Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azadlıq Layihəsi) onikinci hissə

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azadlıq Layihəsi)

onikinci hissə

Dr: Məhəmmədhüseyn Yəhyai

Siyasi təhsil almaq üçün firqə başçılarından bir qrupunun Moskovaya ezam olunması ilə(əlbəttə sonralar da qrub şəklində bu göndərmələr davam etdi) təşkilatın rəhbərliyində dəyişikliklər oldu. Əvvəlki rəhbərlərin yerinə “Mir Qasım Çeşmazər”, “Mir Rəhim Vilai”və “Rəhim Qazi” seçildilər. Onlar ilk fürsətdə əvvəlki rəhbərlərin təşkilatda rollarını azaltmaq üçün Bakıda firqənin birinci konfransını çağırmağa təşəbbüs etdilər. Təşkilatda nümayəndələrin seçilmə prossesi aşağıdan yuxarıya idi. Beləki hər özək öz nümayədəsini seçib və etibarnamə ilə birlikdə konfransa göndərirdi.  Firqən ilk konfransını 1954-cü ildə açıq elan etdi. Firqə rəhbəri(Çeşmazər) təşkilatın fəaliyyəti və təşkilatdaxili baş verən hadisələr haqda konfrans iştirakçılarını məlumatlandırddı. Sonda konfrans qətnaməsi iştirakçılar tərəfindən təsdiq edildi.          Azad seçki ilə Çeşmazər Sədr, Rahim Qazi Sədr müavini, Vilai, Aqahi və Azəroğlu İcraiyyə heyəti üzvlüyünə seçildi.

Bu qrup mühacirlərin məişət və sağlamlıq(səhiyyə) məsələlərinə, eləcə də gənclərin universitetlərdə, texniki və peşə məktəblərində təhsil almasına xüsusi diqqət ayırırdı. Həmçinin kənd təsərrüfatı sahəsində (kolxozlar, savxozlar)  istehsalçılara diqqət yetirdi, çünki gələcəkdə onlar çalışıb istehsallarını artırmaqla  öz movqelərini yaxşılaşdırsınlar. Ancaq firqənin tanınmış üzvləri arasındakı gərginlik davam edirdi və bəzən giley-güzarlıq və şikayətlərlə müşayiət olundu. Çünki bəziləri vətən həsrətində çəkərək cənubdakı ailələri üçün çox nigəran idi və bəzən bir məktub almaları çox vaxt aparırdı. Bu arada bəziləri mühacirətdə firqə bərpa olunduğu gündən ondan ayrılmağı düşünürdülər. Bir qrup Maladaya Gvardia (Gənc Qvardiya) adlı cəmiyyət yaratdı, lakin sonralar Pənahianın firqənın mərkəzi komitəsindən çıxarılması ilə o da tarixə düşdü.

Bu konfransın ən önəmli hadisələrindən biri də İran Tudə Partiyasının birinci katibi (Hizbi Tudə İran)Dr.Rza Radməniş və partiyanın Mərkəzi Komitəsinin icraiyyə heyətinin üzvü Dr.Hüseyn Covdetin orada qonaq olması idi. Sanki ürəklərində bir mesaj daşıyırdılar və bəlkə də dostluq görüşlərində bunu dilə gətirirməklə hizbi Tudə ilə yaxınlama şəraitini hazırlasınlar. Çünki firqə üzvləri 9 il mühacirətdə olduqları müddət ərzində çoxlu təcrübə əldə etmişdlər. Hizbi Tudə üzvləri mühacirətdə prakəndə və dağnıq şəkildə yaşadıqları üçün hələ lazımı mövqe və təcrübəyə nail olmamışdılar. Bununla yanaşı, firqə üzvlərinin sosial və sinif mənşəyi hizbi tudədən fərqli idi, bu da tərəflərin, xüsusən də mühacirətdə yaşayan hərbiçilərin ev sahiblərindən narazılıqlarına səbəb olması idi. Uzun müddətdən bəri İran Tudə Partiyası ilə Azərbaycan DemokratFirqəsi arasında gələcək əməkdaşlıq üçün yazışmalar davam etməkdə idi. Belə nəzərə gəlir ki, Rza Radməniş və Covdətin Bakıya gəlişi tədqiqat xarakteri daşıyırdı. Onlar firqəni maliyyə vəziyyətini, habelə fəaliyyətini araşdırır və onun yaxşı durumda olduğunu öyrənmək üçün bu konfransa qatılmışlar. Eyni zamanda hizbə nisbət firqə üzvlərinin fikirləri onlar tərəfindən dəyərləndirilirdi. Çünki firqə üzvləri hizbin mərkəzi komitəsinin bəzi üzvlərinin davranışlarından narazı olduqlarını bildirərək onlara xatırlatdılar ki, “Firidun Kəşavərz”dən “Siz Azərbaycan Demokrat Firqəsi ilə münasibətiniz neçədir?”-  sualı soruşulduqda o, demişdir: “İran Tudə Partiyasının ADF-lə heç bir əlaqəsi yoxdur.” Hibin Əyalət Komitəsi təşkilatdan ayrılmadan əvvəl Azərbaycan Demokrat Firqəsinə qoşuldu. Əlbətdə hizbin nizamnaməsinə əsasən bir şəxs iki partiyanın üzvü ola bilməz(Mərkəzi Komitənin bəzi üzvləri Azərbaycan Əyalət Komitəsinin Təftiş Komitəsinə tapşırılmasına təkid etdilər)( Müsahibə 1945-ci ilin 9 dekabrında 459 saylı “İrani-ma aylıq jurnalı ilə Dr.Firidun Kəşavərz ilə müsahibə)

