Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Daxili Xəbərlər

Ötən şənbə günü "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyində Danimarkadakı "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi ilə görüş keçirilib

13/09/2017

 

uÖncə foyedə qurumun üzvləri ilə fotoşəkil çəkdirən həmyerlimiz doluxsunub və sonra bunu belə izah edib: "Bu bina "21 Azər" Hərəkatı iştirakçılarının, 1945-1946-cı illərdə Təbrizdəki Milli Hökumətin qurucuları tərəfindən ucaldılıb. Onun hər kərpicində, daşında valideynlərimizin, o cümlədən, Milli Ordunun zabiti atam, mayor Məminin də zəhməti var. Surətləri gözlərim önündə canlandı və xatirələrinin əziz tutulmasına həssas münasibətdən istər-istəməz kövrəldim". 

Görüşü açan "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə həyat yoldaşı Tamilla xanımla qısa müddətə Bakıya gələn S.Sadiqinin ilkin görüşlərdən birinin məhz "İranl…

Ətraflı

Tahirə Muradova -65 İranlı Mühacirlər Cəmiyyətində sənətkarın yaradıcılıq gecəsi

6/09/2017

İranlı Mühacirlər Cəmiyyəti sentyabrın 2-də müğənni Tahirə Muradovanın yaradıcılıq gecəsini keçirib. T.Muradovanın 65 illik yubileyinə həsr olunmuş sözlü-nəğməli tədbirdə cəmiyyət üzvləri, onun sənət yoldaşları və qonaqlar iştirak ediblər. Yaradıcılıq gecəsini İMC – nin sədri, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadə açıb.

O deyib ki, tədbirimiz olduqca əlamətdar gündə keçirilir. Bir tərəfdə hamımızın müqəddəs Qurbanlıq bayramı dayanır, digər tərəfdə ata-babalarımızı Təbrizdə Milli Hökumətin qələbəsinə qovuşduran “21 Azər” Hərəkatının təşkilatçısı Azərbaycan Demokrat Firqəsinin təsisini bəyan edən 12 şəhrivər (3 sentyabr) bəyamnaməsinin 72 il əvvəl qəbulu.…

Ətraflı

Azərbaycan Demokrat firqəsi və İranlı mühacirlər Cəmiyyətinə dərin hüzn baş vermişdir

30/06/2017

Azərbaycan Demokrat Firqəsinin Gəncə şəhər təşkilatının sədri vəfat etmişdir.

Dəsti Əli Nüsrət oğlu Cənubi Azərbaycanın Təbriz şəhərində 1945-ci ilin may ayının 9-da anadan olmuşdur. 1946-cı ilin dekabr ayında valideynləri ilə birlikdə Sovet Azərbaycana pənah gətirmişdi. Əli Dəsti 1952-ci ildə orta məktəbə daxil olub, 1963-cü ildə 11-ci sinfi bitirmişdir. həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə proflatika fakültəsinə daxil olub, 1969-cu ildə oranı bitirmişdir. həmin ildən son gününə qədər kəkim işləyirdi. 2006-cı ildə isə Azərbaycan Demokrat firqəsi Gəncə şəhəri təşkilatının sədri vəzifəsində çalışmışdır. Oxuduğu və işlədiyi illərdə ADF-nin bütün işlərində fəal iştirak etmişdir.…

Ətraflı

İranlı Mühacirlər Cəmiyyəti Qadınlar Təşkilatının yığıncağı keçirilib

23/06/2017

İyunun 21-də İranlı Mühacirlər Cəmiyyəti Qadınlar Təşkilıatının yığıncağı keçirilib. Yığıncağı təşkilatın sədri Mominat Puhən açaraq bu ilin əvvvəllərində yenidən bərpa olunan qurumun gördüyü işlər barədə qısa məlumat verib. O bu müddətdə onlarca mühacir ailəsinə mənsub qadının yenidən təşkilata üzv olduğunu, İMC-nin keçirdiyi bütün diqqətə layiq tədbirlərdə yaxından iştirak etdiklərini bildirib. Sədr fəaliyyət dairəsinin genişləndirilməsi üçün üzvlərin daha təşəbbüskar olmasının vacibliyinə diqqəti çəkib.

Təşkilatın sədr müavini, Azərbaycanın xalq şairi Söhrab Tahirin qızı, yazıçı Nəsibə Tahiri çıxışında göstərib ki, 70 il əvvəl yaradılan c…

Ətraflı

PİŞƏVƏRİNİN ÖLÜMÜNDƏN 70 İL ÖTÜR

15/06/2017

Firidun İbrahiminin həyat və mübarizə yoluna həsr olunmuş "QARTAL ÖMRÜ" mövzusunda dəyirmi masa

14/06/2017

Səyyad Kərimovun (Dasi) 85 yaşı qeyd olundu Diplomlar, ürək sözləri, təbriklər

13/06/2017

İyunun 10 – da “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində yazıçı, publisist, fəal Səyyad Ağəmi oğlu Kərimovun (Dasi) 85 illik yubileyi qeyd olunub. Bu münasibətlə akt zalında düzənlənən yığıncağı İMC-nin sədri Rəhim Hüseynzadə açıb. O, 85 il əvvəl Lənkəran şəhərində dünyaya gələn yubilyarın mühacir taleyinin ötən əsrin 30-cu illərində yaşadılan siyasi proseslərin təcəssümü olduğundan danışıb. Qeyd edib ki, Səyyad da hələ yeniyetmə yaşlarından atası, fədai A. Dasinin təsiri altında mübarizlər sırasına qoşulub, Astara və Ərdəbildə cavanlar təşkilatının fəallarından olub. 1947-cı ildən valideynləri ilə Arazın digər tayına mühacirət etmək məcburiyyətində qalıb. Məruzəçi əlavə edib ki, ali təhsilli toxuculuq mühəndisi S. Kərimovun (Das…

Ətraflı

Qartal Ömrü - Milli Qəhramanımız Firudin İbrahiminin şəhadətindən 70 il ötür!

11/06/2017

Firudin İbrahimi Azərbaycan xalqının ölməz vətənpərvər Qəhrəmanı

30/05/2017

Gəncə şəhəri 22 may 2017

22 may 2017-ci il, Gəncə şəhəri  Iranlı Mühacirlər Cəmiyyəti  Azərbaycan Milli Hökumət  zamanı baş prokuror  işləmiş, Azərbaycan xalqının ölməz, vətənpərvər Qəhrəmanı, mətin inqilabçı, Azəri oğlu, Ibrahimi Firudin Qəni oğlunun  1947-ci  ilin may ayının 22-də,  Təbriz  şəhərində,  Iran şahı tərəfindən edam olunmasının 70 illiyini  təntənəli surətdə  qeyd etdi.

Tədbirdə, Bakıdan  gələn  nümayəndə, Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi İcraiyyə Heyətin üzvü, Sədr müavini  yoldaş  M.Murtuza iştirak edirdi.

Gəncə Cəmiyyətin sədri, Əli Dəsti,  Firudin Ibrahimiyə həsr olunmuş  məqaləni oxudu:

Ətraflı

Milli Qəhrəman Firidun İbrahiminin şəhadətinin 70-ci ili anım mərasimi ilə qeyd edildi

26/05/2017

​Dünən görkəmli inqilabçı, ictimai-siyasi xadim, diplomat, jurnalist, publisist, Azərbaycan Milli Hökumətinin Baş Prokuroru olmuş Firidun İbrahiminin şəhadətinin 70-ci ili anım mərasimi ilə qeyd edilib. Mərasim Azərbaycan Demokrat Firqəsi və “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi tərəfindən təşkil olunub. Həmin gün şəhidin silahdaşları, “21 Azər” Hərəkatının canlı şahidləri, tədqiqatçı alimlər, müxtəlif təşkilatların, ictimaiyyətin nümayəndələri və media təmsilçiləri Beynəlxalq Mətubat Mərkəzində düzənlənən tədbirdə iştirak ediblər.

Mərasimi “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Rəhim Hüseynzadə açaraq öncə F. İbrahiminin …

Ətraflı

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Şöhrət” ordeni ilə təltif olunub. Bu münasibətlə Şura sədrinə ünvanlanan təbrikdə deyilir:

28/04/2017

Şallaqvurma məhkumiyytinə qarşı İran Yazıçılar Cəmiyyətinin etiraz bəyanatı

6/06/2016

İranın azadlıqsevər xalqı!

İran xalqı, bir tərəfdən ölkənin bir güşəsində təkcə bir gecə ərzində milyonlarca sərvətə sahib olan şəxslərin girovuna çevrilmişdir, onlar varlı olmalarını üzə çəkmək üçün aksiyonunda adı bir rəsm əsrinin(tablo) 3 milyard tümənə(357,142,858 dollar) alış-verişinə öyünürlər(fəxr edirlər). Digər tərəfdən bu milyonçülar və ya insan qanıla qızıl istehsal edən kimyaçılar(insan qanına susamış milyonçular) zavod sahibkarına qarşı etiraz edən bir parça çörək pulu qazanmağa çalışan zəhmətkeş fəhlələri onları ailələri ilə birlikdə şallaq cəzasına məhküm edirlər.

Biz Tikab (Tikantəpə) şəhərinin Ağ Dərə qızıl mədəni…

Ətraflı

Fevralın 26-da İranlı Mühacirlər Cəmiyyətində Xocalı soyqırımı ilə əlaqədar mərasim keçirilib Həmin gün Bakıdakı “Ana fəryadı” abidəsi ziyarət olunub

29/02/2016

Fevralın 26-da İranlı Mühacirlər Cəmiyyətində Xocalı soyqırımı ilə əlaqədar mərasim keçirilib. Tədbirdə Qarabağ müharibəsinin iştirakçıları və şahidləri, həmçinin qətlama məruz qalan ailələrin üzvləri iştirak ediblər. Mərasimi İMC-nin sədri Rəhim Hüseynzadə açaraq bildirib ki, tarixin qanlı səhifələrindən olan Xocalı soyqırımından 24 il ötür. Bu faciə keçmiş Sovetlər İttifaqının şovinist rəhbərliyinin SSRİ-ni dağıtmağa hesablanmış mənfur planlarının tərkib hissəsinə daxil olan cinayətlərdən biri idi. Çünki xalqlar arasında ədavət toxumu səpmədən, milli anlaşmanı aradan qaldırmadan bu proses illər boyu uzana bilərdi. Senari müəlliflərinin Sumqayıtda və Bakıda törətdikləri qırğınlar bunun başlanğıcı olmuşdu.…

Ətraflı

"İranlı Mühacirlər Cəmiyyəti"

11/06/2015

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

İLHAM ƏLİYEV CƏNABLARINA

Möhtərəm Cənab Prezident,

Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasının müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi barədə qərarının qəbulundan 2 il 6 ay ötür. Komitə seçimini edərkən regionun lider dövləti sayılan Azərbaycanın sürətli inkişafını, sabit dövlət olmasını, dünya birliyindəki mövqeyini, çoxsaylı beynəlxalq yarışları yüksək səviyyədə keçirmə təcrübəsini, idmançılarımızın diqqət çəkən uğurlarını və digər müsbət cəhətləri əsas götürüb.

Ölkə daxilində minlərlə kilometr məsafə qət edən, hər bölgədə yük…

Ətraflı

Tariyel Ümid - 70 Şairin yubileyi İranlı Mühacirlər Cəmiyyətində qeyd edildi

19/05/2015

Ötən şənbə günü Bakıda fəaliyyət göstərən İranlı Mühacirlər Cəmiyyətində şair Tariyel Ümidin 70 illik yubileyi qeyd olunub. Bu münasibətlə İMC-də düzənlənən mərasimdə cəmiyyət üzvləri ilə yanaşı söz sənətinin tanınmış nümayəndələri, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Cəmiyyətin sədr müavini Valeh Quluzadə Tariyel Cəfər oğlu Pərdəşünasın (Tariyel Ümid) bioqrafiyasına nəzər salıb. Yubilyarın Əhər şəhəri yaxınlığındakı Dürmüşkanlı kəndində peşəkar inqilabçı ailəsində dünyaya göz açdığını, bir yaşında mühacir ailəsi ilə birgə Ağdama köçdüklərini, orada mexanikləşdirilmiş texnikumu, 1972-ci ildə isə Azərbaycan Texniki Unive…

Ətraflı

ADF MK-nın Sədri Yoldaş Valeh Quluzadə ilə Müsahibə

18/03/2015

Yolumuz həmin yoldur, məramımız həmin məramdır.

- Yoldaş Valeh Quluzadə, əvvəla Sizi "Azərbaycan" qəzeti və ADFMK.az saytının redaksiyası adından Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin Sədri vəzifəsinə seçildiyinizə görə təbrik edirik.

Eyni zamanda, fəaliyyətə başlayarkən, işinizin belə çox olduğu məqamda bizimlə musahibəyə vaxt ayırdığınıza görə Sizə təşəkkürümüzü bildiririk.

- Çox sağ olun. Mən də sizlərə minnətdarlığımı bildirirəm.

