Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

İran Tude Partıyasının Məktubu

Yoldaş Firudin İbrahiminin Qəhrəmancasına şəhid olmasının 70-ci il dönümü mönasibəti ilə Bakıda toplaşan yoldaşlar, dostlar və İbrahimilər ayiləsindən qalanlara, İran Tude Partiyasının həmrəylik Məktubu

1947-ci il, May ayın 22-si, səhər saat 4-də, Təbrizdə, Gülüstan Bağın qabağında, 28 yaşli Mərd, Azərbaycan Qərəmanlar sulaləsindən, İran xalqları zəhmətkeşləri sevgis ilə dolu olan ürəklə, möhkəm addımlarla dar ağacı tərəfinə gedir.

O, Firudin İbrahimi, Qəni oğlu, Qəhrəman Tudəçi, Azərbaycan xalqın igid oğlu, Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisin nümayəndəsi, Azərbaycan Müxtar və Milli Hökümətin Baş Prokorurudur ki, atası yoldaş Qəni İbrahiminin yolunu davam edir.

Firudinin atası 1918-ci ildə Astarada Ədalət partiyasının təşkilatçılarından və həmçinin 1920-ci ildə İran Komonist partiyası Astara şöbəsinin təsisçisi olub. Qəni İbrahimi sonralar, Rıza xanin mözdurlari vasitəsi ilə tutulub və neçe il zindan zülmünü dözəndən sonra Nəhavənd şəhərinə sürgün olunub. 1941-ci ildə, Rıza xan diktatorluğu dağılıb və İran Tude Partiyası yaranan dan sonra, Qəni İbrahimi yənədə Tude Partiyası Nəhavənd şəhər təşkilatinin təşkil edənlərindəndir. Elə həmin devrandadır ki, yoldaş Qəni İbrahimi Azərbaycan Demokrat Firqəsi və Milli Hökümətin yaranmasına uzağdan şahid olur, və Azərbaycan inqilabı hadisələrində, oğlu Firudinin çox təsirli iştirakini rəsəd edir. O, ikinci oğlu Ənuşirvanı da böyük oğluna köməkçi kimi Təbrizə göndərir və bir ildən sonra Firudinin qəhrəmanca şəhid olmasından xəbər alır.

Yoldaş Qəni İbrahimi 1949-ci ildə sonuncu dəfə tutulur və Şahənşah polisinin işkəncə nəticəsində şəhid olur.

Firudin İbrahimi də 1941-ci il, tələbəlik vaxtı, Tehranda, İran Tude Partiyasının sıralarına qoşulur. Tələbə hərəkatında fə`al iştirak etmək, Partiya və fəhlə həmkarlar  ittifaqı qəzetlərində və başqa mütərəqqi mətbuatda siyasi və aidınlığ gətirən məqalələr yazmağ, Seyd Cəfər Pişəvəriyə qoşulmağ, hamisi və hamisi onun üçün hazırlığ kursu kimi dir ki, O İran inqilabi hadisələrində ən böyüklərindən sayılanların birisində iştirak etsin - yani Azərbaycan xalqın milli huquqları uğrunda mubarize etmək və elə mütərəqi cəmiyyət yaratmağ ki, mürtəce feodallar və Pəhləvi sulaləsinin fasid rejimindən xilas olmasında İranın başqa xalqlarına bir örnək kimi olsun.

Firudin İbrahimi öz səmərəli qissa ömrünün sonuna dək, seçdiyi müqəddəs yolunu davam etdi. yəni Azərbaycan xalqının fəhlələri, əkinçiləri və zəhmətkeşləri və həmçinin digər İran xalqlarının xilası üzrə mubarizə yolu.

Şah qoşunu Təbrizə hucum gətirəndə, Firudin silahlı muqavimətdən sonra tutuldu, işkəncələrə məruz qaldı, amma mənfur Pəhləvi rejimin məhkəməsində də, şucaətlə özünün və Azərbaycan xalqının mubarizə yolundan müdafiə edib və qətiyətlə bu yolun aydın gələcəyindən dedi:

"...gələcək zəhmət təri tokən, işin çoxluğundan əlləri qabar bağlanmiş insanların dir... gün gələcək dir ki, bütün İran xalqlarını öz hüqüqlarından məhrum edənlər, onların mədəniyət və milli qururlarını tapdaliyanlar, zəhmətkeş insanları istismar edənlər xalq qarşısında törətdikləri xəyanət və cinayət əməllərinə görə cavab verməyə məcbur olacağlar...".

Firudin getdi, və onun parlağ ulduzu İran xalqlarının başqa Qəhrəmanlar ulduzları ilə birlikdə xalqların mubarizə yoluna işiğ səpirlər. Elə həman yol ki onun kiçik qardaşı Ənuşirvan da getdi, və gələcəkdə gələnlərə yazdı:

"Yoldaşlar, biz getdik. Siz bizim yolumuzu davam edin! "

- Əbədi olsun onları Xatirlamağ, və  Çoxsaylı olsunlar onların yollarına gedənlər..!

Go Back

Comments for this post have been disabled.