Dr. Kəşavərz hizbin bəyanatının bşqa bir hissəsini oxuyur və deyir: “Mərkəzi Komitənin bəyanatında deyildiyi kimi, Azərbaycan məsələsinin bitməsi əksinə nisbətən daha yaxşı idi. Çünki heç bir İranlı vətənpərvər İranın vətəndaş müharibəsi yaxud qardaş qırğını səhnəsinə çevrilməsini və ya onun dünyanın böyük gücləri arasında münaqişə yaratmaq üçün bir vasitə olmasını istəməz.( İranın əvəzinə Aras. 1 yanvar. 1947. “Keçmiş gələcəyin mayakıdır” kitabı.)

Demək olmaz ki, Dr.Kəşavərzin İran ordusu tərəfindən vəhşicəsinə Azərbaycan xalqının qətli-am etməsindən xəbərsiz olsun. Bundan əlavə daxili müharibə və qardaş qırğınından söz gedir? Azərbaycandan İranın başqa yerlərinə kimsə hücum etməmişdi. Firqə Azərbaycan üçün muxtariyyət və öz müqəddəratını təyinetmə haqqını tələb edirdi. İran vətəndaşlarını qorxutmaq üçün Dr.Kəşavərzin burada şişirtmə və şayiəyə təkid etməsi lüzumsuz idi. Bunun ardınca İran Tudə Partiyasının İcraiyyə Heyətinin(Rza Radməniş, Firidun Kəşavərz, Fürutən, Kiyanuri, Təbəri, Yəzdi, Bəhrami, Nuşin, Qasimi, Boqrati) İran xalqına xitabən yazdıqları bəyanatın bir bölümündə deyilirdi: “İran Tudeh Partiyasını böyük nöqsanlarından biri, xalqı öz hüsni-niyyət və sədaqətinə inandıra bilməməsi idi. Azadlığa və islahatlara olan marağı, onu birtərəfli və fanatcasına Azərbaycan hərəkatını müdafiə etməyə sövq etdi. Halbuki İran Tudə Partiyası o hərəkatın müsbət və mənfi cəhətlərini üzə çıxartməqla öz sədaqətini göstərməli idi.(Namei-Mərdom, birinci say, 5yanvar 1947).

Qeyd etmək lazımdır ki, hizb rəhbərlərinin bəziləri Azərbaycan xalqı və onun iqtisadi-mədəni çətinlikləri ilə çox tanış deyildilər.

3 sentyabrdan sonra Füruği ilk hökuməti təşkil etdi. Füruği gözlənilməz bir hərəkətlə İngilis Sterlinqə nisbətdə Rialın dəyərini kəskin şəkildə aşağı saldı(Sterlinqin dəyəri 68 Rialdan 1400 Riala qədər yüksəldi.). Nəticədə, sahibkarlar böyük gəlir əldə etmək üçün Azərbaycan taxılını İranın cənub məntəqələrinə ixrac etməyə başladılar. Bu isə Azərbaycanda qıtlıq və aclıq böhranının yaranmasına səbəb oldu.  Təbrizdə və Azərbaycanın digər şəhərlərində çörək tapmaq dərin bir sosial böhrana çevrildi. Azərbaycanın bir çox yoxsul insanları aclıqdan tələf oldu. Xalqın Tehrandan üz çevirməsi sürətlə artdı. Bu da firqənin və fədailərin sosial bazasının yoxsul kəndlilərdən təşkil olmasına səbəb oldu. Tudə Partiyasının rəhbərlərinin bəziləri Qacar şahzədələrinə, bəziləri yüksək rütbəli büroktatlara, bəziləri isə orta zümrəyə mənsub olduqları üçün aclıqla mübarizə ilə əlbəyəxa deyildilər. Onqa görə də Azərbaycandakı ağır iqticadı və sosial şəraiti və onun yaratdığı fəsadları dərk edə bilmirdilər. Bəlkə də onlar İranın mütərəqqi ictimai hərəkatında fikir ayrılığının və ixtilafın yaranmamasına inanırdılar. Halbuki həyat şəraiti dözülməz idi. Hətta, Azərbaycan fəhlə və zəhmətkeşləri öz ailələrinə çörək pulu qazanmaq üçün uzaq yerlərə mühacirət etməklərinə baxmayaraq bahalıq ucbatından onlara(ailələrinə) az miqdarda belə pul göndərə bilmirdilər. Firqə liderləri bu sosial və iqtisadi şəraiti hərtərəfli dəyərləndirib və Azərbaycan Demokrat Firqəsinin  yaranması zəruriliyini dərk etdilər. (Cəmil Həsənli, Abbas Cavadi, Turac Ətabəki və başqaları kimi insanlar hələ də 21 Azər həkatının yuxarıda deyilən sosial bazasına inanmayaraq öz qurduqları xəyalları oxuculara sırımaq fikrindədirlər. Onların bəzilərı ad-san, bəzilər pul-sərvət üçün uydurma tarix yazmaqla Azərbaycanın Demokrat Firqəsinin yaramasını İstalin və Bağırovun göstərişi ilə olmasını göstərmək istəyirlər.).

 Firqə o dövrürki tarixi və sosial şəraitdən doğan bir təşkilat idi. İran Tudə Partiyası və Azərbaycan Demokrat Firqəsi təşkilat sturukturu baxımından eyni idilər, yəni hər ikisi aşağıdan yuxarıya qurulurdu. Seçkilər kiçik özəklərdən başlanır əyalət və mərkəzi komitəyə qədər olurdu. Bu quruluş bu günə qədər onların sabitliyinə və davamlılığına səbəb olmuşdur. Yəni o təşkilatların icində bir növ demokratiyaya riayət olunurdu. Lakin onların sinif və sosial mənşələri eyni deyildi. Bu üzdən onlar eyni proqramla çıxış etmirdilər. Tudə partiyası əyalət, şəhristan və fəhlə mərkəzlərində sürətlə  öz özəklərinin yaratdı. Lakin firqə kəndlərdən başlayaraq Azərbaycanın bütün qəsəbələrində özəklərini təşkil qurdu və demək olarkı bütün Azərbaycan kəndlərində kök salaraq xalqın rəğbətini qazandı. Firqə ilə yoxsul kəndlilər və təhqir olmuş kəndli gənclər arasında emosional bir əlaqə yaranmışdı. Bütün yalan böhtan  maneələrə baxmayaraq bu əlaqə davam etdi. Bunun əksi olaraq nüfuzlu insanlar tərəfindən keçmişdə yaradılan və bu gündə yaranmaqda olan partiyalar bir müddət sonra, sosial şəraitin dəyişməsi ilə istifadə, habelə səmərəlik tarixi bitdikdə ömrləri sona yetir. ( O cümlədən, Qəvamın Demokrat Partiyası-, Füruhərin Sumka-... Mərdum Partiyası, İrani-Novin partiyası, şahın Rəstaxiz partiyası, Beheşti və ortaqlarının  İslam Cümhurisi partiyası, Rəfsəncaninin Sazəndəki partiyası, Xatəminin İslahat Cəbhəsi, Xərrazi və başqalarının İranian patiyası...) Çünki bu partiyaların bütün xalq üçün aydın bir sosial bazası yoxdur. Siyasi arenada o partiyalar müəyyən şəxslər yaxud qruplarla meydana çıxır və öz missiyalarını yerinə yetirdikdən sonra tarixə qoşulurlar. Bu səbəbdən İranda partiyaçılıq ənənəsi möhkəm bir əsasda qurulmamışdı.

