Sülh uğrunda: Paris Sülh Konfransi
barədə qeydlər.1946
Qısa ömrün əbədiyaşarlıq iksiri
(Firidun İbrahimi jurnalist kimi)
Bəzən deyirlər ki, ömür bir göz qırpımı qədər qısa, su içimi qədər gödəkdir. Əslində bu bir həqiqətdir. İnsan nə qədər yaşayır yaşasın, vaxt tamam olanda keçdiyi ömür yolu ona göz qırpımı, su içimi qədər gödək görünür. Odur ki, yaşanan hər ömrün dəyəri onun mənası ilə ölçülür. Amma ürək təşnə olanda, dodaq susuzluqdan cadar-cadar çatlayanda içilən suyun dəyəri ilə bədənə sadəcə maye lazımdır deyə içil…