Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Milli hökumətin quruluşu haqda

23/05/2015

S,C,Pişəvərinin çıxışından bir parça

Əgər qəhrəman məşrutəçilərimiz bu məsələyə diqqət edərək,yanlışlığa yol verməsəydilər, çox güman ki, indi Azərbaycan və İran dünyanın ən qabaqcıl, azad, demokratik ölkələrindən biri ola bilərdi. Nəticədə bugünkü bədbəxtlikdən, fəlakətdən, habelə aclıqdan əsər-əlamət qalmazdı.

Bizim ən mühüm istək və arzularımızdan biri, xalqın kütləvi savadlanmasıdır. Savadlı və sağlam bir xalq zülmün qarşısında baş əyməz. Gənclərimizi gərək bu əhval-ruhiyyə ilə tərbiyə edək. Şərəf və heysiyyat sahibi olmaq istəyirsənsə, xalqa xidmət etməlisən. Hər kəs bunu bilməli və bu şərəfli işin məzəsini dadmalıdır. Biz tarix barədə çox danışa bilərik. Keçmişimizlə fəxr edə bilərik, çünki tariximiz qəhrəmanlıq salnaməsidir. Ancaq bu kifayət etməz. Şərəf və heysiyyatı öz əlimizlə qazanmalıyıq. Sədi Şirazinın bu hikmətli sözü bizim üçün ibrət dərsi olmalıdır:

“Atadan miras istəyirsənsə, elm öyrənməlisən,

Çünki ata mirasını on gündə xərcləyib qurtaracaqsan.”

Biz təkcə atalarımızın zəhmətlə çalışıb qazandıqları sərmayəni xərcləməməliyik.Ona görə ki, bir gün o da qurtara bilər. Bunun əvəzinə onların şərəflə çalışdıqlarından özümüz üçün nəticə çıxarmalı və onların yollarını davam etdirməliyik. Onlar kimi biz də fəxarət və şərəfə nail olmalıyıq....

Go Back

Comments for this post have been disabled.