İran Tudə Partiyası özünü İran Kommunist Partiyasının varisi kimi təqdim edərək o partiyanın yolunu davam etdirəcəyini bildirirdi. O, cəmiyyəti sinifi əsasda  analiz edib və sinif mübarizəyə inandıırırdı. Ona görə də üzvlərini ən çox fəhlə mərkəzlərində,neft əyalətində olan neftçi işçilərdən  seçirdi. Həmçinin ziyalı zümrəsinin içərisinə nüfuz etməyə çalışırdı. Demək olar ki, hər iki vəziyyətdə də müvəffəqiyyətə nail oldu.(Yervand Abrahamian, İran Tudə Partiyasının yaranmasının 80-ci ildönümü münasibətilə deyir: “1320-1332-ci(1941-1953-cü) illər arasında Bozorg Ələvi, Hidayat, Çubak, Nima, Minavi, Şamlu, Xanləri, Golestan, Al-Ahmad, Oprim, Təbəri, Nəfisi, Maleki, Tolli, Bahar, Naderpour, Təvəssüli, Behazin, Daryabəndəri, Dövlətabadi, Nuşin, Nadirpur, Məskub, Əxəvan, Əfqani, Əfraşte, Rahnəma, Keyvan partiyanın üzvləri idilər. Baxmayaraq ki, Kommunist Partiyasınin qurucularının böyük əksəriyyətini Azərbaycan Türkləri təşkil edirdilər, lakin İran Tudə Partiyasının qurucularıın əksəriyyəti İranın Fars və ya Farsmeyilli gənclərindən ibarət olaraq yuxarı sinif və sosial mənşəyə sahib idilər. Onların bəziləri Qərbi Avropada təhsil almış və özlərini marksist hesab edirdilər. Halbuki Azərbaycan Demokrat Partiyasının nüfuzlu qurucularından bəziləri İran Kommunist Partiyasının (Pişevəri, Əli Şəbüstəri, Salamulla Cavid, Cəfər Kavian) fəalları olaraq Rusiyada təhsil alaraq aşağıdan yuxarıya  partiya təşkilatlanmasında geniş məlumata sahib idilər. Lakin həmin qrup başqaları ilə birlikdə Azərbaycan Demokrat Firqəsini Səttar Xan, Şeyx Məhəmməd Xayabani və Azərbaycan xalq hərəkatları yolunun davamçısı hesab edirdilər. Bu üzdən də onlar  “Xiyabanı” təşkil eydiyi Azərbaycan Demokrat Firqəsi adından istifadə etdilər. Pişəvəri 1944-cü ildə "Ajir" qəzetində nəşr etdirdiyi bir sıra məqalələrində yazırdı: “İranda sinfi hərəkat iflasa uğrayır, çünki İran zəhmətkeşlərinin əksəriyyəti  proletar olmadıqları üçün sinif sözündən çəkinməli və milli kimlyə söykənməliyik. Pişəvəri “Mənim Taleyim” adlı məqaləsində yazır: “... dost-düşmənlərin etirafına əsasən 30 il qələm, fikir və praktik  mübarizəm mənə icazə verir ki, Azərbaycanın digər həqiqi fədailəri ilə birlikdə Səttar Xanlar və Xiyabanilər bayrağı altında Tehrana gəlib, Milli Məclisdə İran xalqı üçün işləyim. Orada Azərbaycan və İranın zəhmətkeş kütlələrinin mənafeyini müdafiə edim.”

Həmçinin o, Azərbaycan Demokrat Firqəsinin təqdimatı  üçün belə deyirdi: “...Firqəmiz, sinifindən asılı olmayaraq milli bir firqə olaraq cəmiyyətin bütün zümrələrini bayraq altında toplanmağa çağırır ... Sinifi mübarizəsini düşünmürük, firqəmiz bütün mənada- işimizə və fəaliyyətimizə inanan hər bir kəsin firqəsidir.... Məqsədimiz istibdad və irtica ilə mübarizə etməkdir. Biz başqa bir millətin boyunduruğu altında olmayacağıq. (26 şəhrivər 1324 il tarixli, Azərbaycan, “Güc Birlikdədir” məqaləsi, 5 saylı).

