Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

CABBAR ƏSGƏRZADƏ BAĞÇEBAN

CABBAR ƏSGƏRZADƏ BAĞÇEBAN

(1885 -1966)

Bağçeban ləqəbi ilə məşhur olan Mirzə Cabbar

Əsgərzadə(Aciz) 1885 - ci ildə İrəvan şəhərində

anadan olmuşdur.İlk təhsilini mollaxanada almışdır.Atası İrəvanda qənnadlıq və memarlıq -

Ia məşğul olmuşdur.Ömrünün baharını təlim və tərbiyə işlərinə sərf edən Bağçeban nəinki Azərbaycanda, bütün Qafqazda və İranda məşhur olmuşdur.O, bir müddət C.Məmmədquluzadənin müdirliyi ilə nəşr olunan məşhur "Molla Nəsrəddin" məcmuəsində satirik şeirlər yazır, sonralar isə İrəvan şəhərində "Lək - lək" (1914 -cü ildə) adlı satirik məcmuə nəşr etdirdi.

Birinci dünya müharibəsi illərində İrəvanı tərk edərək Türkiyəyə gedir.Yaşayışın çətin olduğunu görən Bağçeban ailəsini də götürüb İrana gedir.Cənubi Azərbaycanın Mərənd şəhərinə gəlir və orada" Əhmədiyyə" məktəbində ibtidai sinif müəllimi kimi işə düzəlir.Bağçebanın tədris sahəsindəki ustalığı Mərənd əhalisinin hüsn- rəğbətini qazanır və Azərbaycanın mərkəzi olan Təbriz şəhərinə ezam olunur.O, Təbrizdə" Daneş" adlı məktəbdə müəllimlik edir.Təbriz maarif idarəsi tərəfindən Mirzə Cabbarın tədris üsulu təqdir olunur və kiçik uşaqların tərbiyəsi sahəsində onun təcrübəsindən istifadə edilir.Nəhayət, 1924 - cü ildə Mirzə Cabbarın rəhbərliyi ildə Təbrizin Maqsudiyyə məhəlləsində İranın ilk uşaq bağçasını açır və bu münasibətlə o, Bağçeban ləqəbilə şöhrət tapır.

Təbriz əhalisinin bütün təbəqələri - ziyalılardan tutmuş geniş kütlələrə qədər Bağçebana böyük hüsn- rəğbət bəsləyir və onu alqışlayır. Bağçeban 1925 - ci ildə Təbrizdə "Müəllimlər ittifaqı"nı təsis etməklə onların hüququnu müdafiə edir.O, teatr müəssisəsi və

aktyor heyəti təşkil etməklə müntəzəm surətdə tamaşalar verib, xalqa bu sahədə də xidmət etməyə başlayır.1928 - ci ildə Cənubi Azərbaycana döktor Möhsüni adlı bir nəfər mürtəce maarif rəisi təyin olunur.Möhsüni Azərbaycan dilindəki kitablara od vurur və azadixah şəxsiyyətləri maarif sahəsindən kənar edir.Azərbaycan xalqının maarif xadimi olan C.Bağçeban da Möhsininin qəzəb tufanına qurban olan müəllimlərdən biri idi.Möhsüni C.Bağçebanın"uşaqlar bağçası"nı bağlatdırır.

1932 - ci ildə C.Bağçeban ailəsi ilə birlikdə Tehrana köçür.Bağçeban bu dövrdə, köhnə dostu Əbülqasım Füyuzatın təşviqi ilə Şiraza gedir və orada"uşaqlar bağçası" yaradır.Şiraz maarifpərvərləri ona minnətdar olduqlarını bildirmək üçün Şiraz "uşaqlar bağçası" na Bağçeban adı verilir.

Bağçeban 1933 - cü ildəTehranda karlar və lallar üçün bir məktəb açır.Hətta 1935 - ci ildə karların və lalların eşitməsi üçün bir cihaz ixtira edir və bununla da cəmiyyətin naqis üzvlərini həyata sövq etdirir.

1943 - cü ildə müəllimlər üçün məcmuə nəşr etdirir.Bağçebanın"Zəban" adlı bu məcmuəsi

bütün əyalətlərdə müəllimlərin rəğbətini qazanmışdır.

Bağçeban bir sıra tərcümələr etmiş (rus və Azərbaycan dillərində),seirlərini C.Əsgərzadə, Aciz və s.imzalarla çap etdirmişdir.Maarif sahəsindəki xidmətlərinə görə Tehran Universiteti ona professor adı vermişdir.

Cabbar Bağçeban 1966 - cı ilin payızında Tehranda vəfat etmişdir. Onun adı həmişə Azərbaycan xalqının ən sədaqətli xadimi kimi qeyd olunacaqdır.

MOLLA VƏ HÖRÜMÇƏK

Molla bir gün hörümçəyin yanına

Getdi, ta etsin iltimas ona.

Dedi: agah olun hörümçəklər!

Sizdən eylər gilayə milçəklər.

Üzməyin canların onların siz,

Sormayın qanların oların siz.

Var oların da siz kimi canı,

Yeməsi, içməsi, əti, qanı.

Oları siz mənə bağışlayın,

Bu fəna işdə çünki boşlayın.

Çün hörümçək bunu belə gördü,

Başını qaldırıb baxıb güldü.

Dedi: yoldaş! Nə çarə? Siz deyiniz,

Sora bizdən siz iltimas ediniz.

Dedi molla: ki, bəndə molladır,

Zahidi - zöhd, əhli - təqvadır.

İltimasım budur ki, əl çəkəsiz,

Milçəyə bir də zülm etmiyəsiz.

Başını tovladı hörümçək ta

Dedi: zəhmət çəkibsən, ay molla!

Sən özün qanını müsəlmanın

Sorma qardaş! Varınsa vicdanın.

İltimasın bizə qəbul olmaz,

Dediyin səndə çün vüsul olmaz.

Pisdisə özgənin qanın içmək?

- Sən özün get, qan içmədən əl çək!

CABBAR BAĞÇEBAN

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment