Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Həbsxanada Firidun İbrahimi Amerika Müxbirinə xitabən:

Həbsxanada Firidun İbrahimi Amerika Müxbirinə xitabən

Azərbaycan Demökrat Firqəsi məhv olmayıb və olası deyil.

Firidun İbrahimi həyatının son anlarında yenə də mübarizəsini davam etdirmək əzmində idi. O, mübarizə meydanında özünü məğlub deyil, qalib görürdü. O, həyatının sonuna qədər mübarizəsini davam etdirməyə israrlı idi. Bu üzdən ölüm ayağında da özündən misilsiz cəsarət göstərməklə tərəfdarları onun bu iradəsinə fəxr edib və düşmənləri isə alçalıb, ümidsizliyə qapanmalarını istıyirdi. Özünü yaraşıqlı geyimdə gördükdə dodaqlarına gülüş onaraq, öz- özünə dedi: “ Həyatımın son anlarda bu da mübarizəmin formalarından biri olacaqdır.”

Firidun öz soyuq və qaranlıq kamerasında  fikrə qərq olmuşdu. Həyatında gördüyü  işlər kino pərdəsi kimi göüzü önündən keçirək müxtəlif mənzərələri zehnində canlandırırdı. Uzaq qəsəbədə əhalinin arasında oturub dərdləşən  qoca və ixtiyar bir kişinin dedikləri haqda düşünürdü. O, düşünürdü ki, qoca kişi Firidunun dərdlərə çarə etməsini bildikdə dərindən ah çəkərəki süfrə kimi ürəyindəkiləri açıb ortaya qoydu. İndi o gönlərı xatırlayırdı.  İxtiyar kişinin qəhərdən böğazı tutulan halda söylədikləri qəm notları tək qulaqlarında cıngildəyirdi:

 Qəsəbə əhalisinin hamısı məni tanıyır və bilir ki, mən nəçiyəm. Kim idim və kim olmuşam(hardan-hara gəlmişəm). Həyat yolaşım acından öldü. Mən qızımla tək qaldım. Ömrümü onun böyüməsinə sərf etdim. O, böyüyüb gözəl bir qız oldu. Amma qəsəbədə gözəllik qızların bəlasıdır.

Firidun xatırlayırdı ki, qoca kişi ah çəkərək qəhərdən böğazı sıxılmış halda sözünə dəvam etdi: “ Xan zorla qızıma təcavüz etdi. Gül kimi onu kökündən yoldu. Qızım tez bir zamanda solaraq xəstələnib, öldü. Gecə-gündüz gözyaşı tökdüb, nalə etdim. Amma heç bir faydası olmadı, kimsə harayıma çatmadı. Hələ də qızımın intaqamını almaq ümidilə yanıb-yaxılıram.

Yenə də Firidun xatırlayırdı ki,  ixtiyar kişi kədər və ümid dolu baxışla sözünə dəvam edərək dedi: “Oğlum indi ki, xalqın prokroru olubsan, barı sən dadıma yetiş!”

Ah çəkərək sözünə davam etdi: “ Ax cavanlıq hardasan?!” Əgər gənc olsaydım, bir qəm-qüssəm olmazdı. Özüm o, haram tikə yemiş şərəfsizdən əzizimin intiqamını alardım!”

O gün Firidun qoca kişiyə ürək-dirək vermək üçün demişdi: “ Ata qəm yemə, Ətrafımızda  halqa vuran  bu gənclər sənin yerinə intiqamını alacaqlar. Sənin bacarmadığın işi onlar bütün kin və nifrətlərilə  yerinə yetirəcəklər...!”

Firidunun gözü qarşısında başqa bir xatırə və səhnə canlanaraq yerini digər bir səhnəyə verirdi. Zindan güşəsində o səhnələrin hamısında oynadığı rolunu xatırlayırlayarkən ruhu sakitləşirdi....

Öz-özünə düşünürdü: “İndi o ixtiyar kişi neyləyir? Qoca kişilər və qadınlar neyləyirlər? Övladlarının yasını tutan ata və analar neyləyirlər? Yenə də yurdumuzu qarət və talan etdilər. Yenə də xalqımızı qan dəryasında boğdular. Yenə də xalqımızin əldə etdiyi nailiyyətləri aradan apardılar. Görəsən, o gün qoca kişinin dövrəsinə halqa vuran gənclər diridirlərmi? Onlar xan və bəylərdən ixtiyar kişinin intiqamını aldılarmı?...”

Firidun öz düşüncəsində qərq olduğu an kamerasına yaxınlaşan bir ayaq səsi diqqətini cəlb etdi. Öz-özünə söruşdu: “Kamerama addım-addım yaxnlaşan bu səs  ölüm ifritəsinin ayaq səsidirmi?”

Səs kameranın arxasında kəsildi. Açar qıfıl içində fırlanaraq qapı açıldı.

Gözətçi idi. O, uca boy, kök, sarışın xaricini müşaiət edən bir tərcüməçi ilə birlikdə gəlmişdilər.

Firidun yenə öz-özünə soruşdu: “ Bu yabançı kişinin burada nə işi var? Onu Beynəlxalq Aypara Cəmiyyəti göndəribmi? Yaxud Parisdə tanış olub görüşdüyüm şəxslərdindirmi?...”

Yabançı şəxs təmiz geyimdə, dodaqlarında təbəssüm, əlində isə kağız və bir karandaş görünürdü.

Əlini Firiduna üzatdı:

Mən amerikalı bir müxbirəm. Sizi görməyimə çox şadam. Keyfiniz necədir? Sizə necə qulluq edirlər?”

Müxbir düşündü ki, Firidun onun sözlərini başa düşməyib, ona görə də tərcüməçiyə üz tutaraq sözlərini ona çevirməsini istədi. Firidun ingiliscə dedi:

  • Tərcüməçiyə ehtiyac oxdur. Sözüzü söyləyin. Məndən nə istəyirsiniz?

Müxbir Heyrətlənərək dedi:

  • Bəs Siz ingiliscə də danışırsınız! Qəribə bir diplomat nəzərə gəlirsiniz! Yüksək istedada sahibsiniz! Labüd bilirsiniz ki, çoxları istedadlarını pula satırlar?!

Firidun gülərək dedi:

  • Cənab Siz deyəsən yanlışlığla məni başqasıla  dəyişik salıbsınız. Birinci baxışda Sizin kim və nə məsləkdə olduğunuzu  zənn dib və nə məqsədlə gəldiyinizi başa düşdüm.

Müxbir dedi:

  • Yanlış düşünməyin. Mənim pis bir niyyətim yoxdur. Həmçinin məni cənab xitab etməyiniz də lazım deyil. Elə ağa xitab etməyiniz kifayətdir. Qəzetlərdə çap etdirdiyiniz məqalələrinizin hamısını oxumuşam. Sizin müdafiənizdən də xəbərim vardır. Mənim peşəm Sizin kimi şəxsiyyətlərlə görüşb müsahibə aparmağımı tələb edir.  Bu səbəbdən buradayam.

Firidun:

  • Mən də müxbirliklə biganə deyiləm, onun nə olduğunu bilirəm. Əsil və vicdanlı bir müxbir apardığı müsahibələrini bir kəlmə də azaldıb və təhrif etmədən çap edər.

Müxbir:

  • Elədir.

Firidun:

  • Bəs nə üçün özünüzə əziyyət verib mənimlə müsahibə aparmağa görə uzun məsafəni qət edərək Amerikadan buraya qədər gəlibsiniz?

Müxbir:

  • Dedim ki, mən mübirəm.

Firidun:

  • Bəs sualınızı verin. Yalnız Sizdən bircə xahişim budur ki, söylədiklərimi bir kələmə azaltmadan nəşr edin.

Müxbir:

  • Əlbəttə

Müxbir soruşderdi:

  • Azərbaycan Demokrat Firqəsinin məhv olması doğrudurmu?

Firidun qətiyyətlə cavab verdi:

  • Əgər Siz divarla söhbət etmirsinizsə və söhbət üçün bu bağlı kameraya gətirilibsinizsə, bəs demək olar ki, firqə təşkilatı dağılmayıbdır. O, söylədiyin söz gözlərini həqiqətə bağlayan və firqənin məhv olmasını arzu edən adamların sözüdür.  Amma Siz əmin olun ki, demokrat firqəsi məhv olmayıb və olası deyil.

Müxbir:

  • Bəs söyləyin, bu firqə harada hakimiyyət edir?

Firidun:

  • Xalqın ürəyində!
  • Amma mən xalqdan bir səs eşitmirəm?
  • Əgər eşidən qulağınız olsaydı, mütləq bu səsləri eşidərdiniz!

Firidun acı bir gülüşlə sözünə əlvə etdi:

  • Görünür  Siz xan və feodalların səsini yaxşı eşidirsiniz, Amma xalqımızın ürək səsini eşitməkdə çətinlik çəkirsiniz!

Müxbir:

  • Sən hələ gəncsən, niyə....

Firidun müxbirin səsini kəsib dedi”

  • Yaxşı olar ki, bu müsahibni davam etdirməyək.
  • Əgər Siz bizim tarix və əsatirlərimizdən xəbəriniz olsaydı,  bizim həmişə “Qaraqaşqa”(1) adlı eşidilən at, “Qopuz”(2) səsi və bir “Dədəqurqud” adlı müdrik şəxsiyyətimizin olduğunu bilasəydiniz daha bu qədər uzun məsafəni gəlmək üçün özünüzə zəhmət verməzdiniz!

Müxbir:

  • “Qaraqaşqa”? “Dədəqurqut? Bunlar nədir?

Firidun güldü:

  • Qurqud müdrik ulu babamız, Qaraqaşqa isə Azərbaycanın sarsılmaz və qəhrəman övladı Babəkin atının adıdır.

Mən Sizin yerinizə olsaydım, bundan belə hər bir Azərbaycan mübarizi ilə müsahibə aparanda doğru nəticəyə çatmaq üçün öncədən onların tarix və əsatirlərini oxumalı idim!

Müxbir məyusluqla Firidunun sözlərinə qulaq asırdı. Lakin məqsədinə nail olmaq üçün Firidundan istədiyi sözü eşidə bilmədi. Firidun nəinki ölümdən və edam hökmündən qorxmurdu, bəlkə getdiyi yolu inamla davam etdirmək əzmində idi. Ölüm hökmündən şikayətlənmirdi. O, elə gələcəkdən söz açırdı, sanki həmin anda o günləri görürdü.

 

  1. Babəkin atı nəzərdə tutulur. Nağıllarda deyilir ki, hər zaman Azərbaycanda zülm tüğyan edərsə, o, Savalanın gözyaşı ilə yaranmış göldən çıxıb və kişnəyərək suvari tələb edir!
  2. Azərbaycanın qədim müsiqi alətidir. Aşıqlardan öncə ozanlar ondan istifadə edirmişlər.

Go Back

Comment