Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

12 şəhrivər müraciətnaməsinin nəşri ilə bağlı Azərbaycan Demokrat Firqəsinin bəyanatı

1/09/2015

Əziz həmvətənlər!

70 il əvvəl dağıdıcı dünya müharibəsini geridə buraxaraq, faşızmin məqlubiyyətindən sonra bir çox ölkələrin xaqıları fürsət taparaq müharibənin dağıtıları üzərində özləri üçün müstəqil, azad və abad məmləkət qurmağa başladılar. Bu ölkələr kimi bizim ölkə də bu şəraitdən istifadə etdi. Diktator Rzaşah hökuməti devrildikdə ölkədə nisbi demokratik fəzanın açılması vətənsevər, mütərəqqi partiya və cəmiyyətlər də fəaliyyət imkatı yaratdı. Azadlıqsevər, vətnpərvər və mütərəqqi güvvələr bütün güclərini səfərbər edərək, xalqı təşkilatlandırmaqla siyasi-iqtisadi, ictimai inkişafdan geri qalmış ölkəni xilas etmək istəyirdilər. Bu məqsədə nail olmaq üçün milli-siyasi, mədəni partiya və təşkilatların yaradılması günün vacib məsələsi sayılırdı. Hakimiyyət daxili mürtəce qüvvələrin, mülkədarların, bir qrup ruhani və bazar adamlarının irtica cəbhəsində durub, dirənişlərinə baxmayaraq, zəhmətkişlərin, ziyalıların habelə orta təbəqələrin əksəriyyəti siyasi və sinfi təşkilatlara qoşuldular.

Keçmişdə Azərbaycanda milli-siyasi hərəkatların təcrübəsi çox olduğundan Azərbaycan xalqında Rzaşah diktatorası dövrünün törətdiyi fəsadlara qarşı mübarizə əzmi daha da yüksək idi. Bu istiqamətdə Seyyid Cəfər Pişəvərinin rəhbərliyi altında mütərəqqi və azadlıqsevər qüvvələr qərara gəldilər ki, bu məntəqədə bir daha azadlıq bayrağını dalğalandırsınlar. Səttərxan, Bağırxan, Heydər Əmoğlu və şeyx Məhəmməd Xiyabani davamcıları 1324-cü il şəhrivərin 12-də(3 sentyab 1945) xalqın istək və arzularını gerçəkləşdirmək üçün bir yerə toplaşıb təşkilat yaraqtmağa qərar verdilər. Bu yığıncaq 12 Şəhrivər müraciətnaməsinin nəşri ilə nəticələndi. Demək olar ki, 12 Şəhrivər müraciətnaməsi ümumi şəkildə Azərbaycan xalqının istək və arzularını bəyan edirdi. Azərbaycan xalqının və ölkənin demokratik qüvvələrinin əksəriyyəti bu müraciətnamə müdafiə etdilər.

Müraciətnamənin nəşri mərkəzi dövlətin məmurları və irticaçı qüvvələr tərəfindən mənfi qarşıladı, bu bəyanat öz məqsədinə çatmasın deyə onlar hər cür pozuçuluq fəaliyyətinə əl atdılar. Lakin buna baxmayaraq bir ay çəkmədən, yəni ilin mehr ayında 247 nümayəndədən ibarət Azərbaycan Demokrat Firqəsinin ilk qurultayı Təbrizin Firdövsi salonunda təşkil olundu. Qurultay geniş müzakirədən sonra Azərbaycan Demokrat Firqəsinin nizamnamə və proqramını təsdiq etdi. Həmçinin qurultayda 41 nəfərdən ibarət mərkəzi komitənin üzvlərini seçildi. S.C.Pişəvəri ADF-nin sədri seçildi.

Beləliklə 1324-cü il azər ayının 21-də(12 dekabr 19450) Azərbaycan Milli Hökuməti rəsmi şəkildə öz işinə başladı. Azərbaycan Milli Hökuməti mərkəzin bütün pozuçuluq fəaliyyətlərinə baxmayaraq qısa müddət ərzində Azərbaycanda iqtisadi, ictimai və mədəni sahələrdə çoxlu islahatlar həyata keçirtdi. O cümlədən:

 - Ərbab-rəiyyət münasibətlərində köklü islahat aparıldı. Xalisə(dövlət) torpaqları, hərəkata qarşı və Azərbaycanı tərk edən böyük mülkədarların torpaqları plsuz kəndlilər arasında bölüşdürüldü. Toxum, su və başqa əkin alətlər almaq üçün yoxsul kənlilərə kredit vermək məqsədilə yeni “ fəlahət bank”ı( Aqrar bankı) yaradıldı. Suvarmaq üçün firmalar yaradıldı- Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə Azərbaycan xalqı geniş şəkildə yolların, şəhərlərin və kəndlərin abadlaşdırılmasına başladılar. İşsizlik üçün ciddi tədbirlər planı hazırlandı. Keçmiş və əski zavodlar bərpa olaraq fəaliyyətə başladı. Yeni müəssisə və fabriklər yaradıldı. Bütün yerlərdə səhiyyə şöbələri yaradıldı.

 - Ana dilinin rəsmi dövlət dili olması ilə Azərbaycanın mədəniyyətnə və təhsilinə geniş imkan yarandı. Məktəblərin artması, universitetin təsis olunması, mətbuatın geniş fəaliyyəti, radio şirkətinin yaradılması, çapxanaların təşkili, o cümlədən “Azərbaycan çapxanası” İncəsənət idarəsinin yaradılması, teat və flarmoniyanın təşkili, milli ansanbilların təşkili, habelə “Azərbaycan Şairlər Məclisi”nin yaradılması və s. görülən mühüm işlərdən nümunələrdir.

 - Azərbaycanda ilk dəfə kişi-qadın bərabər hüquqluğu rəsmiyyətə tanındı. Qadınlar şeçib-seçilmək hüququ qazandılar. Siyasi və ictimai fəaliyyət hüququna yiyələndilər.

Bu heyrətedici demokratik dəyişiklər hamının diqqətini özünə cəlb etdi. Hətta Qəvamü-ssəltənə dövləti 1325-ci il ordibeheşt ayının 2-də təsdiq etdiyi 7 maddəlik müqavilədə etiraf edərək yazır: “ O məntəqənin islahatı diqqətimizi özünə cəlb etmişdir.”

Qeyrətli Azərbaycan övladları!

Bu müraciətnamənin nəşrindən 70 il keçir. Müraciətnamədə yazılan müddialar Azərbaycan xalqının kəski istək və arzularından ilham alaraq, S.C.Pişəvərinin rəhbərliyi ilə yeni hərəkatın başlanqıcına səbəb oldu. Bu müraciətnamə xass dünyagörüşü əsasında və müdükcəsinə yazıldığı üçün onu hazırlayanların uzaqgörənliklərinə dəlalət edirdi. Bu müraciətnamədə İstiqlal, azadlıq, milli hakimiyyət hüququ və İranın ərazi btüvlüyü əsas məsələ olaraq qeyd edilmişdir. Həmçinin müraciətnamədə İrticaya son qoymaq, istibdad və müstəmləkəçiliyə qarşı mübarizə aparmaq da mühüm mövzulardan biri kimi öz əksini tapmışdı. Hamin məsələ Azərbaycan ziyalıları, azadlıqsevərləri və zəhmətkeşlərinin istəklərindən doğmuşdur. “İrana demokratiya və Azərbaycana muxtariyyət” şüarı Azərbaycan xalqını ölkənin başqa xalqıları ilə birləşdirərək, onları birgə mübarizəyə dəvət edirdi.

Rzaşahın qaçmasıyla ölkədə nisbi şəkildə demokratik fəza yarandı. Belə bir şəraitdə Pişəvəri silahdaşları ilə birlikdə ölkədə demokratiyanı və Azərbaycanda isə milli hakimiyyət hüququnu bərpa etmək üçün milli-azadlıq bayrağını ələ alaraq ön cəbhədə mübarizəyə başladı. Azərbaycan inqilabçıları məşrutə və Xiyabanı hərəkatının hədəflərini gerçəkləşdirməkdə qərarlı idilər. Azərbaycan Demokrat Firqəsinin demokratik proqramı bütün xalq tərəfindən müdafiə olundu. Amma ilk gündən mərkəzi dövlət, daxili-xarici irtcaçılar tərəfindən kin, nifrət və düşmənçiliklə qarşılandı. İrtica cəbhəsi bütün gücü ilə bu muxtar dövlətin apardığı demokratik islahatlara mane olmaqla bərabər, ölkənin başqa yerlərinə yayılmasının qarçısını almağa çalışdı. Bu yolda müxtəlif hiylələrə əl atdı. Amerika və İngiltərənin əlaltıları Azərbaycan Demokrat Firqəsini separatçılıqda ittiham etdilər. Xanlar və irtica qüvvələri Azərbaycanın şəhər, kəndlərində qətl, qarətə başladılar. Mərkəzi dövlət xadimləri pozuculuq fəaliyyəti ilə məşğul oldular. Azərbaycan da abadlıq işlərinin qarşısını almaq m əqsədilə mərkəzi dövlət Azərbaycan banklarında olan bütün naqd pulları boşaldaraq, Tehrana göndərdi. Bu hiylə və pozuculuqlara baxmayaraq yenə də Azərbaycan Milli Hökuməti qısa bir müddətdə müxtəlif iqtisadi, siyasi, ictimai və mədəni sahələrdə böyük işlər görməyə nail oldu. 70 il keçməsinə baxmayaraq hələ də bu islahatların bir qismi o dövrürdən yadigar olaraq qalmaqdadır. Bu isə bir çoxları tərəfindən təqdir olunur.

Azadlığsevər və demokratik qüvvələr!

12 Şəhrivər müraciətnaməsinin nəşrindən 70 il keçməsinə baxmayaraq, hələ də bu bəyanatın müddialarinin böyük bir qismi icra olunmamışdır. 1357-ci ilin (1979 fevral) Bəhmən inqilabı Pəhləvi rejiminə son qoydu. Bu inqilabın qələbəsində Azərbaycan xalqının böyük və təyinedici rolu olmuşdur. Diktatura rejiminin devrilməsilə ökədə demoratiya və azadlığın bərqərar olması gözləndiyi üçün güman edilrdi ki, azadlığın təmin olmasıyla İran xalqları da öz milli hakimiyyətlərini qurmaq hüququna nail olacaqlar. Amma inqilab və onun məqsədlərinə qarşı olan irtica qüvvələri qüdrəti ələ almaqla bir-birinin ardıca xalqın hədəfləri göz ardına alındı. İnqilabı müdafiə edən partiya və təşkilatlar dağıdılaraq, sırdan çıxarılıb və fəaliyyətləri qadağan olundu. Siyasi, sinfi təşkilatların rəhbər və kadırlarının əksəriyyəti tutularaq həbs edildilər. İslam cümhuriyyətinin həbsxanaları bəşr tarixinin ən qorxunc zidanlarına çevrildi. Xalqın hüquq, azadlıqlarını müdafiə edən qadın və kişilər işkəncə edilərək edam olundular. Bu Faciə dünya ictimaiyyəti tərəfindən “Milli Faciə” Adlandırıldı. Buna baxmayaraq, rejimin işkəncə mikanizmi xalqın mübarizə əzmini qıra bilmədi. Azadlıq və ictimai ədalətə nail olmaq məqsədilə qadınlar, gənclər, zəhmətkeşlər və s. öz mübarizələrini davam etdirdilər. Bununla yanaşı, ölkədə yaşayan millətlər də tapdalanmış hüquqlarının bərpası üçün mücadilələrinin vüsətini genişləndirdilər.

Ölkənin elə bir böhranlı və xass şəraitində biz 12 Şəhrivər bəyanatının nəşrinin 70-ci il dönümünü qarşılayırıq. Uzun illər münaqişə və sərf olan ağır, dağıdıcı xərclərdən sonra nəhayət ki, 5+1 ölkələr ( Amerika, İngiltərə, Rusiya, Fransa, Çin və Almaniya) ilə nüvə sazişi imzalandı. Bu razılaşma elə bir vəziyyətdə imzalandı ki, ölkəni müharibə və ağır böran qorxusu təhdid edirdi. Belə bir şəraitin yaranma ehtimalı ölkə ictimaiyyətini dəhşətə salmışdı. Ona görə ölkə əhalisi tərəfindən bu saziş alqışlandı. Əhali gözləyir ki, bu razılaşma dünya ictimaiyyəti ilə münaqişəyə son qoymaqla yanaşı, ölkənin ölümcül iqtisadiyyatının dircəlməsinə kömək etsin. Əlbəttə əhali tərəfindən belə bir nigərançılıq da müşahidə olmaqdadır. Olmaya pərdə arxası sazişlər ölkənin istiqlal və milli hakimiyyətinə daha da ziyan vursun. Çünki, impiryalist dövlətlər, başda Amerika olmaqla, bütün dünya ölkələrinin əhalisinə, o cümlədən İran əhalisinə yuxu görmüşlər. Yəni onlarin daha da yoxsullaşmasına plan cizmişlar. İran İslam rejimi bütün bu illər ərzində öz daxili böhranlarını sərhətdən kənar, xüsusilə qərb ölkələrinin iqtisadi sanksiyaları ilə əlaqələndirməyə çalışıb. Amma Azərbaycan Demokrat Firqəsi ölkədə olan bütün böhranların səbəbini birinci növbədə “vilayəti-mütləqə”, onun bacarıqsızlığı və karrupsaya bulaşmış bürokratik strukturunda görür. Yalnız beynəlxalq sanksiyalar bu böhranı dərinləşdiribdir. Bu üzdən əgər istibdad strukturu dəyişməzsə və xalqın öz müqəddəratını təyin etməkdə rolu artmazsa, sanksiyalarşn götürülməsi yaxud qərb ölkələri ilə münasibətlərın adiləşməsi bu böhranın həllində yuğurlu olmayacaq.

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi

Şəhrivər 1394 (Sentiyab 2015)

Go Back

Comments for this post have been disabled.