Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Milli Hökumətin şəhid fədaisi Məmmədəli Ramitin

Azərbaycan Milli Hökumətin şəhid fədaisi

Məmmədəli Ramitin

Azərbaycan xalqının görkəmli fədai oğlu Məmmədəli Ramitin 1908 - ci ildə  (h.ş.1286) Sərabda kəndli ailəsində anadan olmuşdur.Təhsil illərində ərbabların kəndlilərə zülm etdiyini gördükdən sonra gənc ikən məmurlara qarşı çıxmış və azadlıq hərəkatına qoşulmuşdur.1941 -ci ildə ( 1320 ) xanlara, jandarmalara qarşı Sərab mahalında geniş kəndli hərəkatında fəal surətdə iştirak edir. Kəndlilər içərisində təbliğat işi aparmaq, onlara öz hüquqla - rını izah etmək, maliklərə və jandarmlara qarşı mübarizəyə çağırmaq üstündə Məmmədəli Ramitin dəfələrlə polis və jandarm idarələrinə çağrılır, hədə - qorxudan sonra iltizam alınıb buraxılır.

Nəhayət, M.Ramitin dəmiryol idarəsində mexanik vəzifəsində işə daxil olur.1941 - ci ildən (1941) İran Xalq Partiyasının üzvü olur.

Məmmədəli Ramitin 1943 - cü ildə (1322) Miyana dəmiryolu idarəsinə göndərilir və burada partiya işlərindən əlavə Azərbaycan fəhlələr ittifaqının Miyana təşkilatının yaranmasında fəallıq göstərir.

Məmmədəli Ramitin 1945 - ci ildən (1324) etibarən Azərbaycan Demokrat Firqəsinin üzvü olur, firqənin bəyaniyyə və məram -naməsinin geniş zəhmətkeş kütlələrə çatdırılmasında fəal surətdə iştirak edir.Təbrizdə təşkil olunmuş Milli Konqresin iştirakçısı olan Məmmədəli Ramitin onun şüarlarının yayılmasına var qüvvəsi ilə çalışır.

21 Azər hərəkatı ərəfəsində Azərbaycan kəndlilərinin mürtəce malik və onları himayə edən jandarmlara qarşı mübarizəsi xüsusi bir şiddət kəsb etmişdi.

Məmmədəli Ramitin istər 21 Azər hərəkatının hazırlıq işlərində, silahlı fədai dəstələrinin təşkilində, istərsə də hərəka - tın gedişində var qüvvə ilə çalışmış, Miyana jandarm postlarının alınmasında əlində silah öz fədai dəstəsi ilə birlikdə vuruşmuşdur.Onun xalq hərəkatında fəal iştirakı, xalq işinə sədaqəti Azərbaycan Milli Məclisi tərəfindən nəzərə alınaraq şanlı 21 Azər medalı ilə təltif edilmiş, xalq silahlı qüvvələrinin mayor rütbəsinə layiq görülmüşdür.Zülfüqari və başqa mürtəce qüvvələrin xalq hərəkatına qarşı silahlı əksinqilabi qüvvələri ilə vuruşmuş və Zərrinabad və Əfşar fədailərinin fərmandehliyi ona tapşırılmışdı.Ramitin öz fədai yoldaşlarının hərbi təlimatına, inqilabi intizamına, ruh yüksəkliyinə xüsusi diqqət yetirir və beləliklə də onların döyüş bacarığının möhkəmliyinə çalışırdı.

Məmmədəli Ramitin son zamanlar Miyandoab və Saqqız ətrafında İran ordusu ilə döyüşə hazırlaşan fədai dəstələrindən birinə başçılıq edir.Düşmən qüvvələri həmin cəbhədə külli miqdarda ağır silah və kəmiyyət üstünlüyündən istifadə edərək fədai qüvvələrini geri oturmağa məcbur edirlər. 1946 - cı ildə Məmmədəli Ramitin də öz fədailəri ilə geri çəkilərək Xocəmir kəndində düşmənlə qəhrəmancasına vuruşur, tutularaq edam edilir.

Məmmədəli Ramitin möhkəm iradəli, imanlı firqəçi, istedadlı mübariz və cəsarətli fədai başçısı idi.Onun diqqətəlayiq təşkilati fəaliyyəti, eləcə də

azadlıq işinə sədaqəti, parlaq xatirəsilə birlikdə həmişə hörmət və izzətlə yad ediləcəkdir.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment