Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

"İranlı Mühacirlər Cəmiyyəti"

11/06/2015

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

İLHAM ƏLİYEV CƏNABLARINA

Möhtərəm Cənab Prezident,

Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasının müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi barədə qərarının qəbulundan 2 il 6 ay ötür. Komitə seçimini edərkən regionun lider dövləti sayılan Azərbaycanın sürətli inkişafını, sabit dövlət olmasını, dünya birliyindəki mövqeyini, çoxsaylı beynəlxalq yarışları yüksək səviyyədə keçirmə təcrübəsini, idmançılarımızın diqqət çəkən uğurlarını və digər müsbət cəhətləri əsas götürüb.

Ölkə daxilində minlərlə kilometr məsafə qət edən, hər bölgədə yüksək əhval-ruhiyyə ilə qarşılanan məşəl indi paytaxtdadır və cəmi 4 gündən sonra Bakı Olimpiya Stadionunda şölələnəcəkdir. Lakin indidən deyə bilərik ki, Odlar yurdu bəşər tarixinə möhtəşəm hadisə kimi yazılacaq beynəlxalq idman tədbirinə tam hazırdır. Əminliyimiz Şərqdə demokratiyanın beşiyi sayılan, özünün bəşəri keyfiyyətləri ilə seçilən ölkəyə Sizin kimi dünyəvi imicə malik siyasətçinin, dövlət xadiminin rəhbərlik etməsindən, Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin öhdəsinə düşən vəzifələri vaxtında və nümunəvi şəkildə yerinə yetirməsindən qaynaqlanır.

Avropa Oyunları xalqın, respublikanın təkcə bir qitənin deyil, bütün dünyanın qarşısında imtahanıdır. Qısa müddət ərzində baş verənlər onun davamlı prosesə çevrilməsinin təminatçısı olmalıdır. Azərbaycanın malik olduğu potensial, ölkəyə hər gün minlərlə idmançının, media təmsilçisinin, müsafirin təşrif gətirməsi, hər birinin rahatlığı və fəaliyyəti üçün yaradılan hərtərəfli şərait ona ilk Afina Olimpiadasından sonrakı taleyi-uzunmüddətli fasiləni yaşatmayacaqdır.

Möhtərəm Cənab Prezident,

"İranlı Mühacirlər Cəmiyyəti" İçtimai Birliyi və onun çoxsaylı üzvləri Avropa Oyunlarının bu suveren dövlətə etibar olunmasını ilk gündən ədalətli, məntiqi seçim kimi dəyərləndiriblər. Bu, bütovlükdə olkənin, xalqın, onun rəhbərinin qələbəsidir. Çünki Avropa Olimpiya Komitəsinə də Azərbaycan torpaqlarının 20 faizə qədərinin işğala məruz qalması, bir milyona yaxın insanın doğma Vətənindəki yurd-yuvasından didərgin salınması, işğalçılar tərəfindən atəşkəsin mütəmadi pozulması yaxşı məlumdur. İndiyədək müharibə vəziyyətində olan hər hansı dövlətə bu sayaq mötəbər idman tədbirinə ev sahibliyi həvalə edilməyib. Komitə isə Azərbaycana üstünlük verib. Biz bunu Ulu Öndər Heydər Əliyevin təməlini yaratdığı, Sizin tərəfinizdən davam və inkişaf etdirilən sülhsevər siyasətin məntiqi nəticəsi sayırıq.

Böyük iftixar hissi ilə bildiririk ki, bu uğurlar Azərbaycanda fəaliyyət göstərən "İranlı Mühacirlər Cəmiyyəti" İçtimai Birliyini, qurumun respublikanın əksər şəhər və bölgələrində məskunlaşan çoxsaylı üzvlərini də qəlbən sevindirir. Bunun da ciddi əsasları var.

İMC sıralarında "21 Azər" Hərəkatından indiyədək Azərbaycana mühacirət edən insanları könüllülük əsasında birləşdirən içtimai təşkilatdır. Odlar yurdunu doğma Vətən kimi sevən cəmiyyət üzvləri onun tərkib hissəsinə çevriliblər. Mehribanlıq və qayğı mühitində yaşayan bu insanların elm, təhsil, mədəniyyət sahələrində, quruculuq işlərində qazandıqları nailiyyətlər, layiq görüldükləri orden, medal, fəxri adlar bunun bariz nümunələridir. Sevindirici haldır ki, respublikada və onun hüdudlarından kənarda keçirilən mötəbər yarışlarda fəxri kürsüyə dəvət olunanlar sırasında İMC üzvləri, onların övladları da vardır.

Möhtərəm Cənab Prezident,

Biz belə həssas mühitdə yaşadığımızdan, Azərbaycan cəmiyyətinin tərkib hissəsi sayıldığımızdan indi bütün diqqət və həyacanımız tezliklə start götürəcək yarışlarda idmançılarımızın göstərəcəkləri nəticələrə yönəlib. İnanırıq ki, bütün növlərdə onların fəxri kürsiyə dəvət olunmalarına şahidlik edəcək və qələbələrini alqışlayacağıq.

Möhtərəm Cənab Prezident,

"İranlı Mühacirlər Cəmiyyəti" İçtimai Birliyi Sizə bu münasibətlə öncədən təbriklərini və xoş duyğularını yetirməkdən məmnunluq duyur.

Səmimi hörmətlə,

Rəhim Hüseynzadə,

"İranlı Mühacirlər Cəmiyyəti" İçtimai Birliyinin sədri

Go Back

Comments for this post have been disabled.