Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Yoldaş Səyyad Dasının vəfatı münasibəti ilə ADF-MK-nin Başsağlığı

Yoldaş Səyyad Dasının vəfatı

 münasibəti ilə ADF-MK-nin Başsağlığı

2019-cu il noyabrın 30-da Səyyad Dası yoldaşın ölüm xəbəri bizi də dərindən sarsıtdı, bu münasibətlə mərhumun ailə züvlərinə dərin hüznlə başsağlığı verərək özümüzü bu qəm-kədərdə şərik sayırıq.

Yoldaş Səyyad Dasi Ağami oğlu 1933-cü ildə Azərbaycanın səfalı guşələrindən biri olan Lənkəran şəhərində dünyaya göz açmışdır. Lakin hadisələrin gedişatı çox tez 6 nəfərlik ailənin Lənkəranı tərk edərək Bakıya köçmələrini zəruri etmişdır.

İqtisadi baxımdan Bakıda özünü təmin etməyə yenicə imkan tapan Ağami ailəsi 1938-ci ildə öz isti ocağını tərk edərək İrana mühacirət etməyə məcbur edildi. Bu dəfə baba yurdu olan Nəmin şəhərinin Piləçay mahalı Ağaminin ailəsinin məskən saldığı məkana çevrildi.

Təbii ki, Rza şah diktaturasının ölkədə yaratdığı ağır iqtisadi və siyasi şərait Ağamini də qurtuluş uğrunda mübarizə aparan azadlıqsevərlərin sıralarına qoşurur. Ağami cərgələrinə qoşulduğu gizli təşkilata Ərdəbil Şəhər komitəsi rəhbərlik edirdi. Bu səbəbdən həmin dövrdə fəaliyyətə başlayan Cavanlar Təşkilatının fəal üzvlərindən biri də Səyyad yoldaş olur. Səkiz il baba yurdunda yaşaya və mübarizəyə qoşulan Səyyadın arzusu həqiqətə çevrilərək S,C,Pişəvərinin rəhbərliyi ilə Azərbaycanda milli hökümət quruldu və bir il yaşadı. Lakin təəssüflər olsun xain İran mərkəzi dövlət və onun himayədarları vasitəsi ilə 1946-ci il Azər ayının 21-də Azərbaycan Milli Hökuməti məğlub oldu. Bu hökümətin süqutundan sonra. Səyyad Dasi yoldaş  ailəsi ilə baba yurdunu tərk etməyə məcbur oldu. Bu ailə Sərhəddi keçərək o dövrürkü Sovet Azərbaycanın Şəki şəhərində sakin oldu.

Şəkidə fəaliyyətə başlayan Azərbaycan Demokrat Firqəsinin nəzdində təşkil edilən cavanlar təşkilatına başçılıq etmək Səyyat yoldaşa  etibar edilərək, rəhbərliyi ona tapşırıldı.

1962-ci ildə Azərbaycan Politexnik İnstitutunun sənaye, maşın və aparatları üzrə fakültəsini bitirərək mühəndislik peşəsinə yiyələndi. Uzun illər Yüngül Sənaye Nazirliyinin müxtəlif fabriklərində çalışdı. Sex rəisi vəzifəsinə qədər yüksəldi. İşlədiyi müddətdə sənayenin müxtəlif sahələrində yeni ixtiralar və istehsalın xeyrinə şoxlu səmərələşdirici təkliflər irəli sürdü. Bu ixtiralarına görə dəfələrlə nazirliyin fəxri fərmanları ilə təltif edildi. Nəhayət, o, istehsalatdan bir Əmək Veteranı kimi ayrıldı.

Yoldaş Səyyad Dasi əmək fəaliyyətindən əlavə həmişə bir siyasətçi vəmübariz bir şəxsiyyət olaraq, Adf və iranlı Siyasi Mühacirlər Cəmiyyətinin rıhbır orqanlarında yorulmadan çalışmış.

Yoldaş Səyyat Dasi gözəl təşkilatçı olmuş, onun olduğu yerdə mütləq Azərbaycanımızın necə azad olması daima mübahisə predmeti olmuş.

O, otaylı-bu taylı Azərbaycanın çiçəklənməsini arzusu ilə gördüklərini, eşitdiklərini və bildiklərini qələmə alaraq, üç cildə qalın həcmli xatirə memoarını xalqımız üçün özündən əbədi yadikar qoymuş.

Yoldaş Səyyad Dasi ömrün son anına qədər vətəninin azadlığı üçün sarsılmadan mübarizəsini davam etdirmiş. Lakin təbiətin qanunudur, hər bir insan həyata gəlir, çalışır və bir gün də həyatı sona yetir. Səyyad yoldaş da istisnasız bu qanuna tabe idi və bu üzdən də 2019-cüu il nöyabrın 30-da həyata göz ümaraq bu dunyadan köçdü. Ru hu şad olsun.

Azərbaycan Demokrat Firqəsi bir daha Səyyad Yoldaşın dünyadan köçməsi münasibəti ilə bütün firqə üzvlərinə, xüsusi ilə mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi

01 noyabr 2019

Go Back

Comment