Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Bir may bayramı, İran fəhlə və zəhmətkeşlərinin şüarları

27/05/2015

Bu yazı 70 il əvvəl bir May bayramı ilə bağlı S.C.Pişəvərinin Ajir qəzetində nəşr olunmuş yazısıdır.

Bu gün bir may günüdür. Dünyanın harasında ki, təşkilatlanmış bir zəhmətkeş və fəhlə varsa, harada ki, fəhlə özünü sinifi şəxsiyyət kimi tanıyıbsa, işini buraxaraq bu günü bayram edir. O, bu gündə birlik və həmrəylik nümayiş etdirir.

Bir may bayramı şənlik və əyləncə üçün deyil, bu gün əylənmək üçün bayram edilmir.

Bu gün bir mübarəzə bayramıdır. Bu gün elə bir bayramdır ki, fəhlə sinifi bu vasitə ilə öz gücünü və qüdrətini sınayır. O, öz şüarlarını bütün zəhmətkeşlərə çatdırmaq istəyir və onların hər birisini mübarizəyə səsləyir. Bu cəhətdən bir may ümüm zəhmətkeşlərin siyasi manevr günüdür.

75 ildən artıqdır ki, dünya zəhmətkeşləri tərəfindən hər il bu bayram qeyd edilir. Çeşidli şəraitlərdən asılı olmayaraq dünyanın qabaqcıl və demokratik ölkələrində bu gün bayram edilir. Hətta, bir çox ölkələrdə həmin gündə münaqişə nəticəsində müxtəlif növ hadisələr baş verir, o cümlədən həbsə salınanlar, sürgünə göndərilənlər və canını fəda edənlər də çox olur.

25 ildir ki, İran zəhmətkeşləri də bu böyük və dünyəvi bayramı qeyd edirlər. 1299-cu h,ş(günəş) ilində bu gün ilə bağlı Tehranda əzəmətli nümayiş keçirildi. Fəhlələr Sipəhsalar məscidində çox ciddi çıxışlar təşkil edərək, öz istək və arzuları olan “səkkiz saat iş vaxtı” və məşrutə anayasasının(konstitusiya) qorunmasını əsas tələb kimi irəli sürdülər. Bu tarixdən başlayaraq hər il hətta, Pəhləvi rejimi dövrünün qaranlıq və qorxulu günlərində belə İran zəhmətkeşləri tərəfindən bu gün bayram kimi qeyd olunurdu. Muxtarı polisi(zidanın rəisi- Y-N) bu günü xüsusi gün kimi öz təqvim dəftərində qeyd etmişdi. O, bilirdi ki, bu gün siyasi ov günüdür. O, təcrübə əsasında anlamışdı ki, nəyin bahasına olursa-olsun fəhlələr bir may gününü qeyd etməklə yanaşı, həm də nümayiş və küçə yürüşləri təşkil edəcəklər. Beləliklə də bu nümayiş bir qrup insanı tələyə salmaq üçün polisə imkan yaradacaq.

Əgər siyasi idarəyə(polisə) müraciət edilərsə, tutulanların əksəriyyətinin həmin günə və ya bir neçə gün ondan sonraya təsadüf edildiyi məlum olacaq..

Bütün təzyiq və şkəncələrə baxmayaraq, zəhmətkeş və azadlıqsevərlər insanlar tərəfindən bir may bayramı Qəsri-Qacar həbsxanasında da qeyd olunurdu. Onlar həmin gün zindan məmurları qarşısında öz tələblərini irəli sürürdülər.

Dünya zəhmətkeşləri üçün bu günü bayram etməyə çoxlu bəhanələr mövcuddur. Dünya zəhmətkeşləri faşizm əleyhinə mübarizədə qalib gəlmişlər. İtaliya zəhmətkeşləri azadlıq düşməni olan Mussolinini edam etməklə azadlığa doğru ilk addımı atmışlar. Beləliklə də onlar zindanlarda qaniçən faşizimin quldurlarının şkəncəsi altında olan minlərlə mübariz fəhlə və fədakar sosialistlərin intiqamını almışlar. Bu gün İtaliyanın mərkəzində əzəmətli Sovet dövlətinin bayrağı dalğalanır. Bu qırmızı bayrağın üzərində fəhlə-kənli birliyinin rəmzi olan oraq və çəkic əlamətləri zəhmətkeşlərin hüquqlarını tapdalayan azadlıq düşmənlərinin gözlərini qamaşdırır.

Keçən il İngiltərə və Sovetdən başqa bütün Avropa ölkələri faşizm bayrağı altına keçdi. O ölkələrin fəhlələri qaranlıqda, yer altında, zavodlarda işləyərkən yenə də bu günü bayram olaraq qeyd edirdilər. Bu gün artıq bu ölkələr tamamı ilə faşizm zülmündən azad olmuşlar. Avropanın hər yerində fəhlə sinifin gücü çoxalmış, inkişaf etmiş, birliyi möhkəmlənmiş və bütün zəhmətkeş sinifləri öz bayrağı altına almışdır.

Həqiqətən bu il bir may bayramı ardıçıl və müxtəlif qələbə şənlikləri ilə qarışaraq, dünya zəhmətkeşlərin hisslərini riqqətə gətirmiş və coşdurmuşdur.

Dünya fəhlələrinin şüarları sülhü bərqərar etmək, faşizmin bütün izlərinin silmək, diktatorluğa və zülmə son qoymaqdan ibarətdir.

Biz İran zəhmətkeşləri də sevinirik ki, azadlıq bəxş edən dünya fəhlə sinfilə əməkdaşlıq edərək, həmişə olduğu kimi bu dünyəvi böyük bayramda həmrəylik göstərməklə, onların ağır mübarizəsinə qatılırıq.

Yuxarıda qeyd etdiyimiz kimi may bayramı başqa şənliklərlərə fərqənir. Bu gün mübarizə günüdür. Sınaq və siyası manevr günüdür. Birlik və həmrəyliyin təməli qoyulan gündür. Bu gün hakim və zülmkar tsinifə “Ayağını fəhlə ayaqqapısından çıxartmalısan! Onun qarşısında baş əyməlisən! Onların tələblərini yerinə yetirməlisən!” - deyilən gündür.

Bu bayramda bizim şüarlarımız açıq və aydındır.

1- Biz zülmün, ədalətsizliyin kökünü kəsmək istəyirik!

2- Konstitusiya və azadlıq prinsipləri təmin olmalıdır. Demkratiya rejimi- qələm azadlığı- dil azadlığı- cəmiyyət azadlığı- vicdan azadlığı- əqidə və məslək azadlığı şüarları tamamı ilə bərpa olunmalıdır!

3- Diktator dövrünün yaramaz(mənhus) qanunları, xüsusilə milli şura məclislərində konstitusiya əleyhinə çıxarılan qanunlar ləğv olunmalıdır! Davər və Muxtarının qara qanun(Aldadıcı təhlükəziliyi qorumaq və həqiqətdə azadlığı boğmaq üçün çıxarılan qanun) tezliklə ləğv olunmalıdır.

Doğurdan da, demokratiya və azadlıq iddiasında olan ölkə üçün 1310(1931) ildə çıxarılan qara qanun hələ də ləğv olunmaması biabırçılıqdır.

Bu gün bütün dünyada ən radikal sol partıyaları dövlət koalisiyasında iştirak edirlər. Amma bizim ölkədə Muxtarı qanunu partiya və cəmiyyətlərin olmasını cinayət sayaraq, guya ki, ölkənin əmniyyətinə təhlükə olduğunu deyərək, siyasi fəaliyyətlə məşğul olanları edam və ömürlük həbs etməklə qorxudur.

Biz bütün dünyaya elan edirik ki, ölkəmizdə azadlıq və demokratiyadan əsər-əlamət yoxdur. Əgər bizim hakimlərimizin əllərinə kiçik bir fürsət düşərsə, bütün azadlıqsevər insanları məhv edərlər. İctimaiyyətdə azadlıq üçün mübarizə edən yalnız fəhlə və zəhmətkeş sinifidir. Lakin hakim sinif, xüsusilə sahibkarlar azadlığı tapdalamaq və zəhmətkeşlər təşkilatlarını dağıtmaq üçün qanlı cinayətlər törədmişlər. Fəhlənin şüarı işsizliyə son qoymaq və fəhlələri sğorta etməkdir. Bizim şüarımız maaşın azaltmasına və iş saatının artırırmasına qarşı ciddi mabarizə aparmaq olacaq. Bir daha təkrar edirik- ancaq və ancaq birlik və həmrəylik nəticəsində bunları əldə etmək olar. Deməli, bu il bir may bayramının əsas hədəfi birlik və həmrəyliyə nail olmaqdır. Quldur dəstələrini fəhlə təşkilatlarından uzaqlaşdırmaq lazımdır. Təcili surətdə ikiüzlü, fitnəkar ünsürlər fəhlə təşkilatlarından çıxarılmalıdır. Qələbə azadlıq cəbhəsilədir. Dünyanın bütün azadlıqsevər insanlarının söykənəsi yer zəhmətkeşlər sinifidir.

Yaşasın dünya fəhlələrinin birliyi!

S.C.Pişəvəri- Ajir qəzeti. 11 ordibeheş 1324( 1. May. 1945)

Go Back

Comments for this post have been disabled.