 Digər tərəfdən, iranlılığa, İran kimliyinə və Fars dilinə tək dilli bir dil kimi baxırdılar. , insanları Mehregan və Mazdakian vs. kimi bayramları qeyd etməyə çağırdı və başqa dillərə çox əhəmiyyət vermədi və bəzən onlara qarşı çıxdı, bəziləri millətin birləşməsini və digər dillərin yox edilməsini sürətləndirmək istədi, xüsusilə türk, Azərbaycandan.”

Bu çıxış 12 Şəhrivər müraciətnaməsində və Azərbaycan Milli Hökumətinin 20 maddəlik proqramında öz əksini tapmışdır. Bunun müqabilində bəzi partiya liderləri İranlılığa, İran kimliyinə və birdilliyə, yəni fars dilinə əhəmiyyət verirdilər. Onlar iran xalqlarını “Mehrqan” şənliklərini və “Məzdəkilər” kimi İranlı hərəkatlar keçirməyə çağırırdılar. Başqa dillərə elə də əhəmiyyət vermirdilər. Bəzən də onlara qarşı çıxırdılar. Bəziləri hətta vahid bir millətin formalaşmasını sürətləndirmək və başqa dillərin, xüsusən də türk dilinin Azərbaycandan həzf olmasını istəyirdilər.

Mühacirət dövrü şəraiti dəyişdirmişdi. Əbdülsəməd Kambəxş, İrac İskəndəri, Rza Radməniş, Firidun Kəşavərz və Rza Rusta kimi Azərbaycan Demokrat Firqəsinin yaranmasına qarşı çıxan şəxslər, indi firqə ilə  birləşmək istədilər. Buna zəmin hazırlamaq üçün əvvəlcə Kambəxş, sonra isə Radməniş Bakıya yola duşdulər, bu birliyə qarşı çıxmaq hər iki təşkilatda özünü göstərirdi. Lakin firqə liderlərinin birliyə qarşı çıxması hizbdən daha çox idi. Çünki firqə ilkin mühacirət  böhranlarını geridə qoymuşdu. Firqə daxilində olan ziddiyyət və fikir ayrılıqlarının kəmiyyəti xeyli azalmışdı. Eyni zamanda firqə üzvləri Sovet cəmiyyətində öz yerlərini tapmışdı və təşkilatın maddi vəziyyəti yaxşılaşmaqda idi. Ona görə də firqə liderlərinin bu simvolik və zahiri birliyə ehtiyacları yox idi. Çünki onu lazımsız sayılırdılar. Lakin partiya rəhbərləri birləşməni günün vacib məsələsi hesab edərək öz səylərini artırdılar. Bəzən Sovet rəsmiləri də birliyə nail olmaq üçün müdaxilə edirdilər. Hizbilər hər zaman təkrar edir və deyirdilər ki,  bir ölkədə marksist partiyası Etnik mənsubiyyəti əsasında bölünməməli, yəni qüvvlər parçalanmamalı və bir ölkədə vahid partiya, vahid mərkəz və vahid rəhbərlik olmalıdır. Halbuki firqə rəhbərliyi deyirdi: “firqənin Azərbaycanda sosial bazası dərindir, çünki orada hökumət qurmuş və qısa müddətdə çox vacib və davamlı işlər görmüş, bu üzdən də onun xatirəsini əziz tutmalıyıq.  Bu arada hizb üzvlərinin Sovet İttifaqına gəlişi ilə mühacirlər arasındakı fars və türk dilləri ixtilafları təkcə Azərbaycan Sosialist Respublikasında deyil, digər respublikalarda da qızışaraq pik həddinə çatdı. Bəzi firqə hərbçiləri(firqəyə qoşulmuş hizb zabitləri), yeni şəraitdə iki siyasi təşkilatın birləşməsi ilə gələcəkdə daha yaxşı bir mövqeyə sahib olacaqlarına inanaraq bu birliyə meyl göstərirdilər. Bu istiqamətdə İran Tudə Partiyasının rəhbərliyinin göstərişi əsasında İrəc İskəndəri Sovet İttifaqının Kommunist Partiyası və Sovet bölgələrindəki müxtəlif partiya üzvlərinin rəhbərləri ilə yazışmalarını davam etdirdi. Baxmayaraq ki, birləşmək üçün hər gün Moskvadan təzyiqlər artmaqda idi, ancaq Azərbaycan Kommunist Partiyasında daha yaxşı mövqeyə sahib olan "Heydər Əliyev" başda olmaqla Azərbaycan hakimiyyəti firqəni dəstəkləyirdi.

Firqə rəhbərliyi gündən-günə artan təzyiqlər qarşısında birlik üçün başqa bir təklif irəli sürərək İran Tudə Partiyasına bir məktub yazdı. O məktubda deyilirdi: “İran Tudə Partiyası, Azərbaycan Demokrat Firqəsi, Kürdüstan Demokrat Partiyası arasında vahid bir cəbhə təşkil edilsin və beləliklə şah rejiminə qarşı mübarizədə bir mərkəzdən koordinasiya olunsun.” Ancaq İran Tudə partiyası rəhbərliyi tam birlik məsələsini irəli sürərməklə, o təşkilatların hər ikisinin də fəhlə partiyası olduqlarını iddia etdi. Bu səbəbdən də çox millətli bir ölkədə millətlərin milli xüsusiyyətlərinə görə fəhlə sinifi təşkilatının bölünməzliyini isbat etməyə çalışdı. Vahid işçi partiyası yenidən dirçəldilməli və Azərbaycan Demokrat Firqəsi  İran Tudə Partiyasının təşkilatına inteqrasiya olaraq, ona qoşulmalıdır. (Əmirəli Ləhrudi, Xatirələr və Mülahizələr, s. 121).

Bu baxış Azərbaycan Demokrat Firqəsinin məqsəd və nizamnaməsinə zidd idi. Çünki firqə Azərbaycan ictimaiyyətini sinif  əsasında dəyərləndirmirdi və onun sinfi hərəkatından  daha çox kəndli hərəkatına yaxın olduğunu görürdü. Ancaq Sovet İttifaqında firqəçilər uzun müddət yaşadıqları üçün onlar arasında solçuluğa və sinif mübarizəsinə rəğbət artmaqda idi.

Bir tərəfdən İran Tudə Partiyası, digər tərəfdən Sovet İttifaqı və Dünya Kommunist Hərəkatı partiyaları rəsmiləri birləşmə üçün öz təzyiq və səylərini artırırdılar. Bu təzyiqlər firqə üçün heç bir qaçış yolu qoymadı və bu prosses firqənin sonu olduğuna şahidlik edən firqə müxaliflərini sevindirirdi. Artıq neçə nəfərlik əlaqələr və ardıcıl yazışmaların yerini iki təşkilatın rəhbərlərinin görüşmələri tutdu. Bu istiqamətdə 1957-ci ilin sentyabr ayında hər iki tərəfin nümayəndə heyəti ilk dəfə görüşdü. Bu görüşdə hər iki tərəfin nümayəndə heyəti İrandakı imperializm və daxili irticaçılarla mübarizə aparmaq üçün vahid bir gücə ehtiyac olduğunu qəbul etdi.( Qulam Yəhya. Xatirələr. s 176)

Əlbətdə, hizbin bəzi üzvləri Azərbaycan Demokrat Firqəsini  ləğv etmək və o təşkilatı dağıtmaq istəyirdilər. Bəlkə də, doktor Firidun Kəşavərzin Tehrandakı çıxğşında bu istək  hələ də gizli qalır. Hər-halda, zərurət baxımdan müəyyən tarixi dövrlərdə rejimin zülmünə qarşı mübarizədə İran Tudə Partiyası, Azərbaycan Demokrat Firqəsi və Kürdüstan Demokrat Partiyasının müştərək fəaliyyəti üçün strateji bir sənədin yazılması onlar arasında həqiqi bir birliyin yaranmasına səbəb ola bilərdi. Ancaq bəzi partiya liderlərinin Dördüncü Geniş Plenumun təşkili etməkdən son hədəfi, firqəni ləğv etdirərək onu partiyaya birləşdirmək istəyi idi.

Ardı Var

 

Go Back

Comment