Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Əlvida yoldaş Xosrov Sitayişi!

Əlvida yoldaş Xosrov Sitayişi!

Təəssüf ki, 17 dekabr 2020-ci il Cümə axşamı Şərəfli, idealist İnqilabçı, mehriban və azadlıqsevər insan- Xosrov Sitayişi yoldaşın avtomobil qəzasında dünyasını dəyişdiyi xəbəri bütün firqə üzvlərini sarsıtdı. Xosrov Yoldaşın yoxluğu onu yaxından tanıyanların hamısı üçün inanılmaz və düzəldilməzdir.

Yoldaş Xosrov Sitayişi 19 dekabr 1957-ci ildə Ərdəbil şəhərində mədəni bir ailədə anadan olub. İbtidai təhsilini başa vurduqdan sonra, “Cahan Ülum” adlı orta məktəbdə orta təhsilini bitirmişdir. Təhsilini davam etdirmək üçün Təbriz Universitetinin İngilis dili fakültəsinə daxil olmuş və oranı ingilis dili ixtisası ilə bitirmişdir. Uşaqların taleyinə artan marağı onu müəllim olmağa sövq etmişdir. Bu səbəbdən də Ərdəbilin təhsil idarəsində müəllimlik peşəsində fəaliyyətə başlamışdır.

Ədalət sevərliyi yoldaş Xosrovu xalqın əleyhinə olan Pəhləvi rejiminə qarşı siyasi mübarizə sahəsinə yönəltmiş. Bütün bu illər ərzində maarifçiliklə yanaşı istibdada qarşı mübarizə apardı. 1979-cu il fevral inqilabında iştirak etmişdir. 1979-cu ildə inqilabın qələbəsindən sonra ölkədə siyasi partiyalar fəaliyyətə başladıqda o, Azərbaycan Demokrat Firqəsi(İran Tudə Partiyası vilayət Şöbəsini) sıralarına qoşulmuşdur.

Yoldaş Xosrov müəllimlik peşəsindən əlavə siyasi səhnədə də fəaliyyət göstərərək, Ərdəbil vilayətində ictimai işlərdə ən aktivist yoldaşlardan biri olmuşdur. Onun yardımı və əməkdaşlığı ilə Ərdəbildə bir neçə həmkarlar ittifaqı da daxil olmaqla, müxtəlif ictimai cəmiyyətlərin qurucusu olmuşdur.

1983-cü ildə İslam Cümhuriyyəti rejiminin İran Tudə Partiyasına vəhşicəsinə hücumu ilə yoldaş Xosrov xalqa və inqilaba xitmətgöstərdiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən tutularaq həbs edilmişdir. Üç il həbsxanada müxtəlif fiziki və mənəvi  işgəncələrə məruz qalmış. Həbsdən buraxıldıqdan  sonra təhsil idarəsindən kənarlaşdırılmış.

Təhsildən qovulduqdan sonra dost və yoldaşlarının köməyi ilə istehsalatda çalışaraq ömrünün sonuna qədər bu sahədə işləmişdir.

Yoldaş Xosrov Sitayişi ictimai həyatda ciddi, səbirli, dözümlü, fədakar və nümunəvi bir insan idi. İşdə və həyatda insanların problemlərini var gücü ilə həll etməyə yardım göstərirdi, hətta yoldaş Xosrova onu yaxından tanımayan insanlar tərəfindən etibar edilirdi. Bu səbəbdən Nəmin sənaye şəhərciyi sakinləri arasında adlım bir şəxsiyyət olaraq tanınırdı. Belə ki, ümumən işçilər və sahibkarların  problemlərini həll etmək üçün onunla məsləhətləşirdilər.

Azərbaycanın Demokrat Firqəsi Xosrov yoldaşın vəfatı münasibətilə bütün  təşkilatın üzv və tərəfdarlarına, xüsusilə  onun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.

Xatirəsi əziz, yolu davamlı olsun!

Go Back

Comment