Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Demokrat Firqəsinin 75 il davamlı mübarizəsi

Azərbaycan Demokrat Firqəsinin 75 il davamlı mübarizəsi

12 Şəhrivər müraciətnaməsinin nəşri münasibətilə

I-Hissə

İkinci Dünya Müharibəsinin bitməsi ilə müstəmləkələrdə istiqlal hərəkatı və demokratik hüquqlar uğrunda aparılan milli mübarizə bütün dünyaya yayıldı. İngiltərə müstəmləkələrdə bazarlarını qorumağa, ABŞ isə dünya bazarlarına nüfuz etməyə çalışdı. Belə bir şəraitdə Aəzərbaycanın təcrübəli rəhbərləri tərəfindən Azərbaycan Milli Hərəkatının təməli qoyuldu.

1320-ci illərin siyasi-iqtisadi şərtləri kəndli və zəhmətkeşlərin xeyrinə sosial dəyişikliyə yol açdı. 1941-ci ilin sentyabrın aynda İranın ən böyük torpaq sahibi olan Rza xanın diktatorluğunun süqutundan sonra Azərbaycan kəndlilərinin çoxdankı arzusunun reallaşması üçün əlverişli şərait yarandı. 1941-ci illərin əvvəllərindən başlayaraq "Qaçaq" kimi tanınan Azərbaycanın torpaqsız silahlı kəndli qrupları  Azərbaycanın şəhər və kəndləri ətrafında - Miyana, Urmu, Marağa, Sarab və s. yerlərdə mülkədarlara qarşı mübarizəyə qalxdılar. Sonralar bu qruplar vasitəsi ilə “Fədai” ordusunun təməli qoyuldu. Firqə təşkil olmadan əvvəl Səfər Qəhrəmani və onun kimi bir çoxları bu silahlı qruplar cərgəsində böyük mülkədarlara qarşı mübarizəyə qoşulmuşlar. Onların hər birisi öz məntəqəsinin bir qəhrəmanı olaraq feodalların zülmünə qarşı ayağa qalxaraq kəndlilərin haqlı mübarizəsini dəstəkləyib və müdafiə etmişlər.

Dövlət məmurlarının korrupsiya qurşanması, Azərbaycandakı idarəetmə orqanı təmsilçilərinin Azərbaycan xalqını təhqir etmələri, kəndlilərin amansız istismarı və kəndlilərin hüquqlarına jandarm və böyük torpaq sahiblərin müdaxiləsi, əmək qanunlarının olmaması fabriklərin iflas edilməsi, inflyasiya və ticarətin durğunluğu ictimai etirazlara səbəb olaraq milli hərəkata zəmin yaratmişdı.

Bu dövrdə təkcə Azərbaycanda deyil, İranın bütün yerlərində kəndli üsyan və hərəkatları başlanmışdı. Bəzən mülkədarlara qarşı bu üsyanlar silalı mübarəzə fonunda görünürdü. Bu qiyamların kökü məşrutə və hətta ondan öncə dövrə təsadüf edir. Beləki Azərbaycan Demokrat Firqəsinin (Şeyx Məhəmməd Xiyabani təşkil etdiyi partiya) yaratdığ “Azadistan Höküməti” dövründə aparılan əsas tədbirlərdən biri olan böyük mülkədarların torpaqlarının bölünməsi idi. Bu tədbir Şəbüstər və Azərşəhr məntəqələrindən başladı. Lakin mürtəcilər əlilə Şeyx Məhəmməd Xiyabani qətlə yetirildikdən sonra bu tədbir yarımçıq qaldı. Bu faktlar göstərir ki, mövcud ərazi və feodal münasibətləri, iri torpaq sahiblərinin istismarı və köklü haqsızlıqlar öklədə  şəraitin partlayış həddinə gəlib çatdığı üçün onun yerinə ədalətli münasibətlər qoyulması labüd idi. Lakin böyük torpaq sahibləri və onları dəstəkləyən mərkəzi hökumət ictimaiyyətin bütün inkişaf və tərəqqi yolunun qarşısını kəsərək köhnə münasibətlərin davam etməsinə, cəmiyyətin geri qalmasına, kəndlilərin artan yoxsulluğuna və səfalətinə səbəb oldular.

Buna görə də, Azərbaycanda zehni şərait ölkənin digər bölgələrinə nisbətdə daha münasib idi. Şəhrivərdən 20-sindən dərhal sonra Azərbaycanda inqilabi, görkəmli və təcrübəli siyasi mübarizlər tərəfindən qurulan "Azərbaycan Əncüməni" mühüm bir ictimai-siyasi mərkəz olaraq fəaliyyətə başladı. İranın şimalında Qızıl Ordunun olması, Azərbaycan inqilabçılarının işini və fəaliyyətini asanlaşdırdı. İranın Tüdə Partiyasının 60.000-dən artıq üzvü olan böyük və mütəşəkkil bir təşkilatının Azərbaycanda olması Azərbaycan Demokrat Firqəsinin yaranmasına və uğur qazanmasına zəmin hazırlamışdı.

Seyyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsinin liderləri, Azərbaycanın sosial-iqtisadi şərtlərini başa düşərək 12 şəhrivərdə 12 maddəlik bir bəyanat hazırladılar. ADF rəhbərləri əvvəldən kəndli məsələsinə, Azərbaycanda ərazi münasibətlərinin və torpaq bölgüsünün bir dəfəlik həll edilməsinin vacibliyinə toxundular. Çünki o dövrdə 5 milyonluq Azərbaycan əhalisinin 80% -dən çoxu kəndli idi. Onların əksəriyyəti torpaqsız kəndlilər idi. Azərbaycan xalqının böyük əksəriyyətinin maraqları uğrunda mübarizə həm Azərbaycan kəndlilərini firqə sıralarına cəlb edə bilər, həm də geridə qalmış cəmiyyətdəki maneələri aradan qaldırmaq, sosial iqtisadi, mədəni inkişafa yol açmaq üçün ən populyar və demokratik həll yolu ola bilər.

Azərbaycan Demokrat Firqəsinin qurucuları, firqənin proqramında Məşrutə İnqilabı, Xiyabaninin  “Azadistan” hökuməti və dünya azadlıq hərəkatları təcrübələrini nəzərə almışdılar. Bu proqram torpaqsız kəndliləri və zəhmətkeşlərin istəklərinə, zalım mülkədarlarla mübarizə etməyə və digər həll olunmamış ictimai problemlərə cavab verə biləcək bir proqram idi. Məhz bu səbəbdən də çox sayda fəhlə , kəndli və Azərbaycan ziyalısı ona qoşuldu. ADF vasitəsilə Şərqdə yaradılan ilk hökumət kəndlilərin əsas tələblərinə cavab verən və istəklərinə çatmaq üçün onları təşkilatlandırdı.

Firqənin əsas rəhbərləri azadlıqsevər, mütərəqqi və əsasən solçu və sosialist idi. Pişəvəri, Salamulla Cavid, Cəfər Kavian, Tağı Şahin ... hamısı İran Kommunist Partiyasının üzvləri və qurucuları və ya liderləri idilər. Onlar “Cəngəllik” Hərəkatına qoşulub və Rza xanın diktatorluğuna qarşı mübarizə apardılar. Rza xanın dəhşətli həbsxanalarında oldular. O dövrün qurtuluş mübarizələrində çox zəngin təcrübələrə yiyələndilər. Sadıq Padıgan, Shəbüstəri, Danishyan və Vilayi kimi partiyanın digər liderləri hamısı firqəyə qoşulmuş, Xiyabani hərəkatında döyüş tarixi olan və Xiyabani müttəfiqləri olan İranın Tudə Partiyasının Azərbaycandakı rəhbərləri və kadırları idilər. Biriya, İranın Tudə Partiyasının üzvü və Tehran təşkilatından sonra İranın ən böyük həmkarlar ittifaqı olan Təbriz Fəhlələr Birliyinin lideri idi. Firidun İbrahimi, firqənin gənc liderlərinin biri, Tehran Universiteti Hüquq fakültəsinin məzunu, Tehran qəzetlərinin əksəriyyətinin siyasi şərhçisi, ADF-nin mərkəzi komitəsinin üzvü, Azərbaycan prokuroru və 1946-cı  ildə edam olunanların simvolu idi. Uzun bir mübarizə tarixi olan bu görkəmli və tanınmış liderlərin hamısı xalq tərəfindən etibar qazanmışdılar. Pişəvəri, parlamentin on dördüncü dövründə Təbriz xalqı tərəfindən nümayəndə seçilmişdi.

Beləliklə, ADF-nin inqlabi proqramında Azərbaycan cəmiyyətinin bütün geri qalmış, mürtəce və qeyri-insani münasibətlərini aradan qaldırmaq üçün fikir azadlığı, mətbuat azadlığı, Azərbaycan türk dilinin rəsmiləşdirilməsi, torpaq bölgüsü, əmək qanunu və işçilərin sığortası, fəhlələrin rifahı kimi demokratik şüarları öz əksini tapdı. Yerli sənayelərin qorunması, tacirlərin müdafiəsi, milli hüquqlar, əyalət və vilayət əncümənlərinin seçilməsi yolu ilə işlərin idarə olunması xalq tərəfindən yaxşı qarşılanaraq Azərbaycanda bütün milli qüvvələri bir araya gətirib və onlari təşkilatlandıra bildi.

Ardı var

Go Back

Comment