Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Demokrat firqəsi və İranlı mühacirlər Cəmiyyətinə dərin hüzn baş vermişdir

30/06/2017

Azərbaycan Demokrat Firqəsinin Gəncə şəhər təşkilatının sədri vəfat etmişdir.

Dəsti Əli Nüsrət oğlu Cənubi Azərbaycanın Təbriz şəhərində 1945-ci ilin may ayının 9-da anadan olmuşdur. 1946-cı ilin dekabr ayında valideynləri ilə birlikdə Sovet Azərbaycana pənah gətirmişdi. Əli Dəsti 1952-ci ildə orta məktəbə daxil olub, 1963-cü ildə 11-ci sinfi bitirmişdir. həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə proflatika fakültəsinə daxil olub, 1969-cu ildə oranı bitirmişdir. həmin ildən son gününə qədər kəkim işləyirdi. 2006-cı ildə isə Azərbaycan Demokrat firqəsi Gəncə şəhəri təşkilatının sədri vəzifəsində çalışmışdır. Oxuduğu və işlədiyi illərdə ADF-nin bütün işlərində fəal iştirak etmişdir.

Atası Dəsti Nüsrət Rəhim olğlu,  Azərbaycan Milli Hökumətinin hərbi zabiti  Təbriz şəhərində qərargah rəisi işləmiş və “21 Azər” ordeni  ilə təltif olunmuşdur.

Mərhum Əli Dəsti bir neçə kitabın müəllifidir və qələmə aldığı kitablarda göstərir ki, o həqiqətən Seyid Cəfər Pişəvərinin yolunu sadıq gedənlərdəndir.

Dəsti Əli öz məsləkdaşlarının qəlbində həmişə yaşayacaqdır.

Go Back

Comments for this post have been disabled.