- Yoldaş Quluzadə, Sizin ADF MK-ya Sədr seçilməyiniz möhtəşəm yubileylər ilinə təsadüf edir. Tarixi 12 Şəhrivər Bəyannaməsinin, onun ideya daşıyıcısı Azərbaycan Demokrat Firqəsinin, həmçinin şanlı 21 Azər Hərəka…

Ətraflı

Yoldaş Valeh Quluzadə ADF-MK-nın yeni sədrinin bioqrafisi

5/03/2015

Yoldaş Valeh Quluzadə Rza oğlu 10 may 1938 (21 Ordibaheşt 1317) tarixində Ərdəbil rayonunun “Xoruzlu” kəndində əkinçi bir ailədə anadan olub.

Onun atası, Rza Quluzadə Həzi oğlu 1911 ilində Ərdəbil rayonunun “Ağimam” kəndində əkinçi ailəsində anadan olmuşdur. O cavanlığında yaxın qohumları ilə Bakıya gedib və 1938-ci ilə qədər İçərişəhərdə yaşayıb və neft sənayesində fəhlə işləyib. Həmin ildə Rza Quluzadə öz ailəsi ilə bir yerdə başqa iranlılar kimi öz ölkəsinə İrana qayıtmalı olub, yenidən Ərdəbil rayonunda məskunlaşıblar.

1945-46 cı illərdə (1324-25 İran təqvimi ilə), İranda inqilabi hərəkətlər güclənəndə, Rza Quluzadə Azərbaycan Demokrat Firqəsi sır…

Ətraflı

İranlı Mühacirlər Cəmiyyətində Xocalı faciəsi anıldı

21/02/2015

Şəhid İmanilər ailəsinə "21 Azər"- 70 diplomu təqdim edildi

Ötən şənbə günü İranlı Mühacirlər Cəmiyyətində Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. Öncə Azərbaycan xalqının istiqlaliyyəti, ərazi bütövlüyünün qorunması uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Cəmiyyət üzvlərinin, tanınmış alim, tədqiqatçı, sənət adamlarının, media mənsublarının qatıldıqları tədbiri İMC-nin sədri Rəhim Hüseynzadə açıb. O deyib ki, "21 Azər" Hərəkatının xarici dövlətlərin fəal dəstəyi sayəsində təcavüzə məruz qalması ilə İrandan Azərbaycan Respublikasına kütləvi mühacirətin əsası qoyulub. İstər keçmiş fədailər, istərsə də onların ailə üzvləri hansı şəhər və bölgədə məskunlaşmalarından asılı ol…

Ətraflı

Kuhistandakı şəkər zavodu işçilərinin etiraz aksiyası

3/02/2015

İranın hakim dairələri ölkədə tam əminamanlıq olduğunu, bütün zümrələrin anlaşma şəraitində yaşadıqlarını dəfələrlə bəyan etsələr də müxtəlif guşələrdən gələn xəbərlər heç də bunun belə olmadığını göstərməkdədir. Mötəbər mənbələr bildirirlər ki, Cənubi Xorasan əyalətinin Kuhistan şəhərindəki şəkər zavodunun işçiləri əmək hüquqlarının pozulmasına, aylarlarla məvaciblərini ala bilmədiklərinə görə etiraz aksiyası keçiriblər. Aksiyada 280 nəfər işçi iştirak edib. Bu insanların 8 aydır ki, maaşlarının verilməsi yubadılır. Belə desək, sahibkarlardan əli üzülən insanların ümidi mübarizə yoluna qalıb. Onların isə hələlik yalan vədlərlə başlarını qatırlar. Hər dəfə etirazların bildirən işçiləri çörək əvəzinə yalan vədlərlə yola salırlar.…

Ətraflı

Zərifin Kerri ilə Cenevrə görüşünə dair Deyəsən xoruzun quyruğu görünür

3/02/2015

Sirr deyil ki,“Vilayət fəqih” rejiminin hakimiyyətdə ömrünün uzanmasına səbəb olan amillərdən biri də ölkədə antiamerka əhval –ruhiyyəsinin illər boyu fəaliyyətinin əsas dəsti-xətti kimi nümayiş etdirməsidir. “Qırmızı şeytan” adlandırılan SSRİ siyasi arenadan silindikdən sonra “Böyük şeytan” (ABŞ) demək olar hər gün kütləvi nifrin şuarların baş hədəfidir. Hər iki dövlət xaric və daxil üçün elə mövqe nümayiş etdirirlər ki, sanki barışıq körpüləri əbədi yandırılıb. Yəni, bu ölkələrin rəhbərlərinin bir araya gəlməsini kimsə görməyəcək. İran camaatı isə ABŞ-ın və müttəfiqlərinin hər zaman gözlənilə bilən təcavüzlərini dəff etməyə hazır olmalıdır.…

Ətraflı

davatnameh

11/08/2014