Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

"İranlı Mühacirlәr Cәmiyyәti" İctimai Birliyinin VI Bakı Beynəlxal sərgi-yarmarkasında iştirakı Güneylə bağlı kitabların sərgilənməsi faktıdır.

"İranlı Mühacirlәr Cәmiyyәti" İctimai Birliyinin VI Bakı Beynəlxal sərgi-yarmarkasında iştirakı Güneylə bağlı kitabların sərgilənməsi faktıdır.

2019-cu ilin sentyabr ayının 27-də Bakı İdman Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuşdu. Açılışda çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan xalqının mənəvi dünyasında kitab həmişə özünəməxsus dəyərli yer tutur. “Avesta”dan, “Kitabi-Dədə Qorqud” dastanından başlayaraq xalqımız öz ədəbiyyatına və mədəniyyətinə böyük diqqətlə yanaşıb. Biz böyük ədiblərimizin adı ilə həmişə fəxr etmişik. Onların yazdığı dəyərli bədii nümunələri əsrlərlə nəsildən-nəslə ötürərək bu günümüzə gətirib çatdırmışıq. Məqsədimiz ondan ibarətdir ki, xalqımızın kitaba sevgi ənənəsini qoruyaq, daha da inkişaf etdirək, gənclərimizə ötürək. Çünki kitablar insan zəkasını zənginləşdirən xəzinədir”.

          Üç gün davam edən sərgi-yarmarkada 81 yerli və 22 xarici ölkədən 40 nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləmiş və kitablarının satışını həyata keçirmişlər. Eyni zamanda, sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər icra olunmuşdur.

Sonra Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Mədəniyyət naziri Əbülfəz Qarayev, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, Ombudsman Elmira xanım Süleymanova, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov  və bir sıra qonaqlar sərgi ilə yaxından tanış olmuşlar. Onalr sərgidəki “Təhsil”, “Şərq-Qərb”, “Adiloğlu”, “Yazıçı”, “Əli və Nino”, “Apostrof”, “Letterpress”  kimi mötəbər nəşriyyatların və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) stendləri sırasında həmçinin “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin (İMC) stendinə də baş çəkmişlər, oradakı kitablar, onların məzmunu ilə yaxından maraqlanmışlar. Cənab Ə.Amaşov “Azərbaycan “ qəzeti kitabının 1-ci və 2-ci cildlərinin təqdimat mərasiminin təşkilini təklif etmiş və bu işdə müvafiq təşkilati dəsətək göstərəcəyini bildirmişdir. S.Bayramzadənin tərtibatında işıq üzü görmüş Azərbaycan Milli Hökumətinin Baş prokuroru F.İbrahiminin “Sülh uğrunda” və “Azərbaycan danışır...İftixarlı tariximizdən bir neçə parlaq səhifə (Azərbaycanın qədim tarixindən)” adlı kitablar Ə.Qarayev və Ə.Əhmədov cənablarının diqqətini çəkmiş, onlara adıgedən kitabların məzmunu barədə qısa arayış verilmiş və həmin kitablar hədiyyə olaraq onlara təqdim edilmişdir.

Sərgi-yarmarkada İMC-nin stendində nümayiş etdirilən kitablar geniş oxucu kütləsinin, xüsuslilə gənclərin diqqətini çəkmiş, təşkilatçılar və orada iştirak edən bir sıra kitab müəllifləri tərəfindən maraqlananlara, müvafiq KİV nümayəndələrinə, TV kanallarına İMC stendində sərgiyə qoyulan kitablar, onların məzmunu, müəllifləri barədə lazım olan izahat və məlumatlar verilmişdir.

Sərginin 3-cü günü İMC-nin stendində sərgilənən kitab və ədəbiyyatın müəlliflərinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir. Həmin konfransda AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutnun “Cənubi Azərbaycan” şöbəsinin müdiri dr. Səməd Bayramzadə, həmin şöbənin aparıcı elmi işçisi dr.Əkrəm Rəhimli və N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin aparıcı elmi işçiləri dr.Esmira Fuad və dr.Pərvanə Məmmədli çıxış etmiş, iştirakçıların diqqətini çəkən suallara cavab vermişlər. Konfransın sonunda Söhrab Tahirin qızı Nəsibə xanım Tahiri və şair Tariyel Ümid Güney mövzusunda şeirlər oxumuşlar.  

Yerli KİV və TV kanallarına müsahibə verən İMC sədri F.İbrahimi bu cəmiyyətin sərgidə iştirakı barədə demişdir: “İMC 70 ildən çoxdur ki, fəaliyyət göstərir. İlk dəfədir ki, belə bir Beynəlxalq tədbirdə - VI Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında iştirak edir. Bizim cəmiyyətimiz üçün belə bir münasib şəraiti yaratdığına görə Azərbaycan Respublikası rəhbərliyinə, Azərbaycan Mədəniyyət Nazirliyinə, şəxsən Mədəniyyət naziri Əbülfəz Qarayevə öz təşkkürlərimi bildirirəm.

Bizim sərgi-yarmarkadakı stendimizdə 200-dən çox kitab, o cümlədən  S.Bayramzadənin tərtibatında 1945-1946-cı illərdə Təbrizdə Azərbaycan Demokrat Firqəsinin orqanı kimi nəşr olunmuş “Azərbaycan” qəzeti toplusunun 1-ci v 2-ci cildi, “21 Azər Fotoalbom”u, H.Əizadənin (Barış Mərəndi) “21 Azör soyqırımı”, Ə.Rəhimlinin tərtibatında “S.C.Pişəvrinin məqalə və çıxışlarından seçmələr”, “662 saylı məhbus S.C.Pişəvəri” və Güney Azərbaycan ədəbiyyatı və mədəniyyətinə aid bu kimi onlarla elmi-tədqiqat əsərləri nümayişə çıxarılmışdır.

Bu kitabların böyük əksəriyyəti AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq və N.Gəncəvi adına Ədəbiyyat İnstitutlarında onların elmi şuralarının müvafiq qrarları ilə çap olunmuşdur.”

Bundan sonra F.İbrahimi Azərbaycan Mühacirət ədəbiyyatının Balaş Azəroğlu, Mədinə Gülgün, Əli Tudə, Söhrab Tahir kimi görkəmli nümayəndələrinin yaradıcılığından söz açmış, onların sərgidə nümayişə qoyulmuş əsərlərini ayrı-ayrılıqda təqdim etmişdir.

O, 1945-1946-cı illərdə Azərbaycan Milli Hökumətinin Maarif naziri olmuş görkəmli şairimiz Məhəmməd Biriya haqqında kitaba da xüsusi diqqət çəkmişdir.

Daha sonra F.İbrahimi qeyd etmişdir ki, İMC stendində böyük Azərbaycan şairi Şəhriyarın Bakıda latın qrafikası ilə çap olunmuş kitabları, eləcə də ailmlərimiz, xüsusilə də Ədəbiyyat institunda çalışan tədqiqatçılarımız tərəfindən Cənubi Azərbaycan ədəbiyyatı və poeziyasına həsr edilmiş elmi əsərlər də geniş yer almışdır.

F.İbrahimi onu da diqqətə çəkmişdir ki, İMC stendində Cənubi Azərbaycanın tarix, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat və incəsənətinə aid bu kitabların böyük əksəriyyəti Azərbaycan Respublikasında, xüsusilə Bakı şəhərində və eləcə də digər şəhərlərdə çap olunmuşdur.

Sərgi sona çatdıqdan sonra bir sıra iştirakçılar, o cümlədən "İranlı Mühacirlәr Cәmiyyәti" İctimai Birliyi  Təşkilat Komitəsi tərəfindən Diplom ilə təltif edilmişlər.

İMC-nin sərgidə iştirakı, onun nəticələri və təsiri barəsində bir neçə tanınmış Azərbaycan ziyalısının da fikirlərini burada qeyd etməyi lazım bildik:

Rafig Aliyev (professor, fəlsəfə elmləri doktoru, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru):  “... bir sıra azərbaycanlı alim və tədqiqatçıların zəhmətləri hesabina nəşr olunub ictimaiyyətə catdirilan bu kitablar və digər cap materiallari vətən tarixnin ayrilmaz bir hissesidir... Bu əsərlərdə və elmi-tədqiqat əsərlərində bir cox məlumatlar ilk dəfə ortaya qoyulub, oxucuların diqqətinə təqdim edilib”.

Elyar Təbrizli (güneyli soydaşımız, milli fəal): “Mənə təkcə sərgi yox, bəlkə bu sərgiyə neçə min gencin gəlməsi, neçə min kitabın satilması maraqlıdır. Gənclər hansı mövzularla maraqlanıb ve hansı sahənin kitablarini almaq istəyirdilər?! Kitablarin qiməti tələblərə uygunmudur, yoxsa bahalıdır?! Bu sorulara cavablar Şumali Azerbaycanin gələcəyinin, hətta kültürəl istiqlaliyyətinin göstəricisi ola bilər. Uğurlar sizlərə!”

Səməd Bayramzadə (AMEA akad.Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu “Cənubi Azərbaycan şöbəsinin müdiri, dosent, tarix üzrə fəlsəfə doktoru): “VI Bakı Beynәlxalq kitab sәrgisindә "İranlı Mühacirlәr Cәmiyyәti" İctimai Birliyinin Cәnubi Azәrbaycan tarixi, ictimai-iqtisadi vә siyasi hәyatı, mәdәniyyәti, әdәbiyyatı barәdә tәqdim etdiyi kitablar tәdbir iştirakçılarının, o cümlәdәn dövlәt vә ictimai birliklәrin nümayәndәlәrinin, xüsusilə də gənclərin diqqәtini artıq dәrәcәdә özünә cәlb etdi və onları çox maraqla izlədilər. Təəssüf ki, satış üçün kitabımız yox idi. Əgər olmuş olsaydı, sözsüz ki, ən çox iştirakçı bu stendin qarşısında olardı. Bununla belə imkan daxilində güneylə bağlı ədəbiyyat iştirakçılar arasında paylandı.”

Pərvanə Məmmədli (AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru): “... bu ilki beynəlxalq kitab sərgisinə gələnlərin sayı həqiqətən çox idi. Xüsusilə gənclər və yeniyetmələr çox gözə dəyirdi.Yazarların kitab təqdimatları da maraqlı keçirdi. “Qanun” nəşriyyatı satışa çıxardıqları kitabların qiymətlərində böyük endirimlər etdiklərindən onların sırasına düşmək olmurdu. Demək, gənc nəsil kitab oxuyur və işıqlı sabahlara ümidi vardır.”

Esmira Fuad (AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru): “Əslində “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin VI Bakı Beynəlxalq Kitab Sərgi-yarmarkasında ilk dəfə iştirakı  Güneylə bağlı kitabların sərgilənməsi faktıdır.”

Nəsibə Tahir (yazıçı, “Şöhrət” ordenli xalq şairi mərhum Söhrab Tahirin qızı): “İnsan kapitalının inkişafını kitabsız təsəvvür etmək mümkün deyil... Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-yarmarkasında iştirak edən “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi fəallar sırasındadır!”

 

Go Back

Comment