Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

21 AZƏR HƏRƏKATININ ŞƏHİDİ İMANƏLİ AĞAƏIİ OĞLU

21 AZƏR HƏRƏKATININ ŞƏHİDİ İMANƏLİ AĞAƏIİ OĞLU

İmanəli Ağaəli oğlu 1266 - cı şəmsi ilində Ərdəbil vilayətinin Ağa Bağır kəndində anadan olmuşdur. Yoxsul kəndli ailəsindən olan İmanəli hələ cavan ikən iş tapmaq məqsədilə kargər  (fəhlə) məntəqələrinə getməli olur. Kargərlərin mütəşəkkil mübarizələrində iştirak etmək onun azadlıq şüurunu daha da möhkəmləndirir. İmanəli ,Rza xan diktatorluğunun yıxılması ilə genişlənən azadlıq hərəkatında fəal surətdə iştirak edir.Ərdəbildə"Ziddi faşist cəmiyyəti"nin üzvü olan İmanəli məharətli təbliğatçı kimi kəndləri gəzir və zəhərli faşizm təbliğatına qarşı öz siyasi işini aparırdı.

Nəhayət, o, Azərbaycan Demokrat Firqəsinin üzvü olur.O, çiçək döymə və el arası müalicə işlərilə məşğul olduğu üçün əksər kəndləri , obaları gəzir və öz peşəsindən istifadə edərək firqənin təsir və nüfuz dairəsinin genişlənməsinə çalışırdı.O, 21 Azər nəhzətinin (hərəkatının) qocaman fədaisi kimi hərəkatda iştirak etmiş, özünün səyi və bacarığını bu yolda əsirgəməmişdir.Milli Məclis tərəfindən  "21 Azər" medalı ilə təltif edilmiş, firqə təşkilatı tərəfindən bir neçə dəfə təşəkkürnamə almışdır.

İmanəli Ağaəli oğlu 53 yaşında ikən dərbar nökərləri tərəfindən Ərdəbil şəhərində faciəli bir surətdə öldürülmüşdür.Qocaman fədainin xidmətləri, faciəli ölümü döyüş yoldaşlarının xatirəsindən silinməyəcəkdir

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment