Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

MƏŞRUTƏ HƏRƏKATININ BAYRAQDARI HÜSEYN XAN BAĞBAN

MƏŞRUTƏ HƏRƏKATININ BAYRAQDARI

HÜSEYN XAN BAĞBAN

Hüseyn xan Bağban 1250 - ci şəmsi ilində  (miladi 1871 - ci il) Təbrizin 12 km.yaxınlığında yerləşən Sədrud qəsəbəsində Kərbəlayi Məhəmmədəlinin ailəsində anadan olmuşdur.Kərbəlayi Məhəmmədəli ailəsi ilə birlikdə Təbrizə köçür və "Liləva" məhəlləsində yaşayır (Bu məhəlləyə xalq arasında"Hacı Mirzə ağa Fərşçi" məhəlləsi də deyilirdi).

Məşrutə inqilabına qədər Təbrizdə bağbanlıqla məşğul olan Kərbəlayi Hüseyn xan xalq içərisindən çıxmış görkəmli mücahid başçılarından biridir.Onda zülm və əsarətə qarşı qəzəb hissinin oyanmasında ölkənin ağır vəziyyətinin, həmvətənlərinin məhrumiyyətləri - nin, Təbriz azadixahlarından biri olan Hacı Mirzə ağa Fərşçinin böyük rolu olmuşdur. Hərəkatın lap əvvəlindən başlayaraq məşrutəçilər cərgəsində öz yerini tutan Hüseyn xan bağbanlığı buraxsa da, Hüseyn xan Bağban adı ilə məşhurlaşmışdı.O, özünün sımimiyyəti və qəhrəmanlığına görə az bir müddət ərzində xalq arasında böyük məhəbbət qazanmış, Səttarxanın," Mərkəzi qeybi"nin ("Gizli mərkəz") diqqətini cəlb etmişdi.

Tapşırıqların çoxu Əncümən və Səttarxan tərəfindən ona həvalə edilirdi.O isə həmin tapşırıqları böyük bir bacarıqla yerinə yetirirdi.Hüseyn xan düzlük, sədaqət və qəhrəmanlıq kimi yüksək keyfiyyətlərə malik mücahid idi. Səttarxan bazarın mühafizəsi kimi məsul vəzifəni Hüseyn xan Bağbana tapşırmış- dı.Hüseyn xan Təbriz döyüşlərinin demək olar ki, əksəriyyətində ön cərgədə olmuş, vuruşma - dan qələbə ilə çıxmışdır.Onun İstanbul qapısın- da rəşadətlə vuruşması və qələbə çalması, hətta Səttarxanın həmin döyüşlərdə ağır vəziyyətdən xilas olmasına səbəb olmuşdur. Hüseyn xan cəsur , sərrast atan döyüşçü idi.

Hərəkatın ən böhranlı vaxtında Hüseyn xana ən həssas hərbi işlər tapşırılmışdır.Bayraqların salındığı dövrdə mürtəcelər tərəfindın Əyalət Əncüməninin də bayrağı yandırılmışdı.Sərdari milli Əncümən binasına yeni bayraq sancmağı və onu mühafuzə etməyi Hüseyn xan Bağbana tapşırır.Hüseyn xan bu vəzifıni ləyaqətlə yerinə yetirir.Təsadüfi deyildir ki, onu mücahidlərin  dayağı adlandırırdılar.

Təbriz inqilabçıları içərisində görkəmli yerlərdən birini tutan Hüseyn xan Bağban Sürxab məhəlləsində gedən döyüşlərdən birində, 1287 - ci ildə (m.1908) mehr ayında başından yaralanıb qəhrəmancasına həlak olması inqilabçılar arasında böyük kədər doğurmuşdur.Bu hadisə Əyalət Əncüməni, "Mərkəzi qeybi"ni, Səttarxanı, Bağırxanı və bütün mücahidləri mütəəssir ermişdir.Səttarxan və Bağırxanın təşəbbüsü ilə yas məclislərinin keçirilməsi Hüseyn xan Bağbanın inqilab mübarizəsi üçün nə qədər böyük xidmət etdiyini nişan verirdi. Hüseyn xan Bağban üzərində Səttarxan Sərdari milli vı Bağırxan Salari millinin şəkilləri olan iftixar medalı ilə təltif olunan ilk mücahidlərdən biridir.O, xalqın məhəbbətini qazandığı üçün şəhadətindən sonra onun adına şeirlər yazılmış və bu şeirlər məclislərdə, döyüş meydanlarında oxunmuşdur.

Çölümüz bağ olaydı,

Təpəmiz dağ olaydı.

Dəvəçi təslim olanda,

Hüseyn xan sağ olaydı.

və ya

Körpü üstə bağ olaydı,

Hüseyn xan da sağ olaydı,

Səttarxana yar olaydı...

 

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment