Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Cavanşir Bəhmani: Dinc həyat bizim əsas dəyərimizdir.

Cavanşir Bəhmani:

Dinc həyat bizim əsas dəyərimizdir.

"Oh, necə bir tipajdır!", -  tanış olduğum nəqliyyat şöbəsinin möhtəşəm sürücüsünə baxaraq "İvan Vasilyeviç peşəsini dəyişir" filmindəki rejissor Yakinin ifadəsi yadıma düşdü. Biz əhəmiyyətli səbəb münasibətilə görüşürük: zavod işçimiz Cavanşir Bəhməni  əfqan-döyüşçüsüdür və "Avtozavodçu" qazetinin növbəti qəhrəmandır. Görüşümüz Sovet İttifaqı qoşunlarının məhdud  kontingentinin Əfqanıstandan çıxarılmasının növbəti ildönümünə  həsr olunmuşdur.

Taleyinin kəskin dönüşləri

Qəhrəmanın namizədliyi, nə qədər bürokratik səslənsə də, MAZ əsgər-beynəlmiləlçilərin ilkin şəbəkəsinin  sədri Vitali Varaksa və BSVVA  sədri Leonid Filimonchik tərəfindən təsdiqləndi.

“Mənə Dmitriy deyə bilərsiniz” deyə “əfqanlı” razılıq verdi. Söhbətimiz iş barədə və o illər haqqında belə başladı: Əfqanistan əhvalatı yəqin ki, xalqın yaddaşından heç vaxt silinməyəcək, çünki bütün Sovet Birliyi  məkanında  bir neçə nəslin ruhunda yaralar qoydu.

Zəngin  həyat təcrübəsi olan müdrik  qafqazlıya baxanda, taleyinin kəskin dönüşlərini eşidəndə təəccübləndim: Cavanşir Hüseyn oğlu Bəhmani harada yaşadı, əvvəllər harada işlədi, sonunda  Belarusiyaya gəldi, burada yerləşdi, ailə qurdu və bu gün Minsk zavodunun avtotransport şöbəsinin uzun illərin stajı olan vicdanlı işçilərindən biridir.

Xəzər kökləri.

Cavanşirin vətəni Xəzər dənizi, Günəş okeanı, dağ mənzərələri, ləzzətli ənənəvi yeməkləri, nərə balığının, qara kürünün və məşhur narın yer aldığı mətbəxi ilə məşhur Azərbaycan SSR, Bakıdır.

Anası, həkim Adilə Çernik, yaşlı olmasına baxmayaraq (80 yaşdan yuxarı) Azərbaycan Tibb Universitetində Pediatriya kafedrasında dərs deyir. Azərbaycanda tanınmış həkimdir, vaxtilə Bakıda baş allerqoloq olub. Cavanşirin atası Hüseyn orta məktəbdə bədən tərbiyəsini tədris edirdi. İntelligent ailədə üç uşaq  böyüdü, hamısı  həyatda layiqli yer tapdı, ancaq ortancıl uşağı Cavanşiri taleh həyatın kəşməkeşli yolları ilə apardı.

Gəncliyində qəhrəmanımız məktəbi müvəffəqiyyətlə bitirib Əzizbəyov adına Neft və Kimya İnstitutuna daxil oldu (heç şübhəsiz, Azərbaycan təkcə günəş ölkəsi deyil, həm də neftçilər və neft-kimya sənayesi ölkəsidir). Hərbi kafedrada oxuduqdan sonra leytenant rütbəsi aldı. İstədiyi diplomu əldə edən  gənc mütəxəssis, lahiyə  institutunda hidrogeoloq mühəndis olaraq işə başladı.

Əfqan  əhvalatına bir neçə il qalmışdı

Cavanşir içməli su da daxil olmaqla bir neçə quyu lahiyəsi hazırlayıb vermişdi. Qəhrəmanımız ölkəsində çox quraqlıq yerlərin olduğunu etiraf etdi. Ümumiyyətlə, Azərbaycanda subtropiklərdən quraq və mülayimə qədər 9 növ iqlim var (yer üzündə mövcud olan 11 növdən), və ölkədə yerin dərin təbəqələrində yatan içməli suya ehtiyacı var.

Peşə maraqlı idi, Cavanşir çox işləyirdi, ezamiyyətlərə gedirdi və orduda xidmət etmədən əvvəl evlənməmişdi. Sovet ordusu sıralarına 28 yaşında leytenant kimi qatıldı və kapitan rütbəsi ilə məzun oldu.

Hara getdiyimizi bilirdik.

Əfqanıstan müharibəsi barədə nə düşündüyünü soruşduqda, Şərq müdrikliyi və  zabit konkretliyi ilə cavab verdi: "Haraya getdiyimizi bilirdik. Əmr verilir, yerinə yetirməlisən. Hərin öz həqiqəti olsa da."

Bəhməni uzun müddət Əfqanıstanı xatırlamaqdan xoşlanmadığını, yalnız onillərdən sonra yumşaldığını etiraf etdi. Yeri gəlmişkən, iqlimi  müqaisə etdikdə Qafqazlının qalan hərbçilərdən daha rahat keçirdiyini ehtimal etdiyimdə, Cavanşir razılaşmadı. Bakı sıfır səviyyəsində, Kabil isə dəniz səviyyəsindən 1800 metr yüksəklikdədir. İqlim fərqi kəskin şəkildə hiss olunur, xüsusilə qışda dağlarda olduqca soyuq olur.

Çox vaxt qəhrəmanımız səhra vilayəti Qəndəharda xidmət edirdi, əməliyyat kəşfiyyatçısı idi. Onlar qoşunların əsas kontingentinin təhlükəsizliyini təmin edirdilər, müxtəlif mənbələrdən silahlı dəstələr haqqında məlumat əldə edirdilər, həmçinin kəşfiyyata gedirdilər. Koordinatları öyrənib tələb olunan yerə ötürdülər. Hərbi əməliyyatların müvəffəqiyyəti bu məlumatlardan asılı idi.  Bəhməni general-mayor komandanlığı altında iki min nəfərlik briqadada xidmət edirdi , silahlı dəstələrin qorunan obyektlərə ziyan vurmamağını təmin edirdilər. Briqada Qəndəhar aeroportunu və bitişik əraziləri qoruyurdu.

Əfqanıstanın hərbi yolları ilə.

Qəhrəmanımız hələ də gecələr Əfqan səmasını minaatanların və pulemyotlarınn atəşinin  necə işıqlandığını, yaralı torpağın partlayışlardan necə inləməsini xatırlayır, əsgərlər arasında itkilərdən kədərlənir.

Keçmiş “əfqanlını” bütün təfərrüatları barədə soruşmadık. Bəlkə də qəhrəmanımızın aldığı Qırmızı Ulduz ordeni (SSRİ Ali Sovetinin Rəyasət Heyətinin katibi Mixail Georgadzenin imzası ilə) və ona verilən digər medallar və minnətdarlıqlar həmin müharibəyə daha aydın şəkildə şahidlik edir.

"Onlar  partizan müharibəsi aparırıdlar,  bizim işimiz izləmək idi" – Bəhməni keçmişi bir az qurdaladı. "Gündüz əyalətində ayrı-ayrı bölmələr yerləşmişdi, çay üzərindəki strateji  körpünü qoruyurdular. Kabildə müşahidə etdiyimiz obyekt aeroport idi. Mən  Spinduldağda, Peşevərlə sərhəd olan Baqramda da xidmət eləmişdim. İki il üç ay Əfqanıstanın hərbi yollarını keçdim. Xəstəliklər də var idi – qarın yatalağı, sarılıq. Bütün məsələ suda idi. Yerli əhali bu sudan rahat istifadə edirdi, bizimkilər dözə bilmirdi, xəstəxanalara düşürdü, o cümlədən mən də bu taleyi yaşadım, Kabildə və Daşkənddə müalicə aldım.

Müharibəyə alışmaq çətin idi, amma ayrılmaq da uzun zaman aldı. O zaman kimi nə taleh gözlədiyini bilmirdik.  Pusu və silah səsləri uzun müddət gecə  kabusu kimi  davam etdi”.

Və yenə də mühəndis geologiyası.

Hərbi xidmətdən ayrıldıqdan sonra Cavanşir doğma Bakıya qayıtdı, dogma layihə institutunda dinc işə başladı. O, bütün Azərbaycanı, hətta Şimali Qafqazı və Orta Asiyanı gəzdi, layihələrinin necə həyata keçirildiyinə dair öz müşahidələrini apardı. Onun layihələrinə əsasən neçə su quyusu ərzəyə gəldi. Həmsöhbətimin  vurğuladığı kimi, mühəndis geologiyası həm də neft kəmərləri, qaz kəmərləri, su kəmərləri üçün təməldir. Bir sözlə, geologiya sahəsində çox iş var idi.

Cavanşir 30 yaşında  həkim qızla ailə qurdu. Təranə ona  oğlu Ayazı (babası kimi Bədən Tərbiyəsi İnstitutunu bitirib) və qızı Zibanı (yerli xalq təsərrüfatı institutunun diplomunu alaraq Bakıda iqtisadçı işləyir) bağışladı. Ancaq Cavanşir və Təranənin evliliyi qısa müddətli oldu (10 ildən bir az çox), ailənin dağılmasından sonra Bəhməni Azərbaycanı tərk etmək qərarına gəldi.

"Asan vaxt deyildi, Sovetin dağılması dövrüydü" qəhrəmanımız hekayəsini davam etdi. "Bir dəfə Belarusiyaya, Bobruysk şəhərinə işgüzar danışıqlar aparmaq üçün ezimayiətə gəldim. Burada Qalina ilə tanış oldum. Yaxşı, mehriban qadındır. Qalmağa qərar verdim,evləndim, indi oğlumuz Gleb 17 yaşındadır, məktəbi bitirir, İT sahəsi ilə məşğul olmaq istəyir.

Mənim üçün ən vacib şey övladlarımdır. Böyüklərlə əlaqə saxayıram. Bu yaxınlarda Gleb'i vətənimə apardım, Azərbaycan günəşini çox bəyəndi.

Əfqan qardaşlığı sıralarında.

Cavanşir Bəhməni yarandığı gündən MAZ-da beynəlmiləlçi əsgər birliyinin üzvüdür. Leonid Filimonchik və Vitaly Varaksanın sözlərinə görə, o, bütün "əfqan" vətənpərvərlik tədbirlərində fəal iştirak edir: cəsarət dərslərində məktəblərdə uşaqlarla, hərbi qeydiyyat və komissarlıqlarda və gələcək əsgərlərlə digər təşkilatlarda görüşür .  Bura Xatirə parklarının əkilməsi, gələcək xatirə yerlərinin salınması, həmkarları ilə görüşlər də daxildir. Və bunlar arasında ən əhəmiyyət tədbir 15 fevral, Cəsarət və Kədər adasında keçirilən görüşdür.

Cavanşir üçün Əfqanıstandakı yoldaşlar yalnız döyüş yoldaşı deyil, həm də yaxşı dostlardır. Yeri gəlmişkən, bir çoxu Belarusiyadandır. "Heyif, hələ bəzilərini tapa bilmirəm" deyə Cavanşir şikayətlənir. "Podpolkovnik Şeremeti yaxşı xatırlayıram, o vaxt 55 yaşındaydı. Yaxşı insan və yoldaşdı, doğma  ailə kimi ayrıldıq. Bu ölkədə qalmağımda Belarus dostlarımın böyük rolu oldu.”

Sonda Cavanşir Bəhmənidən Cəsarət və Kədər adasındakı "Əfqan sahilindəki" beynəlmiləlçi əsgərlərin xatirə gününün ona hansı düşüncələri gətirdiyini cavablandırmasını xahiş etdik. O, əsl döyüşçü kimi açıq danışırdı: “1982-84-cü illərdə keçən Əfqanistan xidmətim dövründə, bizim üçün müharibənin bitməsi tarixi- 15 fevral 1989-cu il Anma Günü mənim üçün ən vacib dəyərin  simvoludur- insanlar artıq ölmürlər. Bu mesaj indi də aktualdır. Bütün dünyada sülh hər zaman bizim əsas dəyərimizdir. "

Bütün iş günləri sükan arxasında.

2001-ci ildə qəhrəmanımız Belarusiyaya köçdü, Bobruyskda mənzərəli bir yerdə, Berezina sahilində  ev aldı,  ailəsi burada yaşayır. Minskdə təvazökarlıqla zavod yataqxanasında qalır, bütün gündəlik həyatı sükan arxasında keçir,  yataqxanaya yatmaq üçün gəlir. Və cümə günləri ailəsinə qatılmaq üçün evə tələsir. Bəlkə kimsə Bazar günü atası roluna təəccüblənəcək, lakin Cavanşir belə həyatın onu qane etdiyini deyir.

2011-ci ildə MAZ-a gəldi, dövlət müəssisəsindəki işə həmişə üstünlük verdiyini etiraf etdi. Bundan əvvəl Süd zavodunda və avtobus sürücüsü kimi çalışdı. Qəhrəmanımızın bu il bir növ yubileyi var - Minsk Avtomobil Zavodunda 10 il işləyir. Və artıq 5 ildir ki, onun döyüş atı MAZ 5550 samosval yük maşınıdır.

Əsasən zavod ərazisində və şəhər daxilində sürür,  metal tullantıları daşıyır, nəyisə təhvil verir,  və ya gətirir və ya aparır. Cavanşirin kredosu - hər şeyi vaxtında və qəzasız etməkdir.

"Böyük bir sürücülər qrupumuz var, mən birinci kolonda işləyirəm, əsasən samosval yük maşınları və uzun fura maşınları sürürük" ,-deyir Cavanşir. “Bəzən Belarusiyanın müxtəlif şəhərlərinə, o cümlədən yeni maşınlarla Brestə gedirəm və  oradan  MAZ mikroavtobusunu sürüb geri qayıdıram.

Kolekktivimizin insanlar yaxşı, mehribandır. Hərçənd insanlar hər yerdə eynidirlər - əgər yaxşı yanaşırsan, onda sənə eyni şəkildə yanaşacaqlar. Əsas odur ki, verilən işə  məsuliyyət göstərəsən. Sex müdiri Vladimir Lastovski tələbkar rəhbərdir, bacarıqlı mütəxəssisdir və, xüsusən xoş olanı odur ki,  kollektivin qədrini bilir.

Go Back

Comment