Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Qazilik Qəhrəmanlıq Salnaməsidir

Qazilik Qəhrəmanlıq Salnaməsidir

Vətənimiz Azərbaycanın cənnət guşəsi olan Qağabaq məntəqəsi 1989-cu ildən vəhşi erməni silalı qüvvələri tərəfindən hücüma məruz qaldı. Orada yaşayan erməni soylu Azərbaycan vətəndaşları ifratçı milliyyətçı partiyası olan Daşnakswtun partiyası tərəfindən təhriki və habelə Erməni dövlətinin yardımı ilə bu məntəqədə yaşayan azərbaycanlıların soyqırımna başladı. Xoçalı şəhərinində yaşayan xalqımız həqiqətən o qaniçənlər tərəfindən qətli-am edildi. Bu tarixdən başlayaraq xarici düşmənlərin və separtçı qüvvələrin təhriki ilə iki xalq-erməni və azərbaycanlılar arasında münağışə qızışaraq silahlı toqquşmaya səbəb  oldu. Get-gedə bu münaişə qızışaraq Ermənistan və Azərbaycan dövlətləri arasında müharibəyə çevrildi.

Bu müharibədə vətəni qorumaq üçün bir çox azərbaycan vətəndaşı kimi İrandan mühacirət emiş inqilabi və mühacir ailələrin övladları da öz vətən borcunu yerinə yetirmək üçün bu müharibədə iştirak etmişlər. Birinci Qarabaq müharibəsində onlardan bir neçəsi qəhrəmanca vuruşaraq şəhid olmuşlar. Mühcir ailəsinə mənsub olan üçüncü və dördüncü nəsildən də 44 günlük  Qarbağ müharibəsində torpaqlarımızı azad etmək üçün cani-dildən vuruşmuşlar. Onlar sırasında əsil igidlik göstərən oğullardan biri də Orxan Zamanı Cahanbaxş oğlunu ad aparmaq olar. Orxan Zamani 1989-cu ildə Bakı şəhərində doğulmuşdur. O, 44 günllük müharibədə Bakı şəhərinin Hücum batalionunda tərkibində Xüsusi Təyinatlı Çevik alayısının əsgərlri ilə bərabər vətən torpaqlarını düşmən işğalından azad etmək üçün ön cəbhədə vuruşmuş. O, bir qrup silahdaşları ilə birlikdə  ön cəbhədə vürüşürkən düşmən tərəfindən mühasirəyə düşmüş. Lakin o silahdaşları ilə bərabər düşmənin mühasirəsini yararmaq üşün ölümü gözə alaraq vuruşub və həqiqətən igidlik göstərərək düşmənə qalib gəlmişdir. O, silahdaşlarının bir neçəsi şəhid olmuş və qalanları ilə birlikdə düşmən mühasirəsini yarıb və geri çəkilərkən minaya düşərək sol qıçını dizdən aşağı tirimişdir. Beləliklə də qazilik məqamına yuksəlmişdir.

Orxan verdiyi müsahibədə müharibə səhnəsini belə şərh verir: “... müharibənin törətdiyi dəhşəti eşitməklə təsəvvür edəbilməzsiniz. Yalnız onun içındə olub və gözlərinizlə gördükdə duya bilərsiniz. Biz o cəhənnəmi yaşayıb və gördük.”

Go Back

Comment