«Onu qeyri -adi gələcək gözləyirdi . . »
Suğra xanım Azəri (Cavadzadə) - 21 Azər Hərəkatının lideri, Azərbaycan Demokrat Firqəsinin qurucusu və rəhbəri Seyid Cəfər Pişəvərinin bacısıdır. Hər iki Azərbaycanda və İraqda yaşayıb, işləmişdir. İctmai-siyasi fəaliyyətə maraq göstərmiş, ADF-nin fəal üzvlərindən olmuş, ictimai işlərdə çalışmışdır. Həyat yoldaşı Mirağa Azəri Azərbaycanın hər iki tayında Dəmiryolu və körpüsalma üzrə mühəndis işləyibdir. Bu gün Azərbaycanda inşa edilmiş bir neçə körpü onun adı ilə bağlıdır.
İş elə gətirmişdi ki, Suğra xanım qardaşı Seyid Cəfər Pişəvəri ilə təkcə uşaqlıqda deyil, sonralar da uzun müddət ai…