaban "Azərbaycan Üsyanı İran Üsyanıdır" başlığı altında məqalə dərc edərək yazırdı:.  "Mürtəcelər və xainlər azadlıq ocağını sondurmək istəyirlər. Ölkəni bir ovuc oğru və talançıların ixtiyarına verməyə çalışırlar Beləliklə də mürtəce və xainlərinə müraciət edərək nifrətimizi bildiririk.   Biz bu qiyamı və qurulmuş Milli Məclisi bütün İranlılara təbrik deyirik.(1324 Aban,10 nömrə, 1945 Noyabr, Nömrə 10).

 Cəbhənin məqsədi cəmiyyətin müxtəlif sosial təbəqələrinə təsir etməsinə baxmayaraq, cəmiyyətin üzvlərinin düşüncələri bir-birinə uyğun olmadığı üçün Cəbhənin inkişaf etməsi mümkün olmadi. Bu üzdən də onların  apardıqları siyasət günü-gündən daha radikallaşdı. Onların apardıqları siyasət İran Tudə partiyası üzvlərinin yürütdükləri siyasətə uyğun gəlirdi(İran Tudə partiyası üzvlərinin davranışları, danışıqları və xüsusilə də partiyasının rəhbərlərindən olan Radmaneşin Milli Məclisdəki (Qana-qan və yumruğa qarşı yumruq) çıxışıı Liqvan hadisəsidə yaşlı Hacı Ehteşamın öldürülməsinə gətirib çıxartdı. Bu qanlı hadisə ictimaiyyət arasında gərginliyin artmasına səbəb oldu.). Lİqvan məntəqəsindən kəndlilərə ibrət olsun deyə,  Hacı Ehteşamın silahlıları üç kəndlini itaətsizlik səbəbindən vəhşicəsinə öldürdülər.

Bu hadisə Xanları şiddətli surətdə nigaran etdi və qorxutdu və onları Tehranın və məntəqənin  mürtəcilərinə daha yaxın elədi. Nəticədə hizbin və tanınmış mühacirlərin (Qulam Yəhya Daneşyan və ..)əleyhinə geniş təbliğat  başlandı.  Hizbi Tudə İranın Azərbaycanda qazandığı müvəfəqiyyətlərə baxmayaraq zamanın, dövrün lazımlı tələbatına görə Azərbaycanda Milli bir hərəkat yaranması, müstəqil siyasət aparmaq və Rza şah dövründə yaranan problemləri həll etmək, o cümlədən insanların, xüsusən kənd yoxsullarının yaralarını sarımaq, ölkəni mədəni, sosial, siyasi cəhətdən yaxşılaşdırmaq, xalqın milli qürurunu bərpa etmək qərarına gəldi. Bu dövr Azərbaycanda iqtisadi vəziyyət çox ağır idi, yoxsul insanlar aclıq çəkirdilər. Mərkəzin apardığı siyasət nəticəsində bu fəlakətli vəziyyət yaranmışdı.

Müharibənin başlaması və Müttəfiq Dövlətlərin ölkəyə gəlişi ilə siyasi stabillik pozuldu, Ölkədə tez-tez dəyişərək qısamüddətli hökumətlər yarandı. Baş nazir Füruqi və maliyyə naziri qəfildən milli valyutanı dəyərdən saldılar (bir funt sterlinqin dəyəri 68 riyaldan 140 riala yüksəldi.). Bununla birlikdə kənd təsərrüfatı və qida məhsullarının ixracı sərbəstləşdi. Nəticədə qida, xüsusən də buğda ucuzlaşdıqca, iqtisadiyyatda ilk təsirni göstərib və pul kütləsinin artımı məhsulların qiymətlərinin bahalaşmasına səbəb oldu. Bu isə yoxsulların alıcılıq qabiliyyətini daha da aşağı saldı. Bununla yanaşı İngilis qüvvələri tacirlər və böyük mülkədarların yardımı ilə xarici valyutada ucuzlaşan qidanı alıb, cənub limanlarından ixrac etməklə bazarlarda süni şəkildə yeyinti məhsullarında qıtlıq yaratdılar. Bunun nəticəsində qısa müddətdə Azərbaycanda ölkənin başqa yerlərindən daha çox aclıq və xəstəlik ortaya çıxdı. Vaxtilə ölkənin “ərzaq səbətini” dolduran Azərbaycan aclığa məruz qaldı. Bu üzdən də xalqın hökumətə və mərkəz sakinlərinə qarşı qəzəbi artdı. Bu problemlərlə əlaqədar Təbrizdə S.C.Pişəvəri seçki kampaniyası üçün Azərbaycanın müxtəlif bölgələrini gəzərək parlamentə namizəd oldu(14 dövrə). Beləliklə da bir tərəfdən kəndlilərin yoxsulluğuna və aclığına, digər tərəfdən ziyalıların milli tələblərinə şahid oldu. O, Təbrizdən parlamentə nümayəndə seçildı. Lakin onun etibarnaməsi rədd edildikdə bu hadisəni yaxşı bir fürsət bilən Pişəvəri Təbrizə qayıtdı və ictimai-siyasi fəallarla, xüsusən də “Azadlıq Cəbhəsi” üzvləri ilə əlaqələrini artırdı. Onlarla məsləhətləşərək Azərbaycan xalqının hərtərəfli tələblərini qarşılaya biləcək bir təşkilata ehtiyacı olduğu qənaətinə gəlindi. Ona görə də  1324-cü  günəş ilinin Şəhrivər ayında “12 Şəhrivər” müraciətnaməsini yaymaqla Azərbaycan Demokrat Firqəsinin yaranmasını xalqa elan edildi.  Türk və fars dillərində  yazılmış bu bəyannamə Azərbaycanın 46 görkəmli xadimi tərəfindən imzalanmışdır. Odur ki, 12 şəhrivər günü ən önəmli bir tarixi gün olaraq Azərbaycan xalqının yaddaşında həkk olub qalmışdır. Çünki Azərbaycan  xalqı bu tarixi gündə 12 Şəhrivər müraciətnaməsini elan etməklə öz iradəsini ortaya qoyaraq İran xalqlarına tarixi millət olduğunu sübut edib və Azərbaycan Demokrat Firqəsinin formalaşmasına zəmin yaratdı. Bəyanat Təbrizdəki mətbəələrdən birində 15.000 nüsxə ilə nəşr olundu. S.C..Pişəvəri bəyanatın çapolunduğu müddət ərzində mətbəədə iştirak edərək mətbəə işçilərinə mənəvi yardım göstərdi.O, bəyanatın çap olduğu müddətdə mətbəədə qalıb və orada masa arxasında yatmayaraq işlə məşğul oldu, yalnız qısa müddət masa arxasında mürgüləyirdi.  Mətbəə işçiləri bu tarixi hadisənin şahidi olmuşlar.

Sadiq Padeqan hizbi tudənin əyalət komitəsinin sədri, əyalət konfranısını çağıraraq ADF-yə qoşuldu. Hətta Hizbi Tudənin Mərkəzi Komitəsinin bəzi üzvlərinin (Ardaşes Avanesyan və Esbahani) xoşuna gəlməsə də Tehrana gedən Sadiq Padeqan Azərbaycan xalqının psixologiyasını dərk edərək Milli bir Hökumət yaranmasının lazım olmasını deyirdi.

Ardı var……

Haşiyə yazı: Sovet İttifaqının dağılması ilə bəzi iddialı və özünə öyünən insanlar tarixi saxtalaşdırdırıb və təhrif etdilər. Özlərini tarixin və onun  qaranlıqlarını aydınladan kəşfiyyatçılar adlandırdılar. Bu qabiliyyət və müdriklik və təkəbbürlə birlikdə bütün gizli Sovet mənbələrini alt-üst etdilər. Onlar o günə qədər kimsənin bilmədiyi mənbələri guya taptdılar. Bunlardan biri də tarix yazaraq Güney Azərbaycan xalqının şüuru ilə oynayan Cəmil Həsənlidir. O, təhrif olunmuş “1939-1945-ci illər Tehran, Bakı və Moskva arasında Cənubi Azərbaycan” adlı kitabında (Novruzovun dilindən) yazır: “Mir Cəfər Bağırovun göstərişi ilə biz içi dolu bağlı bir çamadanı Atakişıyevə çatdırdıq. Ondan sonra 12 Şəhrivər müraciətnaməsi nəşr olundu.”

Burada Cəmil Həsənlidən soruşmaq lazımdır ki, sən və adıçəkilən digər insanlar çamadanın içindəkilərin nə olduğunu haradan bildiniz? Bu əsassız açıqlama ilə Həsənli Amerika Azadlıq Evində özünə mövqe qazanmaq üçün onun yardımına nail olmağa çalışırdı. Yəni, Georgi Sorusun açıq cəmiyyətinin dərslərində iştirak etməyi qarşısına məqsəd qoymuşdur. Sanki bu işində bir az da qələbəyə müvvəfəq olub. Amerikanın siyastinə bağlı olan “Radio Fərda”(Sabahın Radosu) Azərbaycan Demokrat Firqəsinin 70-ci ildönümü münasibətilə silsilə proqramlar həyata keçirdi.  İlk fürsətdə firqə ilə bağlı təhriflərini və illüziyalarını yaymaq üçün Cəmil Həsənliyə müraciət etdi. Cəmil Həsənli demokratiyadan, millətçilikdən və Georgi Sorosun  !Açıq Cəmiyyət”dən dərs alaraq özünü Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyinə yaxınlaşdırrmaq üçün Bakıda Pişəvəri adına olan küçənin adını sildirdi.  Elə həmən il xalq cəbhəsi İran siyasi mühacirlərinin zəhməti ilə Azərbaycn Demokrat Firqəsi üçün tikilən  binanın bir hissəsini zəbt etdilər.…….

 

Go Back

Comment