Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi Sədrinin Bildirişi

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi Sədrinin Bildirişi

Hörmətli həmvətənlər !

Azərbaycanlı  Bacılar  və  Qardaşlar !

Azərbaycan Demokrat Firqəsinin  Üzvləri  və  Tərəfdarları !

  Bir ikki gün bundan əvvəl xəbərim oldu ki Rəhim Hüseynzadə, Siyasi Bironun üzvü, təşkilati prinsiplər və nizamnaməni kobudcasına pozaraq, mənim xəstəliyimi bəhanə edib və Siyasi Bironun xəbəri olmadan, 6 İyul 2019 tarixində, özbaşına neçə nəfəri bir yerə yığıb və yalandan bu yığıncağa “Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi Plenumu” adı verib. O, həmin yığıncağdan sonra, öz həyasız bəyanatında, Firqənin Sədrini vəzifədən kənarlaşdırıb, Siyasi Biro və Mərkəzi Komitəni ləğv edib, və ancaq özbaşına özünü Firqənin təkbaşina icraçı rəhbər adlandırıb.

  Burada elan edirəm ki :
1- Rəhim Hüseynzadə bağışlana bilməz kobud səhvə yol verib. O Firqə      sıralarnda nifaq salmaq və Firqəni məhv etmək yoluna başlayıb.

  Mən bu işləri tamamilə pisləyib və rəd edirəm.

2- Rəhim Hüseynzadə tərəfindən qurulan saxta plenumda Siyasi Biro və Mərkəzi   Komitəsinin çoxluğunu təşkil edən üzvlər olmayıblar. Bu yığıncağda iştirak edənlərin böyük əksəriyəti ya Firqənin sadə üzvləri olub, ya da heç vaxt Firqəyə üzv olmayanlar olub(!), ya 10 ildən artıq Firqənin həyatında iştirakları olmayanlar olublar.

  Beləliklə, bu yığıncağ nəinki Mərkəzi Komitənin Plenumu kimi sayıla bilməz, hətta qeyri rəsmi də olsa, onu heç Mərkəzi Komitə üzvlərinin sadəcə bir yerdə toplanması da adlandırmağ olmaz.  

3- Azərbaycan Demokrat Firqəsinin tarixi əhəmmiyəti olan möhrünü Rəhim Hüseynzadə tərəfindən özbaşına nəşr olunmuş bəyanatlarda işlətmək, əxlaq və sədaqət və amanat saxlamaq prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir.

  Bildirirəm ki bir neçe Fəxri Diplomlara möhür vurmağ üçün Firqənin möhrünü Firqənin işçici Nadirə təhvil vermişdim. Bu işçinin heç haqqı yox idi ki Firqənin möhrünü səlahiyyəti olmayan Rəhim Hüseynzadənin ixtiyarına versin.

4- Azərbaycan Demokrat Firqəsi Təşkilat Şöbəsi Katibinin borcudur ki tez bir vaxtda Siyasi Bironun iclasını təşkil edib və onların əməkdaşlığı ilə Mərkəzi Komitəsinin geniş və fovqalade Plenumuna hazırlığ görsünlər.

  Rəhim Hüseynzadənin özbaşina etmiş əməllər haqqında, habelə üç-dört nəfər Mərkəzi Komitəsinin üzvləri və başqalari ki bu əməllərdə, o yalan Plenumda, onunla həmrəy olub əməkdaşlıqğ edənlər haqqında qərarlar, o cümlədən cəza qərarları çixartmağ, Mərkəzi Komitəsinin Plenomu səlahiyətində dir. Bu onların borcudur ki hər bir xəta edənlər haqqında tək tək qərar qəbul etsinlər.

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi Sədri

Valeh Quluzadə

14 İyul 2019

 

Go Back

Comment